Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə16/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   12   13   14   15   16   17   18   19   ...   292

47

tutulması  halında  Günəş  mələkləri  iki  firqə  olar.  Bir  firqəsi  təsbih 

edərək,  Günəşi  arabasından  yana  çəkərlər.  Bir  firqəsi  də  yenə  təsbih 

edərək,arabanı Günəşdən yana yaxınlaşdırarlar. Bu zaman yenə Günəşi 

batı tərəfinə alıb gedərlər. İki-üç saatdan sonra isə günəşi əvvəlki kimi 

arabasının üzərinə qoyarlar. Beləcə, günəşi aləmə işıq verərək batdığı 

yerə çatdırarlar. 

Günəş tutulması kimi Ay tutulmasının da tutulma vaxtı gəldikdə, Ay 

arabasından dənizə ya tamamilə, ya da yarımçıq düşür ki,bu zaman ay 

tutulması baş verir. Onun mələkləri də iki firqə olub, eyni Günəş tutul-

ması vaxtındakı minval ilə hərəkət edərək, Ayı arabasına qoyarlarsa, Ay 

təkrar parlayıb,qaranlıq gecəni işıqlandırar. Mələklər onu alıb batdığı 

yerə götürərlər. 

 GÖYDƏ ULDUZLARI YARATDI 

ət-Tariq-1-3-And olsun göyə və gecə zahir olana!Sən nə bilirsən ku, 

gecə zahir olan nədir? O yanan ulduzdur,qaranlığı dələrək nurunu ətrafa 

yayır. 

əs-Səffat-6- Həqiqətən, biz dünya səmasını ulduzlar zinəti ilə bəzədik. 

  Mülk-5-And  olsun  ki,  biz  dünya  səmasını  (yerə  ən  yaxın  olan 

göyü,qəndillərlə) ulduzlarla bəzədik, onları Şeytanlara atılan mərmilər 

etdik və Şeytanlar üçün yandırıb yaxan alovlu atəş əzabı hazırladıq.



ən-Nəcm-1- And olsun nəcmə, ya da and olsun nəcmin Pərvərdigarına. 

(Şeytanları dəf etmək üçün) yuxarıdan aşağıya enən ulduzlara and ol-

sun! 

Açıqlama:“Nəcm”sözünün bir neçə mənası vardır: yavaş-yavaş na-

zil olmaq, gövdəsiz ağac,ulduz və sair mənalarda işlədilir.Bu ayədə ul-

duz mənasında işlədilərək ona and içilir. Gecə vaxtı göy üzündə olan 

ulduzların sayı hədsizdir. İnsanların ixtira etdikləri müasir cihaz və te-

leskoplar vasitəsi ilə hələ də ulduzların sayı müəyyənləşməyibdir. 

Ümumiyyətlə,  yaradılış  sistemi  çox  böyükdür.Astronomiya  elmi 

müəyyənləşdirib  ki,  bəzi  qalaktikaların  ulduzları  Günəşdən  bir  neçə 

milyon dəfə böyükdür. Bəzi ulduzların işığının yerə gəlib çatması üçün 

milyon işıq ili qədər vaxt keçir.

İşığın, açıq səmada sürəti saniyədə(300 000 km) üç yüz min km-dir.

Buna görə də bəzi ulduzların işığı yerə gəlib çatmır.Ulduzların dərəcələri 

vardır, onlardan biri Səyyarə ulduzudur. Bu ulduz ərəblər içərisində uca 

tutulur, çünki onun doğması və qürub etməsi qışın əlamətidir. 

 ət-Təkvir-15-16-And içirəm o ulduzlara ki,seyr edəndə gah irəli, 



48

gah da geriyə gedərlər və (Günəşin işığı altında) gizlənərlər. (And olsun 

gündüzlər gözdən yox olub,gecələr görünən ulduzlara.) 

Açıqlama:Bu ayədə ulduzların doğan vaxtı, gecənin əvvəlində ul-

duzlar  ”Nisfun-nahar”xəttinə  (yeri  iki-şərq  və  qərb  yarımkürəsinə 

bölən, yəni günəşin tam göyün ortasında olub günün tam yarı olması-

nı bildirən vaxt) doğru hərəkət edərlər və gecə yarısından sonra aşağı 

enərlər.İlahi and ulduzların hər iki halətinə aiddir. Doğduğu vaxt Allahın 

qüdrətini izhar edərlər. Möminlər onlara baxdığı vaxt Allahın əzəmətini 

müşahidə edərlər. 

Ulduzların  doğulub  və  qürub  etməsi  dənizdəki  insanların  yol 

göstəricisidir.  Gəmi  sərnişinləri  onların  doğmasından  Şərqi,  qürub 

etməsindən Qərbi müəyyənləşdirirlər və bununla şimal və cənubu da 

müəyyən edirlər.Gəmi kapitanı ulduzlar vasitəsi ilə gəmini idarə edir, 

səyyahlar da ulduzlar vasitəsi ilə yollarını tapırlar. 

Filosof-şair  N.Gəncəvinin  elmi  dünyagörüşündə  astronomiya  elmi 

xüsusi yer tutur. O, kainatın sirlərinə bələd olmaq, göy cisimləri olan 

ulduzların,  planetlərin  hərəkət  qanunlarını  öyrənmək  üçün  insanlara 

xəyalən səmalara yüksəlməyi,yəni göy cisimləri haqqında dəqiq elmi 

müşahidələr aparmağı məsləhət görür. Onun bu məsləhətini aşağıdakı 

misralardan aydın görmək olar:



Göy sənin taleyin olmaq istəsən

Yollan səmalara, yüksəl bu yerdən. 

Arxana baxmadan yürü göylərə

Ta yıxılmayasan bir də bu yerə. 

Sənin həmailin ulduz, asiman, 

Olmuşdur vəsilən bunlar hər zaman. (”İsgəndərnamə”) 

Ə.Əhmədovun  apardığı araşdırmalar göstərir  ki,  Nizaminin fizika, 

həndəsə, riyaziyyat və astronomiya haqqında bəzi elmi fikirləri kəşf xa-

rakteri daşıyır. Müasir elmi təsnifata görə kainatın və onun daxilində olan 

cisimlərin mənşəyi, onların inkişafı və gələcəyi haqqında olan elmə as-

trofizika və ya kosmologiya deyilir. Qeyd olunan alimlərin araşdırmaları 

göstərir ki, dahi şair bu elmə də bələd olmuş, bu barədə qədim alimlərin 

və  filosofların  fikirlərini  öyrənmiş,  onları  müqayisə  etmiş,  ilahiyyat 

təliminə  və  Qurana  müvafiq  olub-olmadıqlarını  müəyyənləşdirməyə 

çalışmışdır. Bütün bu cəhətlər “İsgəndərnamə”əsərində daha aydın əks 

olunmuşdur.Şairin”İsgəndərnamə”əsərində  yaratdığı  Fateh  İsgəndər 

obrazı bütün elmlərə bələd olsa da bununla kifayətlənmir, onu Kaina-




49

tın mahiyyəti, mənşəyi, inkişaf qanunauyğunluqları maraqlandırır. O, 

dünyanın  yaranması  və  inkişafı  haqqında  əsil  həqiqətləri  öyrənmək 

məqsədilə öz zəmanəsinin ən bilikli filosof larının məclisini təşkil edir.

İsgəndər həmin filosoflara müraciət edərək deyir: 

Bilicilərə öz fikrini açıb dedi: 

Haçana qədər bizim sirlərimiz gizli qalacaq? 

Bilməyəcəyik ki, öküz sarğılı çadır (asiman) 

Böyük yerin üzərinə necə gəlib? 

Hər kəs öz elminə görə desin 

Ki, bu iş başlanğıcda necə olub. 

Dünyanı yaradanın hökmü ilə 

Əvvəlcə asiman yaranıb, yoxsa Yer?  (“Sirlər Xəzinəsi”) 

Yeddi filosofun fikirlərini dinlədikdən sonra İsgəndər deyir ki, mən 

ulduzlar haqqında düşünmüşəm və belə nəticəyə gəlmişəm ki, ulduzlar 

öz-özünə əmələ gəlməyib.Nizaminin fikrincə, hər şey, o cümlədən insan 

əqlini Allah yaratmışdır. İlk əvvəl əqli yaradan Allah onun mahiyyətini 

insanlardan gizli saxlayıb. Qalan hər şeyi insan öz əqli ilə dərk edə bilər, 

bu şərtlə ki, insan onları dərk etməyə qadir olsun, yəni kamil olsun. 

“40 sual” kitabında:-Allah-taala tərəfindən ulduzların böyüklərinə on 

mələk, kiçiklərinə isə bir mələk təyin olunmuşdur. Hakim və güclü olan Al-

lahın təqdiri ilə onları o dənizdə hərəkət etdirib, lazım olan vaxtlarda doğ-

durub batırarlar. Qaf dağının arxasındakı o dənizin içində mələklər ulduzları 

hər birinin özünə aid olan, yeni doğuş yerlərinə apararlar. Ulduzlar göydə 

olan atəş parçaları ilə mələklərin söhbətlərinə qulas asmaq üçün göylərə 

qalxan şeytanları atəş parçaları ilə daşlayıb, yandırarlar 

 ALLAH GECƏ VƏ GÜNDÜZÜ YARATDI 

İki-üç viran kəndin solmuş Ayı, ülkəri,

Necə əngələ salmış əylənən fələkləri.

Düyün açılmayınca qaralırdı hələ də,

Gecənin zülmət saçı gündüzlərin əlində. ( N Gəncəvi) 

əl-Fussilət-37-Gecə, gündüz, günəş, ay, Allahın qüdrət əlamətlərindəndir. 

Onlara yox, tək bir olan Allaha səcdə edin. 



ən-Nəhl-12-O, gecəni, gündüzü, günü və ayı sizə tabe etdi. Ulduzlar 


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə