Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

44 

 

Eyni zamanda Maştağa qayməqamı, minbaşı Tofiq bəy tərəfindən şərq-şimal-



cənub tərəflərdən hücum etmək üçün ikinci sinif əxzi-əsgər təşkilinə şuru (başlamaq) 

edilir. Bu isə iyirmi-yeddi-qırxbeş sənələri miyanında olub təcili surətdə icrasına əmr 

edilir,  yerli  əhali  isə  məmnuniyyə  ilə  itaət  edib  Naxırbulağı  deyilən  meydançaya 

toplaşarlar  və  orada  qərargahından  alınan  ləvazimat  hərbiyyələrin  öhdələrinə  alıb 

qəhrəman  minbaşı  Məhəmməd  Tofiq  bəyin  komandasında  üç  mindən  ibarət  bir 

könüllü  ordusu  düzəlir.  O  isə  iki  yerə  təqsim  edilib,  bir  hissəsi  şərq-cənub,  digər 

hissəsi isə şərq-şimal tərəflərindən hücum etmək üçün hazırlanırlar. 

Bunların  ardınca  da  İslam  qadınları  kibi,  kəndi  sahibi  kimi  kəndi  qardaşı, 

kəndi  övladı  üçün  yemək  azuqəsi  gətirmək  üçün  hazırlaşır  idilər.  Deməli,  bu  gün 

Maştağa  qəzası  ənasən-zükurən  (qadınlı-kişili)  bir  mücahidəq  şəklini  almış  idi. 

Ömürlərindən  biri  müharibə  görməyən  erkək  və  qadınlar  bu  gün  kəndilərində  bir 

təəssüb  din  və  milliyyət  hissi  oyandığın  müşahidə  edib  də  kəndi  dini  hüquqlarının 

müdafiəsi  uğrunda  böylə  bir  vəziyyət  aldıqlarında  kəndilərinə  şüar  bilib,  bu  gündə 

haman mücahidata iqdəm etmiş idilər. Sabahı günü, yəni 1336-cı ilin əzha bayramına 

beş gün qalmış yekşənbə günü sentyabrın altısı baş qərargahdan hücum əmrin aldıqda 

bila təxir sol cinah (Suraxanı, Ramanı) və sağ cinah isə Zabrat və Məhəmmədi xətt 

hərbilərinə  yürüş  edərlər.  Yürüş  edib  də  orada  gecə  qalıb  sübh  tezdən  qəhrəman 

Məhəmməd  Tofiq  bəy  komandasilə  mədən  daxilinə  hücum  edib  axşam  saat  6 

radələrində Sabunçu mövqifinə kibi şiddətli müharibə ilə yürüş edirlər. 

Moqifdə isə düşmən tərəfdən buraxılan iki qatar düyü, qənd və başqa hibubat 

ilə bərabər bir vaqonda silah qənimət alınıb hökumətə təslim edilir. 

Mədən dairələrində təslim  olan  əsirlər  isə  Maştağa  qərargahına  sövq  edilib 

oradan siyahıları mtulduqda sonradan baş qərargah gözlək komandanlığına tapşırılır. 

Axşam  vaxtı  Sabunçu  mövqifinə  işğal  edən  Tofiq  bəyin  hərbi  nöqteyi-

nəzərincə  orada  durmayıb  (Balaxanı)  köyünə  çəkilir.  Gecəni  orada  başa  vurub  sübh 

tezdən hücum əmrini verər. 

İkinci  dəfə  hücum  edən  rəşid  yerli  başıpozuq  ordu  nahar  zamanı  Sabunçu 

mövqeyindən  keçib  düşmanın  mühüm  istinadgah)  olan  (Guvəl)  qabağına  çıxarlar. 

Orada isə düşmənin əlində olan əlverişli səngərlərdən naşı müharibə kəsb şiddət edər. 

Böylə ki, bu gün axşama qədər Tofiq bəyin ordusunun hücumu dayandırılar. 

Nəhayət,  Suraxanı  tərəfdən  hücum  edən  Zehni  bəyin  süvari  alayı  düşməni 

mühasirə hədəsilə geri çəkməgə məcbur edər. 

Geri atılan düşmən daha davam gətirə bilməyib birbaş Keşlə köyündən keçib 

(Çornı qorod) tərəfdə hazırlanan paraxodlara doluşurlar. 

Hazırlanan  paraxodlar  ingilislər  tərəfindən  kəndi  qoşunları  üçün  olduğuna 

görə, qəhrəman “daşnakların” paraxoda dolmalarına imkan verilməyirdi. 

Hər  bir  tərəfdən  əhatə  edilən  dilavərlər  bu  halı  gördükdə  mart  hadisəsində 

müsəlman əhalisi yüzünə açdıqları pərdənin şimdi kəndi yüzlərinə açdığın qət edərlər. 

Lakin türk millət nəcibəsinin alicənablığından naşı dinc əhalinin qətl və qarətinə qəti 



45 

 

surətdə meydan verməməsi üçün hücum əsnasında bir bölük əsgər “şəhər mühafizəsi” 



adı ilə təyin edilmişdi. 

Şəhərin sağ cinahı (qərb-cənub) tərəfdən isə qəhrəman Nuru Paşa ordusunun 

müvəffəqiyyətli  hücumu  şəhərin  şimal  səmtində  vaqe  (erməni  köyü)  deyilən 

mövqedən başlamış cənub səmti (Bibiheybət) köyünə qədər vüsətlənmiş idi. Bakının 

qapısı  mənziləsində  olan  (Volçi  varota)dan  yapılan hücum qəhrəman əsgərlərin işini 

bir qədər müşkülləşdirirsə də, lakin buna baxmayıb kəndi qəhrəmanlıqlarına istinada 

içəri atılarlar. Bu halı görən düşmən bu tərəfdə dura bilməyib səngərlərdə yapdıqları 

istehkamatı belə buraxıb şəhərə doluşarlar. 

Şəhərə doluşduqda yeganə ümid ilə çağırdıqları ingilislərin neçə saat əqdəm 

paraxodlara  doluşub  qaçdıqları  xəbərini  alırlar.  Fövqəladə  təhlükəyə  təruz  olan 

daşnaklar  bu  halda  da  kəndi  xəyanətlərindən  qafil  olmayıb  ali  sinifləri  yerdə  qalan 

paraxodlara doluşub su yüzünə çıxmağı.... 

 

 

 




46 

 

Mart hadiseyi-ələmiyyəsinin müxtəsər 

 

TARİXÇƏSİ 

 

1914-cü  il  ibtidalarında  Avropa  müharibəsi  başlanana  qədər  erməni 



ictimai  dairələri  və

;

  mətbuatı  Türkiyə  hökumətinin  ermənilərə  münasibətində 



etdiyi  vəhşiliklər  haqqında  səs  salıb  heç  bir  şeyi  unutmayaraq  hər  cür  iftira  və 

yalanlar  ilə  Yevropa  əfkari-ümumiyyəsini  müsəlmanlar  əleyhinə  qaldırmağa 

çalışdılar. 

”Daşnaksakan” 

firqəsinin 

və 


erməni 

şovinistlərinin müsəlmanlar əleyhinə xüsusən türklər və 

müharibə  ibtidasından  Kavkasya

 

müsəlmanları əleyhinə 



etdikləri  işlər  hamıya  məlumdur.  Yevropada  və 

Rusiyada  yaşayan  ermənilərin  hamısı  müttəhüdülqövl 

bütün  dünyaya  müraciətən  “Ermənistan  ermənilərə 

çatmalıdır”    deyə,  qışqırmağa  başladılar.  Hər  yerdə 

erməni  könüllü  dəstələri  təşkil  edilib  Kavkasyaya 

göndərilirdi.  Bu  könüllü  dəstələr  hər  yerdən  keçdikdə 

Rus  saldatı      adilə      qabaqlarına      gələn      müsəlman 

kəndlərini  qarət  edib  dağıdırdılar.  Daşnaklar  əfkari 

ümumiyyəyi  müsəlmanlar  əleyhinə  qaldırmaq  arzusilə 

özlərini o yerə yetirmişdilər ki, Bakı gömrükxanasından 

düyü və ceviz aparan arabaları kisələrdə patron və qeyr 

mühümmati  hərbiyyə  var  bəhanəsilə  tutub  axtarırdılar. 

Guya  ki,  müsəlmanlar  silahlanırlar.  Bu  məftinanə  və 

yalan  xəbərləri  əhali  arasında  nəşr  etməkdən  ötəri 

ermənilər  rus  milli  komitəsinin  müavinətindən  istifadə 

edirdilər. 

Türkiyə  əsgərləri  Kavkasya  cəbhəsində  geri 

çəkildikləri  zaman  Türkiyə  erməniləri  Kavkasya 

ermənilərinə  qoşulub  geri  çəkilən  Türkiyə  əsgərlərinə 

hücum  ilə  onları  təqib  etməyə  başladılar.  Bir  tərəfdən 

Androniklərin,  digər  tərəfdən  Dro,  Kerı  və  Muradın 

dəstələri  hücum  etməkdə  idilər.  Müsəlman  kəndlərinin 

hamısı qarət edilib dağılmış idi. 

Dəmir  yol  xəttinin  hər  bir  nöqtəsində 

müsəlmanlar silah daşıyır deyə agentlər qoyulmuşdu. Bu 

agentlər bir çox müsəlmanı da tutub öldürmüşlərdi. 

1917-ci il ibtidasında hürriyyət elanından sonra, 

onlar pərdəni götürüb öz üzlərini aşkara çıxardılar. Rus 

saldatları  hürriyyətdən  istifadə  edərək  müharibəni  qət 

edib  evlərinə  getdikləri  zaman  erməni  saldatları  daşnaklar  ilə  birləşib  rus 

saldatlarının  buraxdıqları  mühümmati-hərbiyyəyi  cəm  etdikdən  sonra  dəstələr 

düzəldib,  rus  saldatı  adı  ilə  müsəlman  kəndlərini  dağıdıb  talan  və  qarət  etməyə 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə