“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   ...   35

17 
 
Dünya  ictimaiyyətinin  də  diqqətini  çəkən  və  Rusiya  əleyhinərı  ifadələrin  meydana 
gəldiyi bu döyüşdə Türkiyə də vəziyyətə müdaxilə etmişdir. Rusiya Türkiyənin hərbi 
yardım adı altında verdiyi materialların gürcü ordusunu inkişaf etdirərək bu hərəkatın 
başlamasını  təmin  etdiyini  iddia  etmişdir.  Beləcə  Türkiyənin  Cənubi  Osetiya 
hərəkatına bilvasitə dəstəyi eyham edilmişdir.  
2008-ci  il  avqust  döyüşündə  baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  atəşkəsin 
yaradılıb Cənubi Qafqazda sabitliyin təmin edilməsi məqsədiylə Rusiya və Gürcüstan 
tərəflərinə görüşlər tapılmışdır
15
. Bu  məqsədlə  13 avqustda  Moskvaya, 14  Avqustda 
Tiflisə  getmişdir.  Bu  səyahətlərdə  Baş  nazir  Ərdoğan  Türkiyənin  Gürcüstanın  ərazi 
bütövlüyünə  duyduğu  hörməti  ifadə  edərək,  BMT  Təhlükəsizlik  Şurasının  də 
təsdiqlədiyi  Gürcüstan  sərhədlərinin  qorunmasından  yana  olduqlarını  ifadə  etmişdir. 
Eyni  zamanda  qarşıdurmalardan  sonra  çətin  vəziyyətə  düşən  gürcü  xalqına  yardım 
etmək  məqsədiylə  Qızılay  dəstəyi  veriləcəyini  söyləmişdir.  Ancaq  baş  nazir 
Ərdoğanın  ən  böyük  ifadəsi  Qafqazda  yaradılacaq  bir  sabitlik  və  əməkdaşlıq 
platformasıdır.  Tiflisdəki  danışıqlarında  Ərdoğan  mövzuya  Rusiyanın  da  isti 
baxdığını  ifadə  etmiş,  məqsədlərinin  Qafqazda  sülhü  təsis  edib,  regional  sabitliyi 
yaratmaq olduğunu açıqlamışdır.
16
 
Avqust  müharibəsində  yaşanan  bir  digər  hadisə  Gürcüstana  yardım  aparmaq 
istəyən iki Amerika xəstəxana gəmisinin Montre boğazlar müqaviləsinə uyğun olaraq 
boğazlardan  keçişinə  icazə  verilməməsi  olmuşdur.  Bu  mövzu  türk-amerikan 
əlaqələrində  də  qısa  davamlı  bir  böhrana  yol  açmışdır.  Ancaq  Türkiyə  burada 
Gürcüstan  ərazi  bütövlüyünü  müdafiə  edib,  Tiflis  rəhbərliyinə  dəstəyini  təqdim 
edərkən, əhəmiyyətli bir ticarət ortağı olan Rusiya ilə də əlaqələrini pozmamaq adına 
tarazlıq siyasəti izləmişdir. Amerika gəmiləri Montre konvensiyasının uyğun qaydada 
olmadığı  səbəbiylə  boğazlardan  keçirilməmişdi.  Haqqında  gedən  mövzuyla  əlaqəli 
qanunvericiliyə  görə  Qaradənizə  sahili  olmayan  ölkələrin  Qaradənizdə  eynivaxtlı 
olaraq  ümumilikdə  saxlaya  biləcəkləri  donanma  gəmilərinin  ümumi  ağırlığı  45  min 
ton  ola  biləcək.  Ancaq  Vaşinqton  rəhbərliyinin  Gürcüstana  göndərmək  istədiyi 
                                                           
15
 E. Fuat Keyman ve Ziya Öniş, Turkish Politics in a Changing World, İstanbul Bilgi University Publications, İstanbul, 
2008. 
16
 Independent International Fact-Finding Mission on the Confl ict in Georgia, Report, Eylül 2009



18 
 
xəstəxana  gəmilərinin  yalnız  bir  dənəsi  belə  69  min  tonu  aşır.  Eyni  zamanda 
Amerikanın  boğazlardan  gəmilərini  keçirməsi  üçün  ən  az  8  gün  əvvəldən  Türkiyə 
rəhbərliyinə  bir  bəyanat  olması  lazımdır.  Türk  nümayəndələr  bu  dövrdə  Amerika 
tərəfindən  mövzuyla  əlaqədar  belə  bir  bildiriş  almadıqlarını  açıqlamışdır.  Ancaq 
irəliləyən zamanlarda prosedurların uydurulma şərtiylə Türkiyə boğazlardan Amerika 
gəmilərinin keçməsinə icazə vermişdir.
17
 
Türkiyə  də  Qafqaz  sabitlik  və  əməkdaşlıq  platformasını  ortaya  qoyaraq  həm 
Rusiya-Gürcüstan  böhranında,  həm  də  Qafqazda  ola  biləcək  başqa  böhran  problem 
dərinləşməyə  bir  çözüm  olmasını  ya  da  həll  üçün  mühitin  təmin  edilməsini  istəyir. 
Türkiyənin  Qafqaz  siyasəti  baxımından  mövzunun  çox  istiqaməti  vardır.  Türkiyə 
həm  ümumi  xarici  siyasət  xəttindən  həm  də  Gürcüstanın  enerji  layihələrindəki 
mövqeyindən  ötrü  bu  ölkənin  ərazi  bütövlüyünü  müdafiə  etmişdir.  Ancaq  Abxaziya 
və  Cənubi  Osetiyanın  ayrılması  hər  nə  qədər  Gürcüstan  tərəfindən  tanınmasa  da 
Gürcüstanın  onsuz  da  idarəsinin  olmadığı  bu  torpaq  parçalarının  yükündən  xilas 
olması mənasını verməkdədir.  
Qafqazda  baş  verən  yeni  tarazlıqlar  Türkiyəyə  qlobal  siyasətdə  rol  oynama 
fürsəti təqdim etməklə birlikdə yeni təhlükəsizlik risklərini də özü ilə gətirməkdədir. 
Rusiyanın  rahatlıqla  Gürcüstanın  bir  limanına  girməsi  Qaradənizin  təhlükəsizliyinə 
istiqamətli  müzakirələrini  yenidən  gündəmə  daşıyacaq.  Bu  mövzuda  Türkiyə 
baxımından  Qaradənizdə  risklər  olmaqla  birliklə  ciddi  bir  təhdidin  olmadığı  bir 
vəziyyət  vardır  və  Türkiyə  Qaradəniz  üçün  irəli  sürdüyü  mexanizmlərin  bu  bölgədə 
təhlükəsizlik  üçün  kafi  olduğu  fikirindədir.  ABŞ  və  bəzi  ölkələr  xüsusilə  Rusiyanın 
bölgə  ölkələrindəki  etnik  mübahisələri  istifadə  ölkələrin  daxili  işlərinə  qarışma 
siyasətinə qarşı da Qara dənizdə güclü yeni quruluşun yaradılmasını istəyirlər.. Qara 
dənizdə  bir  təhlükəsizlik  boşluğu  (security  vacuum)  olduğu  düşüncəsiylə  Aralıq 
dənizində  terrorla  və  cinayətlərlə  mübarizə  çərçivəsində  fəaliyyət  göstərən  NATO 
gücünün  vəzifə  sahəsinin  Qara  dənizi  də  əhatə  edəcək  şəkildə  genişləndirilməsini 
istəyən ABŞ bu mövzuda Rumıniya və Bolqarıstandan dəstək görməkdədir. Türkiyə 
Qara dənizdə təhlükəsizlik məqsədi olaraq 2001-ci ildə Qara dəniz Dəniz əməkdaşlıq 
                                                           
17
 Amnesty International, Civilians in the Line of Fire: Th e Georgia-Russia Confl ict, London, 2008. 


19 
 
dəniz vəzifə qrupunun (BLACKSEAFOR) qurulmasına liderlik etmişdir. Qara dəniz 
Deniz  əməkdaşlıq  dəniz  vəzifə  qrupu  sahilyanı  ölkələrin  axtarış  və  xilasetmə  işləri 
yanında  qeyri-qanuni  dəniz  trafiki  və  asimmetrik  təhdidlərlə  mübarizədə  bir  vasitə 
olaraq meydana gətirdikləri quruluşdur. Türkiyə tərəfindən 2004-ci ildə başladılan bir 
cəhd də Qara dəniz Uyğunlaşma hərəkatı (Operation Black Sea Harmony) dır. 2006-
ci  ilin  sonuna  qədər  Türkiyənin  icra  etdiyi  hərəkata  27  dekabr  2006-cı  il  tarixində 
Rusiya  Federasiyası  da  qatılmışdır.  Bu  hərəkatın  vəzifəsi  qeyri-qanuni  fəaliyyətlərə 
qarışdıqlarından şübhə duyulan ticarət gəmiləri təsbit etmək və izləməkdir. 
Rusiya  Qərbə  qarşı  enerji  sahəsində  fəal  mövqeyi  itirməmək  üçün  enerji 
qaynaqlarına  sahib  ölkələr  ilə  bu  qaynaqların  öz  torpaqlarından  beynəlxalq  sahəyə 
daşınması  üçün  müqavilələr  bağlamışdır.  Rusiyada  Qafqaz  və Orta  Asiyada  Qərbin 
dəstəklədiyi  layihələrə  qarşı  cəhdlər  edilir.  Məsələn,  Bakı-Tiflis-Ceyhan  neft  boru 
xəttinə  Qazaxıstan  neftinin  də  daxil  olmasına  maneə  törətmək  üçün  Rusiya 
Qazaxıstan  ilə  Tengiz  hövzəsindəki  neftin  mövcud  boru  xəttinin  tutumunun 
yüksəldilərək  Rusiyanın  Novorosisk  limanına  daşınmasını  ehtiva  edən  bir  razılaşma 
imzalamışdır. 
18
Yenə Rusiya Türkiyənin də dəstəklədiyi və qABaqcıllarından olduğu 
Xəzərdən  keçən  təbii  qaz  boru  xətti  ilə  Türkmənistan  qazının  Azərbaycan  qazı  ilə 
birlikdə  Türkiyə  üzərindən  Avropaya  çatdırılması  layihəsi  olan  NABUCCO-ya 
maneə  törətməyə  yönəlik  bir  müqaviləni  Türkmənistan  ilə  imzalamışdır.  Türkiyə 
Azərbaycan  və  Türkmənistan  qazlarının  torpaqları  üzərindən  dünyaya  açılmasını 
istəyir  və  Rusiya-Qərb  əlaqələrinin  gərginləşməsi  Türkiyənin  dəstəklədiyi  layihələri 
ön plana çıxarır. Bu çərçivədə NABUCCO layihəsi də yenidən gündəmə daşınmışdır. 
Azərbaycan qazının Türkiyə üzərindən Yunanıstana çatdırılması üçün təməli 2005-ci 
ildə  atılan  boru  xəttinin  18  noyabr  2007-ci  il  tarixində  açılması  da  həm  Türkiyə-
Azərbaycan  əlaqələri  baxımından  həm  də  Türkiyənin  bölgə  enerji  qaynaqlarının 
daşınmasında tranzit rol oynaması baxımından əhəmiyyətlidir.
19
 
                                                           
18
 MERT O. 2004: Türkiye’nin Kafkasya Politikası ve Gürcistan, s.160., İstanbul 
19
 Gareth Winrow, Turkey, Russia and the Caucasus: Common and Diverging Interests, Chatham House, Briefi ng 
Paper, Noyabr 2009 
 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə