Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə11/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   7   8   9   10   11   12   13   14   ...   292

32

Açıqlama: Avropada astronomiya XV-XVI əsrlərdə inkişaf etməyə 

başlamışdır.  Nikolay  Kopernik  (1473-1543)  “Dünyanın  heliosentrik 

sistemi”ni vermişdir. Bu yeni astronomiyanın meydana gəlməsinə və 

sürətlə  inkişafına  səbəb  olmuşdur.Tixo  Brahe  (1546-1601),  Lohan 

Kepler (1571 1630), Qalileo Qaliley (1564-1642), İsaak Nyuton (1643-

1727) və başqaları astronomiyanın inkişafında böyük rol oynamışlar. 

Kepler  planetlərin  hərəkət  qanunlarını  vermiş,  Nyuton  Ümumdünya 

Cazibə qanununu kəşf etmiş və müşahidələr əsasında verilmiş Kepler 

qanunlarını riyazi olaraq almış və ümumiləşdirmişdir. O ilk dəfə olaraq 

bir çox astronomik hadisələrin düzgün izahını vermişdir. Müasir astro-

nomiya elmində N.Kopernikin təklif etdiyi sistemdə Günəş ortada du-

rur, onun ətrafında isə doqquz planet bu tərtiblə düzülmüşdür:-Merkuri, 

Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun, Pluton. Mars ilə Yu-

piterin orbitləri arasında çoxlu xırda planetlər vardır, onlara asteroidlər 

deyirlər. Bu planetlərin hamısı Günəş ətrafında qərbdən şərqə tərəf dövr 

edirlər. 

1781-ci  ildə  Uran  planeti,  1846-cı  ildə  isə  Neptun  planeti  kəşf 

olunur.1930-cu  ildə  Günəş  sisteminin  IX  planeti  Pluton  kəşf  olunur. 

2006-cı il avqustun 24-də Beynəlxalq Astronomiya Ittifaqının Baş As-

sambleyasında qərara alınmışdır ki, Pluton planet deyil. 1859-cu ildə 

Kirxhof spektral analiz üsulunu verir. XIX əsrin ikinci yarısında fotoq-

rafiya kəşf olunur və astronomiyada fotoqrafik müşahidələrə başlanılır. 

Beləliklə, astronomiyanın ən gənc sahəsi astrofizika yaranır. 

 ALLAHIN İLK YARATDIĞI RUHLAR ALƏMİ 

Açıqlama:İslamın tarixçilərindən olan Əbu Cəfər Muhəmməd İbni 

Cərir Təbərinin yazdığı” Təbəreyi Kəbir” adlı kitabında Peyğəmbərə 

verilən suallar və onların cavabları şərh edilmişdir. Bütövlükdə isə XVII 

əsrdə Mövlana Furatı tərəfindən “Qırx sual” adlı əsəri 1840-cı ildə İstam-

bulda, 1851-ildə Vyanada çap edilmişdir. 1881-ci ildə rus dilinə tərcümə 

olunmuş və A.Arxangelskinin “Muhəmməd kosmologiyası”adlı kitabı-

na əlavə edilmişdir.1918-ci ildə İstambulda yenidən”Qırx sual”adı ilə 

çap edilmişdir: 



“40 sual”-kitabından:- Qurani-Kərimin ayələrindən və Peyğəmbər 

(s.ə.s.)  tərəfindən  söylənilən  hədislərdən  məlum  olur  ki,  sayı-hesa-

bı bilinməyən qərinələr və əsrlər əvvəl yalnız Tək olan Allah var idı. 

Allah  həddi-hüdudu,  eni-uzunluğu,  yaşı,  müddəti,  vaxt  və  zamanı, 

məkan  və  yeri  bilinməyən  aləmdə,  bir  gizli  xəzinə  ikən  tanınmağını 



33

istəmiş, ruhlar və cisimlər aləmini yaradıb öz mərhəmətinin, camalının, 

qüdrətinin,  kamalının,  əzəmətinin,  cəlalının,  nemətlərinin  bolluğunu, 

sənətinin çeşidlərini, hikmətlərinin sirlərini göstərmək istəmişdir. Qadir 

Allah bütün məxluqatdan əvvəl yoxdan çox nurlu, yaşıl zəbərcəntdən 

olan, böyüklüyü Allahdan başqa kimsəyə məlum olmayan, öz nurundan 

lətif və əzim bir cövhər var edib, ondan bütün kainatı, bir tərtib içində 

tədricən yaradıb. Bunlardan Nuri-Muhəmməd, Lövhu-Məhfuz, Qələm, 

Əql və beş kimsənin ruhudur ki, bütün ruhların və cisimlərin başlan-

ğıcı, əsası və ilk cövhəridir. Bütün ruhların və cəsədlərin başlanğıcı və 

qaynağı da bu cövhərdir.(Varlığı mümkün olan əşyaya və varlığının 

davamı dəyişikliyə uğramazsa, ona, cövhər deyilir.Əgər dəyişikliyə 

uğrayarsa, ona ərəz deyilir.)

Cənabi-Haqq Öz məhəbbəti ilə o cövhərə baxınca, cövhər utandı-

ğından o andaca əriyərək su kimi axmış, xalıs üzü (qaymağı)su üzünə 

çıxınca, ondan əvvəl külli nəfsi yaratmış, sonra mələklərin ruhlarını, 

sonra sırası ilə digər Peyğəmbərlərin, imamların, valilərin, alimlərin, 

ariflərin, abidlərin, möminlərin, sıra ilə Qiyamət gününə qədər dünyaya 

gələcək bütün insanların, kafirlərin, cinlərin, şeytanların, heyvanların, 

bitkilərin nəfsini yatarmışdır.Onların hər birisi üçün mərtəbələrinə görə 

bəlli məqamlar göstərmiş,hər ruh öz cinsini tapmış və hər toplum öz 

məqamında qalmışdır. Sonra Əqli yaradaraq bütün ruhlara əql və şüur 

bəxş etmiş və bütün yaratdığı ruhların talelərini və qəza-qədərlərini ilk 

yaratdığı Qələmlə Lövhi Məhfuzda yazmışdır. 

Duyğu və hiss vasitəsi ilə dərk edilməsi mümkün olmayan və “Giz-

li xəzinə” olan Uca Allah yaratdığı insanların ruhunu dərk edə bilən, 

əql və şüur sahibi olaraq yaratmışdır ki, digər canlılardan fərqli olaraq 

yalnız insan öz əqli, şüuru ilə bu kamilliyi bu gözəlliyi dərk edə bilsin.

Sonra Ərşı daşıyan dörd mələyi, Peyğəmbər mələkləri və sayı-hesabı 

bilinməyən mələk və huriləri yaratmışdır.

Bu aləmin ən yüksəyinə, ən lətif və gözəlinə “Qeyb aləmi”Ləhut və 

ya Cəbərut aləmi deyilir. Bu aləmin axırıncısına Ruhlar-aləmi, məna və 

ya əmr aləmi deyilir. Bu aləmin aşağısına və cisimlərə yaxın olanına 

Bərzax aləmi və ya Misal aləmi deyilir. Beləliklə ruhlar və mələklər 

aləmi,yəni “Məlakul-aləm”bu 14 çeşid ruhlarla tamamlanmışdır. 

 



34

 ALLAH SONRA CİSİMLƏR ALƏMİNİ YATARDI 

Allah-taala  mələklər  və  ruhlar  aləmini  yaratdıqdan  2  min  il  sonra 

əzəli iradəsi ilə adını, şanını bəlli etmək üçün cisimlər aləmini yaratdı.

Bunun üçün ilk Gövhərə məhəbbətlə bir daha baxmışdır.Gövhər Allahın 

baxışından utanaraq su tokmüş və üzünün suyu dalğalar kimi hərəkətə 

gəlib  yüksəlmişdir.Dalğalanan  Gövhərin  uca  hissəsindən  Ərşi-Əzəm 

vücuda gətirmişdir.O biri hissəsindən Kürsü, Cənnət, Cəhənnəm, yed-

di qat göyü şəkiləndirmiş və dörd ünsür bədənə gəlib formalaşmışdır. 

Ərşi-Əzəmin altında və onun nurundan Kürsünün, Cənnətlərin üstündə 

ağ inci kimi bir fəza yaratmışdır ki, Sidrətul-Müntəhadır. Bura Cəbrail 

ilə  Müqərrəb  mələklərin  məkanıdır.  Ərşi-Əladan  Əsfəli-səfilinə  (yer 

qatinin ən aşağısına) qədər bu surət aləmi, bu tərtib üzrə nizam tapıb 

15 ceşid də Mülk aləminin yaradılışı tamamlanmışdır.Bu aləmlərin üst 

təbəqəsinə Ülvü aləm, (Bəqa aləmi) davamlılıq aləmi,axirət aləmi de-

yilir.Orta təbəqəsinə orta aləm, göy cisimlərinin aləmi, Fələklər aləmi 

deyilir. Alt  təbəqəsinə Qəvn  və  fəsad  aləmi, cisimlər aləmi, ünsürlər 

aləmi,axırıncısına isə pozulma aləmi (məhv olmaq), yəni Dünya aləmi 

deyilir. 

Beləliklə, ruhlar və mələklər aləmi ilə Mülk aləminin toplumu,yəni 

çeşidli  ruhların  növləri  ilə  bəsit,  sadə  cisimlərin  siniflərinin  hamı-

sı, hərflər kimi 29 olaraq (14“Məlakul-aləm”və 15”Mülk aləmi”) ta-

mamlanmışdır.  Hər  iki  aləmin  varlıqlarının  birləşməsindən  üç  qisim 

mürəkkəb cisim bədənə gəlmişdir:Mədənlər, bitkilər və heyvanlar əmələ 

gəlmişdir ki, bu da, hərflərin birləşməsindən hecalar, isim və fellərlə 

çeşidli kəlmələrdən əmələ gələn bir cümlənin meydana gəlməsinə və 

bunlardan da Cahan kitabının sonsuz mənalar qazanmasına bənzəyir. 

İbrət  gözü  ilə  bu  aləmə  baxan Ariflər  hər  birində  bir  çox  hikmətlər 

görürlər. Beləcə övliyalar Cənabi-Haqqın sənətinin sirlərini idrak edər 

və içindəki dərin mənanı anlayaraq, onun yüksək hüzurunu taparlar.

Bilinməz nə vaxtdan firlanır bu tac, 

zaman pozular bu gözəl əsas

Belə nazik fikri dərindən duyub

Ağıl ölçüsüylə dərk etmək olmaz. (Ömər Xəyyam) 

 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə