Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə20/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   16   17   18   19   20   21   22   23   ...   292

58

Torpaq belə atəş surətinə girib, torpaq atəş olar. Bu yolla və tərz ilə dörd 

ünsür, bir surətdən bir surətə dönər, sonunda yenə öz surətlərinə keçərlər. 

Bu ünsürlərin surət dəyişdirməsinə istihalə (başqalaşma) deyərlər. 

Atəşin  havaya  çevrildiyinə  açıq  dəlil  budur  ki,  şamlar  yandıqda 

alovları  yüksəyə  meyl  edərək,  havaya  qarışarlar.  Əgər  atəş  havaya 

çevrilməsəydi bu zaman alov hava kürəsinin ortasında xətlər kimi yuxa-

rıya gedib, atəş kürəsi şəklində bitişərdi. Havanın suya çevrildiyinə dəlil 

budur  ki,  bahar  və  payız  mövsümləri  səhərlər  bitkilər  üzərində  olan 

rütubətə şeh deyərlər. Bu da havadır ki, səhər vaxtı soyuq olduğundan 

suya  çevrilmişdir.  Əgər  havanın  istiliyi,  suyun  soyuqluğuna  bürünsə 

hava su olar. Suyun torpağa çevrildiyinə dəlil: Yağış damlaları endikdə, 

ilk damlalar torpağa çatan kimi o damlalar torpaq olub nəzərdən itərlər. 

Çünki  o  damlaların  rütubəti,  torpağın  quruluğuna  nisbətlə  azdır.  Bu 

vəziyyətdə damlaların rütubəti torpağın quruluğuna bürünüb, su torpaq 

olar. Bundan sonra damlalar çoxalıb, rütubət qalib gələrək,artıq torpaq 

olmayıb palçıq olur. Torpağın atəş olduğuna açıq dəlil odur ki, bitkilər 

və ağaclar torpaqda yetişdikdən sonra odun atəş ilə yandıqdan sonra, 

odun parçaları atəşə çevrilib, torpağın hissəsindən az bir kül qalar. Bəzi 

yerlərdə odun yerinə daş kömür yandırır, onun külü çox az qalar.



 

ALLAH SİZİN ÜÇÜN SUYU YARATDI 

Həcc-63-( Ya Rəsulum)Məgər Allahın göydən yağmur endirdiyini 

və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, 

Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır və 

onların işindən xəbərdardır.



əl-Əraf-57-Küləkləri öz mərhəməti önündə,yağışdan qabaq müjdəçi 

olaraq göndərən Odur. Belə ki, küləklər yağmur yüklü, ağır buludları 

hərəkətə gətirdiyi zaman biz buludları ölü (qurumuş) məmləkətə tərəf 

qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk.



ən-Nəhl-10-11-Odur O Allah ki, sizin üçün göydən su nazil etdi. O 

suların bəzisi sizin içməyiniz üçündür. Bəzisi ağacların və otların su-

varılması üçündür ki, orada heyvanlarınızı otararsınız.Allah həmin su 

ilə zeytun ağacı, xurmalıq, üzümlük və bütün meyvələrdən göyərdər. 

Həqiqətən, bunda düşünənlər üçün dəlillər vardır. 

Fatir-9-Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən. Biz 

buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra 

torpağı dirildərik.



59

Hicr-22-Biz buludla yüklənmiş (bitkilərə, ağaclara həyat verən, on-

ları tozlandıran) külək göndərdik.



“40 sual” kitabından:-Allah-taala dünya göyü altında və ona bitişik 

bir su dənizi yaratmışdır ki, bu dəniz dünya göyünün içində yerləşmişdir. 

Dənizin dalğaları hava üzərində Allahın əmri ilə qərar və sükunət tap-

mışdır, bir damlası belə havaya düşməz. Bu dənizin altında olan hava 

dənizinin ortasında, yerlə göy arasında bir su dənizi də yaratmışdır. Ona 

qadağan olunmuş dəniz deyərlər. Onda balıqlar kimi çeşidli yaradılmış-

lar üzüb, gəzərlər. Bu dənizin suyu ilə Nuh Tufanı baş vermişdir ki, Nuh 

qövmü onunla həlak olmuşdur. Allah-taala yağış yağdırmaq istədikdə 

göylər üzərində olan ruzilər dənizindən müəyyən vaxtlarda, müəyyən 

edilmiş  ruziləri  göyə  endirir  və  qadağan  edilmiş  dənizə  qovuşdurur. 

Ondan rüzigara yükləyib, buludlara doldurur. Ruzilərlə doldurulan suyu 

xəlbir kimi edib, yağış damlalarına çevirir. Ondan hər damlanı Allahın 

əmri ilə bir mələk endirib, öz yerinə qoyur. Çünki mələklər nurdan ya-

radılmışdır, onun üçün yağış endirmək kimi işlərdə bir-birinin üzərinə 

yığılmayıb işıq şüaları kimi bir-birini keçərlər. Göydən yerə enən hər 

yağış damlasının ölçüsü və miqdarı vardır ki, torpağa və dənizə yararı 

çoxdur. Əğər yağış damlası ruzi ilə dolmuşsa, ondan torpaqda yaşıllıq 

hasıl olar, dənizdə də incilərə qovuşar. O halda ruzilər dənizdən yağış 

dənizinə, oradan buludlara, onlardan da torpağa və dənizə enər. 

Allah-taala atmosferdə, yəni hava dənizinin içində qardan və doludan 

neçə yüz min dağlar yaratmışdır. Yerin bir tərəfınə qar, o biri tərəfınə 

dolu göndərmək istədikdə, bunlara vəkil olan Hz.Mikailə əmr edər. O 

da vəkili olan İsmail adlı mələyə əmr edib, arzu elədiyi yerə istədiyi 

qədər hər dənəsinə bir mələk nəzarətçi qoyub endirər. 



ən-Nur-43-“Məgər  görmürsənmi  ki,  Allah  buludları  qovar,  sonra 

bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar? Görərsən 

ki, buludların arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi 

dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən 

isə onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor 

edər.”


 KÜLƏYİ YARATDI 

“40 sual” kitabından:Haqq olan Allah yaşıl cövhərdən suyu yarat-

dıqda onun buxarından ruzigarı (küləyi) yaratmışdır. Yer və göy ara-

sında olan ruzigar (külək) üç qisimdir.Birinci“qısır” ruzgarıdır ki, Ad 

qövmünə göndərilmişdir. İkincisi“qara”ruzigardır ki, ulduzlar dənizini 




60

,yağmurlar dənizini, qar və dolu dağlarını yükləyib atmosferi də tut-

muşdur. Üçüncü ruzigar, yerdəkilərin ruzigarıdır ki, cənub-qərb, şimal-

cənub  tərəflərindən  hərəkət  edən  havadır.  O,  buludları  və  buxarları 

birləşdirib ayırar, yağış və qar enəcək yerlərə axıb gedər. Bu halda ruzigar 

əsməsi də Hz.Mikailin tədbirinə uyğundur və onun hərəkət etdirməsinə 

bağlıdır. Onun izni ilə əsib və izni ilə də kəsilər. Allah-taala bu havanı 

bütün yaratdıqlarının ruhlarına nəfəs etmişdir. Bu küləyi (fəra və sürür) 

əşyanın və işlərin tənzimləyicisi etmişdir. Çünki ruzigar olmasa, hər şey 

iylənib xarab olar və bütün canlılar yerdə həlak olarlar. Ruzigarın yağışı 

və bitkiləri bəsləməsi kimi faydaları da çoxdur. Üzləri gözəlləşdirmə, 

həyatı qoruma və həyata nəfəs vermə kimi xüsusiyyətlərinin nəhayəti 

yoxdur. Allah buludları içləri boş və lətif biçimdə yaratmışdır. Onları 

Mikailin yardımçıları havada toplayıb, yerə yaxın gətirdikdə göy üzünü 

örtüb, kəsif bir bulud olurlar.Allah-taala buludların hərəkəti üçün Rad 

adlı kiçik bir mələk yaradıb, onu Mikailə tabe etmişdir. Onun dəmirdən 

bir qırmancı vardır ki,bu qamçıyla buludları dəvələr kimi sürər. Vuru-

şunun şiddətilə qırmancından atəş çıxar ki, ona şimşək deyərlər. Əgər 

o atəşin qığılcımı yerə düşərsə,ona ildırım deyərlər. O, qorxuducu göy 

gurultusu kiçik bir mələk olan Radın sədasıdır ki, Haqqı həmd ilə təsbih 

edər. O,buludları yerlərinə yığıb gedər. 

ər-Rəd-13-“Göy gürultusu Allahı həmd ilə təsbih edər, mələklər də 

Allahdan qorxaraq Onu təsbih edərlər.”



“40 sual” kitabında:Allah-taala yer üzünə qonşu olan havanı lətif 

yaratmışdır ki, yer üzündə olan yaradılmışlar onu qoxulayaraq nəfəs 

alıb, həyat taparaq yaşasınlar. Bu havanın üstündə duman, onun üstündə 

ağ buludlar, onun üstündə yağış buludları, onun üstündə uçan quşlar ya-

ratmışdır. Bu quşların nə qadağan edilmiş dənizdə, nə də ki yer üzündə 

yuvaları vardır. Onlar ancaq hava yeyib hava içərlər, havada yatıb, ha-

vada da cütləşərlər.Yumurtaları havadan düşərkən, onları ruh tapıb bala 

olarlar və qanadları tamamlanana qədər quş olub, uçana qədər düşərlər. 

Bundan sonra da yuxarıya doğru uçub, həmcinslərinə qovuşarlar. Al-

lah-taala bunların yerləşdiyi havanın üstündə qar və dolu dağları, bunun 

üstündə  qadağan  olunmuş  dəniz,  bunun  üstündə  lətif  hava  və  bunun 

üstündə də ulduzlar dənizini yaratmışdır. Günəş, Ay və ulduzların nur-

ları böyük və şiddətli olduğundan onlarla bizim aramızda olan bu lətif 

hava, saf dəniz, qar və buludlar az olduğundan çox böyük bir maneə 

təşkil etməz. Əgər Günəş ilə Yer arasında bu qədər maneə olmasaydı, 

günəşin istisinə heç dözmək olmazdı və bu şüalar bizi yandırardı.



 


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə