37
- Məlumdur ki, AKP millət vəkillərinin sayı protokolları parlamentdə
təsdiqləmək üçün kifayətdir. Lakin partiya daxilindəki millətçi millət vəkilləri
Qarabağ məsələsi həll olunmadan protokolların TBMM-nin gündəliyinə salınmasına
qarşı çıxır. Bu səbəbdən Baş nazir Ərdoğan “protokolların təsdiqlənməsi üçün
Türkiyədə uyğun şərABt meydana gəlməlidir” açıqlamasını vermişdir. Bu uyğun
şərait Qarabağ məsələsi və Ermənistanın Türkiyəyə qarşı tələblərində dəyişikliklərin
yaşanması- dır. Bundan başqa, AKP daxilindəki kürd əsilli millət vəkilləri də əvvəlcə
“kürd açılımı”nın başa çatdırılmasını istəyir. Çünki “erməni açılımı”na qarşı xalq
arasında mövcud mənfi reaksiya “kürd açılımı”na da mənfi təsir göstərir.
Parlamentdəki AKP-dən olan millət vəkilləri arasında parçalanma təcrübəsi
əvvəllər də yaşanmışdır. Belə ki, 2003-cü il martın 1-də ABŞ-ın İraqa müdaxiləsi
məsələsi ilə bağlı partiya daxilində fikir ayrılığı baş vermişdi. İraqa keçəcək ABŞ
hərbi kontingentinin Türkiyə torpaqlarından istifadə etməsinə dair sənəd AKP
hökuməti tərəfindən dəstəklənsə də, parlamentin müzakirəsindən keçmədi.
Parlamentdəki AKP millət vəkilləri də sənədin əleyhinə səs vermişdi. Türkiyə
hökuməti bu problemin təkrar yaşanmasını istəmir, çünki bunun təkrarlanması
hökumətin xalq arasındakı imicinə böyük zərbə vurar. Lakin hökumət millət vəkilləri
arasındakı bu fikir ayrılığını xarici təzyiqlərə qarşı da istifadə edir.
2. Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ
müzakirələrində istənilən nəticənin əldə olunmaması və Ermənistanın mövqeyini
sərtləşdirməsi.
3. 2009-cu il Türkiyə üçün “açılımlar ili” oldu. AKP Türkiyə üçün iki ənənəvi
problem olan və cəmiyyəti ikiyə bölən kürd və erməni məsələlərinin həlli yönündə
ciddi addımlar atdı. Bu açılım prosesində yaşanan bəzi hadisələrdən sonra AKP
hökuməti seçkilərdə qazandığı səslərin bir qismini itirdi. Açılım prosesində səhvlər
davam edərsə, səs itkisi daha da arta bilər. Digər tərəfdən aparılan sorğular
nəticəsində məlum oldu ki, türk xalqı “kürd açılımı”na “erməni açılımı”na nisbətdə
daha müsbət yanaşır.
4. Türkiyədə hal-hazırda qeyri-rəsmi seçki təbliğatına başlanılmışdır. 2010- cu
il sentyabrın 12-də Türkiyə hökumətinin təklifi ilə konstitusiyaya müəyyən