Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə30/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   26   27   28   29   30   31   32   33   ...   292

88

əl-Fatihə-1-5-Dünyada  bütün  yaranmışlara  ruzi  və  lazım  olan 

nemətləri  verdiyinə  görə  mehriban  olub,  axirətdə  bəzi  yaranmışları 

behiştə daxil etməklə Rəhimli Allahın adı ilə bütün işlərimdə köməklik 

istəyirəm.Mehribandır  və  axirətdə  behişti  verməklə  rəhm  edəndir, 

Qiyamət gününün padşahıdır.Ancaq sənə ibadət edirik, ancaq səndən 

kömək  istəyirik,bizi  düzgün  yola  hidayət  et.Nemət  verdiyin  kəslərin 

yoluna, qəzəbləndiyin və haqq yolundan azmışların yoluna yox. 

Hud-57-Mən O Allaha təvəkkül etdim ki, mənim və sizin Allahınız-

dır.Yerdə hərəkət edən elə bir yaranmış yoxdur ki, Allah onun əlindən 

tutmasın. Həqiqətən, mənim Allahım ədalətlidir. 

əl-Bəqərə-107-Ya  Peyğəmbər!Sən  bilmirsənmi,yerin  və  göylərin 

padşahlığı Allah üçündür? Ondan başqa sizin üçün mövla və köməkçi 

yoxdur. 

əl-Bəqərə-255-İbadətə  layiq  Allahdır.Diri  və  həmişəlik  Allahdan 

başqa  məbud  yoxdur.Onu  mürgü  və  yuxu  tutmaz.  Göydə  və  yerdə 

olanlar  ona  məxsusdur.Onun  izni  olmadan Allah  yanında  kim  şəfaət 

edər?Allah onların keçmiş və gələcək işlərini bilir. Allah özü kiməsə 

nəsə öyrətmək istəməsə, onlar Allaha məlum olan şeyləri bilə bilməzlər. 

Allahın səltənət və qüdrət kürsüsü, elmi göyləri və yeri geniş surətdə 

əhatə edəndir. Onları saxlamaq ona ağır və zəhmət deyil. Allah ucadır 

və böyükdür. 



Açıqlama:Dünyada hər şeyin hesab və nizam üstündə qurulmasına 

və Allahın Adil olmasına inanmaq hər bir işdə ədalətə riayət etməkdir. 

Onun işlərində zülm yoxdur, onun rəhməti və kərəmi hamıya şamil-

dir. Rəhimli, Kərimli və insanlar haqqında ədalətli olan Allah o ülvi 

vücuda  zülm  etməz.  Onun  ədaləti  tək  insanlara  yox,  bütün  Kainata, 

onun işinə və idarə olunmasındakı qanunlara da şamildir. Belə ki, bu 

ədalət pozularsa, bütün kainatın nizamı da pozular. Allahın verdiyi hər 

şeyə:surətimizə, əzalarımıza, nəfəsi mizə, bizə bəxş etdiyi bütün doğ-

malarımıza,  ətrafımızdakı  insanlara,  dostlara,  qohumlara,  qonşulara, 

təbiətə, yerə-göyə, Allahın özünə və onun bizlərə bəxş etdiyi hər şeyə 

qarşı ədalətli olmağımız Allah tərəfindən bizlərə buyurulmuşdur. 

Qurani-Kərimin 26 ayəsində ədalətli olmaq haqqında buyurulur:



ən-Nisa-58-Allah  sizə  əmr  edir  ki,  əmanətləri  yiyələrinə  qaytarın.

İnsanların arasında şahid olduğunuz zaman, ədalətlə hökm edin. Allah 

sizə gözəl öyüd verir. Şübhəsiz, Allah eşidən və görən dir.

əl-Maidə-8-Ey möminlər!Ədaləti bərpa edənlərdən olun, Allaha şa-

hid olduğunuz halda bir qövmün ədavəti sizi ədalətsizlik etməyə vadar 

etməsin. Ədalətli olun, ədalət təqvaya yaxındır. Allahdan qorxun, Al-



89

lah etdiyiniz əməllərdən xəbərdardır. İman gətirib,yaxşı əməllər görən 

kəslərə, Allah bağışlanmaq və böyük əcr verməyi vəd etmişdir.

əl-Maidə-42-Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Çünki 

Allah ədalətliləri sevir.



əl-Ənam-152-153-Ölçünü  və  çəkini  ədalətlə  tamamlayın.  Biz 

kimsəyə bacarığından artıq təklif etmərik. Danışdığınız zaman ədalətlə 

danışın, qohumlara qarşı olsa belə, Allahın əhdinə vəfa edin. Allahın 

sizə tapşırdığı bunlardır, bəlkə öyüd alasınız. Budur mənim doğru yo-

lum. Ona tabe olun və ayrı-ayrı yollarla getməyin ki, sizi Allahın yo-

lundan ayırar. Allahın sizə tapşırdığı bunlardır. Bəlkə təqvalı olasınız.



əl-Əraf-28-29-Pis iş gördükləri zaman “atalarımızdan belə öyrənmişik 

və bizə bunu Allah əmr etmişdir” deyərlər.De ki, Allah pis işləri sizə 

əmr etməz.Nə üçün bilmədiyiniz şeyləri Allaha nisbət verirsiniz? De ki, 

mənim Rəbbim yalnız ədalətə əmr etmişdir və hər namaz vaxtında ona 

tərəf üz çevirin və onu xalis imanla çağırın.O sizi yaratdığı kimi, yanına 

qayıdacaqsınız.



Yusif-47-Hər  bir  ümmətin  bir  Peyğəmbəri  var  idi  və  Peyğəmbər 

gəldikdə aralarındakı işlər ədalətlə həll olundu və zülmə uğramadılar.



əl-Ənbiya-47- Qiyamət günündə ədalət tərəzisi qurulacaq və heç kimə 

zülm olunmayacaq.Əməl bir xardal dənəsi ağırlığı qədər balaca olsa belə, 

yenə hesaba alarıq,çünki biz hesab çəkənlərin ən düzgünüyük.

əl-Mumtəhənə-8-Allah sizə din üstündə sizinlə vuruşmayan və sizi 

yurdunuzdan qovmayan adamlara yaxşılıq və ədalətlə dolanmağı buyu-

rur. Allah ədalətliləri sevir. 

 ALLAH TAQƏTİMİZ QƏDƏR TƏKLİF EDƏR

əl-Bəqərə-286-Allah yalnız taqət miqdarında təklif edər. Nəfsin qa-

zandığı xeyir də, şər də özü üçün xeyirli və zərərlidir. Peyğəmbər dedi:-

Allah-taala  buyurdu  ki,  bu  cür  dua  edin:-Pərvərdigara!Əgər  unutsaq, 

ya səhv etsək, bizi cəzalandırma. Pərvərdigara! Bizdən əvvəlki kəslərə 

təklif etdiyin kimi ağır təklifləri bizim boynumuza qoyma.Pərvərdigara! 

Taqətimiz olmayan şeyi bizim öhdəmizə vermə. Bizim günahlarımız-

dan keç, bizi bağışla, bizə rəhm elə. Bizim ağamız Sənsən. Kafirlərə 

qarşı bizə kömək et. 



əl-Muminun-63-Biz  heç  kəsi  gücü  çatmayan  işi  görməyə  vadar 

etmərik. Bizim yanımızda Kitab vardır ki,haqq ilə danışar və bütün in-

sanların əməlləri onda yazılıb onlara zülm olunmaz, nə savablarından 

əskilər,nə də başqa kəsin günahına görə əzab olunar. 




90

 ALLAH BİZƏ NEMƏTLƏR BƏXŞ ETMİŞDİR

əl-Vaqiə-63-67-Mənə  deyin  ki,Yerdə  əkdiyiniz  dəni  gördünüzmü? 

Onu siz cücərtdiniz, yoxsa biz? Əgər biz istəsək, mütləq əkdiklərinizi 

saman edərik. Siz də əkinlərinizə gələn bəlalara təəccüb edərsiniz və 

deyərsiniz ki, həqiqətən,biz zərər görmüş olduq. Həm toxumlarımız zay 

oldu, həm də ruzimiz əlimizdən çıxdı. Bəlkə də Allahdan naümid olan 

kəslərik ki,bizə ruzi yetişmədi. 



əl-Vaqiə-68-70-Bəs içdiyiniz suya nə deyirsiniz?O suyu buluddan 

endirən sizsiniz, yoxsa biz nazil etdik? Əgər biz istəsəydik, onu acı və 

şor edərdik. Nə üçün Allahın bu cür nemətlərinə şükür etmirsiniz?

əl-Vaqiə-71-74-Ağacdan  xaric  etdiyiniz  odu  gördünüzmü?  Onun 

ağacını  yaradan  sizsiniz,yoxsa  bizik?  Biz  odu  Cəhənnəm  odundan 

qorunmaq  üçün  xatırlatma  etdik.  Eləcə  də  onu  səfərə  gedənlər  üçün 

mənfəət  etdik  ki,  işığından,  istisindən  istifadə  etsinlər.Belə  olduqda 

böyük olan Allahın adına təsbih et və “subhanəllahu əzim” kəl məsini 

söylə.


Qaf-6-11-Məgər onlar öz üstlərində olan göyə baxaraq onu necə ya-

ratdığımızı,  ulduzlar  ilə  necə  bəzədiyimizi  və  orada  heç  bir  açıq  yer 

və deşiyin olmadığını görmürlərmi? Yeri döşə yərək ona möhkəm daş-

lar saldıq və bitkilərin şadlıq gətirən növlərinin hamısından cücərtdik.

Göydə bərəkətli su nazil etdik, su ilə bağlar və yerdə əkilən buğda,arpa 

kimi  dənlər  cücərtdik.  Habelə  çiçəkləri  bir-birinin  üstünə  yığılmış 

hündür xurma ağacları bitirdik. Bütün bunları Allah tərəfinə qayıdan 

bəndələrin hamısına Allahı yada salmaq və nəsihət verib bəsirət sahibi 

etmək üçün yaratdıq. Bu şeyləri biz bəndələrə ruzi olmaq üçün cücərtdik 

və ölü şəhərləri su ilə diriltdik. Qəbirdən xaric olmaq da belədir. Bunla-

rı dirildən Allah bəndələri də diriltməyə aciz olmaz! 

 ALLAH VERDİYİ HƏYAT VƏ NEMƏTLƏR İLƏ BİZİ  

İMTAHAN EDƏR

Açıqlama:-Allah-taala  bütün  insanları“Əbədi  ev”adlanan  axirət 

aləminə aparmaq, arayıb saflaşdırmaq üçün bizi cürbəcür imtahanlar ilə 

sınaqdan çıxarır. Ömrümüz boyu bizi müxtəlif çətinliklərə düçar edir. 

Etiqadı  zəif  olan  qeyri-səmimi  kəslər  bu  çətinliklərə  dözmür, Allaha 

üsyan edib, Onu şübhə ilə inkar edirlər.Deməli, bu dünyanı Allah-ta-

ala  “Axirət  evi”  üçün  keçid  məntəqəsi  qərar  vermişdir.  Bu  dünyada 

keçirilən imtahanlarda hər kəs öz həqiqi qiymətini alır və axirətdə ona 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə