Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə24/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   20   21   22   23   24   25   26   27   ...   292

70

Allah-taala  buyurdu:-Onları  istedad  və  ləyaqətlərinə  uyğun  olaraq 

yaratmışam ki, hər halda onları imtahana çəkəm.

Adəm(ə.s.) ərz etdi:-Pərvərdigara,danışmaq üçün mənə icazə ve-rər-

sənmi?

Allah-taala buyurdu:-Danış,çünki sənin ruhun Mənim ruhumdandır. 



Ruhunun tələbi nitq və bəyandır,təbiətin, cismin isə Mənim vücudumla 

müxalifdir.

Hz.Adəm  dedi:-Pərvərdigara!  Əgər  onların  hamısını  eyni  şəkildə 

və ölçüdə, eyni təbiət və fitrətdə xəlq etsəydin,onların hamısına eyni 

qədər ruzi və ömür versəydin,onda onlar bir-birinə təcavüz etməz, ara-

larında həsəd, kin-küdurət yaranmaz,heç bir şey barəsində ixtilaf əmələ 

gəlməzdi.

Allah-taala buyurdu: - Ey Adəm!Mənim sənə verdiyim ruh vasitəsilə 

danışıb  dərk  etdin,  lakin  təbiətində  olan  nöqsan  və  çatışmamazlıqlar 

səbəbilə,  elmin  olmayan  mətləblər  deyirsən,çünki  onların  həqiqətini 

bilmirsən.Halbuki Mən xəlq edən, elm və hikmət sahibiyəm, məhz bu elm 

və hikmətim sayəsində məxluqatı müxtəlif şəkillərdə xəlq edərək işlərini 

idarə  edirəm.  Onlar  Mənim  təyin  etdiyim  qanunlar  və  təlim-tərbiyə 

əsasında  öz  vücud  hərəkətlərini  davam  etdirirlər.  Mənim  qoyduğum 

xilqət qanunlarında heç bir dəyişiklik yoxdur. Mən cinləri və insanları 

yaratmışam ki, Mənə ibadət etsinlər. Çünki onların vücud mərhələlərini 

ötüb keçməkdə, yəni bədənlərini dəyişərək,həyat sürmələrində, yeganə 

hərəkətverici qüvvəsi Məni tanıyıb ibadət etməkdən ibarətdir. Behiş-

ti o kəslər üçün xəlq etmişəm ki, onlar Mənim Peyğəmbərlərimə itaət 

edib,əmrlərinə  tabe  olarlar.  Cəhənnəmi  o  kəslər  üçün  xəlq  etmişəm 

ki, Mənə qarşı kafir olub üsyan edər, Peyğəmbərlərimə tabe olmazlar. 

Mən səni və sənin övladlarını heç birinizə ehtiyacım olmadığı halda 

yaratmışam.Hamınızı buna görə yaratmışam ki, imtahan verəsiniz və 

sizin dünyadakı işlərinizin hansının yaxşı, hansının pis olması məlum 

olsun. Dünya və axirəti, həyat və ölümü, səadət və bədbəxtliyi, behişt 

və Cəhənnəmi məhz buna görə yaratmışam.

Mən Özümün nüfuzlu tədbirim və elmim ilə onların surətləri, cisim-

ləri, rəngləri və ömürləri, ruziləri, itaət dərəcələri arasında fərq qoymu-

şam və hərəyə bir cür bəxt-tale,ömür-gün, ruzi-bərəkət yazmışam.

Bunların hamısı xilqətin tələbi idi ki,sağlam və eyibsiz şəxs, eyibli 

və əlil şəxsə baxıb Mənə şükür və həmd etsin, yaxud eyibli şəxs sağlam 

şəxsə baxıb Mənə təvəssül etsin ki,onu yaxşı mükafatla mükafatlandı-

rım.Yaxud varlı şəxs fəqirə baxsın,ona əta etdiyim sərvət müqabilində 

həmd  etsin.  Fəqir  də  varlını  görməklə  Məndən  sərvət  istəsin.Mömin 




71

şəxs kafirə baxıb, ona əta etdiyim hidayət səbəbilə Mənə həmd-səna 

etsin.Fitrətlərinin  bu  həqiqətlərini  nəzərə  almaqla  Mən  bu  insanla-

rı yaratmışam ki,imtahan edim. Belə etmişəm ki, öz zatlarının tələbi 

və ehtiyacları qədər firavanlıqda və asayişdə, həm çətinliklərdə Məni 

yad etsinlər və anlasınlar ki, Mən bəzilərinə nemət verir, bəzilərinə isə 

vermirəm. Bütün bəndələrim bilməlidirlər ki, Mən Qadir, Qüdrətli Al-

laham! Öz təqdir və lazım bildiklərimi, iradə etdiklərimi əməli olaraq 

həyata  keçirirəm.  Həmçinin  bu  tədbirlərin  hər  birini,  sizin  niyyət  və 

əməllərinizə görə dəyişə bilərəm. Mən elə bir Allaham ki, hər şeyi iradə 

etmək istəsəm, heç kəs Mənim iradəmin qarşısını ala bilməz və Mənim 

işlərim barəsində izahat verilməsini istəyə bilməz. Lakin Mən hər kəsin 

barəsində sorğu-sual edəcəyəm. Çünki Mən Adil Allaham!

əl-Hicr-99-Allah insanı özünə ibadət üçün yaratmış.”Əcəl gəlib ça-

tana qədər ibadət et,” - deyə buyurmuşdur. 



əl-Muminun-12-14-Həqiqətən,  biz  insanı  saf  palçıqdan  yaratdıq. 

Sonra insan övladını nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra 

ağ nütfədən qırmızı qan etdik, o qanı döyülmüş və çeynənmiş ət etdik, 

sonra əti bərkidib sümük etdik və sümükləri libas üryan adamı örtən 

kimi ətlə örtdük.

əl-Mumin-69-O,elə bir Allahdir ki, sizi ölü bir nütfədən dirildər və 

dirildəndən sonra öldürər. Allah bir şeyi vücuda gətirmək istəsə, ona 

yalnız “Ol!”-deyər,o da olar. 

ət-Təğabun-2-3-O, elə Allah ki, sizi yoxdan yaratdı. Sizin bəziniz 

kafirsiniz,bəziniz isə möminsiniz. Allah sizin nə etdiyinizi görəndir! Al-

lah-taala göyləri və Yeri ədalətlə yaratdı və sizin surətinizi cəkdi, sizi 

kamil insan etdi, qayıdacaq yer onun tərəfinədir. 



əl-Muminun-79-80- O, elə bir Allahdır ki, sizin üçün qulaq, göz, 

ürək və sair üzvlər yaratdı ki, siz şükür edəsiniz, amma əvəzində siz az 

şükür edirsiniz.O sizi yer üzündə yaratdı və siz onun tərəfinə qayıda-

caqsınız.



 

 ALLAH İNSANI KİŞİ VƏ QADIN OLARAQ YARATDI

əl-Qiyamə-37-39-Məgər tökülən bir qətrə nütfə deyildirmi? Sonra 

laxtalanmış qan (ələq) oldu və Allah onu yaradıb surət verdi. Sonra da 

ondan biri kişi, biri qadın olmaqla iki cüt yaratdı.

Yasin-36-Ciftlərin  və  siniflərin  hamısını,yerdən  göyərən  şeyləri, 

insanların  özlərini  və  onların  bilmədiklərini  yaradan  Allah  bütün 

eyiblərdən pakdır!



72

əz-Zariyat-48-49-Biz göyü öz qüdrət əlimizlə yaratdıq.Bizim ona 

gücümüz çatar. Biz yeri döşədik. Biz necə də gözəl döşəyənlərik. Hər 

şeyi cüt yaratdıq ki, bəlkə nəsihət qəbul edəsiniz və onlara baxıb, Alla-

hın qüdrətinə inanasınız. 



Açıqlama:-Qurani-Kərimdə buyurulduğu kimi,insan 9 ay ana bətnində, 

3 zülmət içində yerləşərək, əvvəlcə cansız, sonra yarımcan,axırda tam 

canlı olmaqla, bir müddət o zülmət məhbəsdə qalandan sonra, çətinlik 

və məşəqqətlə bu dünyaya, ona yad olan başqa bir aləmə gəlir. Yaxın 

vaxtlara qədər insanlar belə hesab edirdilər ki, uşağın cinsiyyətini ya ana 

hüceyrələri,ya da ata ilə anadan gələn hüceyrələr birlikdə müəyyənləşdirir. 

Lakin Quranda bu haqda belə məlumat verilmişdir:

ən-Nəcm-45-46-“Hər bir cütü erkək və dişi yaradan Odur. O zaman 

ki,nütfə kişinin belindən qadının bətninə ayrıldı.”



Açıqlama:Quranda verilən bu məlumatın doğruluğunu genetika və 

mikrobiologiya elmlərinin inkişafı qəti şəkildə təsdiq etdi. Cinsiyyətin 

tamamilə  kişidən  gələn  sperma  hüceyrələri  tərəfindən  müəyyən  edil-

diyi,  qadının  isə  bu  işdə  heç  bir  rolunun  olmaması  meydana  çıxdı. 

Cinsiyyəti  müəyyən  edən  əsas  amil  xromosomlardır.  İnsanın  qurulu-

şunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. 

Bu iki xromosom kişidə XV,qadında isə XX kimi tanınır.V xromosomu 

özündə kişilik,X xrosomu isə qadınlıq genləri daşıyır.Yeni doğulan uşa-

ğın cinsiyyəti kişidəki xromosomlardan hansının qadının yumurtası ilə 

birləşməsindən asılıdır.



Xilqətin bağlıca mehvəriyik biz,

Dərk etsən, bəsirət gövhəriyik biz.

Cahan dairəsi qızıl bir üzük,

Onun ən dəyərli gövhəriyik biz. 

Bu torpaq ki, onu tapdayır heyvan,

Olmuş bir zamanlar gül üzlü canan,

Eyvanda gördüyün kərpic yaranmış

Vəzir barmağından, sultan başından. (Ömər Xəyyam) 

 ALLAH İNSANLAR ÜÇÜN GÖZƏTÇİ MƏLƏKLƏR 

TƏYİN EDİB

Qaf-17-18-O zaman görüşən mələklər bir-birinə yetişərlər. Onların 

biri sağda, o biri solda əyləşib və onlar bəndədən ayrılmazlar. Bəndə hər 

bir söz danışanda, ağzından çıxan kimi mələklər yazarlar.Sağ tərəfdə 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə