“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

31 
 
Qarabağ  münaqişəsi  oldu.  Hər  iki  ölkənin  müxalifəti  iqtidarı  bu  üç  məsələdə  qarşı 
tərəfə güzəştə getməkdə günahlandırır.  
Türkiyəli  rəsmilərə  görə,  protokolların  imzalanmasında  əsas  məqsəd 
Ermənistanın  1915-ci  il  hadisələrini  beynəlxalq  aləmdə  “soyqırım”  olaraq  tanıtma 
siyasətindən əl  çəkməsinə nail  olmaqdır. “Soyqırım”  məsələsini siyasi  platformadan 
elmi  platformaya  keçirmək  üçün  isə  1915-ci  il  hadisələrini  araşdırmaq  məqsədilə 
türk, erməni və tərəfsiz tarixçilərdən ibarət komissiyanın yaradılması tələb olunur. Bu 
komissiyanın  yaradılmasında  Türkiyənin  əsas  məqsədlərindən  biri  də  üçüncü 
dövlətlərin  parlamentlərində  bundan  sonra  qəbul  oluna  biləcək  “soyqı-  rım” 
qərarlarını  və  o  dövlətlərin  Türkiyə-Ermənistan  münasibətlərinə  müdaxiləsini 
əngəlləməkdir. İlk dəfə Turqut Özal tərəfindən Ermənistana təklif edilən bu variant 
2005-ci  ilin  aprelində  Türkiyə  müxalifətinin  də  razılığı  ilə  Baş  nazir  Ərdoğan 
tərəfindən Ermənistan Prezidenti Robert Köçəryana göndərilən məktubda yer almışdı. 
Lakin Köçəryan Ərdoğana yazdığı cavab məktubunda ilk öncə sərhədlərin açılmasını 
və  tərəflər  arasında  tarix  komissiyasının  deyil,  hökumətlərarası  komissiyanın 
yaradılmasını  təklif  etmişdi.  Yəni  “soyqırım”ı  siyasi  bir  məsələ  olaraq  görən 
Ermənistan  problemin  elmi  platformaya  keçməsini  istəməmişdi.  Ermənistanda 
hakimiyyətdə  olan  Respublikaçılar  Partiyasının  parlamentdəki  fraksiyasının  sədri  və 
mətbuat  katibi  Eduard  Şarmazarovun  sözlərinə  görə,  “onsuz  da  protokollarda  tarix 
komissiyasının  yaradılacağına  aid  heç  bir  ifadə  yoxdur.  Hökümətlərarası  komissiya 
yaradılacaqdır” ifadəsi var.
41
 Protokolların mövzu ilə əlaqədər maddəsi belədir: 
 -  İki  ölkə  arasında  qarşılıqlı  etibarın  yenidən  yaradılması  üçün  problemləri 
müəyyənləşdirmək və həll etmək məqsədilə təkliflərin irəli sürülməsi, tarixi qeydlərin 
və  arxivlərin  tərəfsiz  şəkildə  araşdırılması  üçün  dialoq  prosesinin  təsis  olunması 
qərara alınmışdır.  
Maddədən göründüyü kimi, tərəflər  arasında  yaradılacaq  komissiyada  1915-ci 
il  hadisələrinin  “soyqırım”  olub-olmadığı  deyil,  ümumi  şəkildə  problemlərin 
müzakirə  olunacağı  qeyd  olunur.  Tərəflər  bu  müddəadakı  “problem”  sözünü 
istədikləri kimi şərh edə bilərlər. Erməni tərəfi komissiyada ermənilərin 1915-ci ildə 
                                                           
41
 Milliyet (14.09.2009). 


32 
 
Şərqi  Türkiyədən  zorla  köçürülməsi,  köçürülənlərin  geri  dönməsi,  onların  mal  və 
mülklərinin  qaytarılması  kimi  məsələlərin  müzakirəsinə  üstünlük  verə  bilər  və  yüz 
minlərlə  erməninin  indi  olmasa  da,  gələcəkdə  Türkiyəyə  qayıtmasını  arzulaya  bilər. 
Türkiyədə  yaşayan  ermənilər  indidən  Türkiyədəki  erməni  əsərlərinin  və  yerlərinin 
siyahısını hazırlamaq,
42
  vaxtilə  Türkiyədən  getdiyini  sübut  edən  ermənilərə  Türkiyə 
vətəndaşlığının verilməsi kimi məsələləri müzakirəyə çıxarmağa başlayıblar.
43
  
Türkiyə  isə  komissiyanın  gündəliyinə  fərqli  məsələləri  müzakirəyə  çıxarmaq 
istəyəcək. Bununla da tərəflərin qarşılıqlı iddiaları nəticəsində bu komissiya ən yaxşı 
halda  qeyri-işlək  vəziyyətə  düşə  bilər.  Lakin  sənədlərdə  protokollar  qüvvəyə 
mindikdən iki ay sonra tərəflər arasında sərhədlərin açılması, komissiyanın isə üç ay 
sonra  işə  başlaması  haqqında  qeydin  olması  sərhədlərin  komissiyanın  işə 
başlamasından  daha  tez  açılacağından  xəbər  verir.  Yəni  komissiya  işləməsə  belə 
sərhədlər açılacaq. Açılan sərhədləri isə yenidən bağlamaq çətin olacaqdır. 
Protokolların  qüvvəyə  minməsi  üçün  hər  iki  ölkənin  daxilində  müəyyən 
orqanlar  tərəfindən  təsdiqlənməlidir.  Türkiyə  tərəfində  proses  bu  ardıcıllıqla  həyata 
keçirilir:  Türkiyənin  xarici  işlər  naziri  hökumət  adından  protokolları  parlamentə 
təqdim  edir.  Protokollar  müvafiq  komissiyalarda  müzakirə  edilib  qəbul  olunduqdan 
sonra  parlamentin  geniş  müzakirəsinə  çıxarılır.  Parlament  qəbul  edərsə,  prezidentin 
təsdiqinə  göndərilir.  Protokollar  prezident  tərəfindən  imzalandıqdan  sonra  rəsmi 
qəzetdə  çap  olunur,  bununla  da  qüvvəyə  minmiş  hesab  edilir.  Bu  o  deməkdır  ki, 
Türkiyə  istəyərsə,  bu  mərhələlərin  hər  birində  prosesi  ləngidə  bilər.  Məhz  bu 
səbəbdən  bəziləri  belə  düşünür  ki,  protokolların  təsdiqlənmə  prosesi  parlamentdə, 
xüsusən  də  parlamentin  Xarici  əlaqələr  komissiyasında  ləngidilə  bilər.  Belə  ki, 
TBMM-nin  Xarici  əlaqələr  komissiyasında  uzun  illərdir  təsdiqini  gözləyən  sənədlər 
var.  Bunlardan  biri  AB-nın  da  tez  bir  zamanda  təsdiqlənməsini  istədiyi  Kipr 
protokoludur.  
Türkiyənin  xarici  işlər  naziri  Əhməd  Davudoğlu  oktyabrın  21-də  protokolları 
parlamentə  təqdim  etdi.  Hal-hazırda  protokollar  TBMM-nin  Xarici  əlaqələr 
                                                           
42
 Koruculardan Ermenilere İzin Yok, http://www.hyetert.com/haber3.asp?Id=33090&DilId=1. (09.09.2009) 
43
 Türkiye Kökenliğe Vatandaşlık Verin. Hürriyet (11.09.2009) 


33 
 
komissiyasındadır.  Türkiyə  tərəfi  Qarabağ  məsələsinin  həllində  irəliləyiş  olmadığı 
halda protokolları  təsdiqləmək  üçün  parlamentin  gündəminə gətirməyəcəyini  israrla 
qeyd edir.  
Ermənistanda isə təsdiqlənmə prosesi iki ölkə arasında yeni böhrana yol açdı. 
Bu ölkədə proses fərqli məcrada davam edir. Belə ki, Ermənistan Prezidenti 2009-cu 
il  noyabrın  17-də  protokolları  Konstitusiya  Məhkəməsinə  göndərdi.  2010-cu  il 
yanvarın  12-də  Məhkəmə  protokolların  konstitusiyaya  uyğun  olduğunu  açıqladı. 
Lakin  beynəlxalq  aləmdə  müsbət  qarşılanan  bu  qərarın  yaratdığı  ab-hava  uzun 
sürmədi.  Yanvarın  18-də  Konstitusiya  Məhkəməsi  verdiyi  qərarın  mətnini 
açıqlamaqla  Ankara-İrəvan  arasında  yeni  bir  böhrana  yol  açdı.  Məhkəmə  qərarının 
mətnində  protokolların  konstitusiyaya  uyğun  olması  göstərilsə  də,  Ermənistan 
Konstitusiyası və Azadlıq Bəyannaməsinin 11-ci maddəsinə zidd ola bilməyəcəyi də 
vurğulanırdı.  
Məhkəmənin  verdiyi  qərarda  Ermənistan  Konstitusiyası  və  Azadlıq 
Bəyannaməsinin protokollarla bağlı diqqət yetirilməli məqamları aşağıdakılardır:  
Azadlıq Bəyannaməsinin 11-ci maddəsində Ermənistan Respublikasının 1915- 
ci  ildə  Osmanlı  Türkiyəsi  və  Qərbi  Ermənistanda  baş  verən  soyqırımın  beynəlxalq 
aləmdə tanınması vəzifəsini dəstəklədiyi qeyd olunur.  
Ermənistan Konstitusiyasının girişində Azadlıq Bəyannaməsində qəbul olunan 
prinsiplərin əhəmiyyəti bir daha qeyd edilir.  
Konstitusiyanın  13-cü  maddəsində  Türkiyənin  sərhədləri  daxilində  yerləşən 
Ağrı dağı isə Ararat olaraq Ermənistan dövlətinin rəmzi kimi təsvir edilir.  
Ermənistan  Konstitusiya  Məhkəməsinin  qərarına  görə,  protokollar  bu  üç 
məqama  zidd  şəkildə  şərh  edilə  bilməz.  Yəni  Ermənistanın  daxili  qanunlarına  görə, 
bu  ölkə  Türkiyəyə  qarşı  torpaq  və  soyqırım  iddialarından  imtina  etmir.  Halbuki, 
protokolları  imzalamaqda  Türkiyənin  əsas  məqsədlərindən  biri  Ermənistanın  torpaq 
iddialarını  ortadan  qaldırmaq,  tarix  komissiyası  yaratmaq  yolu  ilə  1915-ci  il 
hadisələrini müzakirə etmək və onun beynəlxalq aləmdə soyqırım kimi tanınmasının 
qarşısını almaq idi.  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə