Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

42 

 

Ömürlərində müharibə görməyən əhali ciddi və diliaranə (ürəkli) bir surətdə 



bağların  kənarında  səngərlər  tərtib  verib  axır  nəfəslərinə  qədər  səngərdən 

çıxmadıqlarına qət edərlər. Bu vaxt avqust ayının 5-i olub sübh saat 11 radələri idi. 

Cavanlar  yek  digərini  mütaaqib  (biri-birinin  ardınca)  səngərlərdə  boş  əllər  ilə  belə 

yüyürüşür idilər. İxtiyarlar isə onların ardınca yemək və ləvazimat daşıyırdılar. 

Düşmənlər  tərəfindən  qətl-qarətə hazırlaşan  əhali  miyanında  birdən-birə  bu 

şadlıq və bir-birinə müjdə verilmək şayiələri eşidildi. 

Düşmənin böylə bir gurultulu və faciənə bir təərüzləri (hücumları) qarşısında 

bir  ilham  səmayi  misalında  gələn  həmin  müjdə  Abşeron  cəzirəsini  dolaşan  ümum 

Bakı ətrafı müsəlmanlarının həyat və səadətlərindən ibarət idi. 

Nəhayət,  müjdə  qoldan  feilə  (sözdən  əmələ)  gəldikdə  türk  ordusunun  bir 

saatdan  sonra  Maştağa  qəzasına  vürudi  söylənildi.  Bir  saat  sonra  bədbəxtlik  və 

həlakətə  (ölümə)  hazırlaşan  müsəlmanlar  böylə  bir  xəbəri  eşitdikdə  qəriyənin  qərb-

şimal  tərəfinə  ənasən  (kişili-qadınlı)  zükurən  kənardan  baxanları  bir  heyrətə 

salıyordular. 

Ordunun  virudindən  qabaq  guya  ordunun  ətəşdə  (susuz)  olduğunu  bunlara 

söyləmiş  idilər.  Övrət  uşaq  əllərində  qablarda  su  ilə  dolu  bu  vaxta  qədər  İslam 

ordusunun  nə  rəngdə  olduğunu  belə  görməyən  əhali  fövqəladə  bir  aramsızlıq  ilə 

gözləyirdilər. 

Nəhayət,  qəhrəman  türk  ordusunun  pişdarlarından  olaraq  bir  neçə  nəfər 

nümayan  (göründükdə)  müntəzir  əhali  miyanidən  (əhali  arasından)  gurultulu  bir 

ağlaşma sədası arasında övrət, uşaqların belə həzin sədaları eşidilirdi. 

Pişdar  dəstədən  rəşid  və  qəhrəman  Nuru  Paşa  ordusunun  38-ci  alayının 

vurudu aşkar oldu. 

Bu vəqt saat 6 radələri idi. 

Müzəffər  ordu  Qəryə  kənarına  yetişdikdə  bila  istirahət  müharibə 

əməliyyatının icrasına başlayıb diliranə bir surətdə bərabərləri ilə gətirdikləri topları 

lazımi yerinə mərkəz edib dərhal fövqəladə bir nümayiş yaparlar. 

Arası  kəsilməksizin  atılan  düşmən  toplarının  cavabına  iki  dəfə  atılan  türk 

topu düşməni sükutə belə məcbur edər. 

İki  gündən  biri  şiddətli  surətdə hücum  yapan  düşmənlərə  kəndi  varlıqlarını 

sübut etmək üçün mübarizə səngərlərin əvvəlcə kəndi öhdələrinə alıb yerli əhalini isə 

əksərən azad edərlər. 

Deməli,  bu  gündən  etibarən  işlər  rəsmiyyət  kəsb  edib  Maştağa  qəzası  bir 

meydan  hərb  şəklin  alar.  İki-üç  gün  müddətində  hərbi  telefonlar  yapılıb 

ümumsəngərlərdən  Maştağa  qərargahına,  oradan  isə  baş  Gözdək  qərargahına  xətt 

tərtib verilib. Lazımi hərbi sual cavablara şuru (başlamaq) edildi. 

Minbaşı  Hüseyn  bəy  təht  komandasında  olan  38-ci alay  diliranə  bir  surətdə 

düşməni müdafiə etmələrindən bir an belə qafil olmayordular. 

Qəza  qaiməqamlığına  və  hərb  gedişinin  nəzarətinə  isə  baş  qərargah 

tərəfindən  Məhəmməd  Tofiq  bəy  təyin  edilir.  Məhəmməd  Tofiq  bəy  isə  bir  qəyur 




43 

 

müharibəşünas  zat  olub  hərb  əməliyyatı  icrasında  birinci  dərəcədə  təcrübədidə 



olduğunu kəndi hərəkət və səhətindən aşkarə bir surətdə müşahidə etmək olar idi. 

Qayməqam Məhəmməd Tofiq bəy varid olduqda qəzanın hər bir daxili əmin 

və  asayişini  öhdəsinə  alıb  başqa  işğal  edilən  qəriyələrin  də  belə  əmin  və  asayişinə 

müdaxilə etməyini də öhdəsinə alandan sonra əxzi-əsgər təşkilinə məmur olar. 

Məmur  olduğu  vəzifəyi  isə  yerli  müsəlmanların  təşviqatı  sayəsində 

müvəffəqiyyət  ilə  ifa  edib  birinci  əsgər  təşkilatı  on  doqquz-iyirmi  altı  sənələri 

miyanında olub, beş-on günün ərzində şukuhku (əzəmətli) bir islam ordusu təşkilinə 

müvəffəq olar. 

Təşkil  olunmuş 

ordu  isə  bir  neçə  gün 

hərbi 

məşq 


aldıqda 

qərargah 

fərman 

mövcubincə 



(fərmana 

əsasən)  Bakı  şəhərinin 

hücumu 

yavuqlaşması 



münasibətilə 

Maştağa 


qəzasına  qəhrəman  Nuru

 

Paşa ordusunun müqtədir 



komandalarından  Səlim 

paşa  təşrif  fərma  olub 

təcili surətdə hazırlanmış 

İslam  Ordusunu  kəndi 

öhdəsinə  alıb,  hücum 

əməliyyatının icrası üçün xəttə-hərbə sövq edər. 

Birinci  dəfə  Bakı  şəhərinə  hücum  avqust  ayının  9-da  (Fatmayi,  Digah) 

mövqelərinə  olub,  oradan  neft  mədənləri  dairələrinə  olmuşdur.  Və  birinci  hücum 

nəticələrindən  olaraq  (Binəqədi),  (Balaxanı)  və  (Fərmanı)  neft  mədənləri  qəhrəman 

ordu tərəfindən işğal edilmişdir. 

İki gün belə aram şiddətli hücum əsnasında işğal edilən mövqelərdən ancaq 

gələcək  hücum  təmin  etmək  üçün  əlverişli  olan  (Fərmanı)  ucalığına  bir  neçə  uzaq 

çaplı  toplardan rəgəz  edilib  geri  çəkilən  düşməni  şəhər  karma  kibi  hədə altına  alar. 

Daha  bu  tərəfdə  hücumun  qabağı  alınıb  şəhərin  qərb-şimal  tərəflərindən  hücum 

başlanar. 

Oradan diliranə bir surətdə hücum yapıb səbil-nurur (keçilməz) olan dağlar, 

təpələr,  dərələr  vasitələri  ilə  üç  gün  bila  aram  qızğın  müharibədən  sonra  düşməni 

şəhər  qapısı  mənziləsində  olan  (Volçivarota)  deyilən  bir  mühüm  səngərdən  çıxarıb 

şəhərin qərb-cənub tərəfində vaqe qəbirstanlıq tərəfə çəkilməyə məcbur edir. Burada 

isə hərbi telefon əməliyyatının layiqincə ifayi vəzifə etməməsindən naşi sol tərəf qol 

ordu yerişirtdən təxir edib igid və qəhrəman əsgərlərdən bir neçə nəfər şəhid buraxıb 

hücum əməliyyatı saxlanılır.   




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə