Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə27/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   23   24   25   26   27   28   29   30   ...   292

79

 QEYBİ BİLƏN ALLAHDIR

Cinn-26-O Allah qeybi biləndir, heç kəsə öz qeyb işini aşkar etməz! 

əl-Bəqərə-33-Allah dedi: ”Sizə demədimmi, göylərin və yerlərin qeybi-

ni Mən bilirəm, aşkar etdiklərinizdən də, gizlətdiklərinizdən də agaham.” 



əl-Hicr-24-Həqiqətən,biz sizdən əvvəl gələnlərin və sonra gələcək 

kəslərin əhvalatını bilirik. Allah hər şeyi bizim üçün gözəl xəlq etdi.



əl-Fatir-38-Şübhəsiz  ki,  Allah  göylərin  və  yerin  qeybini,  gözə 

görünməyən sirlərini bilir.O, ürəklərdə olanları biləndir. 



ər-Rəd-9-O, qeybi də, aşkarı da biləndir.Allah eyibsiz və nöqsansız-

dır.Onun heç bir şəriki yoxdur. 



əl-Mülk-13-14-Sözünüzü  gizli  saxlasanız  da,  aşkar  etsəniz  də, 

şübhəsiz  ki,  Allah  sinə  sahiblərindən  xəbərdardır.  Məgər  yaradan 

sinələri bilməzmi? Allah lətif, görən və xəbərdardır.

 ALLAH SİNƏLƏRDƏKİ GİZLİ SİRLƏRİ BİLİR

ət-Təğabun-4-Allah  göylərdə  və  yerdə  olanları  bilir.O  sizin  giz-

li saxladığınız və aşkar etdiyiniz şeyləri də bilir. O, sinələrdə olanları 

biləndir, insanların ürəyində nəyi gizli saxladıqlarını biləndir.

əl-Bəqərə-284-Göylərdə və yerdə olanlar Allah üçündür. Qəlbinizdə 

olan xeyir, ya şər əməllərini aşkar etsəniz də, gizli saxlasanız da, Allah 

onun hesabını sizdən çəkəcəkdir. O, istədiyi kəsi bağışlar, istədiyi kəsə 

əzab verər. Allah hər şeyə qadirdir. 



ər-Rəd-10-Sizdən sözünü gizlədən də, onu açıq deyən də, gecənin 

qoynunda gizlənən də,gündüz aşkar gəzib dolanan da Allah üçün eyni-

dir.Allah kimin nə etdiyini bilir.Heç bir şey ondan gizli qalmaz. 

ALLAH GİZLİ DANIŞIQLARIMIZI BİLİR 

Taha-6-7-Göylərdə,Yerdə onların arasında və yerin altında olanlar 

Allaha  məxsusdur,  onun  mülküdir.  Əgər  sən  istər  ucadan  danışasan, 

istərsə yavaş danışasan, istərsə də qəlbində gizli bir sirr ola, sonra onu 

unudasan, bütün bunlar Allahdan gizli deyildir. 



əl-Ənbiya-4-Allah buyurdu:-Ey Muhəmməd!De ki, mənim Allahım 

hər bir danışan şəxsin sözünü göydə və yerdə olmasından asılı olmaya-

raq bilir. Allah eşidən və biləndir. 

əl-Mücadələ-7-Məgər  sən  görmürsənmi,  göylərdə  və  yerdə  olan 

işlərin  hamısını Allah  bilir?  Üç  nəfərin  arasında  elə  bir  gizli  danışıq 




80

olmaz ki, Allah onların dördüncüsü olmasın.Beş nəfər arasında elə bir 

gizli toplantı olmaz ki, Allah onların altıncısı olmasın. Bu sayda az, ya 

çox,elə bir insan olmaz ki, Allah onlarla olmasın. Qiyamət günü Allah 

onların etdikləri əməllərdən xəbər verər. 

 

BÜTÜN GİZLİ İŞLƏR AŞKAR OLAR

əl-Ənam-3-Göylərdə və yerdə də olanlar Allahındır. Sizin aşkar və 

gizlin etdiyiniz əməllərinizi, xeyir və şərdən qazandıqlarınızı da bilir.



əl-Fəcr-14-Şübhəsiz ki, Rəbbin bəndələrinin bütün əməllərini görür.

Heç bir şey ondan gizli qalmaz.



Ali-İmran-29-Ya Muhəmməd! De ki:-Ürəklərinizdəkini gizlətsəniz 

də,  aşkara  çıxarsanız  da,Allah  onu  bilir.Çünki  O,  göylərdə  və  yerdə 

olanların hamısını biləndir. Allah hər şeyə qadirdir. 

ət-Tariq-9-10-Bütün sirlərin aşkar olacağı o Qiyamət günü, bütün 

sirlər aşkar olacaq! 



əl-Həcc-75-Allah onların nə etdiklərini də, nə edəcəklərini də bilir.

Bütün işlər (nəticə etibarilə axirətdə) ona qayıdar! (Qiyamət günü bütün 

məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır). 

 

 ALLAH İNSANI İBADƏT ETMƏK VƏ ÖZÜNÜ  

TANITMAQ ÜÇÜN YARATDI

əz-Zariyat-56-Mən insanları və cinləri ancaq Mənə ibadət etmələri 

üçün,yaxud Məni tanımaları üçün yaratdım.



ən-Həşr-22-24-O elə bir Allahdır ki, ibadətə layiq ondan başqa Allah 

yoxdur.O,  gizlin  və  aşkarı  biləndir,mehriban  və  bağışlayan  da  Odur. 

O, elə bir Allahdır ki, ondan başqa həqiqi məbud yoxdur. O, hər bir 

şeyə  malikdir,(bütün  eyib  və  nöqsanlardan)  pakdır,  salamatdır,  arxa-

yın edəndir, qoruyandır, qalibdir, işi yerinə qoyandır, böyük edəndir, 

ona şərik verilənlərdən pakdır. O, elə bir Allahdır ki,yaradandır,(bütün 

cisimləri və sifətləri) yoxdan vücuda gəti rəndir və surət çəkəndir. Gözəl 

adlar onun üçündür. Göylərdə və yerdə olanlar ona təsbih edər. Allah 

qələbə çalan və hökm edəndir.

Açıqlama:-Uca Allah “Sifəti-sübutiyyə,” yəni Özündə olan, Mülk 

(mütləq  hökmranlıq  əlində  olan),Qadir  (qüdrət  sahibidir), Alim  (hər 

şeyi öz elmi,hikməti ilə yaradan), Heyy-(həmişə diri, oyaq olan), Mürid 

(idarə edən, hərəkətə gətirən), Müdrik (hər şeydən xəbərdar olan, gizli 

işlərin hamısını bilən), Qədim (həm əzəli, həm də qədim, əbədi yalnız 

Özü olan) bu sifətlərini və bir daha Özünü bizə tanıdıb, bildirmək üçün 

Qurani-Kərimdə:-ibrət,  əlamət,  əmr,  qorxu,  sevgi,  elm-hikmət,  keç-



81

miş, gələcək, yer, göy, ibadət, itaət, məsləhət və gös tərişlərdən ibarət 

olan ayələri təkrar-təkrar nazil etmişdir. Əlbəttə, bu ayələrin hər birinin 

batinində də neçə məna və hikmətlər vardır ki, insanlar üçün hələ də 

sirr olaraq qalmaqdadır. Lakin qisaca olaraq bunu qeyd etmək lazım-

dır ki, Qurani-Kərim:-insana özünün kim olduğunu, dünyaya nə üçün 

gəldiyini,necə yaşayacağını, haradan gəlib, haraya gedəcəyini, özünü 

və bütün yaranmışları xəlq edənin kim olduğunu dərk etdirmək üçün 

Vahid-Qadir-Allah tərəfindən insanlara rəğbət və mərhəmət olaraq na-

zil edilmişdir. Muhəmməd (s.ə.s.) ümmətinə nazil etdiyi bu Müqəddəs 

kitabda bütün hikmətlərlə bərabər, bizlərə hidayət və nicatımızın yalnız 

Özünə ibadət və itaət də olduğunu bildirməkdir.

İbadət-bilik deməkdir. Xeyir işlər və onları yerinə yetirmək vasitələ-

rinə, həmçinin günahlar və onlardan çəkinmə yollarını öyrədən biliyə 

ibadət  deyilir. Allah  insanı  ona  görə  bütün  varlıqlardan  üstün  etmiş-

dir ki, insan bütün işlərini ağıl və idrak ilə idarə edir. Həmçinin ona 

görə ki, insan öz yaranışını,öz xilqətinin əsasını, öz məişət və yaşayış 

vəziyyətini düşünüb dərk etsin. Öyrənmək fürsətini itirməzdən əvvəl, 

özünün xeyir və şər yolunu bir-birindən ayıra bilsin: 

“əl-İsra-89-Biz  bu  Quranda  insanlar  üçün  hər  cür  məsəllərdən: 

əmr, əhkam, moizə, qissə və ibrətlərdən məsəl çəkib onlara izah etdik.

Həqiqətən, xalqın çoxu qəbul etmədi və onlar küfrdən başqa bir şeyə 

razı olmadılar.”



əl-Hicr-99-Öz Allahının həmdini zikr et və Allaha səcdə edənlərlə 

ol! Ölənəcən, əcəlin gəlib çatana qədər Rəbbinə ibadət et! 



əl-Bəqərə-21-Ey  insanlar,  sizə  və  sizdən  öncəki  insanları  yaradan 

Allaha ibadət edin,bəlkə təqvalı olasınız. 



əl-Bəqərə 163-Sizin Allahınız təkdir.Rəhman və Rəhim olan Allah-

dan başqa ibadətə layiq bir məbud yoxdur. İbadətə layiq yalnız Allahdır. 



əl-Həcc-11-İnsanların  eləsi  vardır  ki, Allaha  şəkk  ilə  ibadət  edər.

İbadət iki yol ilə biri dil ilə, o biri qəlb ilədir. Əgər ona yaxşılıq yetişsə, 

ibadət edər, bir çətinlik, imtahan yetişərsə, üz dön dərib küfr edər. Belə 

bir ziyan aşkar və böyük ziyandır.



əf-Fussilət-38-Müşriklər  Allaha  ibadət  etməyərək  təkəbbürlük 

etsələr də, sənin Allahının yanında olanlar-mələklər gecə-gündüz Alla-

ha təsbit edər və Allaha ibadət etməkdən yorulmazlar.

Hədis: İmam Hüseyn (ə.s.) buyurmuşdur: - Camaat!Allah-taala bən-

dələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət 

etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyac-

ları olmasın. (Hədisi Qüdsi) 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə