Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə17/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   13   14   15   16   17   18   19   20   ...   292

50

da Allahın əmrinə tabedir. 



əl-Bəqərə-164-Həqiqətən,  göylərin  və Yerin  yaradılmasında,  gecə 

ilə  gündüzün  bir-birini  dəyişməsində,  insanlara  fayda  vermək  üçün 

dənizlərdə üzən gəmilərdə, Allahın səmadan su nazil etməsində, onun-

la  öləndən  sonra  yeri  diriltməsində,  küləkləri  əsdirməsində,  Allahın 

qüdrəti ilə buludları doldurmasında ağıl sahibləri üçün dəlillər vardır. 

Açıqlama: Bu ayədə Allahın varlığını, birliyini, qüdrət və əzəmətini 

göstərən yaradılış xariqələrini insanların nəzər-diqqətinə təqdim edib, 

buyurur:-Ey  insanlar!  Bir  kərə  gözünüzü  açın,baxın  və  diqqətlə  dü-

şünün.  Şübhəsiz  ki,  göyün  və  Yerin  yaradılışında  böyük  əlamətlər, 

haqqın varlığına böyük dəlillər vardır. Bu üzərində yaşadığımız gözəl, 

çox  xoş  Yer  kürəsi  nə  qədər  lətifdir?  Gecə  və  gündüzün  bir-birini 

təqib  etməsində  nə  qədər  ayətlər,  əlamətlər  vardır?  Bunlar  nə  qədər 

müntəzəm şəkildə bir-birini təqib edib dururlar?! Əgər belə bir hal və 

intizam olmazsa,Yer üzündə yaşamaq mümkün olardımı?İnsanlara fay-

dalı olan şeylər, dənizdə üzən gəmilər də və istifadə eydiyimiz bütün 

cihazlar da ilahi şəfqətin bizə bəxş etdiyi mərhəmətdir. Astranomlar 

tərəfindən aləmin təbii quruluşunun yumru şəkildə olduğu sübut 

edilmişdir.Göydə  və  yerdə  olan  hər  şey  kürəvi  şəkildədir.Dünya 

,zəmilər, qara(torpaq) , dəniz, dağlar,vadilər dəyişik şəkilləri ilə top 

kimi bir kürə şəklindədirlər. 

ər-Rəd-3-Allahın nemətlərindən biri budur ki, gecə gündüzü örtər 

gecənin qaranlığı gündüzün işığını örtər, gecə gələrkən gün gedər. 



Yasin-37-Allahın qüdrətinə dəlalət edən dəlillərdən biri də gecə və 

gündüzdür. Biz gündüzü ondan sıyırıb çıxaran kimi onlar zülmət içində 

olarlar.

əş-Şəms-3-4-And  olsun  zülməti  işıqlı  və  nurani  edən  zaman 

gündüzə!And  olsun  gecəyə,o  zaman  ki,  günəşi  örtər  və  onun  işığını 

kəsər. 

əz-Zumər-5-Göyləri,Yeri  haqq  ilə  yaratdı.Birini  artırıb  digərini 

əskiltməklə gecəni gündüzə və gündüzü gecəyə sarıb örtər. Günəşi və 

Ayı  ram  etdi.  Onların  hamısı  müəyyən  olunmuş  vaxta  qədər  cari  və 

hərəkətdə olar. 



Açıqlama:-Bu  ayədəki,ərəbcə“yukəvviru”kəlməsi  Azərbay canca 

“sarıb  örtər”dairəvi  bir  şeyin  üzərini  bir  qisim  örtər  mənasındadır.

Ayədə gecə ilə gündüzün bir-birinin üzərini sarıb örtməsi barədə verilən 

bu bilik,eyni zamanda dünyanın quruluşu haqqında bizə məlumat verir.

Yəni hicri-qəməri tarixi ilə VI-VII əsrlərdə nazil olan Quranda yerin 

dairəvi olduğuna işarə edilmişdir. 




51

ən-Nəml-86-Görmürlərmi, biz gecəni aram və sakit olmaq üçün ya-

ratdıq, gündüzü ruzi qazanmaq üçün işıqlı etdik.Burada, sözsüz ki,iman 

gətirən qövmlər üçün əlamətlər vardır. 

əl-Furqan-45-48-Allahın qüdrətini görmürsənmi ki,sübhdən Günəş 

çıxana  qədər  kölgəni  necə  uzatdı?Nə  çox  qaranlıq  oldu  ki,  ürəklər 

sıxılsın, nə də çox isti və işıqlıq oldu ki,gözə zərəri olsun. Əgər Al-

lah  istəsəydi,  əlbəttə,  onu  sakin  və  həmişəlik  edərdi,  Günəş  çıxmaz-

dı. Sonra biz Günəşi kölgə üçün dəlil tutduq. Günəş olmasaydı, kölgə 

bilinməzdi, Günəş ucaldıqca kölgə azalar. Allah elə Allahdır ki,gecəni 

rahat olmağınız üçün örtük etdi, sizin bədəniniz üçün yuxunu rahatlıq 

və gündüzü də dirilik etdi. 



əl-Ənam-96-Sübhü yaran, gecənin qaranlığından ayıran Allahdır. O, 

gecəni sizin üçün istirahət vaxtı etdi.O, Günəşi və Ayı hesab üzrə etdi. 

Bunlar qalib və alim olan Allahın tədbirilədir. 

əl-İsra-12- Gecə və gündüzü iki əlamət etdik. Sonra gecənin əlamətini 

azaltdıq. Ayın işığını, gündüzün əlaməti olan Günəşdən az etdik. Gündüzün 

əlaməti olan Günəşi işıqlı etdik ki, Allahınızdan ruzi istəyəsiniz. İllərin sayı-

nı və hər bir hesabı biləsiniz. Hər şeyi təfsil ilə bəyan etdik. 



“40 sual” kitabından:-Hər gün günəşin batma vaxtı gəldikdə gecə 

üçün təyin olunan mələk gecənin qara cövhərini göyün qərb tərəfinə 

asıb,tədbir ilə üfüqlərdən gündüzün bəyaz cövhərini qaldırar.O vaxta 

qədər ki, gecənin cövhəri üfüqləri bürüyüb yer üzünü gecə qaranlığına 

qərq etsin. Günəşin nuru batdıqda ona vəkil olan mələklər onu göydən-

göyə sürətlə qaldırıb,iki saat miqdarı zaman içində Ərşi-Əzəm altına 

götürürlər. Burada Günəş cahanın Rəhmanına səcdə edir, mələklər də 

onunla birlikdə səcdəyə gedirlər. Cəbrail Ərşın nurundan Günəşə bir 

günlük nurdan geyim geyindirir. Bundan sonra gecənin saatları tamam 

olduqda, Günəşin doğuşundan iki saat əvvəl gündüz üçün təyin olunan 

mələk gündüzün bəyaz cövhərini göylərin şərq tərəfınə asıb, yavaş-yavaş 

üfüqlərə qaldırıb yaydıqca, gecənin mələyi də gecənin siyah cövhərini 

yavaş-yavaş göyə qaldırır. O vaxta qədər ki, gündüzün cövhəri üfüqləri 

bürüyüb dünyanı aydınlatsın.Günəş mələkləri də Günəşi göydən göyə 

sürətlə endirib, iki saatda əvvəlki doğma yerinə gətirirlər. Günəş doğ-

duqda, təyin edilmiş olan üç yüz altmış Günəş mələyi təsbih və təhlil 

edərək qanadlarını yayarlar. Günəşi o günün saat və dəqiqələri miqda-

rınca hərəkət etdirib, batan tərəfə götürüb gedərlər. Bu minval ilə Günəş 

batış  yerində  qərbdə  batıb,  doğuş  yerindən  şərqdə  doğar.Günəşin  bu 

hərəkəti Qiyamət gününəcən belə gəlib-gedəcəkdir. Qiyamət günündə 

üç  gün  müddətində  durub,  dördüncü  gün  batdığı  yerdən  (qərbdən) 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə