Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə29/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   25   26   27   28   29   30   31   32   ...   292

85

Hədis:Cəfəri  Sadiq  rəvayət  edir:-Peyğəmbərimiz  buyurmuşdur:-

Uca Allah buyurur:“Мən qulumun barəmdəki zənni yanındayam Məni 

yad etdikcə onunlayam. О, Məni öz-özlüyündə yad etsə, Mən də onu 

öz-özlüyümdə yad edərəm. O, Məni camaat yanında yad etsə, Mən onu 

daha xeyirli camaatın, mələklərin yanında yad edərəm. O Mənə bir qa-

rış yaxınlaşsa, Mən ona on qarış yaxınlaşaram. О Mənə уеriyərək gəlsə, 

Mən ona yüyürərək gələrəm. 

 

ALLAH MÖMİNLƏRİN DUALARINI TEZ QƏBUL EDƏR

əl-Ənfal-9-11-O  zaman  ki,siz  Allahınızdan  kömək  diləyirdiniz. 

Allah  sizin  duanızı  bununla  qəbul  etdi  ki:-Mən  möminlərin  arxasın-

ca gələn 1000 mələklə sizə kömək edənəm. Allah sizə qələbə müjdəsi 

verməkdən ötrü mələk göndərməyi vəd etdi ki, sizin qəlbləriniz arxayın 

olsun. 

Ali-İmran-121-127-Ya Peyğəmbər! O zaman ki, sən döyüşməkdən 

ötrü möminlərə yer hazırlamaq üçün öz əhlinin yanından çölə çıxdın. 

Allaha  dua  edib,  kömək  istədin.  Allah  (sözlərini  eşidən)  niyyətləri 

biləndir. O zaman ki, iki tayfa sizdən ayrılmaq istədilər. (Allah onlara 

kömək edəndir.) Bədr vuruşunda zəif olduğunuz halda Allah sizə nüsrət 

verdi ki, Allahın nemətinə şükür edəsiniz. O zaman ki,sən möminlərə 

deyirdin:-Məgər Allahınızın özü tərəfindən nazil etdiyi üç min mələk 

sizə kifayət etməzmi?

Bəli, onlar-müşriklər sizin üstünüzə gələn zaman əgər səbir edib Al-

lahdan qorxsanız və qaçmasanız, Allahınız nişan qoyulmuş, yəni baş-

larında şücaət nişanəsi olan ağ əmmaməli beş min mələklə sizə kömək 

edər. Allah bunu yalnız bəşarət verməkdən ötrü etdi ki, qəlbləriniz arxa-

yınlaşsın.Nüsrət ancaq qələbə çalan və hər şeyi hikmət üzündən edən 

Allah tərəfindəndir. 



ALLAH KİMİSƏ QALİB ETMƏK İSTƏSƏ, HEÇ KƏS ONA 

MANE OLA BİLMƏZ

Açıqlama:Allah-taala bir bəndəsini qorumaq istəsə, bütün dünya əhli 

yığılsa da, ona heç kəs zərər verə bilməz. Yox, əgər Allah-taala onu bəlaya 

salmaq istəsə, yenə bütün dünya əhli yığılsa belə, onu xilas edə bilməz. 

Bu səbəbdən də, başımıza gələn yaxşılıq və pisliklərdə səbir edərək, 

yalnız Ona sığınıb, Ondan kömək diləyək.



86

əl-Ənfal-66-Ey  möminlər!  İndi  Allah  yükünüzü  yüngülləşdirdi. 

Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi 

olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə 

çalar. Allah səbir edənlərlədir! 



Fatir-2-Allahın  insanlara  əta  etdiyi  mərhəmətə,  verdiyi  nemətə, 

ruziyə heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən 

başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir!

əl-Əraf-188-Ya  Peyğəmbər!  De  ki:-Mən  Allahın  istədiyindən  başqa 

özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, söz-

süz ki, özüm üçün daha çox xeyir tədarük edərdim. Savab qazanmaq üçün 

dünyada daha çox yaxşı işlər görərdim və mənə pislik toxunmazdı. 



Ali-İmran-160-Əgər Allah sizə kömək etsə, heç kəs sizə qalib gələ 

bilməz.Yox, əgər səni zəlil edərsə, ondan sonra kim sənə kömək edə 

bilər? Buna görə möminlər Allaha təvəkkül etsinlər. 

əl-Casiyə-19-Şübhəsiz,  Allah  göndərən  əzabdan  bir  şeyi  heç  kəs 

səndən dəf edə bilməz. Zalımlar bir-biri ilə dostdurlar,onlar səni aradan 

aparmaq üçün müttəfiqdirlər. Allah isə təqvalıların dostudur. Zalımların 

sənə qarşı müttəfiq olmalarından qorxma, Allah səni qoruyar.



Allahdan başqasına ibadət etməyin

Allaha yalvarmaq şücaətdir.

Qəbul olsa rəhmət,olmasa hikmətdir.

Bəndəyə yalvarmaq zillətdir.

Qəbul olsa minnətdir, olmasa xiffətdir. (“Gülüstan”Sədi Şirazi.)

 

əl-İsra-42-De  ki:-Allahdan  başqa Allahlar  olsaydı,o  zaman  Ərşin 

sahibi olan Allahın yanına yol axtarardılar.Müşriklərin dediyi sözdən 

Allah uca və pakdır. 

əl-Ənkəbut-41-Özlərinə Allahdan başqa dost tutanlar, başqa şeylərə 

tapınanların məsəli özünə yuva quran hörümcəyin məsəli kimidir. Kaş 

biləydilər ki, hörümçəyin yuvası evlərin ən davamsızıdır. 

əl-Həcc-32-Allaha şərik qərar verən kəs sanki göydən yerə yıxılıb 

ölüb,quşlar  sürətlə  gəlib  onu  tutaraq  parça-parça  edib,ya  da  göydən 

yerə düşən zaman külək onu əlçatmaz bir yerə aparıb.

ər-Rəd-15-Doğru duanı qəbul etmək Allah üçündür. Bərkə düşəndə 

Allahdan başqasını çağıranların duaları qəbul olunmaz. Onlar o kəsə 

bənzər ki, susuzluğun çoxluğundan suyun gəlib ağızlarına çatması üçün 

əllərini açıq qoyarlar.Belə bir şəxs suya yetişən deyil.Kafirlərin duası 

yalnız zəlalətdə olmaqdır.



87

ən-Nəhl-51-52-Allah belə buyurdu:”İki tanrı qəbul etməyin,O Allah 

yalnız tək bir tanrıdır.Ancaq Məndən qorxun.”Göydə və Yerdə nə varsa 

hamısı onundur. Din də (itaət-ibadət də) həmişə onundur.Belə olduğu 

təqdirdə Allahdan başqasındanmı qorxursunuz? 



əl-Əraf-191-197-Onlar  qüdrətə  malik  olmayan  və  özləri  yaradıl-

mış olan bütləri Allaha şərik edirlərmi? Bütlərin öz ibadət edənlərinə, 

hətta özlərinə də kömək etməyə qüdrətləri olmaz.O kəslər ki,Allahdan 

başqasına ibadət edərlər, həmin bütlər sizin kimi bəndələrdir.Əgər doğ-

ru deyirsinizsə,onları çağırın ki,sizə cavab versinlər. Məgər onların yol 

gedən ayaqları,vuran əlləri, görən gözləri,eşidən qulaqları varmı? De 

ki,şəriklərinizi çağırın,sonra mənə hiylə edin!Mənə möhlət verməyin!

Həqiqətən, mənim köməyim Kitab nazil edən Allahdır.Allah saleh 

kəslərə  kömək  edər.  Allahdan  başqa  çağırdığınız  kəslər  sizə  kömək 

etməyə qadir ola bilməzlər. Onlar özlərinə də kömək edə bilməzlər. 



Dini  Hekayə:-Hz.  Əli  savaş  zamanı,  bir  düşməni  həmlə  edib 

öldürmək istərkən,elə bu vaxt düşməni onun üzünə söyür. Bu səbəbdən 

Hz. Əli düşmənini buraxaraq onu öldürməkdən əl çəkir. Ayağa qalxan 

düşməninə:-Səni bağışladım, sən sərbəstsən,-deyir. Düşməni olan sa-

vaşçı  bu  vəziyyətə  sarsılaraq:-Məni  öldürməkdən  səni  vaz  keçirən 

səbəb nədir?-deyə soruşur.

Hz.Əli belə cavab verir:-Qılıncımı Allah yolunda və Onun risaləsi 

üçün istifadə edirəm, nəfsim üçün deyil.Sən savaşarkən üzümə söyüncə 

nəfsimə ağır gəldi.Sənə qəzəbləndim və bu zaman səni öldürsəydim, 

Allah yolunda deyil, öz nəfsimin intiqamını almış olardım.

Hz.  Əlinin  düşməni  bu  sözləri  eşidən  kimi  qəlbində  Haqqın  nuru 

parladı və imana gəldi.Bu hadisədən sonra o adamın yaxınları və dost-

larından 50 nəfər kişi İslam dinini qəbul etdi. Bu əsil və incə davranış 

insanları İslama həvəsləndirdi. 



Açıqlaması:-İxlas və sevgi qılıncı iti qılıncdan daha kəskindir ki, 

ordularımızı artırsın.Peyğəmbərimiz (s.ə.s.) buyurur:-Kim Allah üçün 

sevər, Allah  üçün  əsəbiləşər, Allah  üçün  verər  və Allah  üçün  imanı 

qoruyub  saxlarsa,  şübhəsiz  ki,  o  möminin  imanı  kamala  yetişmişdir.

(Cəzalı“Altın Ögüdlər” Hüseyn Okur.) 

 ÜSULİ-DİNİN 3-SU ƏDLDİR

Ədl-Allah Adildir

əl-İxlas1-4-Ya Peyğəmbər! De ki Allah birdir,şəriki yoxdur! Allah 

hər bir şeydən ehtiyacsızdır! Doğmayıb və doğulmayıb, Allah üçün ona 

oxşayan bir şəxs və tay yoxdur. 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə