Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

50 

 

Lənkəranda  olan  Dikiy  diviziyanı  tərkisilah  etmək  üçün  dəniz təriqi ilə  bolşevik 



dəstələri  göndərilmişdi.  Bunlar  hamısı  erməni  milli  şurasının  xəbəri  ilə  edilirdi. 

Göndərilən  bolşevik  əsgərlərinin  hamısı  yolda  qabaqlarına  gələn  müsəlman 

kəndlərini dağıdıb zirizəbər edirdilər. Bu qərar üzrə Astarayadək bolşevik əsgərləri 

göndərilmiş  idi.  Astara  top  atəşinə  tutulub  qarət  edildikdən  sonra,  əhalinin  var-

yoxu  aparılmışdı.  Xəzər  dənizi  sahilində  Qızılağac  ilə  Lənkəran  arasında  olan 

hamı  müsəlman  kəndləri  “Aleksandr  Candar”  paraxodu  tərəfindən  top  atəşinə 

tutulmuşdu.  Stopka  Palayevin  quldur  dəstəsi  gecələr  müsəlman  evlərinə  hücum 

edib ev sahibinin silahını aldıqdan sonra özünü kötəkləyirdilər. Flot matrosları da 

bu cür hərəkətdə bulunurdular. Yanvar ayından  başlamış Mart hadisələrinə qədər 

bu hal davam edirdi. 

Hacı Zeynalabdin Tağıyevin oğlunun cənazəsini Bakıya gətirən 48 nəfər 

Dikiy  diviziya  əsgərləri  şəhərə  gəldikdən  sonra,  şəhər  əhvalı  daha  da  fənalaşdı. 

Şəhərin hər yerində müsəlmanlar əleyhinə mitinqlər tərtib edilirdi. Əhali həyəcana 

düşüb hadisələri gözləyirdi. Müsavatçılar var qüvvələrini bu işlərin hamısının sülh 

ilə  bərtərəf  olmasına  sərf  edirdilər.  Lakin  daşnaklar  yatmırdılar.  Fevral  ayından 

başlamış onlar xəlvətcə erməni ailələrini şəhərin müsəlman hissəsindən köçürməyə 

başladılar. Bununla belə şayiət buraxdılar ki, müsəlmanlar bütün xristianları məhv 

etməyə hazırlaşırlar, xüsusən müsavatçıları müttəhim edirdilər. 

Şura hökuməti  başında  olan  Şaumyan,  Saakyan  və  Arakelyan  bu  qeyri-

təbii  əhvalın  bərtərəf  edilməsi  üçün  heç  bir  təşəbbüsatda  bulunmayırdılar. 

Müsavatın hər bir müraciətinə onlar cavab verirdilər ki, hər bir işdə müsəlmanlar 

özləri  günahkardılar  və  işlərin  belə  olmasına  müsəlmanlar  çalışırlar.  Bunlara 

baxmayaraq  müsəlmanlar  fikirlərinə  belə  gətirmirdilər  ki,  ermənilər  Mart 

hadisatına bais ola biləcək bir nadanlıq edə bilərlər. Bununla belə müsəlmanların 

bu  niyyətlərinə  şübhəli  baxırdılar.  Bu  halda  Şamaxı  hadisələri  haqqında  Bakıya 

xəbərlər  gəlməyə  başladı.  Martın  16-da  xəbər  gəldi  ki,  bolşevik  saldatları 

Şamaxıya  hərəkət  edərək  intizamsızlıq  salıb,  yolda  qabaqlarına  gələn  müsəlman 

kəndlərini,  o  cümlədən  Ağdərə,  Noxanlı,  Qarxunlu  və  qeyrilərini  qarət  edib, 

müsəlmanları qırırlar, müsavatçılar bu kəndlərin müsəlman əhalisini sakit etməyə 

çalışıb onları inandırırdılar ki, müsəlmanlar ilə ermənilər arasında ədavət yoxdur. 

Eyni zamanda Bakıda olan erməni saldatları körpülərdə olan fəhlələri, hambalları 

və qeyri-müsəlmanları döyüb incidirdilər. 

Mart  ayının  17-də  Bakıya  xəbər  verildi  ki,  ermənilərin  milli  qoşunları 

Şamaxıyadək  yetişmişlərdir  və  orada  ermənilər  ilə  müsəlmanların  əlaqəsi  çox 

kəskinləşmişdir, hətta xırda müsadimələr də vaqe olmuşdur. Ələlmüm Şamaxıdan 

gələn xəbərlər çox yaxşı deyildi. 

Haman gün mart ayının 17-də axşam Avetik paroxodunda bir çox arvad, 

uşaq,  qoca  kişilər, müsavat nümayəndəsi  və  38  nəfər  “Dikiy  diviziya”  saldatları 

Lənkərana getməlidirlər. Fəqət Şura hökuməti paraxod komandirinə əmr vermişdi 

ki,  xüsusi  icazə  almayanadək  yola  çıxmasın.  Heç  bir  şeydən  xəbəri  olmayan 

sərnişinlər  bu  əhvaldan  həyəcana  düşürlər.  Saat  10  radələrində  bir  qarqaşalıqlıq 

olur.  Deyirlər  ki,  erməni  saldatları  körpünü  əhatə  etmişlərdır.  Əhvaldan  xəbər 

bilmək  istəyən  müsəllah  Dikiy  diviziya  nəfəratı  atəşə  məruz  qalır.  Bu  hində 



51 

 

kornudə atışma başlar və on beş dəqiqədən sonra qurtarar. “Müsavat” üzvlərindən 



bir  neçələri  arayı  sakit  etmək  üçün  körpüyə  gələrlər,  sonra  başlanan  atışma 

nəticəsiz  olaraq  yarım  saat  davam  edər.  Sonra  gecə  saat  üçədək  xəndəklərdə 

əyləşərlər. Sair firqə üzvləri ilə bərabər  “Müsavatçılar Şura hökuməti komitəsinə 

gələrlər. Oradan bir neçə nəfər alıb körpüyə gəlirlər və məqsəd də bu idi ki, orada 

olan hadisə bir növlə yatırılsın. Ermənilər bu hadisədən istifadə edərək bütün şəhər 

içərisində  atışmaya  başlayırlar.  Gecə  Şura  qoşunu  namilə  ermənilər 

Velikokinyajski,  Olqenski  və  Voronsovski  caddələrini işğal  edirlər.  Haman gecə 

ermənilərin  süvari  qoşunları  küçələri  dolaşıb,  əhalini  daha  artıq  xof  və  dəhşətə 

salırlardı. 

Müsavatçılar  bu  yolda  çox  çalışdılar.  Həyəcana  düşmüş  müsəlmanları 

sakit  edirdilər.  Küçələrdə  qalan  müsəlmanları  evlərinə  qaytarırdılar  və  eyni 

zamanda  Dikiy  diviziya  saldatlarını  yadar  edirdilər  ki,  onlar  silahlarını  təslim 

etsinlər.  Zira  bolşeviklər  silah  təslimindən  sonra  onları  azad  edəcəklərini 

bildirdilər.  Nəhayət,  saldatlar  silahlarını  müsavatçılara  verərək  bəyan  etdilər  ki, 

ortalıq qarışmasın deyə bunları təslim edirlər. 

Lakin  bolşeviklər  ilə  daşnaqlar  yatmırdılar.  Bizimkilər  pristanda  əhatə 

edildikləri  zaman  onlar  müsəlmanlara  hücum  etmək  istəmişlərdi,  Fəqət  onlar 

Şamaxı qoşunlarını gözlədiklərindən bir gün sonraya bu qırğını təxir edirlər. 

Müsavatçılar  İcraiyyə  Komitəsindən  mart  ayının  18-də  yek-şənbə  günü 

səhər  saat  7-də  qayıdırlar.  Müsəlmanlar  saldatların  silahlarını  aldığını  duyaraq 

həyəcana düşürlər və dükanlan bağlayaraq milli komitə iclasına gəlirlər. Mitinqdə 

natiqlər  etiraz  nitqləri  deyərək  bir  neçə  nəfər  vəkil  seçirlər  ki,  onlar  icra 

komitəsindən  tüfəngləri  tələb  etsinlər  və  bəyan  olunsun  ki,  tüfənglər 

qaytarılmadıqca  bazarı  açmayacaqlar.  Müsavatçılar  bu  mitinqlərdə  cəmaəti 

asudalığa  dəvət  və  üç  dəfə  intibahnamələr  buraxaraq  dükançılara  dükanlarını 

açmağı təklif edərlər. Axırıncı intibahnamədə bildirilmişdi ki, icra komitəsi axşam 

saat 6-da silahları qaytaracaq və üzr dəxi istəmişdir. 

O zamankı müsavatçılar əhalini asudalığa dəvət edirdilər, eyni zamanda 

Şura  qoşunları,  erməni  saldatları  rast  gələn  müsəlmanları  silah  bəhanəsilə 

axtarırdılar. 

Daşnaq  saldatları  qaravulda  duran  beş  nəfər  müsəlman  saldatlarını 

samosud  etmək  istəmişsələr  də  ruslar  və  müsəlmanlar  yetişərək  bunları  xilas 

etmişlərdir, bu hində xəbər yetişir ki, şəhərin kənarında və Şamaxı altında Stopka 

Lalayevin  dəstəsi  müsəlmanları  qırır.  Bu  xəbərlər  və  erməni  saldatlarının 

insaniyyətdən  kənar  hərəkətləri  müsəlmanları  fövqəladə  bir  surətdə  həyəcana 

salırdı.  Saat  5-də  müsavatçılar  İcraiyyə  Komitəsində  silahların  qaytarılmasını 

gözləyirdilər.  Bu  halda  xəbər  yetişir  ki,  bolşeviklər  Şamaxı  küçəsində 

müsəlmanlara hücum edib onları öldürürlər. 

Axşam saat 6-da bir çox müsəlman vağzalda tofiq edilmişlərdir. Axşam 

saat  7-də  bolşeviklər  rastlarına  gələn  müsəlmanları  öldürməyə  başladılar. 

Müsavatçılar dəfaatla icra komitəsinə müraciət etmişsələr də hər dəfə: heç bir şey 

bilmirik  cavabını  alırmışlar.  Bu  vaxt  Mars  teatrosunun  damından  pilyomot 

işləməyə başlar. 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə