Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə26/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   22   23   24   25   26   27   28   29   ...   292

76

ğın altında elə bir dən, elə bir yaş-quru yoxdur ki, bəyanedici kitabda 

olmasın. 

 ALLAH İNSANI FAİLİ-MUXTAR YARATDI

əl-Əbəsə-20-31-Allah  onu  hansı  şeydən  yaratdı?(Allah  özü  cavab 

verir)Allah insanı nütfədən yaratdı və necə istədisə, onun əndazəsini 

o  cürə  yaratdı.  Sonra  yolu  ona  asan  etdi,xeyir  və  şər  yollarını  ona 

göstərib, insanı faili-muxtar etdi. Sonra onu öldürüb qəbrə daxil etdi. 

Allah istədiyi vaxt onu dirildər və Həşrə gətirər. Xeyr, heç kəs Allah 

əmr edən əməlləri yerinə yetirmədi. İnsan gərək öz yeməyinə baxsın. 

Biz sizin üçün yağış yağdırdıq, yerdən ot, ələf, dəni cücərtdik, üzüm, 

yonca, zeytun, xurma ağacı, meyvələr, otlaq və ağacları bir-birinə sar-

maşan bağlar yetişdirdik ki, insanlar və heyvanlar ondan qidalansınlar. 

Açıqlama:-Qurani-Kərimdən belə məlum olur ki,insan faili-muxtar-

dır, yəni bütün hərəkət və seçimində sərbəstdir.Əgər insan faili-muxtar 

olmasaydı,  onda  hamı  eyni  düşüncədə  və  amalda  olardı.Lakin Allah 

bizləri müxtəlif yaratdığı kimi, müxtəlif də ağıl-düşüncə və qədər yaz-

mışdır. Bu haqda Quranda belə buyurulur:

“Hud-118-Əgər  Rəbbin  istəsəydi,  bütün  insanları  tək  bir  ümmət 

edərdi. Lakin Rəbbinin mərhəmət etdiyi kimsələr istisna olmaqla, onla-

rı müxtəlif yaratmışdır.”

Biz  insanlar,  həqiqətən  də,  belə  düşünürük  ki,bütün  hərəkət  və 

düşüncələrimiz yalnız özümüzə məxsusdur.Yəni ürəyimiz istəyən kimi 

hərəkət edir, danışır, gəzir, yeyib- içir,hər bir işimizdə özümüzü sərbəst 

bilir və nəfsi istəklərimizə uyaraq bu həyatda yaşayırıq. Lakin Qurani-

Kərimdə bizim bütün hərəkər və düşüncələrimizin, hətta alıb-verdiyi-

miz nəfəsin belə, Allahın əmrində və nəzarətində olduğu haqda ayələr 

buyurulmuşdur: 



“Qaf-16-And olsun ki, Biz insanı yaratdıq və nəfsinin ona nə vəsvəsə 

etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi 

hərəkətlərindən tutmuş, ürəyindən keçən ən gizli hisslər, duyğular belə 

Allaha məlumdur.)”



“əl-Qiyamə-36-“Məgər insan elə güman edir ki,o başlı-başına bu-

raxılacaq?” 



“ən-Nəhl-77-Göylərin  və  yerin  qeybini,  gözə  görünməyən,  heç 

kəsə bəlli olmayan məchul sirlərini bilmək ancaq Allaha məxsusdur. 

Qiyamətin qopması əmri bir göz qırpımında, yaxud daha tez olar. Allah 

həqiqətən hər şeyə qadirdir.”



Açıqlama:Yuxarıda  qeyd  edildiyi  kimi,  Allah-taala  ilk  yaratdığı 


77

Qələm  vasitəsi  ilə  Lövhu-Məhfuzda,hələ  biz  dünyaya  gəlməmişdən 

əvvəl qədərimizi yazmışdır. 

Bütün hökm və ixtiyarımız yalnız onun əlindədir, niyyətimizdən də 

xəbərdardır  və  bir  nəfəs  alıb  verdiyimiz  qədər  də  belə  ixtiyar  sahibi 

deyilik. Həyatda başımıza gələnlər də yalnız onun istəyi və əmri ilədir. 

Biz isə bu hadisələri yalnız qıraqdan (ya üsyan edərək, ya da susaraq) 

müşahidə edə bilirik. 

Əgər bizim taleyimiz əvvəldən yazılmışsa, bütün həyatımız, cismi-

miz, əqlimiz, ruhumuz yalnız Uca Allahın nəzarətində və ixtiyarında-

dırsa,  onda  bizim  faili-muxtar  olmağımızda  nə  hikmət  vardır?  Belə 

qənaətə gəlmək olar ki, Allah bizlərə verdiyi bütün saysız nemətlərlə 

imtahan edərək, iki yol ayrıcında qoyur və bu iki yoldan birini seçməyi 

bizə təklif edir. Ya bu yollardan düzgününü, iman yolunu seçməklə, yal-

nız ona ibadət edərək, Cənnətə gedəcək, ya da ki, nəfsimizin istəklərinə, 

öz qüdrətimizə (bizə elə gəlir) uyaraq, təkəbbürlü Şeytanın qoşunu ilə 

birlikdə Cəhənnəmə atılacağımızı bildirir. Hər iki yolu da bizim üçün 

qoyan Uca Allahdır!

Bu haqda Quranda belə buyurulur: 

“əl-Bələd-8-10-Məgər biz ona iki göz vermədikmi ki, Allahın hikmət 

və qüdrətini görsün? Eləcə də bir dil və iki dodaq yaratdıq ki, onların 

vasitəsi ilə ürəklərindəki sözü bəyan etsinlər.Biz onu iki yola hidayət 

etdik.İnsanı həm xeyir, həm də şər, həm Behişt və həm də Cəhənnəm 

yoluna hidayət etdik.”

“əl-Ənam-104-Həqiqətən də, Rəbbiniz sizə açıq dəlillər gətirmişdir.

Artıq kim gözünü açıb bunları görərsə, öz xeyri nədir. Kim də korluq 

edərsə,öz nəfsinə zərər etmişdir. Pis işlərdən sizi çəkindirmək üçün mən 

sizin gözətçiniz deyiləm. (Mənim vəzifəm yalnız təbliğ etməkdir.)”

Qadir  və  Alim  olan  Allah  ən  istəkli  bəndəsi  və  rəsulu  olan 

Hz.Muhəmmədin ümmətinə, doğru, düzgün yolu seçmələri üçün başqa 

ümmətlərə nisbətən, daha çox fürsətlət vermişdir. Yəni İslam dinində 

olan  insanlar  üçün  müəyyən  etdiyi  vacibi  ibadət-itaət  hökmlərindən 

əlavə, müqəddəs aylar,günlər və gecələr də təyin etmişdir ki,bu günlərin 

də öz ibadət və itaət hökmləri vardır 

Uca-Allah, ilin12 ayından 6 ayını (4-haram, 3-də mübarək, Rəcəb 

ayı  həm  mübarək,  həm  də  haram  aydır)  bizlər  üçün  müqəddəs  edib, 

hədiyyə etmişdir ki, bu günlərdə Ona daha çox ibadət edək, Onu daha 

yaxından tanıyaq və bununla da hidayət yolunu tapmış olaq. Allah bi-

zim qədərimizi və nəfsimizi bilərək, bu dünyaya imtahan etmək üçün 

gətirmişdir. Bu haqda Qurani-Kərimdə belə buyurulur:



“əz-Zariyat-56-Mən insanları və cinləri ancaq Mənə ibadət etmələri 

üçün, yaxud Məni tanımaları üçün yaratdım.” 




78

“əl-Kəhf-6-Həqiqətən, yer üzündə olan şeyləri, canlı-cansız bütün 

yaranmışları insanlara imtahan üçün zinət verdik ki, onların pis və ya 

yaxşı əməllərini bilək.”

“ət-Tovbə-78-Ürəklərin  sirlərindən  və  pıçıldaşmalarından  Allahın 

xəbərdar olduğunu bilməyirlərmi? Çünki gizliləri bilən yalnız Allahdır. 

Allahın yanında ibadət edənlə etməyən bir deyildir.” 

Deməli,  taleyimizin“Lövhu-Məhfuzda”yazılmasına  baxmayaraq, 

Allah-taala bizlərə bir daha fürsət verir ki, bəlkə ibadət, itaət, niyyət və 

əməllərimizə görə, taleyimizdə, qədər-dəftərimizdə həm bu dünya, həm 

də axirətimiz üçün Allah Özü (yaxşı tərəfə) dəyişiklik edə bilsin. Bu 

haqda Uca Allah Qurani-Kərimdə belə buyurur: ”Mən sizin qədərinizi 



dəyişdirməyənəcən nə ins, nə də cins dəyişdirə bilməz.”

“əl-Ənkəbur-7-İman gətirib yaxşı işlər görənlərin əvvəlki günahla-

rının üstünü örtər və onlara dünyada etdikləri əməllərdən daha gözəl(on 

qat)  mükafat  verərik.Və  ya  gördükləri  ən  yaxşı  əməllərə  görə  onları 

mükafatlandırarıq.” 



“ər-Rəd-39-Əvvəl nazil olan hökmdən Allah hansını istəsə, pozub, 

əvəzinə başqasını qoyar. Birinci hökm nə qədər ki, zamanının tələbinə 

uyğundursa,  qalar.Lakin  tələb  dəyişsə,  hökm  də  dəyişər.  Əsil  kitab, 

Lövhu-Məhfuz Allahın yanındadır.”



 “əd-Duxan-1-8-And olsun Allahın həlimliyinə və böyüklüyünə və aşkar 

olan Kitaba! Həqiqətən, biz onu mübarək gecədə nazil etdik. Həqiqətən,biz 

günahkarları Quran vasitəsi ilə qorxudarıq!O gecədə hikmətə uyğun ola-

raq  əmrlər  bir-birindən  ayrılar.  Allahın  əvvəldən  müəyyən  etdiyi  işlər: 

ömür, xəstəlik, səadət, zəlillik və sair işlər haqqında hikmətə uyğun hökm 

olunar. Biz öz tərəfimizdən hər işə hökm edərik. Həqiqətən, Peyğəmbərləri 

və Kitabı göndərən bizik. Sənin Allahının tərəfindən rəhmət olan halda ki, 

insanların behiştə getməsinə səbəb olsun.Həqiqətən, Allah bəndələrinin du-

alarını eşidən və əməllərini biləndir. Ondan başqa haqq olan Allah yoxdur! 

O, insanları öləndən sonra dirildər və dırildəndən sonra öldürər.” (Kitabul-



Bəyan fi təfsiril Quran.) 

Mövlana Furatı “Qırx sual”:Cənabi-Allah Ərşi-əzəmin altında və 

onun nurundan yaşıl zəbərcəd (qızılı-yaşıl rəngli daş) rəngli, böyük bir 

Lövh yaratmışdır ki, çevrəsi qırmızı yaqutdandır. Cənabi-Allah, Yer-

göy  xalqının  bilməsi  və  bütün  məxluqatın  qədərlərinin  yazıya  görə 

cərəyan etməsi üçün bəndələrinin başından keçəcək bütün işləri Lövhi-

Məhfuza yazdırmışdır.Lakin Cənabi-Allah hər gecə və gündüz Lövhi-

Məhfuza 360 dəfə baxar, hər baxışda bir şeylər silər, yerində başqa bir 

şey təsbit edər.-Məhfuzu və qələmi inkar edən münafiqdir. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə