Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə33/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   29   30   31   32   33   34   35   36   ...   292

97

əşyaları düzəltmək üçün odda yandırıb qaynatdığınız şeylərin üzərində 

və ya alət düzəltmək üçün əritdiyiniz mis,dəmirin üzərində köpük əmələ 

gəlir. Beləcə, haqq ilə batilə Allah belə misal çəkir.Burada suyun, qızı-

lın və dəmiri əritdikdə üstündə əmələ gələn köpük batilə bənzər ki, özü 

aradan gedər. İnsanlara xeyir verən xalislər isə yerdə qalar.(su, qızıl,mis 

və sair) Beləcə Allah insanlar üçün misal çəkir. 

Allahın dəvətini qəbul edib iman gətirənlər üçün Cənnət və əcr var.

Allahın dəvətini qəbul etməyərək iman gətirməyənlər əgər yer üzündə 

olanların hamısına,bir o qədər də üstünə gəlməklə sahib olsalar, əlbəttə, 

bunların hamısına əvəz verərlər ki, Qiyamətdə bunları alıb,onlara əziyyət 

verməsinlər. (Lakin bu onlardan əvəz kimi qəbul olunmaz.)Onlar üçün 

pis hesab çəkilmək vardır. Onların qayıdacaq yeri Cəhənnəmdir və ora 

pis hazırlanmış yerdir. (Kitabul-Bəyan-fi Təfsirul Quran.) 



  əl-Ənbiya-18-22-Biz  daşı  şüşəyə  atan  kimi,haqqı  batilə  atarıq,haqq 

batili  sındırar.O  cürə  də  batil  sözlər  məhv  olar.Vay  olsun  sizə  ki, Allahı 

yalandan  vəsf  edib  yalan  danışırsınız.  Göylərdə  və  yerdə  olanlar Allaha 

məxsusdur. Allahın yanında olan mələklər ibadət etməkdən boyun qaçır-

mazlar.Və çox ibadət etməkdən yorulmazlar.Əgər Allahdan başqa göylərdə 

və Yerdə ibadətə layiq məbud olsaydı, şübhəsiz ki, yer-göy çevrilib öz ta-

razlığını itirərdi. Ərşin Pərvərdigarı tək olan Allah, vəsf edilən sifətlərdən 

pakdır.  Allahın  yerinə  yetirdiyi  işlərə  görə  Ona  sual  olunmaz.  İnsanlar 

etdikləri əməllərə görə sorğu-sual olunarlar. Allahın işlərinin hamısı hikmət 

üzündəndir. (Kitabul-Bəyan-fi Təfsirul Quran.) 



Hədis: Bir adam Hz.Əlidən soruşur ki, haqq nədir, batil nədir? Hz.Əli 

o adamın qulağından tutub:-Bu batildir, gözün isə haqqdır-deyərək an-

latmağa  davam  edir:-Duymaq,  görməyə  görə  əsilsizdir,  batildir,  yəni 

insan görərək doğruya çatar.Yüz minlərcə qulaq sıraya düzülsə, yenə də 

görən bir gözə möhtacdır. Qulaq eşitməklə bir xəyal meydana gətirir. O 

xəyal camala, gözəlliyə qovuşmağın başlanğıcıdır. Çalışıb ona çatmaq 

istərsən, xəyalın gerçəkləşər. Qulağın duyduğunu gözün də görər. O za-

man da batil olan haqq olar. (“Hədisi Qüdsi”) 



 İNSANLAR ÇƏTİNLİKDƏ ALLAHI ÇAĞIRARLAR

ər-Rum-34-37-İnsanlara  zərər  toxunanda  Allahı  çağırar  və  onun 

dərgahında tövbə edərlər. Elə ki Allah öz rəhmətini onlara dadızdırdı, 

görərsən ki, öz Pərvərdigarına ortaq çıxarar və verdiyimiz neməti da-

narlar. İnsanlara rəhmət dadızdıranda sevinirlər, tutduqları işlərə görə 

ağrıya düçar olanda birdən naümid olurlar. Bəs görmürlər ki, Allah hər 



98

kəsin ruzisini istəsə bol edər və ya azaldar? Bunda iman gətirən qövm 

üçün ibrətlər vardır.

Nəhl-53-54-Sizə  gələn  hər  bir  nemət  Allahdandır.Sonra  sizə  bir 

müsibət üz verdikdə Ona yalvarıb çağırarsınız!Sonra sizi o müsibətdən 

qurtardığı zaman bir də görürsən ki, aranızdan bir dəstə Rəbbinə şərik 

qoşar. 


əz-Zumər-9- Fəqirlik və qıtlıq yetişən kimi, insana zərər yetişdikdə 

Allahın  tərəfinə  qayıdan  halda  onu  çağırar.  Allah  ona  öz  tərəfindən 

nemət verdikdə, bundan qabaq etdiyi duanı unudar, Allah üçün şərik 

qərar verər ki, insanları Allahın yolundan və haqq dindən azdırsın. Ya 

Peyğəmbər!  Onlara  de  ki,  küfrünüzə  görə  bu  dünyada  az  müddətdə 

ləzzət aparın. Həqiqətən, siz Cəhənnəm əhlisiniz.



əz-Zumər-49-50-İnsana  zərər  yetişdikdə  bizi  çağırar  və  yalvarar. 

Ona öz tərəfimizdən nemət verdikdə deyər ki,bu mənə öz elmimə görə 

verilibdir. Əksinə, bu, imtahandır. Lakin insanların çoxu onlara verilən 

bu nemətlərin imtahan üçün olduğunu bilməzlər. Bunu əvvəlki tayfalar 

da dedilər. Qazandıqları dünya malı onları ehtiyacsız etmədi. 

ALLAH BAĞIŞLAYANDIR 

əz-Zumər-53- Bəndələrimə de ki, ey mənim bəndələrim! Ey özlərini 

israf edənlər! Allahın rəhmətindən naümid olmayın. Allah günahları-

nızın  hamısını  tövbə  etsəniz,  bağışlayar.Allah  bağışlayan  və  rəhm 

edəndir. Allahınıza tərəf qayıdın! Onun əmrinə tabe olun! Sizə qəflətən 

əzab gəlməzdən öncə tabe olun! Yoxsa sonradan sizə kömək olmaz.

Ali-İmran-31-Ya  peyğəmbər!Allahı  sevirsinizsə,  mənə  tabe  olun 

ki, Allah da sizi sevsin.Sizin günahlarınızı bağışlasın.O, tabe olanlara 

rəhm edəndir.

Taha-81-Mən müşriklərdən tövbə edib,Allaha iman gətirən və yaxşı 

əməllər edərək, sonra imanında sabit olan kəsi bağışlayanam.



əl-Kəhv-58-Sənin  Rəbbin  bağışlayan  və  rəhmət  sahibidir.  Əgər 

qazandıqları  əməllərə  görə  Allah  onları  yaxalasa,  əlbəttə,  tez  əzab 

göndərər. Hələ onları həlak etmək üçün müəyyən vəd də vardır. O za-

man Allahdan başqa pənah yeri tapmazlar. 



MÖMİNLƏR BOŞ SÖZLƏRƏ QULAQ ASMAZLAR

əl-Qəsas-55-Möminlər boş, yersiz söz eşidən zaman ondan üz çevirərək 

dedilər: “Bizim əməllərimizin mükafatı bizə,sizin əməllərinizin cəzası 




99

isə  sizə  aiddir,hər  kəs  öz  əməlinə  cavabdehdir.  Bizdən  əl  çəkin,  biz 

cahillərin söhbətini istəmirik. Biz ancaq mərifət əhli ilə söhbət istəyirik.

Ya Peyğəmbər! Şübhəsiz ki,sən istədiklərini güc ilə imana və doğru 

yola  yönəldə  bilməzsən!Amma Allah  öz  lütfü  ilə  istədiyi  kəsi  doğru 

yola yönəldər.Allah doğru yolda olan kəsləri daha yaxşı bilir.



Furqan-72-O kəslər ki, pis yerlərə,yalan və pis məclislərə getməzlər, 

günah edən şəxslərin, yaxud onları söyən şəxslərin yanından kəramətli 

adamlar kimi keçərlər. 

 ALLAHDAN RAZILIQ

Açıqlama:-Möminlər  imanları  ilə  bütün  kainatın  gözəlliklərini  və 

gözəl mənalarını görürlər və bu səbəbdən də bütün kainat möminlərdən 

mənən məmnundur. Hər kəs istəyir ki, Allah ondan razı olsun, gərək 

özü də Allahın ona verdiklərindən istər pis, istərsə də yaxşı,hamısından 

razı olsun.Yalnız Uca Allaha razılıq,dua, ibadət, itaət sayəsində onun 

rəhm və rəhmətini qazana bilərik.



ət-Tin-6-Təkcə o kəslər istisna olmaqla ki, iman gətirdilər və saleh 

əməllər etdilər. Onlar üçün qurtarmayan və həmişəlik mükafatlar vardır. 



əl-Bəyyinə-7-8-O kəslər ki, iman gətirdilər və yaxşı əməllər etdilər, 

məhz o kəslər yaranmışların ən yaxşısıdırlar.Onların muzdu öz Allahla-

rının yanında həmişəlik behiştdir.Allah onlardan razı oldu, onlar da Al-

lahdan razı oldular. Bu razı olma o kəslər üçündür ki, Allahdan qorxur-

lar.

Hədis:”Hədisi-qüdsi”Şeyx  Bəhauddin(”Kəşkul”  kitabının  3.c.)

rəvayət edir: Tövratda belə yazılmışdır:-Allah-taala buyurur: -Hər kəs 

Mənim qəzama razı olmazsa, Mənim bəlama səbir etməsə və Mənim 

nemətlərimə  şükür  etməsə,  özü  üçün  başqa  bir  Rəbb  seçsin.Hər  kəs 

dünya  həyatı  üçün  qəm-qüssəli  olsa,  Mənə  qəzəblənmişdir.Hər  kəs 

sərvətli bir şəxsə, onun mal-dövləti xatirinə təvazökarlıq etsə, dininin 

üçdə iki hissəsini itirmiş olur.

Ey Adəm övladı!Hər gün açılanda sənə təzə ruzi göndərirəm. Amma 

gecə mələklər sənin çirkin əməllərini Mənim yanıma gətirirlər.Həmişə 

xeyir şeylər Məndən sənə tərəf nazil olur, şər şeylər isə səndən Mənə 

tərəf gətirilir.

Ey Adəm övladı! Mənə öz ehtiyacınız qədər itaət edin, Cəhənnəm 

oduna  taqət  gətirəcəyiniz  qədər  mənə  qarşı  günah  edin.  Dünya  üçün 

onda qalacağınız qədər iş görün, axirət üçün isə orada dayana biləcəyiniz 

qədər azuqə götürün.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə