Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   ...   22

15 

 

mənzərəsi üçün yetərlidir: “Qanlı günlər”, “Qan dəryası”, “Bakının mart hadisəsi”, 



“Azəri  türkləri”,  “Mədəni  bir  zərbə”  kimi  sərlövhələrdə  əksini  tapan  faktlar 

ermənilərin  yalana  bürünən  siyasətini  açmaq  üçün  dəyərli  məxəzlərdir.  Xanım 

Sultanova  martdan  sentyabradək  Bakıda  olan  M.Ə.Əfəndinin  faciə  barədə 

söylədiklərini  qələmə  alaraq  yazır:  “Ermənilər  evbəev  gəzib  ziyalı  müsəlmanları 

yığırdılar  və  naməlum  bir  yerə  aparırdılar.  Çox  vaxt  aparılan  ziyalı,  oxumuş 

müsəlmanların  meyitlərini  tapmaq  olurdu.  Fəqət,  çox  vaxt  da  olurdu  ki,  heç  bir 

əsər  də  əldə  etmək  mümkün  olmayırdı.  Misal:  iki  doktor  Kərim  bəy,  Balabəy 

Sultanovlar  heç  tapılmadı.  O  cümlədən  mədənçi  T.B.Qulubəyov  da  itdi.  Meyit 

axtaran  bir  dəstə  bir  quyuya  rast  gəlirlər.  Quyunun  yanında  hasar  içində  çoxlu 

müsəlman arvad, uşaq meyitləri var imiş”. 

Bakını,  Şamaxını,  Qubanı,  Salyanı,  Neftçalanı  qan  hamamına  çevirən, 

evbəev gəzərək Azərbaycan ziyahlarını qətlə yetirən ermənilər qurşuna düzdükləri 

insanları toplayır, meyitləri quyuya, Xəzər dənizinə atırdılar. Məqalədə tükürpədici 

məqamlardan  bir  faktı  da  yazıya  almamaq  olmur:  “Xəstəxanada  yatan  bir  yaralı 

nəql  edir  ki,  biz  9  nəfər  müsəlman  idik.  Bir  araba  ilə  gedirdik  ki,  yolda  erməni 

(krasnoqvardları)  bizi  həbs  edib  Zabrata  apardılar.  Yolda  bir  neft  quyusunun 

yanında  bizi    saxladılar.  5  şəhərlini  diri-diri  quyuya  tullayıb  bizi  də  gülləbaran 

etdilər. Mənim üç yoldaşım öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra 

mən sürünə-sürünə dəhşətli yerdən uzaqlaşdım. Yolda məni bir həmşəri qalxızıb 

xəstəxanaya apardı”. 

Tiflis  mətbuatında  və  dünyaya  yayılan  bir  sıra  mətbuat  orqanlarında 

Azərbaycan türklərinin mənfi obrazının yaradılmasını ustalıqla həyata keçirməyə 

çalışan  ermənilər  15  sentyabr  Bakının  azad  olunması  döyüşlərini  xatırlayır,  31 

mart soyqırımını isə unutdurmağa səy göstərirdilər. Azərbaycan türklərinin mədəni 

millət saymadıqları üçün dövlətə sahib olmalarını “faciə” hesab edən bədxahların 

istəklərinə  baxmayaraq  Azərbaycan  ziyalıları  bu  düşmən  təxribatlarına  layiqincə 

cavab verirdilər. 

Mirzə  Bala  Məhəmmədzadənin  qəzetdə  çap  etdirdiyi  “Azəri  türkləri” 

məqaləsini  bu  baxımdan  düşmənlərə  ən  tutarlı  elmi,  siyasi  cavab  saymaq  olar. 

Tiflisdə 

antiazərbaycan 

yönlü 


qəzetlərin 

nəşrini 


diqqətə 

gətirən 


M.B.Məhəmmədzadə  yazır:  “Azərbaycan  türklərinə  vəhşi,  yırtıcı,  quldur, 

irticaiyyun  və  qara  qüvvə  adlarına  insaniyyətpərvər  “Borba”larda,  “Bayraq”larda 

görünürdü. Azəri türklərinin öz ana yurdları uğrunda tökdükləri qan, atdıqları güllə 

insaniyyətpərvər tiflislilərə sanki zəhərli bir ox kimi batırdı”. 

Müəllifin  adını  çəkdiyi  “Borba”  və  “Bayraq”  (yəqin  ki,  “Albayraq”  - 

A.A.) qəzetləri Tiflisdə nəşr olunur, Azərbaycan istiqlaliyyətinə müsbət yanaşmır, 

xalqımız barəsində mənfi rəy formalaşdırırdılar. 

M.B.Məhəmmədzadə  Azərbaycanın  bütövlüyü  uğrunda  döyüşlərdə  qan 

töküb  şəhid  olan  Azərbaycan türklərini istiqlaliyyət  qurbanları  kimi  şərəfli  ömür 



16 

 

sürmələrini,  heç  bir  millətə  qarşı  nifrət  etmədiklərini  yazaraq  bildirir  ki,  Tiflis 



mətbuatının  proseslərə  düzgün  qiymət  verməməsi  erməni  siyasətinin  nəticəsidir: 

“Bakı hadisəsi bitmiş və aylar geridə qalmış olduğuna baxmayaraq qonşular onu 

unutmamış,  bütün  dünya  millətlərinə  bunu  bildirmək,  azəri  türklərin  vəhşi  və 

yaşamağa layiq olmadıqlarını sübuta çalışıyorlar. Məncə, iki millət arasında olan 

mübahisə və toqquşma bir millətin layiq olmadığını göstərməz”. 

Erməni  daşnaklarının  31  martda  azərbaycanlılara  qarşı  törətdikləri 

qətliam məhkəməyə çıxarılsa, bu qanlı olaylarla yanaşı

 

ermənilərin Qars, Ərdəhan, 



Ərzurum,  Anadolu,  Urmiya  və  Səlmasda  törətdikləri  qırğınların  da  məhkəməyə 

təqdim  olunacağını  bildirən  M.B.Məhəmmədzadə  yazırdı:  “Onlar  da  əl  atılanda 

1905  faciəsi  daha  o  yana,  Nikolay  arxivləri meydana  gələcək  və  bu  avtoriyetlər 

içində bir yandan Avropa diplomatiyasını, o biri yandan da erməni daşnak firqəsi 

öz qırx sənəlik tarixi ilə başlarını qanlar arasından qaldırıb ən müqtədir diplomatı 

belə şaşıracaqdır”. 

Özünü  “mədəni  millətlərin”  sırasında  hesab  edənlərə  qarşı  Azərbaycan 

türklərinin  milli-mənəvi  dəyərlərə,  kimliyə  və  mədəniyyətə  sahib  olduğunu 

faktlarla  sübuta  yetirən  müəllif  xalqımızı  “mövhumatçı”,  “məzhəb  ayrılığından” 

doğan ixtilaflarla məşğul olan xüsusi bir kəsim adlandıranların əsassız iddialarına 

sahib  olduqlarını  göstərirdi:  “Məzhəb  məsələsini  aradan  götürən,  ruhanilər  ilə 

mübarizə edən, qadınları həyati-ictimaiyyətə soxan birinci azərilər olmuşdur. Hələ 

o yana getmişlərdir. Mədəniyyəti tez və asan alıb öyrənmək üçün hər millətə sadə 

və dövlətli dil, möhkəm ədəbiyyat, asan hürufat və yazı lazımdır. Azəri türkləri bu 

barədə çalışmış və hənuz birinci dramaturq Mirzə Fətəli Axundov bu fikrilə böyük 

səfərlər etmişdir”. 

Əgər imkan verilsəydi, Azərbaycan türklərinin yaratdığı cümhuriyyətinin 

Şərqin ikinci Yaponiyası ola bilməsi imkanlarını xatırlayan müəllif qeyd  edir  ki, 

bunun üçün bütün siyasi, iqtisadi imkanlar mövcuddur. 

1918-ci  ilin  martından  sentyabrın  15-dək  bir  müddətdə  Zaqafqaziyamn 

tarixinin  qanlı  səhifələrini  vərəqləyən  Binəva  ləqəbli  müəllif  bu  tarixdə 

müsəlmanların faciələrini faktlarla qələmə alır. Müəllif müsəlman məxluqları üçün 

bu  dönəmi  qanlı  günlər  adlandırır:  “Bu  günlərdə  minlərlə  müsəlman  külfətləri 

sahibsiz  qalmışlar.  Bir  İrəvan  quberniyasında  42  kənd  viran  olub  əhalisi  tərki-

vətən  olmuşdur.  Biçarə  şamaxılılar  qışı  öz  isticə  ocaqlarını  buraxıb  yağış-

yağmurun  altında  bu  səhraları  ata-oğlunu,  ana-qızını  gözlərinin  yaşını  tökə-tökə 

axtarırlardı”. 

Müəllif  erməni-bolşevik  hərbi  birləşmələrinin  Şamaxıda  günahsız 

insanları  necə  qətlə  yetirdiklərini,  qız  uşaqlarının  izzəti-namusuna  necə 

toxunduqlarını xatırlayır və bu vəhşiliyi törədənləri “erməni bandaları” adlandırır: 

“Xunxar erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə