Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə111/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   107   108   109   110   111   112   113   114   ...   123

351
Sabah ikimiz də ölüb gedəcəyik onsuz da. Heyif ki ikimizin də 
ölüm tarixi sabahdı, daha əvəldən gəlib o üç-dörd günü bur-
da səninlə keçirmək istəyərdim. Buranı yavaş-yavaş sevməyə 
başlayıram deyəsən, bayaqdan balkona gəlib gedənlərə baxı-
ram, hamı özü kimi davranır.
- Elədi. Burda kiməsə nifrət edirsənsə ona nifrət etdiyini 
deyirsən, çünki bunun ona yara verəcəyini düşünürsənsə belə, 
ağrısının çox çəkməyəcəyini bilirsən. Öləcək. Ya da kimisə se-
virlərsə, gedib üzünə deyirlər. Ümumiyyətlə burda yaşadığım 
son günlər həm də ona görə gözəl idi ki çünki gələcəyi planla-
madan yaşayırsan. Heç bir gələcək qayğısı səni narahat etmir. 
Veriləcək borclar, ev kirası ya dərdlərin. Amma həm də mə-
nim üçün asan deyildi son günlər burda. Çünki ölməzdən əv-
vəl hamı gözəl və cavan bir qadınla sevişmək istəyir. Qarşıma 
çıxan hamı onlarla son bir dəfə üçün sevişməyim üçün yalva-
rıb bütün həftəni. Bəziləri sanki önəmi varmışcasına üstlərində 
olan bütün pulu təklif edirdilər ki, tək istədiyim şey ölməzdən 
əvvəl sənin kimi biriylə sevişməkdi. Bunu rədd etmək elə də 
asan deyil. Qadın olmağın da asan olduğunu düşünmə. Əgər 
içində bir qram mərhəmət hissin varsa rədd etdiyin insanla-
rın ağrısını paylaşacaqsan onlarla. Bir insana səninlə sevişmək 
istəmirəm, səni bəyənmirəm demək bəzən dünyanın ən çətin 
işinə çevrilə bilər. Hələ ən betəri də odur ki, onlardan bəzilə-
riylə sevişib digərlərini rədd edəndə işlər daha da qəlizləşir ha-
mımız üçün. İnsanlar sənin olan və onlara vermədiyin bir şey 
üçün səni qınaya belə bilirlər. Qəribədi.
- Burda kimləsə sevişib-sevişmədiyini bilməyimə ehtiyac 
yoxdur. Kim olduqlarınıysa heç bilmək istəmirəm.
- Yazıq Mavi. Kişilik qürurun və qısqanclıq duyğun səni 
ölüm ayağında belə rahat buraxmır hə? Bəzən düşünürəm ki 
ölmək belə sənin dərdinə kömək olmayacaq. Eyni insan olma-
saq da bizi çox qəribə ziddiyətli bir ağrı birləşdirir, mən hə-
yat eşqi əksikliyi səbəbilə ölürəmsə sən həyat eşqi artıqlığıyla 
ölürsən. Görəsən hansımızın dərdi böyükdü?
- Bağışlayın – deyə bayaqdan yanda durub siqaret çəkən 


352
əfəl görünümlü  eynəkli gənc bir oğlan həvəslə Mavini çağırdı 
– Olar sizə bir iki sual verim? Mən gənc jurnalistəm, daha doğ-
rusu olmaq istəyirəm. Burda evtanaziya üsulu ilə intihar edən 
insanların  həyat  barədə  fikirlərini  soruşur  və  səslərini  qeyd 
edirəm. Hətta istəyən olsa kitab və səs qeydlərinin kopyasını 
dilənilən adresə də poçtla göndərirəm sonra. Bəlkə bir yaxını-
nıza göndərmək istəsəniz deyə, yəni. Nə deyirsiniz?
- Xətrinə dəymək istəmirəm, amma sikdirə bilərsən zəhmət 
olmasa? Bunu bura kim buraxıb? – deyə Mavi bardan eşidilən 
musiqi  səsinin  ritmiylə  bədənini  yavaşca  templə  oynadaraq 
sərxoş, mənasız, anlaşılmaz hərəkətlərini davam etdirərək La-
raya baxdı. 
- Təşəkkür edirəm, bunu da yazacam – deyə oğlan davam 
etdi – bəlkə bir şeir deyəsiniz? Ya sevdiyiniz bir mahnını?
- Mən də ona müsahibə vermişəm  – Lara sakit səslə araya 
girdi – Bu qədər tərsləmə, yaxşı uşaqdı. Safdı. Məncə danış. 
Rahatlayacaqsan, etiraflarını rahibə danışırmış kimi. – Sonra 
oğlana baxdı və davam etdi – bu arada, mənim adımı poçt si-
yahısından sil, məktubumu göndərməyinə ehtiyac qalmadı.
- Əlbətdə. Amma maraqlıdı bilmək olar niyə?
- Çünki, o artıq burdadır.
- Doğrudan? – həyəcanla soruşdu oğlan – bu idi poçt gön-
dərdiyin şəxs? Çox qeyri-adi haldır, daha əvvəl heç belə təsa-
düf gəlməmişdi burda başıma. Bunu da yazacam mütləq.
- Mənə məktub göndərmişdin?
- Həm də səs qeydim olan bir disk. Dedim axı, bura gələ-
cək cəsarəti tapa biləcəyini düşünmürdüm. Ya da bu qədər tez 
gələcəyini  düşünmürdüm.  Fərqi  yoxdu  ölsən  də  ölməsən  də 
göndərmək  istədim.  Yəqin  mən  də  bununla  “Kilroy  burada 
olub” demək istəyirdim.
Əllili yaşlarda bir kişi girdi balkona üzündə dərin bir xoş-
bəxtlik hissi ilə. Hamıyla bir-bir nəsə söhbət edir və onları se-
vinclə qucaqlayırdı. Bu ölüm bazarında bu dərəcə xoşbəxt in-
sanları görmək Mavini təəccübləndirdi. Kişi onlara yaxınlaşdı 
və  Laranı  qucaqladı.  Onunla  hal-kef  etməyə  başladı.  Sonra 


353
Mavini  qucaqladı.  “Özümü  çox  xoşbəxt  hiss  edirəm”  dedi. 
Kampda təklif edilən xoşbəxtlik həblərindən atdığını bildirdi. 
“Hamını qucaqlamaq istəyirəm, hamınıza ağrısız ölüm arzu-
layıram” deyə yüksək səslə hamıyla böyük həyəcanla söhbət 
edirdi. Balkondakı digər insanlara yaxınlaşdı.
- Çox zəngin bir həyat yaşayıb – dedi Lara – Nə qədər evi, 
milyonluq yaxtası olub. Biznesmendi. Amma burdadı. Çünki 
bezib. Sən bu adamları başa düşmərsən, amma məsələ odu ki 
onlar da səni başa düşə bilməz. Heç bir tərəf səhv deyil, sadəcə 
seçimlər ayrıdı.
-  Düz  deyir  –  deyə  kişi  kənardan  eşidib  söhbətə  qatıldı 
–  Hamı  düşünür  ki  milyon  dolların  varsa  həyat  çox  gözəldi 
və heç ölmək istəmərsən, yox. Hamısı müddətə bağlıdır. Bir 
nöqtədən sonra hər şeydən bezirsən. Milyon dolların olsa bəli 
əlbətdəki çox xoşbəxt olacaqsan, ancaq həmin həyat tərzi də 
rutinləşir nəticədə. Mən hələ milyonçu olmamışdan əvvəl bir 
məqalədə  oxumuşdum  ki,  araşdırmalara  görə  amerikalıların 
14%i bir milyon dollar üçün adam öldürə bilərmiş deyə. Çox 
əsəbləşmişdim.  Söyürdüm  ki  bunlar  necə  insandılar  və  sair. 
Amerikanın və dünyanın içinə düşdüyü iqtisadi materializmi 
söyürdüm. Sonra özümə sual verdim ki bu məsələ məni niyə 
bu qədər narahat edir ki? Onda hiss etdim ki əslində məndə 
qəzəbə səbəb olan şey idraki dissonans, ziddiyət idi. Ona görə 
əsəbləşirdim ki əslində mən də edərdim eyni şeyi ancaq özümə 
etiraf edə bilmirdim. Pula bu qədər bağlı olduğumu qəbul edə 
bilmirdim. Sual verdim ki özümə, bir milyon üçün adam öl-
dürərsənmi?  Cavabım  bilirsən  nə  oldu?  “Baxır  kimi”.  Əgər 
məsələ “baxır kimi”yə keçirsə, deməli mənim də o on dörd 
faizdən çox da bir fərqim yox idi. Sonralar qazandım da o mil-
yonları. İçimdəki o adam belə öldürəcək dərəcədəki pul həris-
liyi məni arxasınca apardı pulun. Amma bax indi burdayam. O 
milyonları da xəstəxanalara bağışladım, heç olmasa yaşamaq 
istəyənlərə bir köməyi dəysin deyə. Bu barədə çox düşünmə-
dim də heç. Çox da maraqlı deyil o pulların nəyə xərclənəcə-
yi  mən  öldükdən  sonra.  Gətirib  burdakıların  başına  da  səpə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə