“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   ...   35


 
Əlaqələrin  təhlili  dedikdə,  bu  ölkələrlə  əməkdaşlığın  tarixin  müxtəlif 
dövrlərindəki  mərhələləri  və  AK  Partiyanın  hakimiyyətə  gəlməsindən  sonrakı 
vəziyyət,  onun  keçdiyi  inkişaf  dövrü,  əməkdaşlığın  perspektivləri,  əldə  olunan 
müqavilə  və  sazişlər,  keçirilən  konfransların  nəticələri,  onların  şərhi  və  s.  başa 
düşülür.  
Tədqiqat  işinin  predmeti:  Tədqiqat  işinin  predmetini  Türkiyə  və  Cənubi 
Qafqz  ölkələri,  Yaxın  Şəqr  ölkələri  və  dünyanın  iri  dövlətləri  sayılan  ABŞ,  Rusiya, 
Çin  ilə  arasındakə  əlaqlələrin  əhəmiyyətinin,  bu  münasibətlərin  nəticəsi  olaraq  əldə 
olunan uğurların rolunun təhlili təşkil edir. Bu uğur və müsbət nəticələrin üzərindən 
yola  çıxaraq  meydana  gələn  yeni  layihələrin,  forum  və  konfransların  ölkələrə 
gətirəcəyi maddi və mənəvi dəstək analiz edilir. 
Tədqiqatın  məqsədi:    Tədqiqatın  əsas  məqsədi  Türkiyənin  xarici  siyasətində 
Cənubi  Qafqaz  ölkələrinin  yerini  müəyyən  etmək,  2003-2013-cü  illərdə  AKP 
hakimiyyətinin  Yaxın  Şərq  siyasətini  tədqiq  etmək,    AKP  hakimiyyəti  dövründə 
Türkiyənin  böyük  güclərlə  münasibətlərini  araşdırmaq

bu  əlaqələrin  səciyyəvi 
cəhətlərini  fərqləndirmək,  onun  əhəmiyyəti  və  rolunu  göstərməkdir.  Dünyada  baş 
verən  siyasi  və  qlobal  məsələlər,  Türkiyənin  bu  məsələlərə  məqsədyönlü  şəkildə  öz 
rəyini  bildirməsi,  həmçinin  beynəlxalq  arenada  Türkiyənin  siyasi  nüfuzunun 
artırılması baxımından bu qarşılıqlı münasibətlər olduqca əhəmiyyətlidir. 
Tədqiqatın vəzifələri: Tədqiqatın vəzifələri aşağıdakılardan ibarətdir: 
      - Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP xarici 
siyasətində yerini müəyyən etmək; 
      - XXIəsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətlərini araşdırmaq; 
      - Türkiyə və ərəb dünyası əlaqələrini nəzərdən keçirmək; 
      -  İranın  Türkiyənin  xarici  siyasətində  mühüm  prioritet  kimi  rolunu 
araşdırmaq; 
    - Yaxın Şərqin güclü dovləti olan İsraillə münasibətlərin tədqiqi; 
    - AKP xarici siyasətində ABŞ və AB münasibətlərini şərh etmək; 
    - Türkiyənin Rusiya və Çin siyasətini müəyyən etmək; 
    - Bu münasibətlərin inkişaf xəttini araşdırmaq; 



 
Tədqiqatın  struktur  quruluşu:  Buraxılış  işi  giriş,yeddi  paraqrafı  əhətə  edən 
üç fəsildən, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 
I fəsildə Cənubi Qafqazın Türkiyə üçün əhəmiyyəti və bu xüsusda Zaqafqaziya 
dövlətlərinin rəsmi Ankaraya münasibəti geniş şərh edilmişdir. Avropanın Rusiyadan 
kənar  enerji  daşıyıcılarının  keçdiyi  regionlar  eləcə  də  Cənubi  Qafqaz  böyük 
əhəmiyyətə malikdir. Bundan başqa Avropanın Türkiyə üzərindən kəçən boru xəttləri 
Cənubi Qafqaz ölkələri ilə Türkiyə arasında münasibətləri aktual edir. 
II fəsildə Yaxın Şərqin Türkiyə üçün əhəmiyyəti və bu region üzərində İranla 
qarşıdurma problemləri şərh edilmişdir. Bu qarşıdurmanın taleyini Türkiyə və Yaxın 
Şərqin  ərəb  ölkələri  arasında  rəqabət  və  əməkdaşlığa  əsaslanan  münasibətləri 
müəyyən edəcəkdir.  
III fəsildə Türkiyənin ABŞ-la mövcud münasibətləri və bu münasibətlərə digər 
fövqəl  qüvvələrin  (AB,  Rusiya,  Çin)  təsir  imkanları  təhlil  edilmişdir.  ABŞ-ın  həm 
Rusiya,  həm  də  Yaxın  Şərqlə  bağlı  planlarında  Türkiyənin  əsas  rol  oynaması  və  bu 
rolun ciddi tarixi proseslər nəticəsində formalaşması şərh edilmişdir. 
Elmi yenilik: Tədqiqat işinin yekununda bu əlaqələrin mexanizmləri müəyyən  
edilmiş, dövlətlərarası münasibətlərin yeni növləri göstərilmişdir. 
Ədəbiyyatın  təhlili:  Tədqiqat  işinin  gedişində  30-a  qədər  yerli  və  xarici 
ədəbiyyatdan, alimlərin dərsliklərindən, monoqrafiya və məqalələrdən istifadə  
 edilmişdir. Eyni zamanda alimlərin mövzu ətrafında müxtəlif fikirləri  
göstərilmiş  və  onlar  arasında  ziddiyyətlər  qabardılmışdır.  Buraxılış  işinin  gedişində 
ölkə nəşriyyatına da geniş yer ayrılmışdır. 
Dissertasiya  işinin  təhlili  zamanı  aparılan  araşdırmalar  nəticəsində  aydın 
olmuşdur  ki,  əlaqələrin  inkişaf  strategiyasının  mahiyyəti,  məqsədi  və  spesifikliyini 
müəyyənləşirmək,siyasi,sosial  və  inkişafın  cəmiyyt  və  dövlət  həytının  müxtəlif 
cəhətlərdən  nəzərdən  keçirilməsi  hələ  uzun  müddət  mütəxəssislərin  marağında 
olacaq. 
 
 
 
 



 
I FƏSİL 
XXI ƏSRİN İLK ONİLLİYİNDƏ TÜRKİYƏNİN XARİCİ 
SİYASƏTİNDƏ  CƏNUBİ QAFQAZ  DÖVLƏTLƏRİNİN YERİ 
 
1.1
 
 Azərbaycan və Gürcüstanın Türkiyənin strateji müttəfiqi kimi AKP 
xarici siyasətində yeri 
Soyuq Müharibə dövründə Türkiyənin xarici siyasətində demək olar ki, heç yer 
tapmayan Qafqaz Sovet İttifaqının dağılmasından  sonra həm enerji siyasəti, həm də 
təhlükəsizlik  mənasında  əhəmiyyətli  bölgələrdən  biri  olmuş  və  Türkiyədə  xarici 
siyasətçilərə  daha  əvvəl  kifayət  qədər  tanımadıqları  Qafqaza  yönəlik  olaraq 
strategiyalar  yaratmaq  vəziyyətində  qalmışlar.  Rusiya  Federasiyası  sərhədləri  içində 
qalan  Şimali  Qafqaza  baxış  Türkiyə  -  Rusiya  əlaqələri  çərçivəsində 
qiymətləndirilərkən Cənubi Qafqazda üç yeni dövlətin ortaya çıxmasıyla bu ölkələrlə 
əlaqələr  Qafqaz  siyasətinin  ana  oxunu  yaratmışdır.
1
  Türkiyə  baxımından  Sovet 
İttifaqının dağılması Qafqazda yeni fürsətlər ortaya çıxararkən, regional qarşıdurma 
və böhranların varlığı isə çətinliklərə səbəb olmuşdur. Rusiya bölgədəki təcrübəsi və 
Sovet  İttifaqı  dövründən  qalan  əlaqələriylə  üstünlük  təmin  edərkən,  yeni 
müstəqilliyini  qazanan  ölkələrdə  meydana  çıxan  milliyyətçilik  və  artıq  bütövlükdə 
Qafqazda      görülən    müstəqillik  axınları  Rusiyanın  Qafqazdakı  varlığını  təhdid 
etmişdir.  Türkiyə,  Rusiya  və  İranın  neft  və  təbii  qazın  öz  torpaqları  üzərindən 
beynəlxalq  bazarlara  daşınmasını  istəyirdilər.  Türkiyə  Bakı-Tiflis-Ceyhan  neft  boru 
xətti layihəsini irəli sürmüş, əvvəllər xüsusilə xərc mövzusunda tənqid olunan  boru 
xətti  çox  güclü  bir  rəqabətin  nəticəsində  reallaşdırılmışdır.  Bakı-Tiflis-Ceyhan  neft 
boru  xəttinin  tamamlanmış  və  fəaliyyətə  keçmiş  olması  Türkiyənin  Qafqaza 
istiqamətli enerji siyasəti baxımından müvəffəqiyyətdir. Bu nöqtədə ABŞ-ın da Şərq-
Qərb  enerji  dəhlizi  strategiyası  çərçivəsində  xəttli  istehsalını  dəstəkləmiş  olması  və 
yenə  ABŞ  rəhbərliyinin  İran  variantına  qarşı  aktiv  fəaliyyət  edərək  Amerikan 
şirkətlərinin  İranda  investisiya  etməsini  maneə  törətməyə  çalışan  siyasəti  Bakı-
Tbilisi-Ceyhan  xəttinin  keçirilməsinə  təsirli  olmuşdur.  Təbii  qaz  mövzusunda  isə 
                                                           
1
 “Foucault`s Pendulum:  Turkey in Central Asia and the Caucasus”, 5-ci cild, N2, s. 1-22 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə