“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

23 
 
dövründə  başlasa  da,  Türkiyədə  bu  prosesi  digər  türk  diplomatları  arasında  da 
dəstəkləyənlər  oldu.  Türkiyə  dövləti  münasibətlərin  normallaşması  prosesini  üç 
istiqamətdə aparmağa çalışdı:  
- birincisi, türk və erməni xalqları arasında barışın əldə olunması;  
-  ikincisi,  Türkiyə  ilə  Ermənistan  arasında  siyasi  və  tarixi  məsələlərlə  bağlı 
müzakirələrə  başlamaq  və  Dağlıq  Qarabağ  probleminin  həllinə  dəstək  vermək 
yoluyla regional sülhün əldə olunması;  
-  üçüncüsü,  Türkiyə  ilə  Ermənistan  arasında  diplomatik  əlaqələrin  bərpa 
edilməsi  və  sərhədlərin  açılması.  Türkiyə  hər  üç  istiqamətin  bir  layihə  çərçivəsində 
həyata keçirilməsini istəyir.  
2002-ci  ildən sonra münasibətlərin  normallaşması  prosesi sadəcə  Ermənistana 
qarşı  deyil,  eyni  zamanda  Türkiyədəki  ermənilərə  qarşı  da  həyata  keçirilməyə 
başlandı.  Bu  mənada  Türkiyə  ermənilərinin  hüquqları  məsələsi  siyasi  partiyaların 
təbliğat  proqramlarında  yer  aldı,
23
  QHT-lər  və  araşdırma  mərkəzləri  türklərlə 
erməniləri  barışdırmağın  yollarını  axtarmaq  üçün  hesabatlar  hazırladılar,
24
  qəzetlər 
isə  ermənilərlə  türkləri  barışdırmaq  üçün  geniş-geniş  məqalə  və  xəbərlər  dərc 
etdirdilər,  Türkiyədəki  erməni  kilsələri  təmir  olundu.  Ölkə  daxilində  jurnalistlər, 
siyasi  partiyalar,  elmi  işçilər  və  ictimaiyyət  arasında  səbəblər  barəsində  fərqli 
müzakirələr aparıldı.  
Birincisi,  2002-ci  ildən  sonra  Türkiyənin  ənənəvi  xarici  siyasətində  köklü 
dəyişiklik baş verdi. Bu siyasət Türkiyənin xarici işlər naziri və baş nazirin keç- miş 
müşaviri  Əhməd  Davud-oğlunun  qonşularla  “sıfır”  problem  strategiyası  ilə 
təməlindən  dəyişdi.  Davudoğlu  “Strateji  dərinlik”  adlı  kitabında
25
  “qonşularla  sıfır 
problem”  strategiyasının  məqsədini  belə  açıqlayır:  “Türkiyə  bütün  qonşuları  ilə 
münasibətlərində  problemli  olduğu  üçün  sərhədlərinin  içinə  qapanıbdır  və  bu 
səbəbdən  yaxın  regionlarda  hərəkət  sahəsi  daralıbdır.  Türkiyənin  regional  güc  ola 
bilməsi  üçün  qonşularla  olan  problemini  sıfıra  endirməlidir.  Bu  problemlərin  güc, 
                                                           
23
 Ermeni asıllı Türk vatandaşı AKP’den aday, http://www.hyetert.com/haber3.asp?AltYazi=Haberler%20\>%20 
Güncel&Id=26422&DilId=1, (17.05.2007) 
24
 Türkiye’de Ermeniler: Cemaat-Birey-Yurttaş, TESEV. 29.06.2009.  
25
 Ahmet Davudoğlu. Stratejik Derinlik, Küre Yayınları (İstanbul, 2009), 34-cü çap 


24 
 
gərginlik  və  silahlı  müqavimət  yolu  ilə  deyil,  neoliberal  bir  mövqe  olan  qarşılıqlı 
razılaşma  və  qarşılıqlı  faydalanma  modeli  ilə  həll  edilməsinə  üstünlük  verilməlidir. 
Əgər Türkiyə qonşuları ilə problemlərini həll edə bilərsə, regionda daha güclü dövlət 
ola bilər”.  
İkincisi, hökumət rəsmiləri qəti şəkildə qəbul etməsələr də, Türkiyənin “erməni 
açılımı”nı xarici təzyiqlərin nəticəsi kimi dəyərləndirənlər də var. Xüsusən, müxalifət 
partiyaları Türkiyənin “erməni açılımı”nı bu şəkildə qiymətləndirir ki, bunun da iki 
səbəbi var:  
1.  Türkiyənin  Avropa  İttifaqına  (AB)  üzvlüyü  üçün  təşkilatın  qoyduğu  əsas 
şərtlərdən biri Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Hətta AB şərt qoymasa 
belə,  Avropa  Parlamenti  1987-ci  ildə  qəbul  etdiyi  qərarla  Türkiyənin  “erməni 
soyqırımı”nı tanımasını istəmişdir.
26
  
2.  Türkiyə-Ermənistan  sərhədləri  bağlandığı  gündən  etibarən  ABŞ  bu 
sərhədlərin  açılmasını  istəmiş,  hətta  çox  vaxt  tərəflər  arasında  vasitəçilik  etmiş  və 
Konqresdə Türkiyənin Ermənistanla sərhəddini açmasını tələb edən qərarlar da qəbul 
edilmişdir.
27
  
ABŞ-ın  “erməni  soyqırımı”nı  tanımasını  əngəlləmək  üçün  “normallaşma 
prosesi”ni  dəstəkləyənlər  də  vardır.  Bu  düşüncəni  Türkiyə  hökumət  nümayəndələri 
də bəyənirlər. Xarici işlər naziri Davudoğlu Abdullah Gülün Ermənistana səfərindən 
sonra  TRT-1  kanalına  verdiyi  açıqlamasında  Türkiyənin  Obamanın  ABŞ  prezidenti 
olacağını  nəzərə  alaraq,  “erməni  açılımı”nı  başlatdığını  bildirmişdir.  Protokolların 
aprelin 24-dən əvvəl, yəni aprelin 22-də açıqlanması da buna sübutdur.  
Üçüncüsü,  Türkiyə-Ermənistan  münasibətlərinin  “normallaşma  prosesi”ni 
2008-  ci  ilin  avqustunda  yaşanan  Rusiya-Gürcüstan  münaqişəsi  ilə  əlaqələndirənlər 
də oldu ki, burada da iki səbəb ön plana çıxarılır:  
 • Bu hadisə Gürcüstanın təkbaşına etibarlı bir enerji dəhlizi olmadığını ortaya 
qoydu  və  Gürcüstana  alternativ  olaraq  Ermənistan  dəhlizinə  ehtiyac  artdı.  Bu 
                                                           
26
 Erhan Akdemir. Türkiyenin AB`ye Üyelik Süreci ve Ermeni Sorunu. http://www.abhaber.com/haber.php?id=11337, 
(02.05.2006).  
27
 Carol Migdalovitz. Turkey: Selected Foreign Policy Issues and U.S. Views. CRS Report For Congress. (August 29, 
2008), p. 13 


25 
 
mənada, Türkiyənin “erməni açılımı”nı bir növ enerji açılımı olaraq dəyərləndirənlər 
də var.  
•  Bu  müharibə  göstərdi  ki,  regionda  ortaya  çıxan  müharibələrdən  Rusiya 
qazanclı çıxır. Regionda müharibənin alovlana biləcəyi başqa bir qaynar nöqtə Dağ- 
lıq  Qarabağdır.  Bunun  qarşısını  almaq  üçün  Türkiyə  Minsk  qrupunun  17  il  ərzində 
edə  bilmədiyini  etməli  və  Dağlıq  Qarabağ  məsələsində  hərəkətlilik  yaratmalıdır.  Bu 
yol da öz növbəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından keçir.  
Lakin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması siyasətinin 2002-ci 
ildə, gizli görüşmələrin isə 2007-ci ildə başladığını nəzərə alsaq, 2008-ci ilin avqust 
ayında yaşanan Rusiya-Gürcüstan müharibəsi “normallaşma” siyasətinin əsas səbəbi 
ola bilməz.  
Türkiyədə  sadəcə  münasibətlərin  normallaşmasının  səbəbləri  ilə  deyil,  eyni 
zamanda  onun  yolları  ilə  bağlı  ciddi  müzakirələr  başlandı.  Hazırda  Türkiyədə 
Ermənistanla  münasibətlərin  “normallaşma”  yolları  məsələsində  ciddi  fikir  ayrılığı 
mövcuddur.  
    Bu  məsələyə  münasibətdə,  bir  qrupun  rəyinə  görə,  “normallaşma”nın  yolu 
ilkin şərt olmadan iki ölkə arasında sərhədlərin açılması, diplomatik əlaqələrin və iki 
xalq arasında sülhün bərpa olunmasından keçir. Onların əsas fikri budur ki, 1915-ci 
ildə  yaşananlara  görə  erməni  xalqı  Türkiyəyə  etibar  etmir.  Bu  etibarsızlığı  aradan 
qaldırmaq üçün Türkiyə “tarixi həqiqəti” qəbul etməlidir. Ermənistana dünyaya çıxış 
verilməli və  Dağlıq Qarabağ  məsələsi  Türkiyə-Ermənistan əlaqələrinin  bərpası üçün 
əsas  şərt  olmamalıdır.  Bu  mövqe  Türkiyədə  radikal  qrupun  düşüncəsi  kimi  qəbul 
edilir. Onları dəstəkləyənlərin sayı az olsa da, getdikcə mətbuatda güclərini artırırlar. 
Onlar,  xüsusən  də  Türkiyə  ilə  Ermənistan  arasında  “futbol  diplomatiyası”  və 
“protokol  məsələsi”ndən  sonra  daha  da  fəallaşıblar.  Bu  fikrin  tərəfdarları  arasında 
Türkiyədəki  erməni  jurnalistlərlə  yanaşı,  kommunist  və  liberal  əqidəli  türk 
jurnalistlər də vardır.  
Bundan  başqa,  digər  bir  qrup  Türkiyə  ilə  Ermənistan  arasında 
“normallaşma”nın  Türkiyənin  ilkin  şərtsiz  sərhədləri  açması  və  diplomatik  əlaqələr 
qurmasından keç- diyini düşünsə də, birinci qrupdan fərqli olaraq, Türkiyənin 1915-


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə