Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə31/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   27   28   29   30   31   32   33   34   ...   292

91

münasib surətdə məqamlara sahib olur.

Əgər Allah-taala öz bəndələrini imtahana çəkmədən,onları heç bir 

çətinliyə  salmadan  öz  lütfkarlığını  göstərib  hamıya  axirət  nemətləri 

bəxş etsəydi, bu irad yeri olardı və sınaqdan keçirilməmiş insanların 

arasında zatı pis olan xəbis kəslər axirət nemətlərinə sahib olardılar.



əl-Kəhf-6-7-Həqiqətən,Yer  üzündə  olan  şeylərə,canlı-cansız  bütün 

yaranmışlara, insanları imtahan etmək üçün zinət verdik ki, onların pis 

və  ya  yaxşı  əməllərini  bilək.  Şübhəsiz,Yer  üzündə  olan  zinətləri  zay 

edib otsuz quru yer edərik. 



əl-Bəqərə-155-Biz sizi qorxu, aclıq və malınız, canınız, məhsulunuzun 

qıtlığı ilə imtahan edərik. Səbir edənlərə müjdə var.



əl-Cinn-l7-Onları  bununla,bu  nemətlə  imtahana  çəkər.Kim  öz 

Rəbbini yad etməkdən üz çevirərsə,Allah onu məşəqqətli bir əzaba dü-

çar edər. 

əl-Muminun-56-57-Kafirlər belə güman edirlər ki, onlara verdiyi-

miz var-dövlət və övlad onlara yaxşılıq etdiyimiz üçündür. Əksinə,bütün 

bunlarla daha çox imtahan olunduqlarını anlamırlar. 

əl-Ənkəbut-2-4-İnsanlar  elə  güman  edirlər  ki,biz  iman  gətirdik 

deyən kimi, onlar özbaşına buraxılacaq və daha sınanmayacaqlar. Hər 

halda  onlardan  qabaqda  olanları  da  sınadıq  ki, Allah  doğru  danışan-

la yalançını ayırd etsin. Günah işlədənlər elə bilirlər ki, bizdən qaça 

bilərlər? Necə də pis qəzavət edirlər. Allahı görməyə ümid bəsləyənlər, 

Allahın vədəsinin yerinə yeti riləcəyini bilsinlər. O, eşidən və bilicidir.



Ali-İmran-186-Əlbəttə,  siz  mallarınız  və  canlarınızla  imtahan 

olunursunuz.  Nəfəqə  vermək  və  ya  malınıza  gələn  bəla,cihada  ge-

dib  öldürülmək,  əsir  olmaq,  yaralanmaq,  xəstələnmək  və  yaxud  da 

dünya  həyatındakı  çətinliklər,  hamısı  Allahın  imtahanlarıdır.  Sizdən 

əvvəl olan əhli-kitablardan və müşriklərdən də bir çox əziyyətli sözlər 

eşidərsiniz. Əgər səbir edib Allahdan qorxsanız, səbir və təqva ilə Onun 

istəklilərindən olarsınız. (Kitabul-Bəyan-fi Təfsirul Quran.) 

Hədis:  Imam  Muhəmməd  Baqir(ə.s.)buyurur:-Həqiqətən,  Alla-

hın  insanların  həm  qəlbləri,  həm  də  bədənləri  üçün  əzabı  vardır.İn-

sanın bədəninin əzabı məişətindəki çətinliyi, onun ibadət və itaətinin 

zəif olmasıdır. Qəlbinin əzabı isə onun ürəyinin bərkiməsi, daşürəkli 

olmasıdır.”(Zübdətul əhadis”Şeyx Abbas Qummi.) 



92

 ALLAH VERDİYİ BÜTÜN NEMƏTLƏR HAQQINDA  

SORUŞACAQ

əl-Bələd-5-7-Məgər  insan  elə  zənn  edir  ki,  ona  heç  kəsin  gücü 

çatmayacaq,ondan bu malların haradan qazandığı barədə sual olunma-

yacaq. O deyər:-Mən çoxlu var-dövlət sərf etdim. Lakin dünyada riya 

ilə özünü göstərmək üçün sərf olunan malların qiyamətdə bir xeyri ol-

maz. O elə güman edir ki, onu bir şəxs görməz və ondan soruşmaz ki, 

bu malları haradan qazanıb, haraya sərf etmisən?



əl-Ənbiya-112-Mən sizə verdiyim əzab vədini sizi imtahan etmək 

üçün bir müddət təxirə salaram ki, bir qədər də ləzzət aparasınız. Müddət 

tamam olduqdan sonra isə əzabım daha şiddətli olar.

əl-Oiyəmət 13-O gün insana ömrünün əvvəlindən axırına kimi et-

diyi bütün əməlləri, yaxud, sağlığında gördüyu işlər və öləndən sonra 

qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı haqqında xəbər veriləcəkdir. 

əl-İsra-13-Hər  bir  insanın  əməlini  öz  boynundan  asar  və  qiyamət 

günü bütün əməllərini açıb kitab kimi qarşısına qoyarıq. Oxu öz yazını. 

Bu gün sən özün-özündən hesab almaq üçün yetərlisən. 

 ALLAH YANINDA PİS ƏMƏL İLƏ YAXŞI ƏMƏL 

SAHİBLƏRİ EYNİ DEYİL

Muhəmməd-14-Allah yanında,onun tərəfindən buyurulan hüccət və 

dəlili olan kəslə, pis əməllər ilə özünü zinətləndirən və nəfsani hisslərə 

tabe olan şəxs eyni deyildir. 

əl-Fussilət-34-35-Yaxşı  ilə  yaman  bərabər  ola  bilməz.Ya 

Peyğəmbər!Sənə pislik edən adama təkcə yaxşılıq deyil, əksinə, pisliyi 

çox  yaxşılıq  etməklə  dəf  et!  Əgər  belə  rəftar  etsən,  o  zaman  aranız-

da ədavət edən adam sənə qarşı mehriban olar, sanki yaxın dost kimi 

görünər. Pisliyi gözəl rəftarla dəf etmək kim gözəl əmələ yalnız dün-

yada düşmənlərin əziyyətinə səbir edən kəslər və ağıl, ya xeyirli əməl 

cəhətdən böyük hisslərə sahib olan kəslər nail olarlar. 

əl-Qəsəs-60-61-Sizə  verilən  hər  hansı  bir  şey;  güzəran,  övlad  və 

sairə, ancaq bu fani dünyanın malı və bər-bəzəyidir.Siz onlarla bir neçə 

müddət ləzzət apara bilərsiniz. Amma Allah yanında olan isə daha yaxşı 

və həmişəlikdir. Məgər verdiyimiz gözəl bir vədə yetişən kəslə, fani 

dünya malı bəxş etdiyimiz, sonra da Qiyamət günü Cəhənnəm oduna 

gətirəcəyimiz kəs eyni ola bilərmi?




93

əl-Əraf-199-Əfv etməyi adət et, intiqam almaq fikrində olma. Hə-

mişə yaxşılığa, gözəl əxlaqa əmr et. Cahillərdən üz döndər! Onlar kimi 

rəftar etmə,yaxşı davran.

əl-İsra-7-Əgər düz söz və əməl ilə yaxşılıq etsəniz, özünüzə yaxşılıq 

etmisiniz. Əgər pislik etsəniz,yenə də özünüzə etmisiniz. 



ən-Ənam-160-Dünyada yaxşı əməl edən kəsə Allah tərəfindən fəzl 

olaraq  onun  on  misli  verilər.  Pis  əməl  edən  kəsə  yalnız  onun  misli 

verilər.Bu Allahın ədalətinə görədir.Onlara nə əzabın azlığı ilə, nə də 

əzabın çoxluğu ilə zülm olunmaz.



Fussilət-46-Hər  kəs  yaxşı  iş  görsə,özü  üçündür,pislik  etsə  də  onu 

özü üçün etmişdir.Allah öz bəndələrinə zülm edən deyil.



Hədis:-İbn-Abbasdan rəvayət olunan hədisdə Peyğəmbərimiz belə 

buyurur: “Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı Qiyamət 

günündə, Uca Allah bu 7 sinif insanı öz kölgəsində saxlayar:

1-Allahın əmri altında düzgün davranan lider.

2-Allahına ibadət ilə yetişən gənc.

3-Özü alış-verişdə ikən qəlbi məsciddə olan adam.

4-Bir-birini Allah üçün sevən insanlar.

5-Göz və qəlbindən,təkbaşına Allahı zikr edib ağlayan kəslər.

6-Öz namusunu qoruyan adam.

7-Sağ  əli  ilə  verdiyi  sədəqənin  sol  əli  bilməyəcək  qədər  sədəqəni 

gizli verən adam. (Buhari,”Azan” 36;660) 

 

ALLAH YANINDA İBADƏT EDƏNLƏ, ETMƏYƏNİN 

EYNİ DEYİL

əz-Zumər-9-Bütün gecəni ibadət edən, ya səcdədə,ya qiyamda olan, 

axirətdən  qorxan  və  öz  Tanrısının  rəhmətinə  ümid  bəsləyən  kimsə, 

ibadət  etməyən  kimsə  ilə  bərabərdirmi?  De:-Bilənlərlə  bilməyənlər 

bərabərdirlərmi? Bundan ancaq ağıl sahibləri öyüd alarlar.



əl-Casiyə-21-Yoxsa  dünyada  pis  əməllər  edənlər  axirətdə  onları 

iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının 

və ölümlərinin eyni olacağını güman edirlər?Onlar nə pis mühakimə 

yürüdürlər! Dünyada naz-nemət içində yaşayan kafirlər:”Əgər Qiyamət 

günü,  axirət  doğrudursa,  Allah  bizə  orada  da  firavan  həyat  bəxş 

edəcəkdir!”-deyirlər.  Xeyr,onların  axirət  həyatı  çox  pis  olacaq,  əzab 

içində  keçəcəkdir.  Dünyada  aldıqları  ləzzət,  axirətdə  burunlarından 

töküləcəkdir.  Gözəl  axirət  həyatı  yalnız  dünyada Allah,  din  yolunda 

məşəqqətlərə dözmüş möminlərə məxsusdur.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə