Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə112/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   108   109   110   111   112   113   114   115   ...   123

354
bilərdim. Amma düşünmə ki bu bir yaxşılıq olardı. İndiysə çox 
xoşbəxtəm. Burdayam. Sabah öləcəm. Son günümdür. Möh-
təşəm hiss edirəm. Möhtəşəm. Qorxuram, ancaq bu təbiidir. 
Sabahdan sonra o qorxu da olmayacaq. Ölüm, tək çıxış yolu-
muzdur.
Kişi istifadə etdiyi maddənin təsiriylə sürətli formada bu 
cümlələri  deyib  təkrar  qucaqlaşıb  əlində  pivə  butulkasıyla 
aşa-aşa  getdi.  Kampda  hamı  Laranı  tanıyırdı  sanki  və  hamı 
ona  şişirdilmiş  nəzakət  göstərirdi  gözəlliyi  səbəbilə.  Lara-
nın yanına bir neçə nəfər daha gəldi və onu söhbətə tutdular. 
Mavi bitmiş içkisini yeniləmək üçün içəri keçdi. O qəribə üzlü 
barmendən yeni içki istədi. Barmen içkini yeniləyib Maviyə 
uzatdı və dilləndi: “Qoy bu çirkli su sənin bütün günahlarını 
təmizləsin”
Balkona çıxdı və Laranın hələ də kimləsə söhbət etdiyini 
gördü. Bir siqaret yandırdı. İstəmədən balkondakı digər ölüm 
namizədlərinin söhbətlərinə qulaq asdı. Yanındakı iki qocadan 
biri o birinə nələrdənsə bərk şikayətlənirdi:
- O şəhərə nifrət edirdim. Oranın tanrıları o qədər qəddar-
dılar ki aprelin ortasında qar yağdıraraq başımıza sıçdılar son-
ra da sağolsunlar yağış yağdıraraq başımıza işədilər ki alın bu 
da mərhəmət. Belə də şey olar? Yəni ciddi soruşuram. Aprelin 
ortasında millətin başına qar yağdırıb sonra onlardan sənə hör-
mət etmələrini gözləyə bilməzsən. Belə tanrı olar a kişi? Necə 
tanrısan sən?
Onların yanında söhbət edən digər iki nəfərin söhbəti araya 
girdi:
- Bu yaşıma qədər, otuz yaşıma qədər narkoman olmuşam 
və axmaq insanlar həmişə baxıb gülüblər amma onlar anlamır-
dılar ki mən onlardan min dəfə yaxşı yaşamışam. Bədənimi 
məhv edəcək qədər gücül bir şeyə aludəyəmsə deməli onun 
verdiyi  zövq  adi  həyatın  sənə  verəcəyindən  min  dəfə  artıq 
gözəldir və ona görə edirsən. Ya da ən azından bir səbəbin var, 
hamı bu lənət dünyanı sevmək zorunda deyil.
Yandakı başqa birinin gileylənməsi diqqədini çəkdi:


355
- Sevgilimin evində yaşayırdım sonra bir gün məni barda 
bir qızı öpərkən gördü və evdən qovdu. Bir öpüşlə necə dəyişə 
bilər insan? Qadınlar yerlərini unudurlar. Bioloji kimliklərimi-
zi unudurlar. 5000 il içindəki sivilizasiyalaşma ilə neçə milyon 
illik təkamülümüzü necə gözdən çıxarmaq olar? Biz qabağı-
mıza gələn dişini sikən heyvanlar olmuşuq. Mən indi sənə de-
yirəm səni sevirəm, sən bir sikin davasını edirsən, ki sadəcə 
mənim olmalıdı. Keçmiş belə olmayıb, qətiyyən (..)
Söhbətləri dinləməyi dayandırdı. Laranın yanına gedərkən 
yandakı bir oğlanın geyim tərzi diqqətini çəkdi və məhəccərə 
söykənib bir az onu dinləməyə başladı. Başdan ayağa qara ge-
yinmişdi və uzun saçları çiyinlərindən sallanırdı. Arıq idi və 
əynindəki  dizlərinə  qədər  uzanan  qara  nazik  dəri  palto  onu 
uzun göstərirdi. Dayanmadan siqaret çəkir və qarşısındakı al-
çaq boylu qıza dayanmadan həyata olan nifrətini qusurdu:
-  Yolda  maşın  sürərkən  yaxşı  sürücü  kimi  davranmaq? 
Mənə  görə  deyil.  Mən  pis  olanam.  Bunu  sevir  və  dəstəklə-
yirəm. Özüm üçün. Qabağındakı maşın sənin yolunu kəsir və 
sən arvad kimi deyinirsən ki bərbad sürücülər var? Xeyr arvad 
kimi ağlamamalısan. Yol sənindirsə onu qorumalısan. Biri qar-
şındakı boş yerə girə bilibsə deməli günah sənindir. Qız kimi 
ağlamağı kəs. Hərə özü üçündü bu dünyada. Nifrət edirəm o 
adamlara ki deyirlər “yaxşı sürməlisən, başqalarını düşünmə-
lisən bla bla bla”. Zəhirmar. Necə istəyirəm elə sürərəm. Lap 
eşşək  kimi  sürürəm  hamının  yolunu  kəsirəm.  Əcəb  edirəm. 
Onsuz da həyatımızda kifayət qədər qayda varkən bir də öz 
yazılmamış qaydalarınızı soxmayın həyatıma. Mən onsuz da 
motosikl sürürdüm deyə çox da vecimə deyildi. Alicənablıq 
varlıların borcudur və mən onlardan tələb edirəm. Kasıblar isə 
onsuz da geridə olduqları dünyada heyvan kimi hərəkət etmə-
lidir  bəli.  Mədəniyyət  onlar  üçün  ikinci  plandadır.  Əvvəllər 
iqtisadi  bərabərliyi  müdafiə  edirdim,  sonra  onu  müdafiə  et-
mək dəb oldu, əksini müdafiə etdim. Əgər kasıbsansa qız kimi 
oturub ağlamağa ehtiyac yoxdur. Nə də doğulduğun ədalətsiz 
dünyaya  ədalət  gətirmək  üçün  götünü  dağıtmamalısan.  Biri 


356
varlıdırsa deməli onun bəxti gətirib ya da daha çox bacarıqlı 
olub, əcəb edib. Hərə özü üçün yaşayır. Keçmişdə də belə olub. 
Güclü olan yuxarı qalxıb. Qəbul etməlisən kasıblığını, zəifli-
yini ya da ürəyinə bıçaq soxacaq cəsarətin olmalıdı. Mən bu 
dünya üçün çox üsyankaram. Nizamlı insanlara nifrət edirəm. 
Nə desən edəcəklər onlar, təki nizamlı olsun. İntizamlı. Səliqə-
li. Qayda və qanunları sevirlər, mənsə nifrət edirəm. Səliqəsiz 
insanları sevirəm mən. Müəllimin hər dediyi ilə oturub duranı 
yox yeri gələndə onun üzünə tüpürə biləni sevirəm. Şişirdilmiş 
nəzakətlərə  nifrət  edirəm.  Saxta  səmimiyyətə  nifrət  edirəm. 
Qadına, qocaya və uşağa yersiz hörmətə nifrət edirəm. Soyqı-
rımlar və toplu insan ölümləri vecimə də deyil. Əsas mənəm 
və məndəm başqa heçnə vacib deyil. Hamını məmnun etmə-
yi yox, doğrunu ya da mənə sərf edəni deyən adamam. Sadiq 
deyiləm və sadiqlərdən istifadə edirəm. Heç bir mübarizə mə-
nimçün müqəddəs deyil və mənfəətim üçün hər şeyi edərəm. 
Qürur və şərəfimi pula satar sonra da üstünə mənə gülənlərə 
gülərəm. Çünki nə qürurum var nə şərəfim. Bunlar insanların 
başlarını qarışdırmaq üçün yaratdıqları illuziyalardır. İstəsəm 
və həbs edilməyəcəyimə əmin olsam insan da öldürərəm oğur-
luq da edərəm. Etmişəm də. Mənim üçün heç bir əxlaq nə də 
iqtidar yoxdur. Sərf edirsə əgər, istənilən cildə bürünə bilərəm. 
Çox  şirin  yalan  da  danışaram.  İqtidar  kim  olur  olsun  etiraz 
edəcəm. Etiraz üçün doğulmuşam. Sanki həyat məqsədim eti-
razdır, mənası olmağına ehtiyac yoxdur. Çoxluğun dəstəklədi-
yi və bəyəndiyi hər şeyə nifrət edirəm və edəcəm. Çoxluğun 
özünə etdiyim kimi. Məni dəstəkləyib bəyənsələr də, özümə 
nifrət  edəcəm.  İnsanlar  təcavüzü  pisləyir  və  mən  təcavüzün 
ən təbii insan davranışı olduğunu müdafiə edirəm. Təcavüz də 
etmişəm və qız sonra mənə aşiq olub. Heyvanıq biz, heyvan. 
Yalandan insanı yamsılamağa ehtiyac yoxdur. Amma təcavüz 
mod olsun, onda da onu pisləyəcəm. Yaxşılar qazansa pislər 
üçün savaşacam, pislər qazansa yaxşılar üçün savaşacam. Mə-
nim  təbiətim  budur,  başa  düşürsən?  Ümumiyyətlə  bu  dünya 
əgər qəhbəxanadırsa, deməli mən qəhbəyəm. Deməli sən də 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə