Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə25/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   21   22   23   24   25   26   27   28   ...   292

73

olan mələk yaxşı əməli birə on yazar,sol tərəfdə olan mələk pis əməli 

yeddi saatdan sonra yazar ki, bəlkə bəndə tövbə etsin.

ət-Tariq-1-4-And olsun göyə və zahir olana!Sən nə bilirsən ki, zahir 

olan nədir? O yanan ulduzdur, qaranlığı dələrək nurunu ətrafa yayar.Elə 

bir şəxs yoxdur ki,onun üçün mələklərdən nəzarətçi olmasın.

əl-Qaf-21-Hər bir kəs məhşərə gələr.Onların hər biri üçün bir sürüyən 

və bir şahid olan mələk vardır.Sürüyən mələk onu zorla məhşərə gətirər, 

şahid olan mələk isə onun əməllərinə şahidlik edər. 

 

İLK YARATDIĞI QƏLƏM OLDU

Qələm ki bu həyatda tərpənərək ilk dəfə

Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə. 

Bu xəlvət pərdəsini açan zaman əlbəəl, 

Söz oldu bu cahanda cilvələnən ilk gözəl. 

Demədikcə ürəyə söz ki, cavab ver mənə

Daxil olmazdı əsla can bu palçıq bədənə, 

O zamandan ki, qələm yazdı, yazdı, dürr saçdı, 

Bu dünyanın gözünü ilk dəfə sözlə açdı. (“Sirlər Xəzinəsi”) 

əl-Qələm-1-(Nun)-And olsun mürəkkəbə. Qələmə və onlarla yazı-

lan sözlərə, ya vəhy yazılan nurdan ibarət olan Lövhəyə, ya behiştdə 

axan çaylara, ya o qələmə ki, onunla vəhy yazılır. 

(Mövlana Furatı “Qırx sual” kitabından: Cənabi-Allahın ilk yaratdığı-

Nuri-Muhəmməd, Lövhu-Məhfuz, Qələm, Əql və beş kimsənin ruhu-

dur ki, bütün ruhların və cisimlərin başlanğıcı, əsası və ilk cövhəridir. 

Bütün ruhların və cəsədlərin başlanğıcı və qaynağı da bu cövhərdir.

Cənabi-Allah Ərşi-əzəmin altında və onun nurundan yaşıl, qırmızı 

rəngli qaşlarla bəzədilmiş böyük bir Lövh yaratmışdır ki, çevrəsi qır-

mızı yaqutdandır. Zümrüd rəngində də yaşıl bir qələm yaratmışdır ki, 

uzunluğu yüz illik məsafədir. Onun mü rəkkəbi bəyaz nurdandır. Cənabi-

Haqq  Qələmə:“Yaz!”deyə  əmr  etdiyində,Qələm  sarsılmış,  üzüntü 

duyaraq  göy  gurultusu  səsi  kimi  bir  səslə  təsbihə  başlamış  və  ilahi 

əmrləri, Qiyamətə qədər olub bitəcəkləri Lövhu-Məhfuzda yazmışdır. 

Beləcə Lövhu-Məhfuzu yazıyla doldurmuş, vəzifəsini bitirdikdən sonra 

mürəkkəbi qurumuş, artıq xoşbəxt olan xoşbəxt, bədbəxt olan bədbəxt 

olmuşdur. Lakin Cənabi-Allah hər gecə-gündüz Lövhu-Məhfuza 360 

dəfə  baxar,  hər  baxışda  bir  şeylər  silər,  yerində  başqa  bir  şey  təsbit 




74

edər. Cənabi-Allah Yer və göy xalqının bilməsi və bütün məxluqatın 

qədərlərinin  yazıya  görə  cərəyan  etməsi  üçün  bəndələrinin  başından 

keçəcək bütün işləri (talelərini) Lövhu-Məhfuza yazdırmışdır. 



əl-Hədid-22-Sizin həyatınızda qıtlıq, aclıq, xəstəlik, ölüm və bir çox 

müsibətlər  baş  vermədi  ki,onun  haqqında  canlarınızı  yaratmamışdan 

qabaq  Lövhu-Məhfuzda  yazılmamış  olsun.  Bu  işləri  sizin  haqqınız-

da əmələ gətirdik ki, əlinizdən çıxan şeylərə görə məyus olmayasınız. 

Çünki dünyanın bütün nemətləri çox tez aradan gedəndir. Allah bütün 

təkəbbürlüləri və başqasının yanında fəxr edənləri sevməz. 



Hud-119-Allah  insanların  dində  ixtilafda  olub-olmayacaqlarını, 

özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək 

işlərini və hərəkərlərini öz qüdrət Qələmi, Lövhu-Məhfuzda yazmışdır. 

Açıqlama: Sözü xilqətin birinci gözəli adlandıran Nizami Gən cəvi 

doğru göstərir ki, qələm hərəkətə başlayan zamandan dünyanın gözünü 

sözlə açıbdır. Söz insanın canı, bədən isə onun mənzilidir. Bayraqlar 

söz qədər qələbə çala bilməz,söz hər şeydən qiymətlidir.



Sözdən bir səs, bir nəfəs gəlməmiş,inan mənə: 

Can girmədi palçıqdan xəlq olunmuş bədənə.

O gündən ki, qələmlə kağız çatdı şərəfə, 

Cahan açdı gözünü, sözü gördü ilk dəfə.

Söz olmasa,yerində dünya donardı, sözsüz, 

Nə qədər söz dedilər, yenə əskilmədi söz. 

Söz -canımızdır. Eşqin lüğətinə baxsana! 

Biz sözük, gövdəmizsə yalnız xarabaxana! 

Yalnız qələm gücünə düşüncələr saxlanır, 

Misra söz quşlarının qanadına bağlanır. 

Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,

Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?

Düşüncənin əvvəli, rəqəmin, sayın sonu, 

Təkcə sözdür, təkcə söz, yadında saxla bunu. 

Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq. 

Damarları donanlar sözdə tapar atəş, köz, 

Bağrı yananlar üçün dirilik suyudur söz. 

Sözdür bərbad aləmin abad qalan guşəsi

Bu fələk süfrəsinin ən dadlı azuqəsi! 

Söz tapa bilməsəydi candakı şah damarı, 

Can kələfin ucunu, aləmi tapardımı? 

Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü, 


75

Həm təbiət mülkünü, həm şəriət möhrünü. 

Qədim, sonsuz cahanı odur quran, saxlayan, 

Qələmlərin boynuna boyunbağı bağlayan. (”Sirlər xəzinəsi”) 

 

 HƏR İŞ LÖVHU-MƏHFUZDA YAZILIB 

Əməl dəftəri haqqında Qurani-Kərimin 16 ayəsində qeyd edilmişdir.



əl-Vaqiə-78-Gizli kitabdakı insanlardan gizlin olan, Allahın yanında 

idi. Gizlin kitab ”Lövhu-Məhfuzdan” ibarətdir.



əl-Həcc-70-Məgər siz bilmirsiniz ki, Allah göydə və Yerdə olanları 

bilir,heç bir şey onun üçün məxfi deyil?Bunların hamısı kitabda,“Lövhu-

Məhfuzda”yazılıb. 

ən-Nəml-75-Göylərdə  və  yerdə(heç  kəsin  bilmədiyi)  elə  bir  şey 

yoxdur ki, açıq-aydın kitabda (Lövhu-Məhfuzda) yazılmış olmasın.



Açıqlama:-İnsan  yarandığı  gündən  müəyyən  hadisələrlə  imtahan 

olunur və heç kəs bu hadisələrdən sığortalanmamışdır. Yəni Allah-ta-

ala biz insanları dünyaya gətirməzdən çox-çox əvvəl, bizim taleyimizi 

və həyatımızı Lövhu-Məhfuzda yazdırıb, müəyyən edərək Yer üzünə 

göndərmişdir. Allah-taala  ətrafımızda  xəbər  aparan,  xəbər  gətirən  və 

əbədi  olaraq  sağ  və  sol  çiynimizdə  əylə  şən  gözətçi  mələkləri  bizim 

üçün  nəzarətçi  təyin  etmişdir.  O,  bizi  anamızdan  da,  özümüzdən  də 

daha yaxşı tanıyır. Necə ki, Qurani-Kərimdə buyurur:



ən-Nəcm-32- Sənin Allahın çox bağışlayandır. Allah sizi yaratma-

mışdan da qabaq yaxşı tanıyırdı. O vaxt ki, sizin əcdadınızı torpaqdan 

yaratdı. Siz analarınızın bətnində olduğunuz zamanda Allah sizi yaxşı 

tanıyırdı.Buna görə özünüzə paklıq nisbəti verməyin, özünüzü böyük 

sayıb tərif etməyin. Allah sizin təqvalı olanınızı çox yaxşı tanıyır.

Yasin-12-Həqiqətən, ölüləri dirildən, onların dünyada nə etmiş ol-

duqlarını və nə qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi “Lövhu-

Məhfuzda”təsbit etmişik.”

Loğman-34-Həqiqətən, Qiyamətin qopacağı vaxt ancaq Allah bilir.

Yağışı istədiyi vaxt göydən O yağdırır, bətnlərdə olanı, doğulacaq uşa-

ğın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yax-

şı və ya pis əməl sahibi olacağını O bilir. Hər kəs səhər nə edəcəyini 

(savab,yaxud günah qazanacağını),heç kəs harada öləcəyini bilməz. Al-

lah isə, şübhəsiz ki, hər şeyi biləndir və hər şeydən xəbərdardır. 



əl-Ənam-59-Gizlin  işləri  açmağın  açarları  Allah  yanındadır.Onu 

yalnız Allah bilir. O, dəryada və səhrada olanları bilir. Ağacdan düşən 

elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin.Yerin qaranlığın da, torpa-



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə