“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

79 
 
edə  bildiyini  göstərməkdədir.Burada  sözü  gedən  mövcud  siyasi  rejim  ortaq 
məxrəcindəki fərqli dini kimliklərə malik iki xalqın müxtəlif sahələrdəki iş birliyidir.  
Türk  hökuməti  tərəfindən  son  dərəcə  müsbət  qarşılanan  model  müttəfiqlik 
perspektivi  Baş  nazir  Ərdoğanın  2009-cu  il  dekabrda  Vaşingtona  etdiyi  səfərdə  öz 
əksini  tapmış  və  mahiyyətinin  necə  olacağı  mətbuat  orqanları  tərəfindən  “Model 
Müttəfiqlik  Zirvəsi”  olaraq  adlandırılan  görüşmələr  zamanı  geniş  müzakirə 
olunmuşdur.Bunun 
nəticəsində 
strateji 
müttəfiqliyin 
qacınılmaz 
çəkildə 
münasibətlərin  ağırliq  mərkəzini  formalaçdırmağa  davam  etməsi  şərtilə  iş  birliyinin 
digər  sahələrə  yayılması  məsələsində  fikir  birliyi  əldə  olunmuşdur.  Bu  mənada  ilk 
qəti addım olaraq, Türkiyə-ABŞ münasibətlərinin çox da inkişaf etməmiş etməmiş bir 
sahəsi olan iqtisadiyyat sahəsində bir iş birliyi mexanizmasının yaradılması qərarlaş- 
dırılmış və tərəflərin iki nəfərlik nazirlə idarə edəcəkləri mexanizma dərəcəsində İkili 
Ticarət  və  Sərmayə  Çərçivə sənədi, İqtisadi  Müttəfiqlik  Şurası  və  Enerji  İşçi  Qrupu 
adı  altında  sabit  koordinasiya  iclasları  keçirilməsi  nəzərdə  tutulmuşdur. 
Mütəxəssislərə görə, bu mexanizma həyata keçərsə Model Müttəfiqlik gələcək illərdə 
çeşidlənəcək  aktorlar  ilə  akademik  mədəni  və  sosial  sahələrə  və  eləcə  də  ikili 
münasibətlərə  yayıla  biləcək  bir  tutuma  malik  olacaqdır.  Beləliklə,  müəyyən 
mövzularda  fərqli  yanaşmalar  daha  rahat  qəbul  olunacağı  kimi  problemləri  böhrana 
dönüşmədən  həll  etmək  asanlaşacaqdır.  Lakin  müddətin  başlaması  sivil  cəmiyyət 
yolu  ilə  kollektiv  zihniyyətə  yerləşmə  kimi  uzun  və  sonu  bilinməyən  bir  dövrdən 
keçməlidir.  Neçə  ki,  ABŞ-ın  əvvəlki  Müdafiə  nazirinin  katibi  Richard  Armitage, 
Model Müttəfiqlik anlayışının açıqlanmasından 1 il yarım sonra Vaşinqtonda verdiyi 
bir müsahibədə bunun qurulmasının üst-üstə edilən rəsmi və qapalı iclaslarda hələ də 
yaradılmağa çalışıldığını bildirmiş və “Doğru cavabı axtarırıq. Dünyaya örnək olacaq 
necə bir Model Müttəfiqlik yarada bilərik? Onun axtarışı davam edir” demişdir. 
86
 
Bu gün Model Müttəfiqlik seçənəklərinə baxdığımızda:  
a)  Stratejik  hadisələrin  davamlı  və  ciddi  şəkildə  davam  etdiyini  söyləmək 
mümkündür.  Necə  ki,anlayışın  müəllifi  olduğu  irəli  sürülən  ABŞ-ın  Avropa  və 
Asiyadan məsul Xarici İşlər nazir müavini Flip H.Qordon, “Türkiyədən daha çox ikili 
                                                           
86
 Ertan Efegil, Ridvan Kalaycı.Dış politika teorileri bağlamında Türk dış politikasının analizi.I cild. İstanbul.2012 


80 
 
münasibətdə  olduğumuz  başqa  bir  ölkə  yoxdur.  Çünki  Türkiyə  danışdığımız  bütün 
mövzulara  cəlb  edilmiş  vəziyyətdədir”  dediyi  halda,  Baş  Nazir  Erdoğan  Prezident 
Obama  ilə  2011-ci  il  BMT  Baş  Assembleyasında  etdiyi  və  Əfqanıstandan  Liviyaya 
terrorla  mübarizədən  raketlə  müdafiəyə  kimi  müxtəlif  mövzuların  görüşüldüyü 
ikitərəfli  zirvə  görüşündə  “Model  Müttəfiqlik  müddəti  ərzində  doğurdan  da  çox 
mühüm addımlar atdıq,atırıq” ifadəsini bildirmişdir. 
b)  İqtisadi  sahədə  dövri  bəzi  mexanizmlər  yaradılsa  da,  struktur  və  təşkilati 
mexanizmlərə  etiyac  olduğu  açıqdır.  Bununçün  şirkətlərin  yenidən  qurulması 
texnologiya  məsələsində  ortaqlıqların  qurulması  və  sahibkarlığın  maliyyə  edilməsi 
kimi  addımlar  atıla  biləcəyi  kimi,  yeni  model  ortaqlıq  içərisində  yenilikçilik  və 
sahibkarlığa istiqamətləndirilməsi şərtdir
87
  
c)  Ortaq  dəyərlərin  bölüşdürülməsi  məsələsi  isə  göründüyü  kimi  hələ  də  içi 
doldurulmamış  boş  bir  sahə  olmağa  davam  etməkdədir.  Dövlət  xarici  aktor  və 
müddətlərin  müasir  beynəlxalq  münasibətlərdə  tutduğu  yer  düşünüldüyündə 
dövlətlərarası münasibətlərin yetərli olmadığı və sivil cəmiyyətlər arasında daha çox 
əlaqə,akademik  və  elmi  işbirliyi  kimi  sahibkarlıqların  artıtılması  və  bunların  necə 
həyata  keçiriləcəyi  müəyyən  olunması  gərəkdir.  Əks  təqdirdə,  okeanın  bir  tərəfində 
Amerikan  əleyhadrlığı,o  biri  tərəfdə  isə  Türkiyə  haqqında  bilgi  çatışmazlığından 
yaranan  müasir  vəziyyət,  Model  Müttəfiqlik  səyini  bir  karla  dialoquna  çevirmək 
təhlükəsini daşımaqdadır.  
Türkiyə  həm  ABŞ-ın  bölgədəki  müttəfiqi,  həm  də  İranın  qonşusu  olması  onu 
gedən proseslərdən kənarda qoymur. Bir vaxtlara qədər türk hökümətinin İranın nüvə 
siyasətindəki  mövqeyi  dəqiq  olmamaqla  yanaşı  –  hökümət  hər  fürsətdə  İranın  nüvə 
texnologiyasını sülh məqsədilə inkişaf etdirməsində haqlı hesAB edirdi və məsələnin 
beynəlxalq diplomatik yollarla həll edilməsinin lazım olduğunu deyirdi. Lakin İranın 
bu  hərəkəti  nüvə  silah  istehsalına  çevrilə  bilər  ki, bu  da  Türkiyə  üçün  böyük  təhdid 
kimi  görünür.  Məhz  bu  yerdə  ABŞ  və  BMT  TŞ-nın  İran  haqqında  qəbul  etdiyi 
qərarlar  Türkiyə-İran  münasibətlərini  üçün  əsas  əhəmiyyət  qazandı.  Ancaq,  indiyə 
qədər  ABŞ  və  müttəfiqləri  İrana  qarşı  ortaq  bir  baxış  göstərsələr  də,  ABŞ-ın  İrana 
                                                           
87
 .Ahmet Davutoğlu. Stratejik derinlikler. İstanbul 2012 


81 
 
müdaxilə  müddəti  Həm  ABŞ-ın  bölgədə  müttəfiqi,  həm  də  İranın  qonşusu  olması 
faktı göstərir ki, Türkiyə regionda baş verən hadisələrin ən çox təsirə məruz qaldığı 
bir dövlətdir. Ancaq Türkiyə xarici siyasət sahəsində sahib olduğu yeni bir mövqe ilə 
İran  səbəbindən  ortaya  çıxan  regional  miqyasda  olan  böhranlardan  çıxa  bilmişdir. 
Son  dönəmdə  baş  verən  hadisələrə  baxdıqda  Türkiyə-İran  münasibətlərində  artan 
yaxınlaşma  müşahidə  edilmişdir.  ABŞ-ın  İranın  nüvə  fəaliyyətinə  qarşı  çıxmasının 
səbəbi  iki  ölkə  arasındakı  konfilktlərdir.  ABŞ  İranı  terrorizmi  dəstəkləməkdə 
günahlandırır.  11  sentyabr  təcavüzündən  sonra  İranın  ABŞ  tərəfindən  hədəf  ölkə 
olaraq görülməsi, İranın gizli nüvə ehtiyatlarının ortaya çıxması, İranın zəngin neft və 
təbii qaz ehtiyatlarına sahib olması, Türkiyədə AKP-nin iqtidara gəlməsi və yeni bir 
xarici  siyasət  xəttinin  işlənməsi,  Türkiyədə  tez  bir  zamanda  iqtisdiyyatın 
genişlənməsi,  Türkiyədə  enerjiyə  ehtiyacın  artması  kimi  iqtisadi  və  təhükəsizliklə 
bağlı  olan  əsas  səbəblər  2002-ci  ildən  sonra  Türkiyə-İran  münasibətlərində  izlər 
qoymuşdur. 
Enerji  sahəsində  ABŞ  üçün  əsas  məqsəd  İranın  can  damarı  olan  enerji 
sektorunu  və  digər  ölkələrlə  ticarətini  intensivləşdirən  maliyyə  sektorunu  iflic 
vəziyyətə  salmaqdır.  Bunu  üçün  ABŞ  siyasətini  həm  beynəlxlaq  səviyyədə,  həm  də 
Avropa İttifaqında həyata keçirmiş  və AB ölkələri BMT TŞ sanksiya qərarlarını öz 
qanunvericiliklərinə  uyğunlaşdıraraq  onun  tətbiqinə  başlamışlar.    ABŞ  AB-nın 
üzvlərinin  İranla  müxtəlif  səviyyələrdə  ticarət  münasibətləri  olan  digər  ölkələrlə 
əməkdaşlıq edərək İranı sıxışdırmağa çalışır. 
Türkiyə Respublikası quruluşundan etibarən müasir mədəniyyətlər səviyyəsinə 
çatma  yolunda  beynəlxalq  arenada  inkişafları  yaxından  təqib  etmiş  və    beynəlxalq 
təşkilatların  təsirli  bir  üzvü  olmuşdur.  Bu  istiqamətdə,  insanlıq  tarixinin  ən  böyük 
sülh layihəsi olaraq xarakterizə edilən Avropa İqtisadi Birliyinin (ABB) 1958-ci ildə 
qurulmasından qısa bir müddət sonra Türkiyə, 31 iyul 1959-cu ildə İcmaya ortaqlıq 
müraciətini bildirmişdir. Türkiyə adına bu  müraciəti dövrün Demokrat Partiya lideri 
və  baş  naziri  Adnan  Menderes  etmişdir.      Menderes,  bu  başvuruyla,  Türkiyənin 
Avropaya  ilk  addımı  atdığını  ifadə  etmişdir.  Türkiyənin  AB  ilə  əlaqələri,  Avropa 
İqtisadi Birliyi ilə 12 sentyABr 1963 tarixində imzalanan və 1 dekabr 1964 tarixində 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə