Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


(Mövlana Furatı) “Qırx sual” kitabından



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə23/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   19   20   21   22   23   24   25   26   ...   292

67

(Mövlana Furatı) “Qırx sual” kitabından: Qərinələr, əsrlər keç-

dikdən sonra Qadir Allah 6 günə (günün uzünluğu Allah bəlli) tərtib 

ilə yeri-göyü və ayı-günəşi, kainatı və tüstüsüs oddan Cinni, sonra isə 

insanı yaratmışdır.

İlk  insanı,  Hz.Adəmi  yaratmaq  istərkən,  Ona  gecə-gündüz  ibadət 

edən  mələklər  belə  sual  etmişlər:”Bu  qan  tökən  insanı  yenə  də  niyə 

yaradırsan? Axı biz Sənə bu qədər ibadət edirik”Allah-taala buyurmuş-

dur: ”Mən biləni siz bilmirsiniz” Sonra isə mələklərə: ”Mənə çox ibadət 

etməyinizlə öyünməyin, çünki, elə sizlərdən də mənə qarşı çıxıb, üs-

yan  edənləriniz  olacaqdır.  Həm  də  əgər  insanlara  verilən  hiss-duyğu 

üzvlərini sizlərə bəxş etsəydim, yəqin ki, siz də insanlardan betər olar-

dınız. ” (Buna misal mələklərdən Harut ilə Marutun məsəli). 

Uca Allah palçıqdan yaradıb, Öz ruhundan üfürərək can verdiyi ilk 

insana,  öz  nurundan,  ilk  yaratdığı  Hz.  Muhəmmədin  Peyğəmbərlik 

nurunu da bəxş etdi. Beləliklə də yaratdığı ilk insanı Peyğəmbər etdi 

ki,  insanlara  Özünü  tanıtsın,Öz  qüdrət  nişanələrini  və  hökmlərini 

Peyğəmbərlər vasitəsi ilə gələcək nəsillərə və həmin nurun sahibi olan, 

sonuncu Peyğəmbərə,Muhəmmədə (s.ə.s.) çatdırsın. 

Kainatın Xaliqi olan Allahın yaratdıqlarının ən şərəflisi, varlıqların 

xülasəsi, Əqldən əvvəl yaradılan Hz.Muhəmmədin ən mükəmməl ruhu 

olmuşdur  ki,  Uca Allah  onu:  ”Sən  olmasaydın  fələkləri  yaratmaz-

dım” xitabilə ucaltmışdır. 

Yuxarıda qeyd etdiyimiz kimi Allahın ilk yaratdığı Nuri-Muhəmməd, 

Lövhu-Məhfuz, Qələm, Əql və beş kimsənin ruhudur ki, bütün ruhla-

rın və cisimlərin başlanğıcı, əsası və ilk cövhəridir. Bütün ruhların və 

cəsədlərin başlanğıcı və qaynağı da bu cövhərdir. 

Allah-taala ruhlar aləmini yaratdıqdan 2 min il sonra cisimlər aləmini 

yaratdı.İnsan ruh və bədəndən ibarətdir. Ruh özü isə müstəqil, bədənin 

varlığından asılı olmayan bir cövhərdir və onun zehni mülahizələri dərk 

etmək qabiliyyəti vardır. Lakin ruh cisim deyildir, çünki cisim eyni za-

manda iki surəti dərk edə bilməz. Halbuki ruhun ikidən də artıq surəti 

dərk etmə qabiliyyəti vardır.Ruh,Uca Allaha aid insanı heyrətə gətirəcək 

bir varlıqdır. İnsan ağlı onu dərk edib anlamaqda acizdir. 



Hədis:-İmam  Cəfəri  Sadiq  (ə.s)  (“Təfsire-Nurus-səqələyn”  kita-

bında) Peyğəmbərimizdən buyurmuşdur:-Allah-taala buyurur ki:“Mən 

bir gizli xəzinə idim,istədim ki, tanınam.Yəni insanları yaratdım ki, 

tanınam.”

Bu kəlamda Allah-taala öz müqəddəs zatını“Gizli xəzinə”adlandırır. 

Həqiqətən,O,  gizli  xəzinə  olmaqla  bərabər,  həm  də  gizlindir.  Çünki 



68

onu heç bir duyğu və hiss vasitəsi ilə dərk etmək mümkün deyil.O, bu 

maddi aləmi o qədər gözəl, mükəmməl və onun əzalarını bir-birinə elə 

ahəngdar edib yaradır ki, O Ülvi-Zatın özünə də xoş gəlib. Uca Allah 

yaratdığı qüdrət nümunələrini dərk edə bilən, əql və şüur sahibi olan 

insan  ruhunu  yaradır.Digər  canlılardan  fərqli  olaraq,  yalnız  insan  öz 

əqli, şüuru ilə bu kamilliyi və gözəlliyi dərk edə bilərdi.Sonra isə əql 

və şüur verib yaratdığı ruhları“Ruhlar aləmi” deyilən aləmdə bir araya 

gətirmişdir.

Allah-taala  Hz.  Adəmi  yaratdıqdan  sonra  dünyanın  sonunadək 

doğulacaq  olan,  əql  və  şüur  verib  yaratdığı Adəm  övladlarının  ruh-

larını,“Ruhlar aləmi”adlanan aləmdə xırda, pərakəndə zərrə lər şəklində 

onun ətrafına toplamışdır. Sonra hamısını bir yerdə öz hüzuruna topla-

yaraq onlardan soruşmuşdur:

-Mən sizin Rəbbiniz deyiləmmi?

-Bəli, Sən bizim Rəbbimizsən! Ancaq sənə ibadət edir, səndən yar-

dım diləyirik,- delə, onlar cavab vermişlər. Allah-taala yenə soruşur:

-Sonra deməyəsiniz ki, bizim atalarımız bundan əvvəl müşrik olmuş-

lar, biz də onların övladı idik və onları təlqin edirdik. Onlara görə bizi 

həlak edərsənmi? (Əraf-172) Bu səbəbdən yenə də soruşuram:

-Mən sizin Rəbbiniz deyiləmmi?

-Bəli, Sən bizim Rəbbimizsən! Ancaq sənə ibadət edir, səndən yar-

dım diləyirik-demişlər.

Alim və hər şeyi bilən Uca Allah onlardan bir daha “Tövhid” sualını 

soruşmuş:

-Bəli,bizim Rəbbimiz yalnız Sənsən! Ancaq Sənə ibadət edir, Səndən 

yardım diləyirik,-deyə, üç dəfə Allahın verdiyi suala cavab vermişlər.

Həmin  bu  danışmanın  baş  verdiyi  zamana”Qalu-Bəla”deyilir  və 

o  zamandan  da  insanlar”Biz  Müsəlmanıq”  demişlər.  Bu  etiraf  Ərəfə 

gününə təsadüf etmişdir. Həmin aləmə“Zərr-aləmi”,həmin əhdə “Ələst-

əhdi”  deyilir. Adəm  övladları  atalarından  analarının  bətninə  zərrələr 

şəklində keçir. Bu səbəbdən“Zərr-aləmi” dedikdə, yaranışa aid olan əhd 

nəzərdə tutulur. Adəmin bəzi övladları ”Zərr- aləmində” qəlbən iman 

gətirməsələr də Allahın varlığını etiraf etdilər.

Peyğəmbər(s.ə.s.) buyurmuşdur ki, Allah qüdrət fitrətini və haqq ol-

duğunu insanın xarakterinə qoymuşdur. Onun İlahi fitrəti bütün yaran-

mışların batinində əmanətdir. İnsanların əql və düşüncəsi Allahın var-

lığına şahid olduğundan, həmin iman bir həqiqət olaraq düşüncələrdə 

yer almışdır. Allah-taala Tövhid, təkallahlılıq inancını insanın fitrətində 

qərarlaşdırmışdır. Hər bir insan hansısa şəkildə Allahın varlığını dərk 




69

edib,şəhadət  verir.  Buna  dörə  də  Qiyamət  günü  insanlardan  Allah-

dan xəbərsizlik iddiası qəbul olunmayacaqdır.Yəni “mənim Allahdan, 

onun buyurduqlarından xəbərim yoxdur,bu haqda mənə heç məlumat 

verilməmişdir”deyə bilməməyəcəklər.

Allahın Adəmin yanında, onun Qiyamət gününədək dünyaya gələ-

cək  övladlarından  alınan  bu  əhddən  sonra,  insan  ruhunun  bu  sözü-

nün nə dərəcədə səmimi olduğunu ortaya çıxarmaq üçün bu dünyanı 

bir  imtahan  yeri  olaraq  yaratmışdır.  Hər  bir  ruhu  ayrı-ayrı  bədənlərə 

yerləşdirərək, onları müəyyən zaman fasilələri ilə bu imtahan meyda-

nına  göndərmişdir.Beləcə  insanın  qarşısında  iki  yol  açmışdır.Ya  ağıl 

və  iradəsini  yaxşılığa  sərf  edərək”Qalu-Bəla”  da”Ələst-əhdin”dəki 

kimi Allahı tanımaqla düzgün yolu davam edəcəkdir. Yaxud da ağıl və 

iradəsini pisliklərə sərf edərək Allahını inkar edəcək,Ona qulluqdan qa-

çacaq, Şeytanın yolu ilə gedəcəkdir.

Bu haqda Qurani-Kərimdə belə yazılmışdlr:



əl-Əraf-172- “Xatırla o zaman ki, Rəbbin Adəmdən insanların övlad 

və nəsillərini yaratdı.Və onları özünə şahid etdi. Sonra buyur-du:-Mən 

sizin Rəbbiniz deyiləmmi? Dedilər:-Bəli, biz şahid durduq ki, Sən bizim 

Rəbbimizsən. Bu etiraf Adəm nəslindən ona görə alınırdı ki, Qiyamət 

günü“ biz bundan xəbərsiz idik “deməsinlər.” 

“Hədisi-Qüdsi”də  Əbü  Cəfər  ibni  Yəqub  Kuleyni  nəql  etmişdir 

ki:-İmam Məhəmməd Baqir (ə.s.) belə buyururdu:-Uca Allah Adəmin 

sülbündən  yaranacaq  nəslinin,  sülaləsinin  ruhlarından  ”Qalu-Bəla” 

zamanı,“Zərr-aləmin”də,”Ələst  əhdi”ni,  yəni  Tövhid  əhdini  aldıqdan 

sonra, bütün Peyğəmbərlərin Nübüvvəti barəsində də əhdi-peyman al-

mışdı.Bu zaman onlardan aldığı ilk əhdi-peyman Hz. Muhəmməd ibni 

Abdullahın Nübüvvəti barəsində alınan əhdi-peyman olmuşdu.

Sonra Allah-taala Adəmə buyurdu:-Bax, gör, Məlakut aləmində nə 

görürsən? Adəm  bütün  övladlarını  Məlakut  aləmində  əvvəldən  axıra 

qədər müşahidə edərək gördü ki, onlar kiçik zərrələr şəklində asimanı 

doldurmuşlar. Adəm ərz etdi:

-Pərvərdigara! Mənim övladlarım nə qədər çoxdur!Sənin onlardan 

bu əhdü-peymanı almaqda məqsədin nədir?

Allah-taala buyurdu:-Ona görə əhdü-peyman alıram ki, Mənə ibadət 

etsinlər,  heç  nəyi  Mənə  şərik  qoşmasınlar  və  mənim  Peyğəmbərimə 

iman gətirib ona tabe olsunlar.

Adəm (ə.s.) ərz etdi:-Pərvərdigara, bu işin səbəbi nədir ki, zərrələrin 

bəzilərini  böyük,  bəzilərini  isə  kiçik  görürəm?  Bəzilərinin  nuru  çox, 

bəzilərinin nuru isə heç yoxdur?



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə