“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   ...   35

11 
 
oynaya  biləcəyi  rolu  layiqincə  göstərir.  Bu,  Azərbaycan  və  Xəzər  dənizi  qazının 
Türkiyə  vasitəsilə  Avropa  bazarlarına  çatdırılmasının,  yəni  Cənub  qaz  koridorunun 
önünü  açıb.  Yaxın  gələcəkdə  Azərbaycan  qazı  Türkiyə  vasitəsilə  Avropa  bazarına 
çatdırılacaq.  İki  ölkənin  qarşılıqlı  sərmayələri  böyük  rəqəmlərlə  ifadə  olunur. 
Türkiyənin  Azərbaycandakı  sərmayələri  6,5  milyard  dollar  məbləğindədir.  Qardaş 
Azərbaycanın Türkiyədəki sərmayələri 4 milyard dollardır. 2011-ci il oktyabrın 25-də 
İzmir-Aliağada  “SOCAR”-ın  5  milyard  dollarlıq  böyük  bir  sərmayəsinin  -  yeni  bir 
neftayırma zavodunun təməli qoyulub.
8
 
Mövcud  qloballaşan  dünyada  ən  optimal  çıxış  yolu  regional  əməkdaşlığın 
gücləndirilməsi,  qarşılıqlı  faydalılıq  prinsipi  əsasında  yeni  siyasi  və  iqtisadi 
münasibətlərin  qurulmasındadır.  Azərbaycan  və  Türkiyə  arasında  münasibətlərin 
inkişaf  tendensiyası  buna  ən  gözəl  nümunədir.  2011-ci  ilin  noyabrına  qədər  olan 
məlumatlara  görə,  iki  qardaş  ölkə  arasındakı  ümumi  ticarət  dövriyyəsi  1,4  milyard 
dollar təşkil edib. İl ərzində türk iş adamlarının Azərbaycan iqtisadiyyatına yatırdığı 
investisiyanın həcmi 2 milyard dolları keçib. Bu gün bir sıra Azərbaycan şirkətləri, o 
cümlədən  Azərbaycan  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  Türkiyə  iqtisadiyyatının 
müxtəlif sahələrinə vəsait yatırır və öz fəaliyyət sferalarını genişləndirir. ARDNŞ-in 
yatırdığı vəsaitin həcmi təqribən 5 milyard dollar təşkil edir. 
Hərbi  sahədə  əməkdaşlıq  2010-cu  il  avqustun  16-da  imzalanan  “Strateji 
tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilədən sonra yeni mərhələyə qədəm 
qoyub. Qeyd etmək lazımdır ki, hərbi silah və sursatın birgə istehsalı dinamik inkişaf 
edən  qarşılıqlı  münasibətlərin  məntiqi  nəticəsidir.  Bu,  Azərbaycanın  hərbi  sənaye 
kompleksinin inkişafına təkan verəcək və ölkənin hərbi qüdrətinin artmasına kömək 
edəcək. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional 
geosiyasətin  əsas  aktorlarına  çevirmişdir.  Həyata  keçirilən  enerji  layihələri 
Azərbaycanın dəstəyi və fəal iştirakı sayəsində mümkün olub.
9
 Türkiyədən keçən neft 
və qaz kəmərləri vasitəsilə Azərbaycan həm enerji resurslarını dünya bazarına çıxarır, 
həm  də  Mərkəzi  Asiya  ölkələrinin  təbii  sərvətlərinin  daşınması  üçün  tranzit  rolunu 
                                                           
8
 Baskın Oran “Türk dış politikası” III cild (2001-2012), İstanbul 2013, s. 482 
9
 Bülent Aras, “Azerbaycan ile Yeniden,” Sabah, 01. 07. 2009; “Azərbaycan Türkiyə üçün ən önəmli strateji 
tərəfdaşdır,” Erişim tarihi 12.06.2009
 


12 
 
oynayır.  Azərbaycan  və  Türkiyə  arasında  qarşılıqlı  inam  və  etibar,  dostluq  və 
qardaşlıq belə qlobal layihələrin həyata keçirilməsinə imkan verən əsas amildir. Onlar 
Avropanın  enerji  təhlükəsizliyinin  mühüm  elementləridir.  Bakı-Tbilisi-Qars 
dəmiryolu  xəttinin  çəkilməsi  və  yaxın  gələcəkdə  istifadəyə  verilməsi  tarixi  İpək 
Yolunun bərpa edilməsini və regionun yeni nəqliyyat dəhlizinə çevrilməsini nəzərdə 
tutur.  Regionun  gələcək  inkişafı  üçün  zəruri  olan  bu  layihə  iki  tərəf  arasında 
daşınmalarda  mövcud  çətinlikləri  aradan  qaldıracaq.  Bu  gün  çoxsaylı  azərbaycanlı 
tələbə  kontingenti  Türkiyə  Respublikasındakı  sayı  durmadan  artır.  Təhsil  sahəsində 
əlaqələrin  genişlənməsi  isə  öz  növbəsində  hər  iki  ölkənin  gəncləri  arasında  sıx  və 
faydalı münasibətlərin formalaşmasına rəvac verir. Bütün bu nailiyyətlər hər iki tərəfi 
daha sıx və səylə fəaliyyət göstərməyə həvəsləndirir. Eyni zamanda, son illər ərzində 
hər iki dövlətin beyin mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələri də qurulub. Belə 
əməkdaşlığın bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji 
araşdırmalar  mərkəzi  ilə  Türkiyənin  bir  sıra  beyin  mərkəzləri,  xüsusilə  Xarici  işlər 
nazirliyi yanında Strateji araşdırmalar mərkəzi ilə aktiv surətdə həyata keçirilən birgə 
layihələrin  sayının  durmadan  artmasıdır.  Bu  isə  vahid  ekspert  məkanının  qlobal 
çağırışlara  qarşı  ümumi  fəaliyyət  strategiyasının  formalaşması  üçün  zəmin  yaradır. 
Elmi  münasibətlərin  və  əlaqələrin  təkmilləşdirilməsi  bundan  sonra  da  yüksələn  xətt 
üzrə  davam  etməli,  yeni  uğurların  əldə  edilməsi  üçün  birgə  səylər  daha  da 
artırılmalıdır. 
Türkiyə  ilə  Azərbaycan  arasında  bütün  sahələrdə  operativ  qarşılıqlı  müşavirə 
və ünsiyyət mövcuddur. 2010-cu il avqustun 16-da Türkiyə Respublikanın Prezidenti 
cənab  Abdullah  Gülün  Azərbaycana  səfəri  zamanı  “Strateji  tərəfdaşlıq  və  qarşılıqlı 
yardım haqqında” Müqavilənin imzalanması ənənəvi ortaqlığın, həmrəyliyin, əzm və 
möhkəmliyin  təbii  nəticəsidir. Strateji  əməkdaşlıq səviyyəsində olan  əlaqələrin daha 
da  möhkəmlənməsini  təmin  etmək  məqsədilə  2010-cu  ildə  keçirilən  Türkdilli 
Ölkələrin  Dövlət  Başçılarının  İstanbul  Sammiti  zamanı  Türkiyə-  Azərbaycan  Ali 
Strateji  Əməkdaşlıq  Şurasının  yaradılmasına  dair  ortaq  fikir  yaranıb.  Şuranın  ilk 
toplantısı 2011-ci  il  oktyabrın 25-də  Azərbaycan  Respublikasının  Prezidenti cənAB 
İlham Əliyev ilə Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın 


13 
 
iştirakı ilə İzmirdə keçirilib. İki qardaş ölkədən 10 nazirin iştirak etdiyi toplantıda 20-
yə yaxın sənəd imzalanıb, ikitərəfli əlaqələr geniş müzakirə olunub.  
Türkiyə  ilə  Azərbaycan  arasında  beynəlxalq  və  regional  platformalarda 
mövcud  olan  əməkdaşlıq  və  həmrəylik  çərçivəsində,  demək  olar  ki,  bütün 
mövzularda 
Türkiyə 
Azərbaycanı,  Azərbaycan  da 
Türkiyəni  dəstəkləyir. 
10
Azərbaycanın  BMT-nin  Təhlükəsizlik  Şurasına  2012-2013-cü  illər  üçün  qeyri-
daimi  üzv  seçilməsinə  Türkiyə  çox böyük  dəstək  verib və  Azərbaycanın beynəlxalq 
təhlükəsizlik və sülhə xidmət edən belə əhəmiyyətli bir vəzifəyə seçilməsindən böyük 
məmnuniyyət  və  qürur  hissi  duyur.  Azərbaycanın  20  il  kimi  qısa  müddətdə  BMT 
Təhlükəsizlik  Şurasına  155  səs  alaraq  qeyri-daimi  üzv  seçilməsi  dünya  ictimaiyyəti 
tərəfindən  təqdirlə  qarşılanıb.  Azərbaycanın  bu  böyük  uğurunu  Azərbaycan  son 
iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə, müstəqilliyin yenidən bərpasının 20-ci 
ildönümü  hədiyyəsi  kimi  qiymətləndirir.
11
  Türkiyənin  2009-2010-cu  illər  arasında 
BMT-də  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvlüyünü  yerinə  yetirməsindən  sonra 
Azərbaycanın  da  2012-2013-cü  illər  üçün  bu  vəzifəni  boynuna  götürməsi  hər  iki 
ölkənin beynəlxalq planda əldə etdikləri nüfuzun göstəricisidir. Əsasən bu nüfuz üçün 
Türkiyə  və  Azərbaycan  müxtəlif  platformalarda  ortaq  fəaliyyət  göstərir.  Məsələn, 
Türkiyə  ilə  Azərbaycan  Asiyada  Əməkdaşlıq və  etimad  yaratma  tədbirlər konfransı, 
türkdilli ölkələrin  Əməkdaşlıq  Şurası, türkdilli  ölkələrin  Parlament  Assambleyası və 
Beynəlxalq  türk  mədəniyyəti  təşkilatı  (TÜRKSOY)  kimi  ortaq  təsis  edilən  regional 
təşkilatlarda  əməkdaşlığı  davam  etdirirlər.  Bundan  başqa,  Türkiyə  NATO-nun  ən 
əhəmiyyətli  üzv  ölkələrindən  biri  olaraq  Azərbaycanla  NATO  arasındakı  əlaqələrin 
inkişaf etdirilməsi üçün hər cür səy göstərir. Türkiyə ilə Azərbaycanın türk dünyası 
üçün  ortaq  fəaliyyətlərinə  xüsusilə  toxunmaq  lazımdır.  2009-cu  ildə  türkdilli 
ölkələrin  Əməkdaşlıq  Şurası  (Türk  Şurası)  qurulub,  Türkdilli  ölkələrin  dövlət 
başçılarının IX Zirvə görüşü Naxçıvanda keçirilib. Naxçıvan sammitində imzalanan 
müqavilə  və  İstanbulda  təşkil  edilən  türkdilli  ölkələrin  dövlət  başçılarının  X  Zirvə 
                                                           
10
 “Azərbaycan Türkiyə üçün ən önəmli strateji tərəfdaşdır.” Erişim tarihi12.06.2009, 
http://www.anspress.com/nid119191.html 
11
 “Türkiye Geriye, Azerbaycana Gayıtdı.” Yeni Müsavat, 14.04.2009. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə