Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə10/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   6   7   8   9   10   11   12   13   ...   292

29

gözəldir. Bu, bizim Rəbbimiz, bizi əhatə edən canlı və cansız aləmləri: 

Ayı, ulduzları, Günəşi, kainatı, 7 qat göyü, 7 qat Yeri, torpağı və insan-

ları yoxdan var edən Uca Allahdır. Bütün məxluqat hər an nəhayətsiz 

müşkülləri  ilə Allahın  yardımına  möhtacdır.Heç  bir  məxluqat  öz  eh-

tiyacını  özü  ödəyə  bilməz  və  onu  gözləyən  təhlükələri  öz  gücü  ilə 

dəf edə bilməz. İnsan bu ülvi həqiqətə şahid olmağa mükəlləfdir. Bu 

ülvi həqiqətə şahid olmayan həqiqi Tövhidi əldə edə bilməz. Allahın 

əmrlərini təhlil edərkən onun bizim ibadətimizə ehtiyacının olmadığını, 

fəqət bizim Ona ibadət etməyə möhtac olduğumuzu bilmək bizim üçün 

çox önəmli və fəzilətdir. 

Allahı tanımağın kamalı onu təsdiq etməkdir.Təsdiq etməyin kamalı 

onu bir bilməkdir. O,yaradılmayıb var olandır. Hərəkətə və aləmə möh-

tac olmadan işlər görür, heç bir varlığa möhtac deyildir, birdir. O hər 

şeyin gizli və aşkar tərəfini biləndir. Onun əmrinə qarşı heç kəs çıxa 

bilməz.O nə doğdu, nə də doğuldu. O, sonsuz, bitməz qüdrət sahibidir. 

O, hər şeyin hüdudunu və sonunu biləndir.

Qurani-Kərimdə 119 ayədə Allahın sifətləri vəsf edilmişdir.



əl-Ənam-103-Gözlər Allahı  dərk  etməz, Allah  bütün  gözləri  dərk 

edər.  Allah  lətifdir,  gözlər  onu  dərk  etməz.  Allah  bütün  insanların 

özlərindən, sözlərindən və əməllərindən xəbərdardır. 

əl-Maidə-120-Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Al-

laha məxsusdur, Allah hər şeyə Qadirdir.



Loğman-22-23-Kim yaxşı əməl sahibi olub özünü səmimi qəlbdən 

Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan, Qurandan, imandan 

yapışmış  olur.  Bütün  işlərin  axırı  Allaha  gəlib  çıxacaqdır.Buyuruq 

Allahındır!Kim  küfr  edərsə,onun  küfrü  səni  kədərləndirməsin.  Onlar 

Bizim hüzurumuza qayıdacaqlar. Biz də onlara (dünyada) nə etdiklərini 

xəbər verəcəyik!



Loğman-26-27-Göylərdə  və  Yerdə  nə  varsa,  Allahındır.Allah 

bəndələrinin, o cümlədən müşriklərin ibadətinə möhtac deyildir və hər 

cür şükrə, ərifə layiqdir! Onun bütün işləri bəyəniləndir. Əgər yerdəki 

bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona 

qoşulsaydı, yenə də Rəbbimin sözləri yazılıb tükənməzdi. Həqiqətən, 

Allah yenilməz qüdrət və hikmət sahibidir!



əl-Ənam-73-O  elə  bir Allahdır  ki,  göyləri  və  yeri  haqq,  hikmətlə 

yaratdı.O gün ki, Allah ona:“Ol!”,deyər, o da olar. Allahın sözü doğ-

rudur. Surun çalınacağı gün Padşahlıq Allah üçündür. Allah qeybdən 

xəbərdardır. Hökm edən və hər şeydən xəbərdar Odur.




30

əl-Mumin-66-O diridir, ondan başqa ibadətə layiq məbud yoxdur. 

Dininizi  xalis  edərək,  onu  çağırıb  deyin  ki,  həmd  bütün  aləmlərin 

pərvərdigarı Allah üçündür.

Hədis: Bir gün Məkkə müşriklərindən bir neçə nəfər Hz. Peyğəmbərin 

yanına gəlib soruşdular:

- Allah haqqında bizə məlumat ver ki, görək, o, qızıldandır, gü müş-

dəndir, ağacdandır, ya dəmirdən?

Sonra İxlas surəsi nazil oldu.

1-Ya Peyğəmbər! De ki, Allah birdir, şəriki yoxdur!

2-Allah hər bir şeydən ehtiyacsızdır !

3-Doğmayıbdır! Ondan nə övlad, nə də qəm, şadlıq, gülmək, aclıq və 

toxluq kimi şeylər baş verməyibdir və doğulmayıbdır! Heç bir şeydən 

xaric olmayıbdır.

4-Allah üçün ona oxşayan bir şəxs və tay yoxdur ki,Allahı ona oxşa-

dıb insanlara tanıtsın.Yaxud doğmayıbdır ki, Allahlığı irs ilə başqasına 

versin və doğulmayıbdır ki, Allahlığı irs ilə qazanmış olsun.Onun heç 

bir tayı-bərabəri və bənzəri yoxdur. (”Zubdətul əhadis”Qummi) 

 

 ALLAH KAİNATI YARATDI

Bütün var olanları yalnız odur yaradan. 

Pərdəli fələklərin pərdəsini açandır,

Pərdəli iş görənin sirrini saxlayandır.

Günəşin kəmərinə ləl ilə zinət verən,

Torpağa həyat donu, suya təravət verən.

Tapılarmı cahanda onunla bəhs eləyən?

Varmı ondan savayı “Bu mülk mənimdir!” deyən?

O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,

Varlıq yoxa çıxsa da, o, daim var olacaq.   (”Sirlər Xəzinəsi”)

əl-Ənbiya-31-Məgər müşriklər bilmədilərmi ki, göy və yer bağlı idi, 

(nə yağış yağırdı, nə ot bitirdi) sonra onların hər ikisini açdıq (yağış 

yağdı,ot bitdi). Bütün şeylərin diriliyini sudan əmələ gətirdik. 

ər-Rəd-2-O elə bir Allahdır ki, göyləri gördüyünüz kimi sütunsuz ya-

ratdı. Sonra ərşə qələbə çaldı. Ərşdə qərar tutan və məlum bir müddətə 

hərəkətdə olan Günəşi və Ayı özünə tabe etdi.Onların hər biri müəyyən 

vaxta qədər, Qiyamətədək cari və hərəkətdə olarlar. 




31

əl-Ənam-101-Allah göyləri və yeri yoxdan vücuda gətirəndir. Hər 

bir şeyi Allah yaratmışdır.Allah hər şeyə Alimdir.



əl-Bəqərə-29-Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan, 

sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib, nizama 

salan Odur!O hər şeyi biləndir! 

  Açıqlama:-Allahın  14  əsr  bundan  əvvəl  Qurani-Kərimdə  verdiyi 

bu  məlumat  müasir  elmi  kəşflərlə  üst-üstə  düşür.Bu  gün  astrofizika-

nın gəldiyi dəqiq nəticə, bütün kainatın maddə və zaman ölçüləri ilə 

birlikdə  sıfır  anından,  böyük  bir  partlayışla  əmələ  gəlməsini  bildirir. 

Böyük partlayışın orijinal adı”Binq Bənq” nəzəriyyəsi, bu gün kainatın 

əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən 

ortaq şəkildə qəbul edilən elmi açıqlamadır. 

Bu ayədə ərəb dilindəki”ratq”kəlməsi, Azərbaycanca”bir-birinə biti-

şik, ayrılmaz bir vəziyyətdə, bütünləşmiş” mənasına gəlir. Yəni, bu söz 

vahid bir tam halında olan, bütöv-dairəvi iki maddəni ifadə etmək üçün 

işlədilir.Yer kürəsinin dairəvi halda olması elm adamları tərəfindən yaxın 

əsrlərdə  müəyyən  edilmişdir.  Sonra  gələn  ərəb  dilindəki,”fatq”  feli, 

Azərbaycanca ”açdıq-ayırdıq,”yəni bitişik vəziyyətdə olan bir nəsnənin 

“yarıb,  parçalayıb  çölə  çıxması”  mənasına  gəlir.  Məsələn,  toxumun 

cücərərək torpaqdan çıxması da bu kəlmə ilə ifadə edilir. Ayədə göylərlə 

yerin bir-biri ilə bitişik, yəni “ratq”vəziyyətində olmasından bəhs edi-

lir. Ayədə həmin kəlmədən dərhal sonra “fatq” feli bunların ayrılma-

sını bildirir. Yəni biri digərini yararaq göyə çıxır. Həqiqətən də,“Binq 

Bənq”in ilkin görünüşünü düşündükdə kainatın bütün maddələrinin bir 

nöqtədə toplandığını görürük. 

Başqa bir ifadə ilə hər şey, hətta yaradılmamış olan göylər və yer də 

bir nöqtənin içində,bir-biri ilə bitişik,ayrılmaz vəziyyətdə idilər. Bundan 

sonra bir nöqtə şiddətli bir partlayışla yarılır və göylə yer bir-birindən 

ayrılırlar. İçində olduğumuz yer kürəsi 300 milyard qalaktikadan yalnız 

biridir. Kainatda təqribən 250 milyard ulduz vardır.Günəş bu ulduzlar-

dan biridir. Bu ulduzların hər birindəki tək bir toz dənəsi belə Allahın 

hər an nəzarətindədir.Hər bir planetin, hər bir ulduzun,300 min qalakti-

kadan hər birinin hərəkəti,dönüş sürəti, istiliyi, soyuqluğu,uzaqlığı Al-

lah qatında hesablanmış və nəzarətdədir. Allah insanın xəbəri olmadan 

yer üzündəki saysız yaranmışları hər an, hər saniyə görür.

Fələkləri Yerin başına fırlanan etmiş, 

Fələklərin fırlanmalarını yer üçün etmiş.  (”Xosrov və Şirin.”) 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə