“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti”



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix19.10.2018
ölçüsü1,33 Mb.
#74711
1   ...   27   28   29   30   31   32   33   34   35

100 
 
məsələlərdə  Çindən  dəstək  alma  gözləntisidir. 
107
  Halbuki  Çin,  əlaqələrin  sıx  olaraq 
seyr  başladığı  1980-ci  illərdən  etibarən  Kipr,  Ege,  PKK  problemləri  ilə  1990-cı 
illərdə ortaya çıxan QarABağ, Bosniya, Kosovo problemlərində heç bir surətdə türk 
tezislərinə  dəstək  verməmişdir.  Üstəlik  Ankara  və  Pekin,  Ərəb  baharı  ilə  2011-ci 
ildən  sonra  ortaya  çıxan  dövrdə  xüsusilə  Suriya  mövzusunda  ayrı  düşmüşlər.  Çin 
Rusiya  və  İranla  birlikdə  Suriyadakı  Baas  rejimini  dəstəkləməyə  davam  etmişdir 
Türkiyənin Asiya ölkələri və xüsusilə Çinlə etdiyi ticarətdə 80% nisbətində davamlı 
fərq  yaratması  struktur  bir  problemə  işarə  edir.  Çin  və  digər  Şərq  Asiya  ölkələri 
edilən  ticarət,  sektoral  səviyyədə  çox  ətraflı  bir  şəkildə  analiz  edilməli  və  daha  az 
ticarət  açıq  verəcəyimiz  bir  strategiya  inkişaf  etdirilməlidir.  Ticarət  fərqi 
balanslaşdırmaq  üçün  düşünülən  Çinli  firmaların  Türkiyədə  sürətli  qatar,  nüvə 
stansiya  və  dağ-mədən  investisiya  kimi  layihələr  yaxşı  etüd  edilməlidir.  Əvvəlcə 
texnologiya  ağırlıqlı  Çin  sərmayələrinin  Türkiyəyə  texnologiya  transferi 
reallaşdırmasıvə ortaq istehsal etməsi böyük əhəmiyyət daşıyır. İkinci olaraq dünyada 
çox  məşhur bir problem halına gələn immiqrant çinli işçi probleminin Türkiyədə də 
yaşanmamağı  üçün  tədbir  alınması  lazımdır.  Çin  hökuməti  xarici  sərmayələrdə 
mümkün qədər çinli işçi, texnik və mühəndisin məşğulluq edilməsinə səy edir. Buna 
görə dünyanın bir çox ölkəsində on minləri aşan çinli işçi köçü mövcuddur. Bunların 
böyük qismi  çalışdıqları  layihələr bitdiyində  Çinə dönmək  yerinə  o ölkədə  qalmağı 
seçim  edirlər.  Qırğızıstan,  Monqolustan  kimi  Orta  Asiya  ölkələri  hətta  Cənub-Şərqi 
Asiya  və  Afrika  ölkələri  çinli  immiqrantlardan  olduqca  şikayət  edirlər.  Çinin  Şərqi 
Türküstan  mövzusunda  bəzi  müsbət  addımlar  atmağa  başladığı  görülməkdədir. 
Urumçi-İstanbul  təyyarə  səfərlərinin başlaması, türk səlahiyyətlilərin  tez-tez  bölgəni 
ziyarət  etməsi  və  Urumçidə  Türk  sənaye  bölgəsinin  qurulması  istiqamətində 
hazırlıqlar edilməsi müsbət hadisələrdir.  Bununla birlikdə uyğurların siyasi, iqtisadi 
və  mədəni  sahələrdə  yaşadığı  problemlər  hələ  həll  edilə  bilmiş  deyil.  Ankara  bu 
                                                           
107
 
“China, Turkey Should Strengthen Cooperation, Says Chinese Vice-Premier” People’s DABly 21 
Şubat 2007 http://english.people.com.cn/200411/19/eng20041119_164394.html 


101 
 
problemlərin  aradan  qaldırılması  istiqamətində  konstruktiv  bir  şəkildə  cəhdlər 
etməkdə davam etməlidir. 
108
 
Tayvan  probleminə  nəzər  salsaq,  Türkiyə  birbaşa  təyyarə  səfərlərinin 
başlaması  və  vizaların  aradan  qaldırılması  mövzusunda  Çinin  etirazlarını  mütləq 
aşmalıdır.  Dünyanın  26-cı    böyük  iqtisadiyyatı  olaraq  Tayvan  "Chinese  TABpei" 
adıyla  APEC  üzvüdür  və  olimpiadalar  kimi  bir  çox  beynəlxalq  fəaliyyətdə  rəsmən 
təmsil olunur. Çinin Tayvan mövzusunda ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya 
kimi ölkələrdən istəmədiyi şərtləri Türkiyəyə qarşı irəli sürməsi, ikitərəfli əlaqələrin 
gəldiyi nöqtə etibarilə qəbul edilə bilər bir vəziyyət olmayacaq. 
Son  olaraq,  ikitərəfli  əlaqələrdə  əsas  həlledici  olan  və  strategiyanı  inkişaf  etdirən 
tərəfin  kim  olduğu  yaxşı  analiz  edilməlidir.  Əlaqələrin  ümumi  seyrinə  baxıldığında 
həm  siyasi, həm  də  iqtisadi olaraq  Çinin təyin  olunmuş  çərçivə  içərisində irəlilədiyi 
görülməkdədir.  Çin  siyasi  və  iqtisadi  olaraq  Türkiyəyə  görə  dünyada  çox  daha  çox 
ağırlığı  olan  bir  ölkədir.  Bu  səbəbdən  əlaqələrdə  Çinin  Türkiyəyə  görə  daha  təyin 
edici  olması  qaçınılmazdır.  Ancaq  ikili  əlaqələrdə  Türkiyənin  tarazlığı  bir  şəklidə 
təmin etməyi lazımdır. Ankara inkişaf etdirəcəyi qarşı strategiyalarla Çinlə əlaqələrin 
daha  çox  öz  çıxarları  istiqamətində  inkişafını  təmin  etməlidir.  Əks  təqdirdə  Çin 
ikitərəfli  əlaqələrin  inkişafından  ən  çox  faydalanan  tərəf  olaraq  qalmağa  davam 
edəcək. 
 
 
                                                           
108
 http://www.ataum.gazi.edu.tr/pdf/turkiye-cin-halk-cumhuriyeti-iliskilerinde-dogu-turkistan-sorunu-
1236245932.pdf 


102 
 
NƏTİCƏ 
Türkiyə  yerləşdiyi  coğrafi  mövqe  etibarilə  strateji  əhəmiyyətə  sahib  olan  bir 
ölkədir. Regional güc olmaqdan başqa, Türkiyə qonşuları ilə yaxşı əlaqələrdə olmaq, 
onlarla  problemlərini  danışıb  həll  edə  bilmə  qabiliyyətini  inkişaf  etdirmək  istəyir. 
Bunun  üçün  son  10  ildə  "qonşularla  sıfır  problem"  adı  altında  strategiya  inkişaf 
etdirildi.  Ənənəvi  Türk  xarici  siyasətini  nəzərdən  keçirib,  yeni  bir  yanaşma  sınağı 
olan bu layihə, bəzi tətbiq səhvlərilə hədəfindən uzaqlaşaraq xarici siyasətdə yeni bir 
yol,  sınaq  ehtiyacı  ilə  qarşı-qarşıya  qaldı.  AKP  hökuməti  özünə  olan  güvənin 
gətirdiyi  rahatlıq  ilə  hərəkət  etdiyindən,  xarici  siyasətdə  düşdüyü  mövqeyi  bilmədi. 
Vəziyyətin  fərqinə  varanda  da  iş  işdən  keçmiş  oldu.  Bu  özünə  inam  rahatlığı 
içərisində,  "qonşularla  sıfır  problem"  strategiyasını  birdən,  "sıfır  qonşu"  iflasına 
doğru sürükləndi. 
Türkiyənin  hakim  Ədalət  və  İnkişaf  Partiyasının  Baş  Məclisinin  iclasında 
ölkənin yeni prezidenti seçilmiş Ərdoğan AKP başqanlığına namizədin hazırkı xarici 
işlər  naziri  Əhməd  Davudoğlunun  olduğunu  açıqlayıb.  O  bildirib  ki,  partiyanın 
qurultayında başqan seçiləcəyi təqdirdə Türkiyə respublikasını 62-ci hökumətinin baş 
nazirliyinə də namizədləri Əhməd Davudoğlu olacaq.  
Ərdoğan  elə  həmin  iclasdaca  gələcək  baş  nazirin  üzərinə  öhdəliklər  qoyub. 
Bildirib  ki,  hökumətin  Davudoğlunun  idarəçiliyi  ilə  də  prinsipiallığını  qoruyacağına 
inanır və paralel yapı ilə mübarizədə dABm onun yanında olacaq. 
Bəs  Əhməd  Davudoğlunun  rəhbərlik  edəcəyi  hökumət  Türkiyəni  irəli  apara 
biləcəkmi?  AKP-nin  ideoloqlarından  biri  kimi  tanınan  Davudoğlu  ölkəsinin  xarici 
siyasətini müəyyənləşdirən əsas simalardandır: O, son illərdə Türkiyənin ən populyar 
xarici  işlər  nazirlərindəndir.  Partiyanın  həyatında,  strukturlarında  ciddi  dəyişikliklər 
olmayacaq.  Ola  bilər  ki,  AKP  elitasında  hansısa  şəxslərin  yeri  dəyişsin.  Çünki 
Ərdoğan  iqtidarının  xarici  siyasətini  müəyyənləşdirən  bir  adam  kimi,  partiyanın  və 
hökumətin  rəhbərliyinə  gəlir.  Bu  çox  ciddi  məsələdir.  Son  illər  xarici  siyasətdə 
Türkiyə  çox  riskli  addımlar  atıb.  İndi  əsas  sual  da  ondan  ibarətdir  ki,  xarici  işlər 
naziri olaraq atdığı riskli addımları, baş nazir olaraq ata biləcəkmi?"  


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə