“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   27   28   29   30   31   32   33   34   35

94 
 
bir çox təminat verərək motorsuz döyüş gəmisi Varyagın türk boğazlarından keçişini 
təmin  etmişdir.  Çinin  keçid  üçün  vəd  etdiyi  2  milyon  turist  Türkiyəyə  heç 
gəlməmişdir.  Yaponiya  və  ABŞ-ın  Varyagın  irəlidə  Çin  tərəfindən  bir  təyyarə 
gəmisinə  dönüşdürüləcəyi  və  buna  görə  keçişinə  icazə  verilməməsi  istiqamətindəki 
xəbərdarlıqlarını  Türkiyə  nəzərə  almamışdı.  Çinin  2008-ci  ildə  Varyangı  döyüş 
gəmisinə  çevirməsi  Türkiyəni  yalnız  beynəlxalq  sahədə  çətin  vəziyyətə  soxmaqla 
kifayət etməmiş, Qaradənizə sahili olmayan üçüncü ölkə döyüş gəmilərinin keçişinə 
məhdudiyyət  gətirən  Montre  konvensiyasının  pozulması  nöqtəsində  Ankaranın 
mövqeyini  zəiflədən  bir  əmsal  təşkil  etmiştir.  Hər  nə  qədər  Varyagın  Türk 
boğazlarından keçişi əsnasında mühərriki sökülmüş də olsa daha sonra bənzər keçid 
tələbləri  nöqtəsindəTürkiyəni  çətinliyə  soxma  ehtimalı  yüksəkdir.  Bu  dövrdə  üst 
səviyyə  əsgəri  təmasların  isə  nizamlı  bir  şəkildə  davam  etdiyi  görülməkdədir.  Hava 
qüvvələri  komandiri  general  İbrahim  Fırtına  may  2005-ci  ildə  Çini  ziyarət  etmişdir. 
Görüşmələr  əsnasında  türk  tərəfi  Çinlə  orta  mənzilli  hava  müdafiə  sistemləri  ilə 
kosmos texnologiyası mövzusunda əməkdaşlıq etmə tələbini çatdırmışdır. Türk tərəfi 
ayrıca  kosmosda  yer  stansiyaları  qurma,  peyk  atma  və  kəşf  kimi  mövzularda 
əməkdaşlığı inkişaf etdirmək arzusunu vurğulamışdır. Çin hava qüvvələri komandiri 
general Ciao Çingçenin 2006-cı i oktyabrdakı Türkiyə ziyarəti sərhəddi arasında yenə 
Türk  Hava  Qüvvələrinin  hava  müdafiə  tenderi  ilə  birlikdə  kosmos  sahəsində 
əməkdaşlıq  mövzuları  görüşülmüşdür.  Hava  Qüvvələri  komandiri  general  Aydoğan 
BABaoğlu 2008-ci ilin aprel ayında Çinə bir gerii ziyarət reallaşdırmışdır. BABaoğlu 
ilə  görüşündə  Çin  Müdafiə  naziri  Liang  Guanglie  türk  hökumətinin  Çinin  torpaq 
bütövlüyünü  qorumaq  üçün  göstərdiyi  səylərə  təşəkkür  etmişdir.    Dövlət  naziri  və 
Baş  nazir  köməkçisi  MəmmədAli  Şahin  2007-ci  iin  aprelində  Pekində  2002-ci  ildə 
əldə edilmiş ictimai rəhbərliyi və insan qaynaqlarının inkişaf etdirilməsi sahələrində 
əməkdaşlığı  təşkil  razılaşmanın    müddətinin  uzadılması  üçün  edilən  imza 
mərasimində iştirak etmişdir.  
 Xarici ticarətdən məsul Dövlət Naziri Kürşad Tüzmen  2006, 2007 və 2008-ci 
illərdə  Çinə  rəsmi  ziyarət  reallaşdırmışdır.  Bu  səfərlər  türk  heyətinin  prioritetli 
gündəm  maddəsi  ikitərəfli  ticarətdə  Türkiyə  əleyhinə  artmaqda    olan  açığın 


95 
 
tarazlanması  ilə  türk  iş  adamlarının  Çin  bazarına  daha  təsirli  girməsi 
olmuşdur. SentyABr  2007-ci  danışıqlarda  iki  ölkənin  texnologiya  sahəsində 
əməkdaşlığa  getməsi  və  Türkiyənin  bor  mədənlərinin  işlənməsi  xüsuslarında 
müşavirələrdə  iştirak  etmişlər. SentyABr  2008-ci  ildəki  danışıqlara  Çin  tərəfinin 
Türkiyədəki  nüvə  stansiya  hərraclar  girmə  təklifi  damğasını  vurmuşdur.  Yenə  bu 
ziyarət  əsnasında  nazir  Tüzmen,  Urumçi  Beynəlxalq  Ticarət  Sərgisinə  qatılmışdır. 
Dövlət  naziri  Mehmet  Şimşək  də  TÜSİAD  Pekin  bürosunun  açılışını  etmək  üçün 
noyabr  2007-ci  ildə  Çini  ziyarət  etmişdir.  Çin  Parlament  nümayəndə  heyətinin  9 
noyabr 2009-cu ildə Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət etmişdir. 
102
 
 Prezident baş katibi Mustafa İsenin başçılıq ürk heyəti 28 noyabr 2009-cu ildə 
Şərqi Türkistanın Qaşqar şəhərinin Opal kəndindəki Kaşğarlı Mahmudun türbəsində 
həyata  keçirilən  mərasimdə  iştirak  etmişdir.  YUNESKO-nun  2008  ilini  Kaşğarlı 
Mahmud  ili  elan  etməsi  səbəbindən  dünyanın  müxtəlif  yerlərində  müxtəlif  konfrans 
və  simpoziumlar  təşkil  edilmişdi.  Bütün  bu  ziyarət  trafikinə  baxmayaraq  Türkiyə 
özünü maraqlandıran çox problemdə Çindən heç dəstək bilməmişdir. Hətta Kosovo, 
Bosniya-Herseqovina,  Kipr,  QarABağ  problemlərində  Çin,  Türkiyənin  tezislərinə 
tam  zidd  istiqamətdə  hərəkət  etmiştir.  Türkiyənin  Şimali  İraqla  çətinlik  yaşadığı  bir 
dövrdə, Çin rəhbərliyinin 2003-cü ildə Amerika işğalının başlamasından dərhal sonra 
Kürdüstan  regional  yola  qurumla  çox  yaxın  əlaqə  qurması,  ikitərəfli  əlaqələrdə  bir 
güvən  problemi  doğurmuşdur.Pekin  Türk  SilahlıQüvvələrinin  PKK  fəaliyyətlərini 
əngəlləmək üçün iyun 2007-ci ildə Şimali İraqa hərbi hərəkattənzimləməsinə açıqca 
qarşı olduğunu bildirmişdir.  
Türkiyənin  Şanxay  Əməkdaşlıq  Təşkilatına  (ŞƏT)  tam  və  ya  ən  azından 
müşahidəçi üzv olması nöqtəsində Çinin geyindiyi mənfi tutum da diqqət çəkicidir. 
ŞƏT-in digər böyük üzvü olan Rusiya Türkiyənin müşahidəçi üzvlüyünə isti baxdığı 
halda,  Çin  mövzuya  uzun  müddət  mənfi  yaxınlaşmışdır.    2012-ci  ilin  iyun  ayındakı 
ŞƏT zirvəsində Türkiyənin Dialoq Tərəfdaş olaraq qəbul edilməsiylə bu mövzudakı 
çətinlik  qismən  asılmışdır.  Prezident  Abdullah  Gülün  iyun  2009-dakı  Çin  ziyarəti 
                                                           
102
 
“Chinese President Meets Turkish Parliament Speaker” People’s DABly 18 Şubat 2007 
http://english.people.com.cn/english/200004/20/eng20000420_39287.html
 


96 
 
əsnasında iqtisadi və siyasi baxımdan əlaqələr bütün olaraq müzakirə yatırdılmışdır. 
İqtisadi  sahədə  Ankara,  xarici  ticarətdəki  açığın  Çinin  Türkiyədə  edəcəyi 
investisiyalar,  çinli  turistlərin  Türkiyə  istiqamətləndirilməsi  ilə  Türkiyə-Çin 
ortaqlıqlarının üçüncü ölkələrdə əməkdaşlığa getməsi bacarığıyla tarazlanması tələb 
olunmuşdur. 
Siyasi  sahədə  isə  regional  və  beynəlxalq  mövzularda  iki  ölkənin  mümkün 
qədər  əməkdaşlıq halında olması, Türk  heyətinin  prioritetli gündəm  maddəsiydi. Bu 
nöqtədə  uyğurların  bir  dostluq  körpüsü  olması  lazım  olduğu  vurğusuda  prezident 
Gülün həm Pekin, həm də Urumçidəki təmaslarında ən üst səviyyədə vurğulanmışdır.
 
Bununla birlikdə prezidenti Gül və onu müşayiət edən türk heyətinin 29 iyun 2009-cu 
ildə  Urumçidə  ayrılmasından  qısa  bir  müddət  sonra  5  iyul  2009-cu  ildə  yenə 
Urumçidə hadisələrin başverməsi, Türkiyə-Çin əlaqələrinin yumşaq qarınından zərbə 
almasına  gətirib  çıxarmışdır.  Türkiyə  həm  cəmiyyət,  həm  də  dövlət  səviyyəsində 
Urumçi hadisələrinə ən sərt reaksiya göstərən ölkə olmuşdur. Baş nazir Rəcəb Tayyib 
Ərdoğan,  Urumçi  hadisələri  bağlı  olaraq  "sanki  soyqırım"  reaksiyasını  edərək  Çinə 
dünyada  ən  sərt  reaksiyanı  göstərən  ən  üst  səviyyə  dövlət  səlahiyyətlisi  olmuşdur. 
Dünyadan    heç  bir  ciddi  bir  reaksiya  yüksəlmədiyi  halda  Türkiyədən  bu dərəcə  sərt 
və  sıx  reaksiyaların  gəlməsinə  Çin  rəhbərliyi,  alt  səviyyədə  və  aşağı  tonda  cavAB 
vermişdir. Çin Xarici işlər nazirinin müavini ZhAB Jun, Urumçidə yaşananlar üçün 
baş  nazir  Ərdoğanın  istifadə  etdiyi  "qırğın"  və  "soyqırım"  kimi  ifadələri 
"məsuliyyətsizcə şərhlər "deyərək tənqid və Türkiyə ilə zədələnən əlaqələrin yenidən 
relsinə  oturtulmasına  əhəmiyyət  verdiklərini  vurğulamışdır.  Türkiyənin  bu  nöqtədə 
təməl  qayğısı,  dünyanın  heç  bir  ölkəsinin  Urumçi  hadisələri  üzündən  Çinlə 
əlaqələrini pozmaq istəmədiyi bir mühitdə yalnız qalmaq olmuşdur.
103
 Eyni zamanda 
Türkiyənin  Çinlə  münasibətlərini  pozması,  daha  sonra  uyğur  türkləri  üçün  təşəbbüs 
almasını  da  çətinləşdirə  bilərdi.    Pekin  səfiri  Murat  Esenli  Türkiyənin  Çinin  daxili 
işlərinə  qarışma  kimi  bir  rəftarının  olmadığını  və  iki  ölkə  əlaqələrinin  inkişafını 
istədiklərini  dəfələrlə  vurğulamışdır.  Eyni  zamanda  xarici  işlər  naziri  Əhməd 
                                                           
103
 
“Turkish President Meets China’s CPPCC ChABrman” People’s DABly 2 Şubat 2007 
http://english.people.com.cn/200105/02/eng20010502_69147.html 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə