“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

70 
 
Xarici işlər naziri Əhməd Davudoğlu təşkil etdiyi mətbuat konfransında İsraillə 
əlaqələrin  ikinci  katib  səviyyəsinə  endirildiyi,  edilən  hərbi  müqavilələrin  təxirə 
alındığı,  fövqəladi  addımların  təmin  edilə  bilməsi  üçün  lazım  olduğunda  tədbir 
alınması,  Qəzzaya  edilən  addımların  tanınmaması,  Beynəlxalq  Ədalət  Divanında 
araşdırılması  üçün  lazımlı  cəhdlərin  edilməsi,  Mavi  Mərmərə  hadisəsində  zərər 
çəkmiş olanların hüquqlarının axtarılması üçün beynəlxalq mühitdə hər cür dəstəyin 
verilməsi qərarlarının alındığını açıqladı. Eyni zamana prezident Abdullah Gül etdiyi 
şərhdə Türkiyənin Palmer Hesabatının tanımadığını ifadə etdi 
İnkişaflar  üzərinə  BMT-nin  Baş  katibi  Pan  Gi  Mun  həm  Türkiyənin  həm  də 
İsrailin Yaxın Şərq üçün əhəmiyyətli olduğunu söylədi və Yaxın Şərq sülh prosesinin 
mənfəəti  üçün  hər  iki  ölkəyə  də  əlaqələrini  düzəltməsi  çağırışını  etdi.  ABŞ  adına 
şərhi  ABŞ  Xarici  işlər  nazirliyi  Spikeri  Victoria  Nuland  etdi.  Türkiyə  və  İsrailin 
aralarındakı  anlaşmazlıqlardan  ötrü  kədər  duyduqlarını  ifadə  edən  Nuland  həm 
Türkiyənin,  həm  də  İsrailin  müttəfiq  ölkə  olduğunu  xatırladaraq,  iki  ölkənin  də  bu 
problemi həll etməyə səy etmələrini istədi. 
Almaniya Xarici işlər naziri Guido Westerwelle isə Türkiyənin rəftarını tənqid 
etdi.  Türkiyə-İsrail  gərginliyini  narahatlıqla  izlədiklərini  və  razılığa  istiqamətli 
addımların  atılması  lazım  olduğunu  ifadə  etdi.  Almaniyanın  vasitəçiliyini  təklif  də 
edən Westerwelle Türkiyədən İsraillə yenidən dialoqa keçməsini tələb etdi. 
Burada  gözlənilən  İsrailin  geri  addım  atmasıdır.  Çünki  İsrail  beynəlxalq 
hüququ  tapdalamış,  quru  suları  xaricində  bir  gəmiyə  çıxaraq,  doqquz  adamın 
ölümünə  səbəb  olmuşdur.  İsrail  Türkiyə  hökumətinin  "Türk  ictimaiyyəti  İsrail  və 
Qərb  əleyhdarı  düşüncəyə  istiqamətləndirdiyi"  mövzusunda  bəzi  ifadələr  istifadə 
edilmişdi. Ancaq burada əhəmiyyətlə üzərində dayanılması lazım olan bir xüsusiyyət 
vardır; gəmiyə hücum edib doqquz vətəndaşı öldürülən bir ölkə ictimaiyyətinin onsuz 
da  reaksiya  göstərməsi  son  dərəcə  normaldır.  Buna  baxmayaraq,  bu  cür  bir  hücum 
qarşısında  Türk  ictimaiyyəti  sağlamfikirli  davranmış,  tarixdən  gələn  "qoruyucu" 
rolunu  yenə  tərk  etməmiş  və  ölkəsindəki  İsraillilərə  və  yəhudi  əslli  vətəndaşlara 
istiqamətli  hər  hansı  bir  mənfi  hərəkət  etməmişdir.  Onsuz  da  İsrail  hökuməti  də 


71 
 
bunun  belə  olmadığını,İsrail  vətəndəşlarına  “Türkiyəyə  səyahət  qadağasını 
"qaldıraraq qəbul etmişdir. 
   Qısa  vəd  edən  İsrailin  bölgədəki  müttəfiq  alternativi  Cənubi  Kipr  Rum 
Rəhbərliyi kimi görünür. Yuxarıda da ifadə edildiyi üzrə İsrail onsuz da Cənubi Kipr 
ilə əlaqələrini ötən ildən bəri inkişaf etdirirdi. Bu çərçivədə Kipr ilə inkişaf etdirilən 
əlaqələr  həm  İsrailin  bölgədəki  müttəfiq  ehtiyacına  qısa  vədədə  həll  edilə  biləcək 
kimi  görünür  həm  də  xarici  siyasətdəki  ən  böyük  əlaltılarından  biri  Kipr  olan 
Türkiyəni narahat edəcək və bu sahəyə köçürdüyü enerjinin artmasına səbəb olacaq. 
Necə  ki  Cənubi  Kipr  və  İsrailin  Şərq  Aralıq  dənizidə  birlikdə  "qazma"  fəaliyyətinə 
başlayacaq olması xəbərinin Ankarada edilməsi ciddi bir narahatlıq meydana gətirmiş 
və Türkiyə də Kipr ilə qitə razılşması müqaviləsi imzalayaraq Şərq Aralıq dənizində 
neft  axtarış  fəaliyyətlərinə  başlanacağını  eşitdirmişdir.  Livan  da  Rum  rəhbərliyinin 
Şərq  Aralıq  dənizində  neft  axtarış  işlərinin  Livanın  suverenlik  haqqlarını  pozuntu 
etməmək  lazım  olduğunu,  bu  nöqtədə  heç  bir  dövlətə  qarşı  xoşgörüşlü 
davranamayacaqlarını açıqlamışdır. 
   Türkiyə-İsrail  əlaqələrinin  bu  dərəcə  pozulmasının  bölgə  siyasətinin  ümumi 
baxımından ikili bir təsir doğuracağı deyilə bilər. Prioritetli olaraq Türkiyə Fələstin-
İsrail məsələsində ərəblərdən ötrü rəftarını çox daha ortaya qoyaraq bölgədəki siyasi 
vəziyyəti  daha  kənara  daşımış  və  bölgəni  İranın  potensial  nüfuz  sahəsi  olmaqdan 
çıxarmışdır. Eyni zamanda Türkiyə Yaxın Şərq barışıq dövründə olmazsa olmaz bir 
aktor olaraq meydana çıxmış görünməkdədir. İsraillə əlaqələri yaxşı olan bir Türkiyə 
ən azından tərəflərin görüşməsini təmin edə bilər, müzakirə sahələri üzərində müddəti 
icra  bir  aktor  ikən  bu  güngəlinən  nöqtədə  Fələstin  məsələsinin  həllində  İsraillə 
əlaqələri pis olan bir Türkiyənin Fələstin məsələsinin həll qovuşdurulmasında müsbət 
bir  rol  əldə  edilə  bilməyəcəyi  irəli  sürə  bilər.
78
  Bununla  birlikdə  Türkiyənin  bölgə 
siyasətinə bu qədər möhkəm daxil olmasını, ölkələrindəki ən ciddi rejim müxalifətini 
İslami  hərəkətlərdən  qəbul  etməsini  Səudiyyə  Ərəbistanı  və  İordaniya  kimi  ölkələr 
məmnuniyyətsizliklə  qarşılamamışlar.  Çünki  Avropa  İttifaı  ilə  müzakirələr  aparan, 
ABŞ ilə "strateji ortaq" olan və eyni zamanda müstəqil işləyən bir parlamentə, heç bir 
                                                           
78
  Sedat Laçıner “Türk dış politikası” Ankara 2009, s. 256-261 


72 
 
xarici təsir olmadan vaxtaşırı olaraq həyata keçirilən seçkilərlə nəzarət altında tutulan 
bir demokratiyaya və dünyəvi dövlət nizamına sahib olan və bütün bunlarla İslamı bir 
arada tuta bilən Türkiyə bölgədə İranın yerinə iqamə edilə biləcək ən yaxşı alternativ 
vəziyyətindədir. Bununla birlikdə bölgədəki xalq hərəkətlərinin ən böyük tələblərinin 
də  güclü  bir  demokratiya  və  müstəqil  işləyən  bir  parlament  olduğu  nəzərə  alınsa 
Türkiyənin  bölgəyə  girişi  qısa  və  orta  vəd  edən  bölgə  ölkələrindəki  mövcud 
rejimlərin məşruyyiətlərinin sorğulanması ilə nəticələnə bilər.
79
 
Türkiyə  baxımından  əlaqələrin  gərilməsinin  nəticələri  da  qısa  və  orta  vədd 
edən  dəyişənlik  göstərəcək.  Türkiyə  AK  Partiya  iqtidarı  altında  keçən  on  il  ərzində 
xarici  siyasətini  bölgəsindəki  bütün  dövlətlər  tərəfindən  güvən  duyulan  bir  regional 
güc  və  bu  gücdən  aldığı  etibardan  qaynaqlanan  bir  qlobal  aktor  olmaq  üzrə  təyin 
etmişdi.  Gəlinən  nöqtədə  Türkiyə-İsrail  əlaqələrinin  pisləşməsi,  İranla  həm  Suriya, 
həm  də  raket  qalxanı  mövzularında  yaşanan  çətinliklər,  Suriya  rejimi  ilə  əlaqələrin 
qopması  ilə  yanaşı,  Ermənistanla  davam  etdirilən  əlaqələrin  normallaşdırılmasına 
istiqamətli  danışıqların  yarım  qalması,  Kipr  probleminin  həlli  mövzusunda  yaşanan 
tıxanma və AB əlaqələrinin durma nöqtəsinə gəlməsi AK Partiya iqtidarının vəzifəyə 
gəldikdən sonra mənimsədiyi missiya çərçivəsində-Türkiyənin qarşısında əhəmiyyətli 
diplomatik imtahanlar olduğunu göstərir. Ötən 10 il ərzində izlənilən "sıfır problem" 
siyasəti  və  bölgədəki  nisbilik  obyektiv  duruş  beynəlxalq  siyasətdə  Türkiyənin 
davamlı  bir  Yaxın  Şərq  barışında  təsirli  rol  oynaya  bilər  düşüncəsini  ortaya 
çıxarmışdı. İnkişaf edən son hadisələrdən sonra isə, gərginlik yaxşı idarə edilməzsə, 
AK Partiya iqtidarı müddətində əl altından davamlı işlənən "gizli təqvim "arqumenti 
çərçivəsində AK Partiya iqtidarının" revizyonist "bir xarici siyasət izlədiyi düşüncəsi 
beynəlxalq  ictimaiyyətdə  yer  əldə  edə  bilər.  Eyni  zamanda  İsrailin  Cənubi  Kipr  ilə 
inkişaf etdirəcəyi əlaqələrin Kipr probleminin həllini çətinləşdirəcək olması da Türk 
xarici siyasətinin iş sahələri və diqqət sıxlığı baxımından nəzərə alınması lazım olan 
bir ünsürdür. 
                                                           
79
  Baskın Oran “Türk dış politikası” III cild, (2001-2012) İstanbul 2013, s. 567-574 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə