Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə18/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   14   15   16   17   18   19   20   21   ...   292

52

doğacaqdır.  Bu  halət  Qiyamətin  şərtlərinin  ən  məşhuru  və  Qiyamət 

əlamətlərinin ən böyüyüdür ki, bundan sonra tövbələr qəbul olunmaz, 

küfr və üsyandan peşman olmağın artıq faydası olmaz. 



 

ALLAH BÜRCLƏRİ YARATDI 

əl-Furqan-61-Göylərdə  12  bürcü  yaradan  Allah  ucadır.Göydə 

çıraq(Günəş) və nurlu Ay yaratdı. 



əl-Furqan-59-O elə Allahdır ki, altı gün müddətində göyləri, Yeri və 

onların arasında olan məxluqatı və ərşi yaratdı. Göylərdə on iki bürc, 

göydə çıraq olan Günəş və nurlu Ay yaradan Allah ucadır.Allahın Töv-

hid və qüdrətini yada salmaq istəyən, nemətlərinə şükür etmək istəyən 

kəs üçün gecə ilə gündüzün bir-birini əvəz etməsi də bir hikmətdir. 

əl-Buruc-1-9-And  olsun  bürclər  sahibi  olan  göyə!  Günəş  iyirmi 

doqquz  gün  yarım  müddətində,  ay  isə  iki  gün  yarım  müddətində  on 

iki bürcü seyr edir. And olsun vəd olunmuş günə! O elə bir Allahdır ki, 

göylərin və Yerin padşahlığı onundur. Allah hər şeyə qadirdir. 



əl-Hicr-16- Biz göydə bürcləri xəlq etdik və ona baxanlar üçün zinətli 

etdik və göyü Allah dərgahından qovulmuş şeytanların hamısından qoru-

duq. Bəzi şeytanlar var ki, gizlin gedərək mələklərin danışıqlarını eşitmək 

istərlər,lakin aşkar olan kimi onların üstünə odlu şüalar gələr. 



Açıqlama:-Göy cisimlərini yaxşı müşahidə etməklə yanaşı, onları 

dəqiqliklə öyrənməyə çalışan şair-alim Nizaminin əsərlərində öz dövrü 

üçün məlum olan planetlərin, bürclərin və təbii peyklərin demək olar 

ki, hamısının adlarına rast gəlirik. Həmin cisimlərin adları qədim Şərq 

ədəbiyyatında qəbul edildiyi formada verilmişdir. Həmin adlar aşağıda-

kılardır: 

1.Şəms  (Günəş);  2.Qəmər  (Ay);  3.Ütarid  (Merkuri);  4.Zöhrə  (Ve-

nera);  5.Mərrix  (Mars);  6.Müştəri  (Yupiter);  7.Zühəl  (Saturn);  8.Hut 

(Qoç); 9.Sur (Öküz); 10.Cövzə (Əkizlər); 11.Tir (Xərçəng); 12. Əsəd 

(Şir); 13.Delv (Qız); 14.Zənəb (Əqrəb); 15.Həməl (Oğlaq); 16. Qövs 

(Oxatan); 17.Dolça (Dolça); 18.Mizan (Tərəzi); 19.Mahi (Balıq). 

“40 sual” kitabından:Astronomların fikrincə: fələklər və ünsürlərin 

üç təbəqələri bir-birini əhatə edib, bir-birinə bir dərəcə toxunaraq üst-

üstədirlər. Fələklər və ünsürlərin hərəkətləri müxtəlifdir. Ən xaricdə olan 

qurşaq, böyük fələkdir. Onun içində olan qurşaq, səkkizinci fələkdir ki, 

bürclər  fələyi  və  sabit  ulduzlar  fələyi  adı  ilə  məşhurdur.Böyük  fələy 

boşluqda dayanması və sabit olması ilə fərqlənir.Aləmin mərkəzi olub; 




53

qütbü, aləmin qütbündən bir tərəfə 23,5 dərəcə meylli olub, paralel iki 

üzünü əhatə edən bir kürəvari cisimdir. Yumru səthının üzərində olan 

böyük  fələyin  dib  səthinə  dəyir.  Dib  səthində  olan  boşluğunda  Sa-

turn fələyinin yumru səthinə toxunur.Saysız sabit ulduzlarla işlənmiş 

və bəzədilmişdir. Xəyallarda formalaşan on iki burçlə naxışlanmış və 

rənglənmişdir. Ümumi ox olan Fələklər fələyi (böyük fələk) ilə aləmin 

mərkəzi ətrafında şərqdən qərbə hərəkət edər, bütün ulduzları ilə iyirmi 

dörd saatda bir dövrəsini tamamlayar.Özünə məxsus hərəkətiylə aləmin 

qütbündən  başqa  olan  qütb  üzrə  qərbdən  şərqə  yavaş-yavaş  dönər. 

Ahəstə hərəkətiylə altında tikilmiş olan sabit ulduzları toplam o tərəfə 

alıb gedər. Yetmiş günəş ilində öz qurşağı orbitində ancaq bir dərəcə yol 

gedər. O halda iki min yüz ildən bir, bir bürcü keçər və iyirmi beş min 

yüz  ildən  bir  dövrəsini  tamam  edər.Bu    müddətdə  dünyanın  hər  yeri, 

dənizlərdə və qarada(quruda) dəyişiklik baş verər, Bütün aləmin işləri, 

sirləri ən yaxşı bilən Allahın təqdiri ilə başdan ayağa dəyişər. Altı böyük 

dairə belə, bu fələyin iki qütbü üzərində kəsişir.Səkkizinci fələk, bu altı 

dairə ilə qarpız üzərindəki xətlərə bənzər şəklində on iki qisim olub; hər 

bir qisimə bir bürc adı verilib: Məsələn, qoç bürcü, dolca bürcü və sair.

On iki bürcün altısı, günəş qalxan dairənin şimalında olmaqla, bunla-

ra: Şimal bürcləri deyərlər. Altısı isə günəş dairənin cənubunda olduğu 

üçün, onlara: Cənub bürcləri deyərlər. Bunlar Tərəzi, Əqrəb, Oxatan, 

Oğlaq, Dolça və Balıqdır. Şimal bürcləri: Qoç, Öküz, Əkizlər, Xərçəng, 

Aslan  və  Qızdır.  Cənub  bürclərindən  dördünə  dəyişdirən  deyərlər. 

Dördünə, Sabit və dördünə -Qarışdıran deyərlər. Bunlara dəyişdirənlər 

deyilməsinin  səbəbi:  Günəş  bu  bürclərdə  olanda  bir  mövsümdən  bir 

mövsümə keçmiş olar. Amma Günəş Qoç bürcündə olanda, zaman qış-

dan bahara dönər. Günəşin Xərçəng bürcünə girməsi ilə zaman, bahar-

dan yaza dönər. Günəş Tərəzi bürcünə girdikdə, zaman, yaydan payıza 

dönər. Günəş Oğlaq bürcünə girdikdə, zaman, payızdan qışa dönər. Qoç 

bürcünün başlanması ilə yaz mövsümü başlanır. Xərçəng bürcünün baş-

lanması ilə yaz mövsümü,Tərəzi bürcünün başlanması ilə payız mövsü-

mü, Oğlaq bürcünün başlanması ilə qış mövsümü başlanar. 

Sabit burçlər isə:Buğa, Şir, Əqrəb, Dolça bürcləridir. Bunlara sabit 

qalmasının, deyilməsinin səbəbi: Nə   dəyişən kimi dəyişmə nöqtəsində 

qalarlar, nə də qarışdıranlar kimi qarışarlar. Qarışdıranlar: Əkizlər, Qız, 

Oxatan və Balıqlardır. Bunlara bu adın verilməsinin səbəbi: Günəş bu 

bürclərin  paralelində  olarkən,  hər  birində  zaman,  olduğu  vəziyyətlə 

digər vəziyyət arasında qarışır. Məsələn:Əkizlər bürcündə zaman, ilk 

baharda  ikən  yaza  dönər. Yazla  qarışar;  Qız  bürcündə  zaman,  yazda 




54

ikən Payızla qarışar; Oxatanda zaman payızda ikən qışa qarışar. Balıq-

lar da isə zaman, qışda ikən ilk bahara qarışar.

Sabitlət: Buğa, Şir, Əqrəb, Dolçadır.

Dəyişdirənlər: Qoç, Xərçəng, Tərəzi və Oğlaqdır. 

Qarışdıranlar: Əkizlər, Qız, Oxatan və Balıqlardır

Alimlərin fikrincə on iki burçlə yeddi planet, eynilə dörd ünsür kimi 

dəyişik təbiətlərə malıkdirlər. Onlara, hər üç bürcü bir təbiətdə tapıb, 

bürclər tirigonometriyası adını vermişlər.Qoç, Şir və Oxatan bürclərinə 

atəş ünsürlü deyərlər ki, hər birinin təbiəti, istilik və quruluqdur. Buğa, 

Qız və Oğlaq, torpaq ünsürlüdürlər. Onların hər birinin təbiəti, soyuq-

luq və quruluqdur. Əkizlər, tərəzi və dolça, hava ünsürlüdürlər.Onlar-

dan hər birinin təbiəti, istilik və rutubətdir. Xərçəng, əqrəb və balıq, su 

ünsürlüdürlər ki, hər birinin təbiəti, rütubət və soyuqluqdur. Beləliklə 

bürcləri öz xüsusiyyətlərinə görə dörd ünsürlə adlandırarlar: Su, hava , 

torpaq və od ünsürlr. Digər tərəfdən on iki bürcün bəzisini kişi, bəzisini 

qadın təbiətli, bəzilərini gündüzə, bəzilərini də gecəyə nisbət etmişlər. 

Altı bürc kişi, altısı dişidir. Kişi olanlar: Qoç, Əkizlər, Aslan, Tərəzi, Ox 

atan,Dolça bürcləridir ki, bunlar tək bürclərdir. Dişiləri: Buğa, Xərçəng, 

Qız, Əqrəb, Oğlaq və Balıqdır ki, bunlar iki tərəflidirlər. İndi, 12 bür-

cü qoç bürcündən başlayıb, müvafiq bürcləri, bir kişi, bir dişi olaraq 

sayarlar. Od və hava ünsüründə olan bürclər kişi sayılır.Torpaq və su 

ünsürlülərin hamısı dişi hesab edilmişdir. Gündüzlər kişi gecələr dişi 

olan bürclərləd də vardır. 

Bu bürclərdən altısı şimal yəni, altısı isə cənub bürcləridir.(Səidələr 

günəşi ən yüksək yerinə, Həbitələr də ən aşağı nöqtəyə götürərlər.

Səidələrdə gün uzanar, Həbitələrdə gün qısalar.

Ən uzun gün 19 iyun 25 iyuna qədər davam edir

Ən uzun gecə 20 dekabrdan 26 dekabıra qədərdir.

Açıqlama:Dahi  Nizami  göy  cisimlərini  dəqiqliklə  bildiyini  sübut 

etmək üçün “Leyli və Məcnun” poemasında Məcnunun ulduzlara şikayət 

səhnəsini  misal  çəkir.  Bu  səhnə  ulduzlar  aləmində  gedən  proseslərin 

ardıcıllığını çox dəqiq rəvayət edir. Məsələn;göstərilir ki, Oğlaq bürcü 

Aya yaxın durmuşdur. Bu zaman Balıq, Öküz, Əkizlər, Xərçəng, Şir, 

Tərəzi,  Əqrəb,  Oxatan  və  s.  bürclərin  səmadakı  vəziyyətlərini  elmi 

dəqiqliklə müşahidə edən Məcnun, sonra Zöhrə və Müştəri planetlərinə 

öz dərdini açıb danışır: 



Bürclərin mənzillər dairəsindən

Fələk zəlzələyə düşmüşdü bilsən. 

Həməl bürcü ayın dodaqlarından, 

Haşiyə tikmişdi göyə bu zaman. 


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə