“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”


Partiya  iqtidarının  yeni  olaraq  xarakterizə  edilən  xarici  siyasət  ifadəsinə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   2   3   4   5   6   7   8   9   10   ...   35

20 
 
AK  Partiya  iqtidarının  yeni  olaraq  xarakterizə  edilən  xarici  siyasət  ifadəsinə, 
Türkiyənin tarixi və bu keçmişin gətirdiyi məsuliyyətə vurğulanmış, bu çərçivədə bir 
cür təsir sahəsi yaratmağa çalışılmışdır. Bu sahədə ya da coğrafiya, prioritetli olaraq 
Türkiyənin qonşuları və onu əhatə edən yaxın ətrafıdır. Bu məzmunda xarici siyasət 
prioriteti  olaraq  "qonşularla  sıfır  problem"in  hədəfləndiyi,  təhlükəsizlik-azadlıq, 
demokratiya  tarazlığı,  regional  səviyyədə  xarici  siyasət,  qonşularla  inteqrasiya 
ifadələrin  önə  çıxardıldığı,  bu  hədəfə  çatmaqda  da  "ritmik  diplomatiya"  formasında 
adlandırılan daha girişkən və fəal bir diplomatik yanaşmanın  izlənilməyə çalışıldığı 
görülmüşdür. Ana ox, çox ölçülü bir xarici siyasət izlənilməsi və problem  mərkəzli 
yanaşmadan  həll-mərkəzli  bir  yanaşmaya  keçid  kimi  vurğulanıb.  Bu  yanaşmada bir 
bölgə  olaraq  Qafqaz  ən  azından  avqust  2008-ə  qədər  çox  da  prioritetli  deyildi. 
Prioritet  AB  üzvlüyü  və  Orta  Şərqdəki  inkişaflar  qarşısında  Türkiyənin  mövqeyini 
gücləndirir.  Qafqaz  Türkiyənin  "Asiyaya  açılan  qapı"sı  və  meydana  gəlməyə  yeni 
başlayan Qara dəniz bölgəsi içində bir ana sahə olaraq qiymətləndirilmişdir. Qafqazı 
ara-sıra  önə  çıxardan  digər  başlıqlar  isə  Rusiya  ilə  inkişaf  edən  əlaqələrin  regional 
inkişaflara təsir etməsi, ABŞ-ın bölgəyə yönəlik artan marağının Türkiyəyə təsirləri 
və enerji siyasətinin olmağı idi. 
AK  Partiya  dövrü  xarici  siyasətinin  ümumi  çərçivəsini  təyin  edən  ad  olaraq 
qəbul edilən Əhməd Davudoğlu Qafqazı Türkiyənin "yaxın quru hövzəsində" iştirak 
edən və Balkanlar və Orta Şərqlə birlikdə bu hövzəni təşkil edən alt bölgələrdən biri 
olaraq  xarakterizə  etməkdədir.  Türkiyənin  Qafqaza  baxışında  Azərbaycan 
Davudoğlunun  dəyərləndirmələrində  də  mərkəzi  bir  mövqedədir.  Qafqazda 
Azərbaycan,  Balkanlarda  isə  Albaniya  sabit  və  güclü  bir  regional  mövqe 
qazanmadıqca,  Türkiyənin  hər  iki  bölgədəki  çəkisini  artıra  bilməsi  də,  yaxın  dəniz 
hövzəsi  içində  olmaqla  birlikdə  sərhəd  hadisələri  içində  qalan  Adriatik  və  Xəzərə 
istiqamətli siyasətlər yarada bilməsi də mümkün olmaz. AK Partiya iqtidarının avqust 
2008-ə  qədər  olan  dövründə,  əvvəlki  dövrdən  fərqli  bir  Qafqaz  siyasətinin 
varlığından  bəhs  etmək  olmaz.  2001-ci  ildən  sonrakı  dövrdə  yenə  əvvəlki  dövrə 
bənzər 
şəkildə,  bölgənin  əsas  problemi  xüsusiyyətindəki  dondurulmuş 
anlaşılmazlıqlara  Gürcüstan  və  Azərbaycanın  ərazi  bütövlüyü  çərçivəsində 


21 
 
yanaşılmış,  problemlərin  həllində  yaxşı  niyyət  və  əməkdaşlığı  vurğulayan  baxış 
bucağı  müdafiə  olunmağa  davam  etmişdir.  Regional  əlaqələrin  davamı  üçün 
Gürcüstan-Azərbaycan  oxunun  qorunduğu,  iqtisadi,  siyasi  və  hərbi  bağların 
gücləndirilməyi  çalışıldığı  görülür.  İqtisadi  və  ticarət  əlaqələri  sürətlə  inkişaf 
etdirilmiş,  mədəni  bağlar  qorunmağa  çalışılmış  və  enerji-nəqliyyat  sahəsində 
addımlar atılmışdır.
20
  BTC  neft  boru  xətti  ilə  yanaşı  Bakı-Tiflis-Qars  təbii  qaz  boru 
xətti  inşa  edilmiş,  Qərb  müttəfiqlər  Ermənistanı  kənar  etdiyi    iddiasıyla  qarşı 
çıxmalarına baxmayaraq "Dəmirdən İpək yolu" olaraq da xatırlanan Qars-Tiflis-Bakı 
dəmiryolu  xəttinin  inşası  üçün  cəhdlər  də  olmuşdur.  Bu  dövrdə  Gürcüstan 
dəstəklənmiş və Ermənistan təzyiq altına alınmağa çalışılmışdır. Bu yanaşmanın  əks 
olunması  ilə  paralel  2004-cü  ildə  Acariyada  yaşanan  hadisələrdə  Türkiyənin 
səssizliyini  qoruduğu,  Saakaşvili  rəhbərliyinin  Acariyanın  muxtariyyatı  ortadan 
qaldıran 
yanaşmasına 
mənfi 
bir 
reaksiya 
verilmədiyi 
görülməkdədir. 
Qısacası,tətbiqlərə  və  inkişaflara  baxıldığında  yuxarıda  qiymətləndirilən  ümumi 
tənqidi baxışa baxmayaraq 2008-ə qədər olan dövrdə Türkiyənin Qafqaza istiqamətli 
siyasət və tətbiqlərində əvvəlki dövrlərdən çox fərqli bir mövqe nəzərə çarpmışdır. 
İqtisadi güc mənasında Azərbaycanla  müqayisə olunmayacaq bir ölkə olmaqla 
yanaşı,  Gürcüstanın    2008-ci  ildə    adam  başına  düşən  gəlirin  631  dollardan  2.800 
dollara çatdığı görülür. Türkiyə Gürcüstanın  iqtisadi və ticarət həyatındakı ən önəmli 
ölkə mövqeyindədir. Türkiyə və Gürcüstan arasında 1992-ci ildə 17.8 milyon dollar 
olan  ümumi  ticarət  həcmi  2008-ci  ildə  1  milyondan  520  milyon  dollar  səviyyəsinə 
çatmışdır.  Türkiyənin  2005-ci  ildən  etibarən  Gürcüstanın  iqtisadi  həyatında  17% 
payla  Rusiyanın  ardından  ikinci  böyük  ortaq  mövqeyi  2006-cı  ildə  birinciliklə  yer 
dəyişdirib.
21
  Gürcüstan,  Türkiyənin  köhnə  Sovet  coğrafiyasında  iqtisadi  və  ticarət 
əlaqələrində  Rusiya  Federasiyasından  əvvələ  keçə  bildiyi  yeganə  köhnə  Sovet 
respublikasıdır. Eləcə də bunun xaricində 2006-cı ilin axırında yekunlaşdırılan Bakı-
Tiflis-Ərzurum  və  ya  Cənubi  Qafqaz  təbii  qaz  xətti, Bakını da  əhatə  edəcək  şəkildə 
genişləndirilən  Qars-Tiflis  dəmiryolu  layihəsi,  Çoruh  çayı  üzərindəki  Deriner 
                                                           
20
 
Turkey´s Political Relations With Georgia
http://www.mfa.gov.tr/turkey_s-political-relations-with-georgia.en.mfa
, 02.07.2011.
 
21
 Турция и Грузия упрощают правила пересечения границ – 
МИД,http://newsgeorgia.ru/politics/20110212/213730960.html, 03.07.2011 


22 
 
hidroelektrik stansiyası və Tiflis beynəlxalq hava limanı layihəsi kimi ortaq layihələr 
Gürcüstanı iqtisadi baxımdan Türkiyəyə yaxınlaşdırmışdır.  
Qafqaz  Türkiyə  üçün  əhəmiyyətli  fürsətlər  təqdim  edən  və  Türkiyənin  qlobal 
siyasətdə  təsirli  olmasının  bir  vasitəsi  ola  biləcək  olan  bölgədir.  Qlobal  siyasətlər 
baxımından enerji mövzusu ön plana çıxmaqdadır. Xüsusilə Qərb baxımından, enerji 
təhlükəsizliyi  baxımından  bölgə  enerji  qaynaqlarının  qısa  zamanda  Qərbə 
çatdırılması və Rusiyaya olan asılılığın azaldılması əhəmiyyət daşımaqdadır. Qafqaz 
ölkələrinin  sabitliyi  və  Orta  Asiya  ilə  əlaqələri bu  nöqtədə  əhəmiyyət  daşımaqdadır. 
Türkiyə Azərbaycan və Gürcüstan ilə olan əlaqələriylə bu mövzuda ən təsirli regional 
gücdür.
22
  Qafqazdakı  güc  mübarizəsiylə  bəslənən  təhlükəsizlik  problemlərində 
Rusiya hərbi mənada bölgədəki fəaliyyətini davam etdirmə və bu yolla təzyiq etmək 
siyasətini tətbiq edir. Rusiya baxımından Ermənistan ilə olan əlaqələri və bu ölkədəki 
hərbi  varlığı  daha  da  əhəmiyyət  qazanmışdır.  Türkiyə  Gürcüstan  və  Azərbaycanın 
Qərb  ilə  yaxınlaşması  və  təhlükəsizlik  sisteminə  inteqrasiyasında  əhəmiyyətli  rol 
oynamaqdadır.  ABxaziya  və  Cənubi  Osetiyanın  Gürcüstandan  ayrılmasıyla 
Gürcüstanın  iki  bölgə  ilə  əlaqədar  so-runun  da  həll  vc  qalan  torpaqları  üzərində 
Gürcüstanın  bütünlük-günüm  qorunması  və  demokratikləşməsi  Türkiyə  tərəfindən 
dəstəklənəcəkdir.  Türkiyənin  bölgəyə  istiqamətli  siyasətində  enerji  təhlükəsizliyi 
əhəmiyyətli bir yer tutmaqdadır. NABUCCO layihəsi daxil enerjinin torpaqlarından 
keçməsi  Türkiyənin  enerji  təhlükəsizliyinin  zəmanəti  olacaq.  Bunun  gerçekləşməsi 
üçün  isə  Qafqazdakı  siyasi  sabitliyin  davamlılığı  lazımlıdır.  Türkiyə  bölgəyə 
istiqamətli  siyasətinin  formalaşmasında  enerji  təhlükəsizliyi  və  siyasi  sabitlik 
faktorlarını nəzərə etməkdədir. 
 
1.2
 
 XXIəsrin əvvəllərində Türkiyə-Ermənistan münasibətləri 
Türkiyə 2002-ci ildən sonra Ermənistan siyasətindəki bu dəyişikliyə “iki dövlət 
arasında  münasibətlərin  normallaşması”  adını  verdi.  “Normallaşma”  Ədalət  və 
İnkişaf  Partiyasının  (Adalet  və  Kalkınma  Partisi  (AK  Parti)  təşkil  etdiyi  hökumətin 
                                                           
22
 Georgia-Turkey relations set an example, http://www.turkishweekly.net/news/2418/ georgia-turkey-relations-set-an-
example. html, 21 January 2005 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə