Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   ...   22

 

tarixşünaslığına yeni faktlar əlavə etmək qərarına gəlməyimin səbəbi də xalqımızın 



tarixən  üzləşdiyi  faciələri  oxuculara  çatdırmaq  və  bu  sahədə  tarixşünaslığımızı 

zənginləşdirmək istəyimdən doğdu. Kitabda əksini tapan məqalələr ilk dəfədir ki, 

işıq  üzü  görür.  Həmçinin milli  mətbuat  tariximizdə  ilk  dəfə  adı  çəkilən,  1918-ci 

ilin noyabrın  12-də Tbilisidə  çap  olunmuş,  bütövlükdə  31 Mart  soyqırımına həsr 

olunmuş “Qardaş qayğısı” qəzeti barəsində məlumat verilir. Bu qəzetdə çap olunan 

məqalələr  oxuculara  çatdırılır.  Əslən  Maştağadan  olan  Seyidağa  Axundzadənin 

1919-cu ildə “Turan” nəşriyyatında çap etdirdiyi “Mart hadisəsi 1918...” kitabı da 

ilk dəfə olaraq bütövlükdə ictimaiyyətə təqdim olunur. 

 



 

Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı 



(1918-1920-ci illər) 

 

Ermənilər  soyqırım  siyasətini  tarixən  tək  insan resurslarını  məhv  etmək 

üzərində  həyata  keçirmir,  Azərbaycan  xalqının  milli  təsisatlarını,  milli  mətbuat 

orqanlarını  sıradan  çıxarıb,  yararsız hala  salmaq  və  bununla  da  törətdikləri  qanlı 

olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 

1918-ci  ilin  mart  ayının  31-dən  aprelin  2-dək  Bakıda,  Şamaxıda, 

İrəvanda,  Qubada,  Lənkəranda,  Astarada,  Salyanda,  Neftçalada  və  digər 

bölgələrdə  ermənilərin  Azərbaycan  xalqına  qarşı  törətdikləri  kütləvi  soyqırım 

zamanı  tək  on  minlərlə  insan  qətlə  yetirilmədi,  milli  mətbu  orqanlarımız, 

mətbəələr, konkret jumalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları 

yandırıldı.  Almaniyadan  gətirilən  çap  avadanlıqları  ilə  təchiz  olunan  Orucov 

qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 

5 min Quran kitabı oda qalandı. 

Milli  məfkurə  məbədi  olan  “İsmailiyyə”  binası  yandırıldı,  Təzə  pir 

məscidinin  minarəsi  top  atəşi  ilə  dağıdıldı.  Həmin  hadisələri  gözləri  ilə  görən, 

“Kaspi”  qəzetində  mürəttib  kimi  çalışmış,  əslən  Maştağadan  olan  Seyidağa 

Axundzadə  yazır  ki,  “İsmailiyyə”  binasına  od  vuran  “Daşnakstyun”  firqəsi 

silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər. 

“Azərbaycan”  qəzetində  1919-cu  ildə  çap  edilən  31  mart  soyqırımı  ilə 

bağlı  fotoşəkillərdən  biri  “Kaspi”  qəzeti  redaksiyasının  yandırılmasından  sonrakı 

vəziyyəti təsvir edilir. 

Daşnaksütyun  Partiyası  tərəfindən  1917-ci  ildə  planlaşdırılan, 

bolşeviklərlə  birgə  həyata  keçirilən  31  mart  qırğını  Azərbaycan  xalqının  milli-

mənəvi  dəyərlərinə,  tarixi  yaddaşına,  ziyalılarına  qarşı  mənəvi  soyqırım  idi. 

Azərbaycan  xalqının  mədəniyyətinə  vurulan  bu  ağır  yaraları  o  dövrün  qələm 

sahibləri “mədəni zərbə” adlandırırdılar. 

1918-ci  ilin  mart  soyqırımınadək  Azərbaycanda  20-dən  artıq  anadilli 

mətbu  orqan  fəaliyyət  göstərməyinə  baxmayaraq,  qətliamdan  sonra  yalnız 

“Hümmət”  və  “Bakı  Şurasının  əxbarı”  qəzetlərindən  başqa  digər  milli  mətbuat 

nümunələrinin nəşri qadağan olundu. 

“Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin 

son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı 

Sovetinin  sədri  Şaumyanın  əmri  və  Mətbuat  bürosunun  qərarı  ilə  “mart 

hadisələrinə  düzgün  qiymət  vermədiklərinə  və  vahid  sosialist  cəbhəsində 

dayanmadıqlarına”  görə,  hətta  rusdilli  qəzetlər  belə  bağlanıldı.  “Kaspi”,  “Bakı”, 

“Bakinets”,  “Vesti  Baku”  menşeviklərin  “Naş  qolos”  qəzetlərinin  nəşri 

dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. 



 

Tiflisdə  nəşr  olunan  anadilli  mətbuat  orqanlarını  çıxmaq  şərtilə 



Azərbaycan  milli  demokratik  mətbuatı  1918-ci  ilin  martından  sentyabrın  15-i, 

Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı. 

V.İ.Lenin  tərəfidən  Qafqaza  fövqəladə  komissar  kimi  göndərilən 

Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan 

xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları 

bu  barədə  xalqı  məlumatlandırır,  onlara  özünü  müdafiə  hissi  aşlayırdılar.  “Açıq 

söz”,  “İttihad”,  “İstiqlal”  kimi  qəzetlərdə  “Birlik  tələb  olunur”,  “Birləşəlim”, 

“İttifaq  edəlim”,  “İttihad  gərək”  çağırışları  qəzetin  əsas  sütunlarında  dərc 

olunurdu. 

S.İbrahim  “Açıq  söz”  qəzetində  bolşeviklərin  və  Daşnaksütyun 

Partiyasının,  Erməni  Milli  Şurasının  silahlı  hərbi  birləşmələrinin  xalqımıza  qarşı 

planlaşdırdığı  faciəvi  hadisələri  “Milli  fəlakət”  kimi  dəyərləndirərək  xalqı 

xəbərdar  edirdi:  “Müsəlman  partiyaları  da  xalqı  milli  fəlakətdən  xilas  etmək 

xatirinə birləşməyə borcludurlar... Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu 

xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi. 

I  Dünya  Müharibəsindən  Qafqaz  cəbhəsindən  geri  çəkilən  və  Bakıda 

qərarlaşan  6  minə  yaxın  silahlı  əsgər  və  zabit  bolşeviklərin  sərəncamında  idi. 

Daşnaksütyun Partiyasının 4 minə yaxın hərbi qüvvəsi də Şaumyanın əvvəlcədən 

hazırladığı  plan  əsasında  milli  qırğında  istifadə  üçün  hazırlanmışdı.  “Bakinskiy 

raboçiy”,  “İzvestiya  raboçix  Sovetov  deputatov”  qəzetlərində  Şaumyan  bu  qədər 

hərbi qüvvəyə sahib olduqlarını açıq söyləyirdi. 

“Hümmət”  partiyasının  sədri,  doktor  Nəriman  Nərimanov  xalqımızı 

bolşevik-daşnak  birləşmələrinin  qırğınından  qorumaq  üçün  martın  18-də  saat  12 

radələrində  öz  evində  toplantı  keçirdi.    Bakıda    ictimai-siyasi,    sosial-psixoloji  

durumun    partlayış  həddinə  çatdığını  görüb,  S.Şaumyanı  qırğın  planından 

çəkindirmək  üçün  onu  Bakı  ağsaqqalları,  “Hümmət”  Partiyasının  üzvləri  və 

Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürdü. Doktor üzünü S.Şaumyana 

tutub  dedi:  “Yoldaş!  Siz  də,  mən  də  müsəlmanların  halını  bilirik.    Hərgah  bir 

iğtişaş  başlansa,  ayaq  altında  qalan  fəqir-fuqəra  olacaqdır.  Ona  görə  Sizdən 

təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qutarınız”. 

“Yevlena”  gəmisində  öz  əsgər  yoldaşları  Hacı  Zeynalabdin  Tağıyevin 

oğlu  Məhəmmədin  dəfnindən  sonra  Lənkərana  qayıdan  “Dikaya  diviziya”nın  48 

nəfər  heyətinin  alınan  silahlarını  geri  qaytaracağı  vədini  verən  Şaumyan 

əvvəlcədən planlaşdırdığı qırğını həyata keçirmək üçün sözünün üstündə durmadı. 

“Hümmət” qəzeti bu barədə yazır: “Atəşin necə və kimin tərəfindən başlanıldığını 

müsəlman vəkilləri bilir”. 

“Dikaya  diviziya”  əsgərlərinin  silahlarının  qaytarılması  əvəzində 

müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18-də (təzə təqvimlə 

martın  31-də)  axşam  qanlı  olayların  icrasına  başladılar:  “Saat  5-də  müsavatçılar 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə