Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə113/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   109   110   111   112   113   114   115   116   ...   123

357
qəhbəsən, o da qəhbədir, hamımız da. Bəyəndiyin qızın göz-
lərinə  baxma  cəsarəti  nə  vaxtan  tərbiyyəsizlik  olub?  Yolda 
yanımdan bir qız keçsə və mən onu bəyənsəm, gözlərimi zil-
ləyəcəm onun gözlərinə. Təkamülün mənə biçdiyi rolu oyna-
yacam. Kimisə narahat etmək ya səviyyəli davranmaq vecimə 
də deyil. Başa düşürsən bütün bu dediklərimin məğzini? Nə 
demək  istədiyimi  başa  düşürsən?  Demək  istədiyim  odur  ki, 
mənim  kimilər  belə  dünyada  yaşaya  bilməz.  Biz  ölməliyik. 
Kaş  yaşaya  bilsəm. Ancaq  bürünə  bilmədiyim  tək  saxta  rol 
varsa o da sistem adamı olmaq, iş adamı olmaq, ofis adamı 
olmaq roludur. Təəssüf ki, nə heç bir müdirin üzünə güləcək 
qədər riyakaram, nə də öz işimi quracaq qədər həyat aşiqiyəm. 
Küçələrdə yaşamaq istəmirəm, pul qazanma əziyyətindən də 
imtina edirəm. Bütün bunlar qarşısında təəccüblənəcəyin bir 
şey deyim? Bir qadını, dəli kimi sevə bilərdim. Hə, sevərdim. 
İki həftəlik ya bəlkə beş aylıq, amma yenə də sevərdim. Nəyi 
bacarmasam da onu bacarardım. Madam ki məsələ kəmiyyət 
deyil keyfiyyətdir, onda əsas məsələ sevginin müddəti yox ki-
çik bir zaman dilimində nə qədər güclü olduğudur. Başqa bir 
həyatda qarşılaşsaydıq əgər, səni sevə bilərdim Andrea. 
Mavi  gözünü  oğlandan  çəkmədən  onun  bütün  dediklərini 
dinlədi. Yanındakı onu izləyən qızı izlədi və sonda Laranın ya-
nına getdi. Qolundan tutub onu balkonun pilləkənləri ilə binanın 
arxasındakı kimsəsiz və qaranlıq baxçaya düşürdü. Onu ölüm 
kampının binasına söykədi və qarşısında dayanıb öz bədənini 
də onunkinə söykədi. Hər ikisinin gözü bir digərinin dodaqla-
rına kilidləndi. Lara bəzən Maviyə nifrət edircəsinə dodaqlarını 
tərəddüdlə geri çəkir, bəzən də onu bütün varlığıyla öpmək istə-
yirdi. Qadın sevgisinin irrasionalığının və məntiqsizliyinin bir 
təcəssümü kimi ona həm nifrət edirdi həm də vurğun idi. Lara 
onda ayıldı ki Mavi az qala ağzının içindədir və dilləri bir-birinə 
sarılıb. Hətta sanki icazə versə Mavi girib bütün bədənini onun 
dilinə sarıyıb orda da qalacaqdı bir ömür boyu.
“Çılpaq bədəninə sarılıb başımı yumuşaq amma sərt döş-
lərinin üstünə qoyub sonsuzadək yuxu görmədən yatmaq istə-


358
yirəm” dedi Mavi əlini Laranın ürəyinin üstündəki sol döşünün 
üsünə qoyub barmaqlarıyla yüngülcə sıxarkən. Lara qeyi-ixti-
yari əlini onun saçları arasına salıb gəzdirdi. Sonra sağ ayağını 
qaldırıb sanki Mavinin çanağını içinə itələyirmişcəsinə qavra-
dı ayağıyla onu arxadan sararaq. Sanki bütün hər şeyə baxma-
yaraq Mavinin qarşısında özünü aciz hiss edirdi. Biraz əvvəl 
Mavini  o  qədər  alçaldan,  ona  əsəbləşən,  zaman-zaman  ona 
nifrət edən Lara, qadın hisslərindəki qərarsızlığın bir təzühürü 
kimi indi Mavinin alovunda əriyirdi. Hər şeyə baxmayaraq əli-
ni Maviyə bulamaq istəyirdi ölüb qabağı. Titrəyən sümüklərini 
mavi bir ehtiras alovu sarmışdı və gecənin qaranlığı onu tünd 
mavi bir bilinməzə aparırdı.
Başlarının üstündə sayrışan ulduzların işıqlarının aydınlat-
dığı dodaqlarına baxdılar. Ətrafda mavi bir səssizlik var idi və 
Laranın papiros tutan sol əli sanki bütün tufanlı havaya bax-
mayaraq irəliləyən yelkəni qayıq kimi sürətlə amma yavaş-ya-
vaş  Mavinin  ayaqları  arasına  sürüşürdü  özündən  xəbərsiz. 
Öz ayaqları arasında şəhvətlə alışıb yanan qara dəliyin içinə 
bastırıb itirmək istəyirdi Mavini. Ayaqlarının arasından bütün 
bədəninə bir istilik yayılırdı heç bitməyəcəkmişcəsinə. İndi bu 
anlarda başa düşürdü ki, onun Mavinin qısa müddət belə olsa 
birlikdə yaşamalarını yoxlamaq təklifini rədd etmə səbəbi o idi 
ki, Mavinin daha sonra ondan bezməsi ya da onun əvəzinə artıq 
ondan ilk başlarda aldığı zövqü gedib yeni qadınlardan alacağı 
fikrinə dözə bilmirdi. Özünü həmişə bu tip şeylərə qarşı vecsiz 
sanmış ya da göstərmişdisə də, indi başa düşürdü ki bu sadəcə 
onun müdafiə mexanizminin bir təzahürüydü. Sadəcə o fikri 
qəbul edə bilmirdi ki, Mavi bir gün ondan bezə bilər. Həyatın 
və genlərinin ona biçmiş olduğu taledən imtina edirdi. Onu bu 
kampa gətirən şeyin əslində Mavininkiylə eyni dərd olduğunu 
başa düşürdü. Maviyə nə qədər alçaq olduğunu deyərək əslin-
də sadəcə özünü sakitləşdirirdi. Bütün həyatı boyu nifrət etdiyi 
o qadınlıq xislətindən onu sadəcə ölüm ayıra bilərdi.
Elə onda ayıldı ki Mavi az qala onun içindədir və onlar 
kampın yaxınlığındakı sıx ağaclı meşəlik ərazisindəki otların 


359
üstündə çılpaq sevişirlər. Kampdan xeyli uzaqlaşmışdılar və 
ordan eşdilən uzaq və zəif səslər ölüm ayağında olan insan-
ların  son  fəryadlarını  xatırladırdı.  Əlini  üstündəki  Mavinin 
sərtləşmiş  ombasına  qoyub  onu  içəri  itələdi.  İçindəki  sərt-
ləşmiş  Mavini  hiss  etdi.  Cırmaqlayan  dırnaqları  onun  əti-
nin  içinə  girdi.  Sanki  içində  yanan  şəhvət  atəşinə  su  səpib 
söndürməsi üçün Mavini içinə, daha da dərinlərə göndərirdi. 
Özünü Mavinin qoynundakı bihuşedici cənnətin içində itir-
məyə çalışaraq düşüncələrdən azad olurdu. Onun qoynunda-
kı cənnətdə tapdığı bulaq suyundan içirdi doya-doya. Cənnə-
tin havasını içinə çəkir və onun mavi çəmənliklərində sanki 
heç dayanmayacaqmışcasına qaçırdı. Mavini seyr etdi. Onun 
ulduzların altında parlayan çılpaq bədənini və güclü qolla-
rını heyranlıqla izlədi. Mavi vəhşi bir heyvan kimi onu par-
çalamağa çalışır, tez-tez sərt əlləriylə şiddətli formada onun 
budlarına möhkəmcə vururdu. Cəngəllik onun içindəki meşə 
insanını  ya  da  vəhşi  meşə  heyvanını  çölə  çıxarmışdı  sanki 
və bu Laraya məst edici sonsuz bir həzz verirdi. Üstündəki 
bu iqtidarı ələ keçirmiş canavar tərəfindən parçalanmaq və 
oradaca ölmək istəyirdi.  Rəqslərindən yaranan dalğalar qa-
ranlığın aydınlatdığı kosmosa yayılırdı və Lara ölümqabağı 
Mavinin yaralarından öpürdü.
Üstündə dim-dik durmuş Mavini özünə tərəf çəkib üstünə 
uzatdı və onun qolunu möhkəm dişlədi. Daha da möhkəm diş-
ləyib qoparmaq istəyirdi. O da yetmir, Mavinin bütün bədənini 
içinə ya da ağzına almaq istəyirdi. Mavi onun qulaq məməsini 
dodaqları arasına alıb sormağa başladı. Bir pələng dişisinə nə 
qədər zərif davrana bilərdisə ancaq o qədər zərif davranırdı.  
Mavinin burnundan çıxıb onun qulağına və boynuna yayılan 
isti nəfəsi, qaranlıq və sərin meşədə üşüyən çılpaq bədəninin 
bütün sümüklərini qızdırırdı. Qulaq ətrafına yayılan isti nəfəs 
onu xoşhallandırırdı. Dişisi uğrunda uzun bir döyüşdən qalib 
və yaralı çıxmış vəhşi heyvan kimi Mavi təngnəfəslə burnu-
nu Laranın üzündə, boynunda, saçlarında gəzdirib hər tərəfi-
ni iyləyib dişisinin qoxusunu ciyərlərinə çəkirdi. Üzünün hər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə