Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə109/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   105   106   107   108   109   110   111   112   ...   123

345
vuran eyforiya, səhəri gün səni intihar sancılarıyla süründü-
rür. Sus. Nə deyəcəyini bilirəm. Demək istəyirdin ki, mən hələ 
dünyada tapılmamış səhəri gün səni məhv etməyən narkotik 
kimi romantik sevgini axtarıram hə? Ay sağol, elədir ki var. 
Onu axtarıram bəli. Gördün, sənə demişdim axı biz eyni şey-
ləri düşünürük. Bəli mən o sevgini axtarıram ki o əslində yox-
dur, elə bir kokain ki eyforiyası heç vaxt bitmir, yan təsirləri 
yoxdur, səhəri gün səni tullayıb atmır. Bir növ də tapmışdım o 
narkotikimi. Bilirsən nə edirdim? İnternet tanışlıq saytlarından 
hər  dəfə  romantik  profilə  sahib  birini  tapırdım,  yaraşıqlı  ya 
güclü olmaqları vacib deyildi, əsas əmin olurdum ki bu adam-
lar həqiqətən də elə sanırlar ki romantika mövcuddur, nikbin 
və yalnızdırlar. Birbaşa evlərinə getməyi təklif edirdim. Qəbul 
edirdilər  əlbətdə  çox  sevinərək.  Mənə  yeməklər  bişirirdilər, 
birlikdə  filmlər  izləyirdik.  Hətta  bəziləri,  romantik  ya  dram 
filmlərin ortasında ağlayırdılar, mən də özümü ağladırdım ya-
lan  yerə.  Bilirsən  qadın  olaraq  bu  işdə  yaxşıyıq,  yalan  yerə 
ağlamağı yaxşı bacarırıq. Çox vaxt bu ağlamaq bizi daha da 
çox birləşdirirdi. Göz yaşlarımı silah olaraq istifadə edirdim. 
Onlarla danışırdım. Başda danışmağa çəkinirdilər. Ancaq mən 
danışdırırdım onları. Bilirsən insanlar niyə özləri haqqında da-
nışmağa çəkinir ya da yeni biriylə tanış olmaqdan qorxurlar? 
Çünki,  qorxuları  çox  adi  həyatları  olmasından  qaynaqlanır, 
danışmağa  heç  nə  yoxdur.  Mən  onlara  onlarınkindən  də  adi 
bir həyatımın olduğunu göstərərək danışdırırdım onları. Onlar 
hələ də kiçik şeylərdən böyük zövq ala bilən, hələ də yalanlara 
inanaraq saf uşaq kimi aldanan, bəsit şeylərə böyük mənalar 
yükləyən insanlar idilər və bu mənə ləzzət edirdi. Eynilə səndə 
olduğu kimi, mənim üçün də heç nəyin bir dəyəri ya mənası 
yoxdur, heç nə müqəddəs deyil. Ancaq bax bu bəhs etdiyim 
şey, mənim ən yaxşı hobbim və terapiyam idi. Bir-bir onların 
evlərinə gedir, dünyalarıyla tanış olur və onlarla birlikdə ağ-
layırdım. Sənin nəinki mənimlə birlikdə, ümumiyyətlə ağlaya 
bildiyini belə düşünmürəm. Mən də ağlayan biri deyiləm. Bi-
lirsən, buraxsam indi səni, bir cümlənin içində üç fərqli sofis-


346
tik komplimenti iç-içə soxub deyərək qürurumu oxşaya bilər-
sən. Onlarsa sənin kimi zəki ya da dildən iti deyildilər, mənə 
baxanda tək deyə bildikləri “sən necə də gözəlsən” idi. Amma 
fərq odur ki, onların söylədikləri ürəklərinin dərinliklərindən 
gəlirdi,  sən  isə  sadəcə  fırıldaq  edirsən,  zəkanı  danışdırırsan. 
Hə, bilirəm, indi deyəcəksən ki ürək nədi deyirsən, ürək de-
yil beyində baş verir bütün sevgi prossesi, bax elə məsələ də 
budur. Sən hər şeyə elmi ya məntiqi gözlə baxırsan, hisslərini 
itirmisən, yozlaşmısan, çirkinləşmisən. Ancaq yenə də sənin 
o məntiqindən doğan hisslərə də heyranam. Onlarsa bəziləri 
hələ də ruha, hisslərə inanan insanlar idilər. Sonda bilirsən nə 
edirdim? O bəhs etdiyim saf aşiqlərin heç biriylə sevişmirdim. 
Qətiyyən. Sevgilərini heç vaxt öldürmürdüm. Öpüşürdüm bə-
ziləriylə, romantikanın sehrini  artıraraq qoruyurdum. Bəzilə-
ri  utandıqlarından  bilmirdi  necə  desin  ki  mənimlə  sevişmək 
istəyirlər. Hamısına deyirdim ki, vaxtı gələndə. Axı romantik-
lər üçün hər şeyin bir vaxtı var. Onlar sevərək qəbul edirdilər. 
Sonra,  sonra  bir  gün  mən  yox  olub  çıxıb  gedirdim.  Heç  bir 
adresimi, nömrəmi bilmədikləri üçün heç vaxt məni tapa bil-
mirdilər, həmişə fərqli adlar deyib fərqli rollara bürünürdüm. 
Heç  vaxt  öz  yaşadığım  şəhərdən  seçmirdim  onları  ki  yolda 
qarşılaşmayaq, yaxın şəhərlərdən olurdular, uzağı bir saat ma-
şın sürürdüm vəssalam. Beləcə özümə ölməz və bitməz eşqlər 
yaradırdım.  Bəzən  onlara  notlar  buraxırdım,  mənim  onlara 
layiq olmadığımla bağlı filan, bəzən buraxmırdım. Pis olma-
larını istəmirdim. Ancaq onlar romantikdirlər nəticədə, onları 
atıb gedən qızların həsrət ya melanxoliyasında yaşamağa öy-
rəşiblər, hətta bu tip kədərlər onlara güc verir. Sevişmək lazım 
olandaysa, sənin tipində birini tapırdım. Nə etməsi gərəkdiyini 
yaxşı bilən biri. Onlar məsələn, mənim ürəyimə girib orda diz-
lərini qucaqlayıb yatmaq ya saatlarca oturub ağlamaq istəyər-
dilərsə,  sən  mənim  içimə  girib  orda  nəfəsin  tükənənə  qədər 
qışqıraraq  doyumsuzluğunu  bir  az  belə  olsa  sakitləşdirmək 
istəyərdin.  O  qədər  acgözsən  ki  sadəcə  bir  hissənin  mənim 
içimə girməsi səni qane etmir, əlacın olsa özünü də soxardın 


347
içəri. Əslində, bunun da öz ehtirası var mənimçün. Onlar mə-
nim mənəvi hisslərimi doyururdusa, sən cinsi-heyvani hisslə-
rimi doyurursan. Nə onlar sənin yerini ala bilər, nə sən onların. 
Bəziləri mənim bədənimə baxmağa belə utanırdılar, gözlərinin 
sinəmə  qaçmaması  üçün  özlərini  güclə  saxlayırdılar.  Sənsə, 
indi belə mənlə döşlərimə ya dodaqlarıma baxaraq danışırsan, 
hətta sanki mənlə yox onlarla danışırsan və bunu heç çəkin-
mədən edirsən. Dediyim kimi, hərəsinin öz ehtirası var. Sən 
sevişərkən mənə vurmaq üçün icazə belə almırsan, onlaray-
sa  desəm  belə  vura  bilməzlər.  Sənin  kimilər  seks  və  ehtiras 
tanrısıdırsa, onlar kimilər eşq və məhəbbət tanrısıdır. Özün də 
yaxşı bilirsən ki, həyat belədir, eyni anda iki ən yaxşı xüsusiy-
yəti eyni şeydə tapa bilmir insan. Həmişə nəsə yarımçıq olur. 
–  Əllərində  pivələriylə  barın  balkonuna  çıxdılar  və  siqaret 
yandırdılar – O gecə həmin barda sənə yaxınlaşanda da sadəcə 
sevişmək üçün birini axtarırdım və üzündən xoşum gəlmişdi. 
Unikal  və  xüsusi  bir  üz  quruluşun  var,  hamıda  yoxdu,  nəsə 
insanı özünə çəkir, sanki nəsə xoş bir şey deyir üzün və başa 
düşmək üçün daha da çox yaxınlaşırsan sonra birdən özünü 
ona yapışmış formada tapırsan. Bir tərəfdən də içimdə kiçik 
bir ümid var idi ki, bəlkə mənə yaşayacaq həyat eşqini verəcək 
həmin adam sənsən deyə, bəlkə bəhs etdiyim o həm eşq həm 
ehtiras tanrıları sənin içində məskən salıblar deyə. Amma sən 
pox çıxdın Mavi, pox. İçinə sıçdın. Hələ bir mənə deyir “kaş 
heç vaxt tanışmasaymışıq”. Düşük oğlu düşük. Ətin tökülsün. 
Əlbətdə səhv məndəydi ki hər insanın düşdüyü o yanılma və 
illuziyaya düşərək möhtəşəm insanı axtarırdım. 
Lara  sözünü  deyib  üzünü  gün  batımına  çevirdi.  Batan 
günəş uzaqlardakı səmanı bəzəyir, yaranan çəhrayı və bənöv-
şəyi rənglər sevişir və sevincləri səmanı boyayırdı. Bu izləyə-
cəkləri son qürub idi. Mavi bir siqaret yandırdı və nəsə demək 
istədi amma Lara davam etdi:
- Onlara etdiyim kimi sənin də yanından çıxıb getdim, on-
suz da getməliydim, ölüm məni çağırırdı. Sənin əksinə mən 
o qədər də acgöz olmadığım üçün mənim üçün hər şey daha 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə