Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə28/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   24   25   26   27   28   29   30   31   ...   292

82

 ALLAHI ZİKR EDİN

əl-Əhzab-35-Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah ba-

ğışlanma və böyük mükafat hazırlamışdır. 



əl-Əhzab-41-44-Ey  iman  gətirən  kimsələr!  Allahı  çox  zikr  edin. 

Onu yaddan çıxarmayın və səhər-axşam Ona sitayiş edin. Allah və onun 

mələkləri sizə rəhmət göndərirlər ki, sizi qaranlıqdan, cəhalətdən işığa, 

mərifət və iman işığına aparsınlar, çünki Allah möminlərə rəhm edəndir. 

Möminlər Allahın rəhmətinə yetişən gün Allah tərəfindən gələn töhfə 

salamdır və yaxud bütün bəlalardan salamatçılıqdır. Allah onlar üçün 

böyük əcr hazırlamışdır.

Hədis:-Hz.Peyğəmbər(s.ə.s.)  buyurmuşdur:-Əgər  bir  dəstə  insan 

bir məclis düzəldib, orada Allahı zikr edib, Peyğəmbər və onun Əhli-

beytinə  salavati-salamlar  göndərərlər,  asimandan  bir  carçı  mələk  on-

ları səsləyər:-Qalxın, sizin pislikləriniz yaxşılıqlarla əvəz olundu.Zikr 

məclislərində mələklər iştirak edərlər. (Hədisi Qüdsi)

Zikrlər:Həyatda düşdüyümüz hər vəziyyət üçün zikrlər vardır:

əl-Bəqərə-156-157-O  kəslər  ki,başlarına  bir  müsibət  gəldiyi  za-

man:  ”Biz  Allahın  bəndələriyik  və  öləndən  sonra  Onun  dərgahına 

qayıdacağıq,”-deyərlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət 

(Cənnət) gözləyir.Onlar doğru yolda olanlardır!

Həmin zikr belə oxunur:”İnnə lilləhi və innə ileyhi raciun.”

1-Təsbihat:-Subhənallah və bi həmd.Subhənallah vəl həmdu lilləhi 

iləhə illəllahu,vallahu əkbər”.

2-Bütün  çətinliklər  üçün:-Bismilləhir  Rahmənir  Rahim.  La  həvlə 

vəla qüvvətə illə billəhi əliyyul azim.

3-La ilahə illəllah Məlikil Haqqul Mubin .

4-Əstəğfirullahəlləzi lə iləhə illə huvəl Həyyul Qəyyum,

5-Əstəğfirukə və ətubu ileyhi.

6-Həsbiyəllahu və niməl vəkil.

6-Ya Həyyul Qəyyum,Ya Zəl Cələli Vəl ikram. 



Hədis:Rəsulullah (s.ə.s.)buyurdu:-Mən sizə Quran oxumağı və Al-

lahı  çoxlu  zikr  etməyinizi  məsləhət  görürəm,həqiqətən,  Quran  sizi 

Cənnətdə zikr edər və Yer üzündə ilahi nur olar. (əl-Xisal, s.525) 

 Bütün yaranmışlar Allaha səcdə edirlər

əl-İsra-44-Yeddi  göy,yer  və  onlarda  olan  bütün  məxluqat  Allahı 

təsdiq edir.Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, 

lakin siz onların (dillərini bilmədiyiniz üçün) təsdiqini anlamazsınız. 

Allah, həqiqətən, həlim və bağışlayıcıdır!” 




83

ər-Rum-26-Göylərdə və yerdə kim varsa,Onundur.(Mələklər, cinlər 

və insanlar Allahın bəndələridir) Hamısı ona boyun əyər.



ən-Nur-41-42- Məgər görmürsənmi, göylərdə və Yerdə olanlar Alla-

ha təsbih edirlər, quşlar da havada qanadlarını açan halda təsbih edirlər.

Onların  hamısı  öz  dua  və  təsbihlərini  bilirlər,Allah  onların  etdikləri 

əməlləri biləndir.Göylərin və Yerin padşahlığı Allah üçündür.Bütün in-

sanların qayıdacaq yeri Allaha tərəfdir. 

 İnsanlar özləri səcdə etməsə də, kölgələri Allaha səcdə edir

Açıqlama:  Bütün  yaranmışlar  Allaha  səcdə  edərlər.  Havadakı 

zərrələr, dağlar, daşlar, yağış damlaları,dənizlər və çaylar məlum dönən 

fələklərin hər parçası, gəzəyənlər, fəsillər, mələklər, quşlar, ağaclar,Yer 

və göy üzündəki bütün məxluqatlar, hər nə ki var, gecə və gündüzün hər 

anında O tək, bağışlayıcı, əfvedici olan Uca Allaha həmd-səna, təsdiq 

edib, Allaha səcdə edirlər.İnsanlardan bəziləri Allaha səcdə etməsələr 

də, kölgələri zəlilcəsinə Yaradanına səcdə edir.

Bu haqda Qurani-Kərimdə buyurmuşdur: 



ən-Nəhl-48-Onlar-Allahın  yaratdığı  kölgə  sahibləri  görmürlərmi 

ki,gün  uzandıqca  və  ya  əyildikcə,  onların  kölgələri  də  sağa  və  sola 

əyilir?  Onların  kölgələri  üzüüstə  düşüb  zəlillik  edərək, Allaha  səcdə 

edərlər. Göylərdə, Yerdə olanlar, onların arasındakı bütün canlılar və 

mələklər təkəbbürlük etmədən Allaha səcdə edərlər. 

əl-Həcc-18-Məgər  siz  göylərdə  və  yerdə  olanların-Günəşin, Ayın, 

ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun 

Allaha səcdə etdiklərini görmürsünüzmü? İnsanların bir çoxuna isə, Al-

laha səcdə etmədiklərinə görə həm bu dünyada, həm axirətdə əzab nazil 

olar.

ər-Rəd-16-Göylərdə  və  yerdə  olanlar,  kimi  öz  istəyi  ilə,  kimi  isə 

istəməyən  halda  Allaha  səcdə  edərlər.  Insanların  kölgələri  də  səcdə 

edər,  rüku  və  səcdə  halında  kölgə  hərəkət  edər.  Onlar  səhər-axşam, 

daim səcdə edərlər.



 ALLAHA DUANI GİZLİN EDİN, ÇAĞIRIN

əl-Əraf-55-Allahı  yalvarışla  və  gizlincə  çağırın.  Həqiqətən, Allah 

həddini aşanları və ucadan çağırıb dua edənləri sevməz. 



əl-Əraf-205-Səhər-axşam,  boyun  əyərək,  yalvararaq  və  qorxaraq, 

səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma! 



əz-Zumər-8-İnsanlara bir zərər yetişən zaman Rəbbinə tərəf üz tutar, Onu 

çağırar. Sonra da Rəbbi tərəfindən Ona bir nemət əta edildikdə,bundan 




84

əvvəl etdikləri bütün duaları yaddan çıxarar və insanları haqq yolundan 

azdırmaq üçün Allaha şəriklər qoşar.

ən-Nəml-62-Yaxud əli hər yerdən üzülüb, çarəsiz qalan bir kimsə 

Onu çağıran zaman duasını qəbul buyuran, çətinlikləri aradan götürən 

və sizi yer üzünün varisləri edən kimdir? Məgər Allahla yanaşı başqa 

bir tanrımı var? Necə də az düşünüb danışırsınız!



Hədis:(Hədisi Qüdsi.) Əbu Əli Əşəri ibn Əli Kufidən rəvayət edi-

lir:  Əbu  Əbdullah  (ə.s.)  belə  buyurur:-Hz.  Davud  “Ərafat”da  dayan-

dıqda camaata baxdı, onların çoxluğundan agah oldu, sonra dağa çıxıb 

dua etməyə başladı. Mərasim sona yetdikdən sonra Cəbrail nazil olub 

dedi:”Ey Davud, Allah buyurur:”Nə üçün dağa çıxdın? Yoxsa güman 

etdin ki, dağın aşağısında heç bir sözü eşitməyirəm?”Hz.Cəbrail Davu-

du özü ilə dəryanın kənarına apardı və onu dəryaya saldı.Dəryada 40 

günlük yolu keçdikdən sonra böyük bir daşa rast gəldilər. Onu sındırdı-

lar, içindən xırda bir qurd çıxdı. Cəbrail (ə.s.) Davuda dedi:”Ey Davud, 

Allah buyurur ki, Mən dəryanın dibində olan daşın içərisindəki qurdun 

səsini eşidirəm. Amma sən güman etdin ki,”Məni çağıran, hansısa bir 

şəxsin müraciətini eşitmirəm!”



 DOĞRU DUA YALNIZ ALLAHA MƏXSUSDUR

əl-Bəqərə-152-Məni yad edin ki,mən də sizi yad edim! Mənə sükür 

edin!Mənə küfr etməyin. 



əl-Mumun-60-Sizin  Allahınız  buyurdu  ki,  mənə  dua  edin,  məni 

çağırın ki, sizin duanızı qəbul edim. Şübhəsiz ki, mənə ibadət və dua 

etməyərək  təkəbbürlük  edən  kəslər  tezliklə  zəlil  olaraq  Cəhənnəmə 

daxil olarlar. 



Ali-İmran-150-Allah  sizin  haminiz  və  yardımçınızdır.O,  yardım 

edənlərin ən yaxşısıdır. 



əl-Furqan-77-De:-Əgər sizin duanız olmasa, Rəbbiniz sizə heç bir 

dəyər verməz, əslində, siz təkzib etdiniz və tezliklə əzab sizə yaxın ola-

caq.

əl-Bəqərə-186-Bəndələrim  səndən  Mənim  haqqımda  soruşduqda, 

söylə  ki:-Mən  onlara  yaxınam  və  məni  çağıran  kəsin  duasına  cavab 

verərəm. Gərək onlar da mənim çağırışıma cavab versinlər və doğru 

yolu tapmaq üçün Mənə iman gətirsinlər. 



Hədis:-Peyğəmbərimiz  buyurur:-Allahı  yad  edənlə  Allahı  yad 

etməyənin misalı, diri ilə ölünün misalına bənzər. (Hədisi Qüdsi)




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə