“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

29 
 
Proseduraya  uyğun  olaraq  Türkiyənin  Xarici  işlər  naziri  Əhməd  Davudoğlu 
müxalifət partiyalarını ziyarət edərək həm protokolların, həm də Türkiyə-Ermənistan 
danışıqlarının  məğzini  açıqladı.  Müxalifət  partiyalarından  Cümhuriyyət  Xalq 
Partiyası,  Demokratik  Sol  Partiyası,  Böyük  Birlik  Partiyası,  Səadət  Partiyası  və 
Demokratik  Partiya  protokolların  imzalanmasına  qarşı  çıxdılar.
33
  Türkiyə  Böyük 
Millət  Məclisində  (TBMM) 20  millət vəkili olan və özünü kürdlərin təmsilçisi kimi 
tanı-  dan  Demokratik  Xalq  Partiyası  (Demokratik  Toplum  Partisi  -  DTP
34
)  isə 
protokollar parlamentə təqdim edilərsə, dəstəkləyəcəyini bildirdi.  
Sərkisyan isə ölkə daxilində müxalifət partiyaları ilə görüşləri bitirdikdən sonra 
diasporun  üzvləri  ilə  görüşmək  üçün  xaricə  üz  tutdu. Xaricdəki  erməni  diasporunun 
liderləri  protokollar  mövzusunda  iki  fərqli  mövqe  nümayiş  etdirsələr  də,  ən  güclü 
erməni  diasporu  təşkilatları  protokolların  imzalanmasına  qarşı  çıxdı.  Bu  səbəbdən 
Sərkisyan  Fransa  və  ABŞ  səfərlərində  bu  ölkələrdəki  erməni  diasporunun  ciddi 
etirazları  ilə  qarşılaşdı.  Ermənistan  müxalifətindən  də  protokollara  qarşı  çıxanlar 
oldu, hətta Daşnaksütyun Partiyası protokolların imzalanmasına etiraz əlaməti olaraq 
aclıq  elan  etdi.  Protokollara  qarşı  çıxan  ermənilərin  əsas  arqumentləri  odur  ki, 
bununla  da  soyqırım  məsələsinin  müzakirəsinə  yol  açılacaq,  həmçinin  Qars 
müqaviləsinə  də  əsas  veriləcək.  Bu  isə  Ermənistanın  soyqırım  iddialarından  imtina 
etməsi və Qərbi Ermənistanı tamamilə itirməsi ilə nəticələnə bilər.  
Həm Türkiyədə, həm də Ermənistanda 6 həftəlik daxili müzakirələr prosesində 
ciddi  etirazların  olmasına  baxmayaraq,
35
  protokollar  oktyabrın  10-da  İsveçrədə 
Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın Xarici işlər naziri 
Eduard  Nalbandyan  tərəfindən  imzalandı.  Mərasimdə  Minsk  qrupunun  həmsədr 
ölkələrinin  xarici  işlər  nazirləri  də  iştirak  etdilər.  İmzalanma  mərasimində  kiçik  bir 
                                                           
33
 Türkiyənin müxalifət partiyalarının protokollara qarşı çıxmalarının özünəməxsus səbəbləri var.  
34
 Bu partiya daha sonra məhkəmə qərarı ilə bağlansa da, onun yerinə Sülh və Demokratiya Partiyası (Barış və 
Demokrasi Partisi - BDP) quruldu. 
35
 Türkiyənin “Radikal” qəzetinin xarici siyasət yazarlarından Murad Yetkinə görə, ermənilərin protokolların 
imzalanma tarixi üçün fərqli tələbləri olmuşdur. Belə ki, ermənilər 6 həftəlik daxili müzakirə müddətinin oktyabrın 5-də 
bitməsini istəmişdir. Lakin Ankara Ermənistanın bu protokollardan oktyabrın 7-9-da Kişinyovda MDB-nin dövlət 
başçılarının zirvə toplantısı çərçivəsində keçirilən Əliyev-Sərkisyan görüşündə Azərbaycana təzyiq vasitəsi kimi 
istifadə etmək niyyətini başa düşmüş və elə ona görə də buna yol verməmək üçün protokolların Əliyev-Sərkisyan 
görüşündən sonra imzalanmasını istəmişdir”. Murat Yetkin. Ermenistan ile Pratakolun Perde Arkası, Radikal. 
(02.09.2009) 


30 
 
böhran  yaşandı.  Belə  ki,  Ermənistan  tərəfi  imza  mərasimindən  sonrakı  mətbuat 
açıqlaması  mətninə  “protokolların  ilkin  şərt  olmadan  həyata  keçirilməsi”  cümləsini 
əlavə  etdirmək  istədi.  Türkiyə  tərəfi  isə  öz  mətnində  dolayı  yolla  Dağlıq  Qarabağı 
vurğulamaq niyyətində idi. Lakin Rusiya və ABŞ-dan gələn təzyiqlər nəticəsində bu 
böhran  protokolların  imzalanması  ilə  aradan  qalxdı.  Protokolun  parafikasiyası  üçün 
rəsmi  vasitəçi  İsveçrə  olsa  da,  əslində,  vasitəçinin  ABŞ
36
  olduğuna  dair  çox  ciddi 
iddialar mövcuddur. Cümhuriyyət Xalq Partiyasının (Cümuriyyet Halk Partisi - CHP) 
keçmiş  sədr  müavini  Onur  Öymənin  açıqlamasına  görə,  Türkiyə  ilə  Ermənistan 
arasında  münasibətlərin  normallaşma  prosesinə  ABŞ-ın  Xarici  İşlər  Nazirliyinin 
müşavirlərindən  Devid  L.  Filip  vasitəçilik  etmişdir.  Bu,  Türkiyə  ilə  Ermənistanı 
barışdırmaq  üçün  amerikalı  diplomatın  ilk  cəhdi  deyildi.  Filip  2001-ci  ildə  Türkiyə 
ilə  Ermənistan  arasında  Türk-Erməni  Barışdırma  Komitəsinin  (TARCTurkish-
Armenian  Reconciliation  Comisson)  yaradılmasında  da  vasitəçi  olmuşdur.
37
  O,  bu 
məqsədlə  dəfələrlə  Ermənistanı  və  Türkiyəni  ziyarət  etmişdir.
38
  Əgər  tərəflər 
vasitəçinin  ABŞ  olduğunu  açıqlamış  olsaydı,  xüsusən  Türkiyədə  xalqın  daha  çox 
hissəsi protokolların mətninin qəbuluna qarşı çıxardı. Çünkü həm Əfqanıstan və İraq 
müharibəsi,  həm  də  Buş  dövründə  ABŞ-ın  Türkiyəyə  qarşı  apardığı  siyasət 
səbəbindən türk xalqı ABŞ-a etibar etmir.  
Türkiyə və Ermənistan arasında iki növ protokol parafikasiya olunmuşdu:
39
 bi 
rincisi,  Ermənistan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  diplomatik 
əlaqələrin  qurulması  haqqında  protokol;  ikincisi  isə  Ermənistan  Respublikası  ilə 
Türkiyə  Respublikası  arasında  əlaqələrin  inkişafı  haqqında  protokol.
40
  Sənədlərə 
əvvəlcədən  yerinə  yetirilməsi  nəzərdə  tutulan  tapşırıqlar  üçün  təqvim  də  əlavə 
olunmuşdu.  
Bu  protokollar  iki  tərəf  arasında  bir  çox  sahəni  əhatə  etsə  də,  burada  ən  çox 
müzakirə  mövzusu  üç  məsələ  -  1915-ci  il  hadisələri,  ərazi  bütövlüyü  və  Dağlıq 
                                                           
36
 Melih Aşık. Bakü`de Skandal. Milliyet (04.09.2009). 
37
 Aybars Görgülü. Göstərilən əsəri, s. 19. 
38
 http://www.chp.org.tr/HaberDetayi.aspx?NewsID=192 
39
 Parafikasiya-görüşmələrdə tərəflərin nümayəndələrinin adlarının baş həriflərinin yazması yolu ilə bir müqavilə 
mətninin təyin olunmasıdır. 
40
 Protokolların mətnləri üçün bax: http://www.mfa.gov.tr/sub.tr.mfa?154f9f6d-10d8-444a-b81c-3d28e6f3a92f
 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə