Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə35/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   31   32   33   34   35   36   37   38   ...   292

103

milçəyin  daim  əl-üzünü  yuduğunu,  özünün  təmizliyi  ilə  məşğul  ol-

duğunu  müşahidə  edərsiniz.  Sonsuz  qüdrəti  böyük  olan Allahın  bizə 

demək istədiyi şey, bizim milçəkdən deyil, öz natəmizliyimizdən dik-

sinib, təmizliyə və paklığa riayət etməyimizdir. Milçəyin bizim üçün 

misal çəkilməsinin hikməti isə biz insanların təmizkar olub, çirkinlik 

və pisliklərdən qorunmağımız və Allahın qarşısında bir milçək qədər 

qüdrətimizin olmamasıdır.

Başqa  bir  hikmət  isə Allahdan  başqa  tapındıqlarımızın  bir  milçək 

qədər belə qüdrəti olmadığını bizlərə anlatmaqdır.

Həqiqətən də, Qadir Allah yerdə mövcud olan məxluqların hamısı-

nı, bizim bu dünyada onlardan ibrət alıb, axirətimizi dərk etmək üçün 

əlamətlər olaraq yaratmışdır. 

Bu ibrətlər haqqında Qurani-Kərimdə buyurulan ayələr:



əl-Həcc-73-Ey  insanlar!Sizə  misal  çəkildi,onu  eşidin!  Allahdan 

başqa ibadət etdiyiniz kəslər əsla bir milçək yarada bilməzlər. Bunun 

üçün toplaşsalar da, yenə də yarada bilməzlər. Əgər milçəklər bütlərin 

soyuq bədənlərindən bir parça aparsalar da, özlərini xilas edə bilməzlər. 

Bütlər və milçəklər, hər ikisi də zəifdir.

əl-Bəqərə-26-Həqiqətən,  Allah  mətləbin  aşkar  olması  üçün  bəzi 

həşəratları və heyvanları insanlar üçün misal çəkməkdən çəkinməz. Ağ-

caqanaddan tutmuş ondan böyüklərinə qədər. Çünki ağcaqanad zahirdə 

bütün  məxluqlardan  zəifdir,  lakin  həqiqətdə  heyvanların  hamısından 

böyük olan filə bənzəyir, hətta iki üzvü də ondan çoxdur. 

əl-Ğaşiyə-17-21-Məgər  dəvəyə  baxmırlar  ki,necə  yaradılmışdır? 

Göyə  baxmırlar  ki,  necə  döşədilmişdir?  Dağlara  baxmırlar  ki,  necə 

dikəldilmişdir?Və yerə baxmırlar ki, necə döşədilmişdir? Ya Peyğəmbər! 

Mənim bəndələrimə öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən!



 ən-Nəhl-66-Şübhəsiz ki,sağmal heyvanlarda da sizin üçün bir ibrət 

vardır. Biz onların qarınlarındakı qanlı ifrazat arasında olan təmiz südü 

sizə  içirdirik.O,  içənlərin  boğazından  rahat  keçər.  Qanın  və  ifrazatın 

dadı,  qoxusu  və  rəngi  əsla  südə  qarışmaz.  Əksinə,  südə  elə  bir  tam 

verərik ki, o içənlərə xoş gələr.

 ən-Nəhl-79-Məgər müşriklər yerlə-göy arasında uçaraq Allaha ram 

olmuş quşları görmürlər?! Onları havada yalnız Allah saxlayır, bütün 

hərəkətlərini ancaq Allah idarə edir. Həqiqətən,bunda möminlər üçün 

ibrətlər vardır! 



ən-Nəml-18-19-O gün ki, Süleyman və qoşunları səfər zamanı qa-

rışqalar  çölünə  gəldilər,  bir  qarışqa  dedi:-Ey  qarışqalar,  öz  yuvaları-

nıza daxil olun ki,Süleyman (ə.s.) və onun qoşunları sizi bilməyərək 



104

əzməsinlər.Onlar səhvən sizi əzə bilərlər.Bu sözü yel Süleymanın qulağına 

çatdırdı. Süleyman(ə.s.) onların sözlərinə güldü və dedi:-Qarışqanı mənim 

yanıma gətirin!Qarışqanı Süleymanın yanına gətirəndə o buyurdu:

-Sən  bilirsənmi  ki,mən Allahın  Peyğəmbəriyəm  və  heç  kəsə  zülm 

etmərəm?Qarışqa dedi:-Bəli, belədir. 

Süleyman dedi:-Bəs nə üçün mənim zülmümdən qorxdun və o sözü 

dedin?


Qarışqa:-Mən qorxdum ki, qarışqalar sənin cah-calalını görüb aldan-

sınlar və Allahın ibadətindən üz döndərsinlər! Sən böyük sən, ya sənin 

atan?-deyə,soruşur.Süleyman(ə.s.) dedi:

-Yox! Atam Davud məndən böyükdür!

Qarışqa:-Bəs nə üçün sənin adının hərfləri atanın adının hərflərindən 

çoxdur? Süleyman dedi:-Bilmirəm! Qarışqa cavab verir:

-Bu ona görədir ki, sənin atan öz yarasına Allahın dostluğu ilə əlac 

etdi.Yəni onun əsil adı “Dəvə bi-vudd” idi, sonra yüngülləşib Davud 

oldu.

Süleyman dedi:-Pərvərdigara, mənə qüvvət ver, ya ilham et ki mənə, 



atama, anama verdiyin nemətlərə görə sənə şükür edim və sənin razı-

lığından ötrü yaxşı əməllər edim.Öz rəhmətinlə məni saleh bəndələrin 

sıralarına daxil et!

əs-Səba-14-Sonra Süleymanın ölümünü əmr etdiyimiz zaman, onun 

öldüyünü ancaq Süleymanın əsasını yeyən xırda ağac qurdu xəbər verdi, 

qurd əsanı yedi,Süleyman yıxıldı.

ən-Nəml-22-Sonra Süleymanın ordusunda xidmətkar olaraq çalışan 

Hud-hud adlı quşun əhvalatı.



“əl-Ənkəbut-41-Özlərinə Allahdan başqa dost tutanlar, başqa şeylərə 

tapınanların məsəli,özünə yuva quran hörümcəyin məsəli kimidir. Kaş 

biləydilər ki, hörümçəyin yuvası evlərin ən davamsızıdır.”

Uca və tək olan Allah bu ayəni məsəl çəkərək Allahdan başqasına 

inanıb,  itaət  edən  insanların  hörümçəyin  toru  kimi  zəif  və  davamsız 

bir şeylərə sığındığını, yəni o insanın mənasız və düzgün yaşamadığını 

bizlərə çatdırır. 

ən-Nəhl-66-69-Heyvanlarda  sizin  üçün  ibrət  vardır.  Biz  onla-

rın qarınlarında olan qanla ifrazat arasında əmələ gələn xalis südü 

sizə  içirdərik.O,  içənlərə  nuş  olar.  Xurma  və  üzüm  ağaclarının 

meyvələrindən gözəl ruzilər ələ gətirərsiniz. Həqiqətən, burada ağlı 

ilə fikirləşən qövmlər üçün əlamətlər vardır. Sənin Allahın bal arısı-

na ilham edib bildirdi ki,dağlarda, ağacların arasında, insanların tikdiyi 

binalarda,çöl və çəməndə özünə yuva qur! Sonra bütün meyvələrdən ye 



105

və Allahın göstərdiyi yol ilə get!Arıların qarınlarından rəngləri müxtəlif 

olan bal çıxar. Onda insanlar üçün bir çox xəstəliklərdən şəfa vardır. 

Burada fikirləşən qövmlər üçün ibrətlər var.

Arıların çox qəribə xüsusiyyətləti vardır:

1.Özü  üçün  elə  ev  tikər  ki,heç  bir  bənna  o  cür  ev  tikməyə  qadir 

deyil.2.Həmişə meyvələrin ən yaxşısını yeyərlər.3.Qapılarının yanında 

gözətçi qoyarlar ki,hansı arı pis meyvədən yesə, onu içəri qoymasın.4. 

Arının neştərində zəhər var, kimi vursa, həmin yer şişər. Həm də ağzı-

nın suyunda dərdlərə dərman var.

Arılar bir bağçaya girdikdə çiçəkləri insanların gördüyündən daha fərqli 

görürlər. Çiçəklər və arılar arasında çox mühüm bir bağlantı vardır. 



 

 ÜSULİD DİNİN 2-Cİ HÖKMÜ NÜBÜVVƏT

Bunlar düz danışan və təqvalılardır.

Çox gəzdi, çox düşündü peyğəmbərlər, alimlər,

Tanrı vuran düyünü aça bildilər məgər?

Onun elmi əzəldən dəryadır, necə dərya!

Onun əbədiyyəti səhradır, necə səhra! 

Əvvəli ibtidasız, axırı intəhasız,

İlki, sonu olmayan onun özüdür yalnız. (N. Gəncəvi)

əs-Səffat 180-182-Sənin Rəbbin-yenilməz qüvvət sahibi və hər şeyə 

qalib  olan  Allah,müşriklərin  Ona  aid  etdikləri  sifətlərdən  tamamilə 

uzaqdır!  Peyğəmbərlərə  Salam  olsun!  Aləmlərin  Rəbbi  olan  Allaha 

həmd olsun!



ər-Rəd-38-Ya Muhəmməd! Səndən qabaq da Peyğəmbərlər göndər-

dik,  onlara  zövcələr,  övladlar  verdik. Allahın  izni  olmadıqca  heç  bir 

Peyğəmbər möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı, Lövhu-Məh-

fuzda yazılmış hökmü var. İlahi kitablardan hər birinin öz nazil olma 

vaxtı var. Bunlar zamanın,dövrün tələbinə və ehtiyacına görədir. 

əl-Əraf-52-Həqiqətən, onlara kitab gətirdik. Əqidə, hökmlər, nəsi-

hət və qissələri elm yolu ilə hidayət edən və rəhmət olan halda, iman 

gətirən  kəslərə  təfsir  ilə  bəyan  etdik.Onlar  kitabın  verdiyi  xəbərin 

nəticəsini gözləyirlərmi? Quranın nəticəsi mə lum olan gün,bundan qa-

baq onu yaddan çıxarmış və hökmünə əməl etməmiş şəxslər deyərlər:-

Həqiqətən,  Allahımızın  elçiləri  haqq  ilə  gəldi.İndi  bizə  şəfaət  edən 

şəfaətçilər varmı? Yaxud biz dünyaya təzədən qaytarılaq ki, keçmişdə 

etdiyimiz əməllərdən başqasını, yaxşı işləri yerinə yetirək? Şübhəsiz, 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə