Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə15/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   11   12   13   14   15   16   17   18   ...   292

44

nurun fərqli xüsusiyyəti belə təsvir edilir, yəni çırağın işıq verməsini 

Günəşin işığına, Ayın özü işıq istehsal etmədiyi halda, Günəşin işığını 

özündə əks etdirməsinə nur deyilir. 



Yunus-5  (ardı)-Allah Ay  üçün  müəyyən  olunmuş  mənzillər  təyin 

etdi ki, siz illərin sayını və hesabını biləsiniz. Ayın işığının azlığı ilə 

ayın əvvəlini və axırını, bütöv işıqlı olması ilə ayın ortasını biləsiniz.

Bu dövrə tamam olmaqla bir ay, on iki dəfə fırlandıqda isə bir il tamam 

olar. Allah bunları yalnız haqq ilə yaratdı. 

Yasin-39-Biz  ay  üçün  də  mənzillər  müəyyən  etmişik.28  gün 

müddətində ay fələki seyr edər. Nəhayət, dönüb xurmanın budağı kimi 

nazikləşər. 

Açıqlama:“Qəmər”sözününtərcüməsi”Ay”dır  və  Qəmər  surəsin-

də “Ay”sözü birinci ayədə yer tutur. Bu ayədən sonra Quranın sonuna 

qədər tam 1390 ayə var. Hicri təqvimində 1390-cı il, Miladi təqviminə 

görə 1969-cu ilə bərabər gəlir ki, bu da Aya ilk çıxış tarixidir. İnsan-

lıq tarixinin ən əhəmiyyətli inkişaflarından birinə 14 əsr əvvəl Quranda 

işarə edilmişdir. 

Bununla bərabər yuxarıdakı ayədə”yarıldı” mənasını verən ”inşaqqa” 

sözü istifadə edilmişdir.Bu söz”torpağın yarılması, qazılması, qabardıl-

ması, torpağın sürtülməsi” mənalarında da istifadə ediən”şaqqa”felindən 

törənmişdir. Aya gedən”Apolon-1” kosmik gəmisi ilk dəfə Aya qalx-

mış və oradan torpaq nümunə götürərək,o torpağı dünyaya gətirmişdir. 

Bu cəhətdən də Qəmər surəsinin 1-ci ayəsindəki ”Ay yarıldı” ifadəsi, 

günümüzdəki inkişaflarla bir paralellik içindədir. 

əl-Qəmər-1-Qiyamət vaxtı yaxınlaşdı və Ay yarıldı. Müşriklər daha 

necə möcüzə görsələr də, onlar üz döndərib deyərlər ki, bu gördüyümüz 

sehrdir. 

Açıqlama:-Bu  ayəni  İslamın  ilk  çağlarında  baş  vermiş  bir  hadisə 

ilə  bağlı  olduğunu  təsfirçilər  belə  nəql  edirlər:-Məkkə  müşrikləri 

Hz.Peyğəmbərin  yanına  gəlib  ona  dedilər:-“Əgər  sən  doğru 

Peyğəmbərsənsə, Ayı  iki  parça  et!”  Peyğəmbərimiz  buyurdu:-“Onda 

mənim  Peyğəmbərliyimə  iman  gətirərsinizmi?”  Onlar:-“Bəli”,-deyə 

cavab verdilər. 

Sonra  Peyğəmbər  dua  etdi  və  14  gecəlik Ay  iki  parça  oldu.  Bəzi 

rəvayətlərə əsasən bir parçası sağ, digəri sol tərəfə getdi və səs gəldi ki, 

şahid olun! Bu vaxt müşriklər dedilər ki, Muhəmməd sehr etdi. Orada 

olanların biri dedi: -“Muhəmməd bizə sehr etsə də, camaatın hamısına 

ki sehr etməmişdir? Bundan sonra Ayın parçaları bir-birinə qovuşdu.” 

(Kitabul-Bəyan fi təfsiril-Quran.) 



45

Böyük şairimiz N.Gəncəvi öz əsərlərində göy cisimlərinin, fələklərin 

özbaşına fırlanmamasının səbəbi və mənşəyini belə şərh edir: 

Bəli, hər bir bilici başa düşür ki

Dolananı bir dolandıran var. 

Cazibə qüvvəsini təbii maqnitin əsas xüsusiyyəti hesab edən filosof-

şair, mənəvi aləmdə ona eşq adı verir.Onun fikrincə, kainatın və həyatın 

idarə olunmasında eşq (cazibə qüvvəsi) ən başlıca şərtdir. 



“40  sual”  kitabından:Allah-taala  dünya  göyü  altında  və  ona  bi-

tişik  bir  su  dənizi  yaratmışdır  ki,  bu  dəniz  dünya  göyünün  içində 

yerləşmişdir.Dənizin dalğaları hava üzərində Allahin əmri ilə qərar və 

sükunət tapmışdır ki, bir damlası belə havaya düşməz. Allah Günəşi, 

Ayı və ulduzları öz Ərşinın nurundan yaradıb və onlar bu su dənizinin 

içində balıqlar kimi üzərlər.Uca Allah Günəşi bütün ulduzlardan daha 

böyük və işıqlı etmiş, sonra isə Ayı da böyük və nurlu etmişdir.Sonra 

Cəbrail (ə.s.) qanadı ilə ayın üzünə məsh çəkib işığını yox etmişdir ki, 

nuru sönük olsun və gecə gündüzdən fərqlənsin. Bununla da illərin sayı 

və ayların hesabı məlum olsun. Allah-taala Qurani-Kərimdə buyurmuş-

dur: ”Bir dəlil olan gecəni qaldırıb, yenə bir dəlil olan gündüzü aydınlıq 

etdik.”Ayın üzündə cizgilər kimi görünən ləkələr nurunun məhv olma-

sını göstərir. 

Haqq olan Allah bu dəniz içində Günəş üçün üç yüz altmış qulplu 

almaz cövhərindən bir araba yaradıb,Günəşi onun üstünə qoymuşdur.

Hər qulpu tutan bir mələk yaratmışdır ki, onlar Günəşi arabası ilə bu 

dənizdə, Günəşin doğduğu yerdən, batan yerinə çəkib aparsınlar. 

Allah-taala  Ay  üçün  də  üç  yüz  qulplu,  sarı  yaqutdan  bir  araba 

düzəldərək ayı onun üzərinə qoymuş və hər bir qulpu idarə etmək üçün 

bir mələk təyin etmişdir ki, onlar ayı arabası ilə doğan yerindən batan 

yerinə aparsınlar. 

Ay üçün ayrıca lacivərd cövhərdən altmış qulplu bir məhfəzə də ya-

ratmışdır ki, onu da idarə etmək üçün altmış mələk təyin etmişdir. Ayın 

arabasını idarə edən mələklər tərəfindən Günəşdən günbəgün uzaqlaş-

dırıldıqca, məhfəzəsini tutan mələklər də, Aydan məhfəzəsini yavaş-ya-

vaş uzaqlaşdırarlar. Beləcə, Ay Günəşə qarşı yaxın olduqda, məhfəzisi 

də yerindən tamamən çıxmış olur ki,o zaman Ay tam bədr halında görü-

nür. Mələklər Günəşi yavaş-yavaş Aya yaxınlaşdırdıqca,o biri tərəfdən 

də ayın məhfəzəsini idarə edən onu eyni zamanda Aya yaxınlaşdırırlar. 

Ay Günəşə yaxınlaşmaq istərkən, mələklər ayın məhfəzəsini tamamilə 




46

ona  geyindirirlər  ki,  Günəşə  çox  yaxınlaşmasın.Bu  səbəbdəndir  ki, 

Ay bəzən qeyb olur, bəzən hilal, bəzən yarım,bəzən də bütöv olur. Bu 

minval ilə Qiyamətə qədər belə davam edəcəkdir. Haqq olan Allah öz 

qüdrətilə Günəş, Ay və ulduzlardan ancaq beşi üçün yerin iki tərəfındə 

mütəmadi doğuş və batış yerləri yaratmıştır. O səbəbdən də bunlara yed-

di gəzəgən deyərlər. Bunlar hər gün başqa bir yerdən doğub, başqa bir 

yerdə batarlar. Günəş üçün çıxdığı tərəfındə qaynayan qara palçıqdan 

yüz səksən atəş çıxarıb, batan tərəfındə də qara palçıqdan çıxan yüz 

səksən qaynaq (mənbə) var etmişdir ki, şiddətli atəş üzərində qaynayan 

qazanlar kimi qaynayarlar. 

Əgər bu yandırıcı günəş şüaları, o dəniz içindən süzülməyib maneəsiz 

havaya gəlsəydi,o bizə yaxın olub, yer üzündə olan yaradılmışları bü-

tün  yandırardı.Əgər  gözəl Ayın  nurlu  üzü,  o  dənizlə  örtülü  olmayıb, 

açıqdan müşahidə olunsaydı, cahan xalqı ayın gözəlliyinə məftun və 

heyran olardı. 



Göydə min-min gövhəri sapa düzdü Yaradan,

Sildi yoxluq tozunu gecənin saçlarından.

Tulladı səmalara bu iki-üç çəmbəri,

Yeddi düyün vurmaqla qandalladı yerləri.

Günə, Aya don biçdi öz əlilə Yaradan,

Birinə ağ ipəkdən, o birinə qaradan.

Səfra buludlarını dənizlərdən çıxartdı,

Çəmənlərdə Xızr üçün abi-zəmzəm yaratdı.

Gecə rəngli torpağa verdi gündüz badəsi,

Tökdü daşın ağzına neçə şəfəq qətrəsi.

Birləşdirib, yoğurdu, qaynatdı suyla odu,

Necə də xəlq elədi dürrü, bir də yaqutu. (“Sirlər Xəzinəsi”)

 

 



AY VƏ GÜNƏŞİN TUTULMASI HAQQINDA 

“40 sual” kitabından: - Allah-taala Günəş və Ay tutulmaları üçün 

müəyyən  vaxtlar  təyin  etmişdir  ki,Yer  üzündə  olan  insanlar Ayın  və 

Günəşin dəyişməsini görüb oyansınlar və Allaha sarı çevrilərək, tövbə 

etsinlər.  Günəş  tutulmasının  vaxtı  gəldikdə  Günəş  arabasından  dü-

şüb göyə doğru dənizin dərinliklərinə gedər. Əgər tamamilə düşərsə, 

Günəş tam tutular, ulduzları örtən işığı qalmaz və böyük ulduzlar mey-

dana çıxar. Əgər yarısı dənizə düşərsə, düşdüyü qədəri tutular.Günəş 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə