Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə116/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   112   113   114   115   116   117   118   119   ...   123

366
Bütün bu intihar sancılarına baxmayaraq,
Yaşamaq istəyirəm, həyat,
Sənin bütün ağrılarına baxmayaraq,
Yaşamaq istəyirəm.
Geridə qalır planlaşdırılmış bütün intihar girişimlərim
Yaşamaq istəyirəm,
Həm də bütün gücsüzlüyümlə,
Bütün bezmişliyimlə,
Bütün qorxaqlığımla.
İçimdə ağlayan biri var,
Yaşamaq istəyir.
İçimdə bir savaş var,
İki tərəfli,
Ölmək istəyən mənəm,
Yaşamaq istəyən onlar.
- timidus, ölümündən bir neçə il əvvəl gecəyarısı.
Pəncərədən  çölə  baxıb  hansı  şəhər  ya  ölkədə  olduğunu 
aydınlaşdırmağa  çalışdısa  da  bir  anlam  verə  bilmədi.  Kiçik 
masanın üstündəki kompyuterin işığı otağı işıqlandırırdı. Ke-
çib kompyuterin qarşısında oturdu. Romanın yazıldığı səhifə 
açıq idi. Ordan-burdan cümlələr oxuyub dəhşətə gəldi. Lara 
ilə  sevişmə  səhnəsi  olduğu  kimi  yazılmışdı.  Doğrumuydu? 
Həqiqətən  həyatı  sadəcə  bir  yazarın  əsərindənmi  ibarət  idi? 
Dəhşətə qapıldı. Yazılara sürətlə göz atanda Mavini nəsə elə 
bir hiss bürüdü ki, bu yazıq yazar Mavini özündən belə daha 
çox sevir və ona dəyər verir. Ona təkrar acıdı. Kompyuterin 
ekranında başqa bir səhifənin açıq olduğunu gördü və səhifəni 
açdı. Bir-iki saat əvvəl bir qıza mesaj göndərilmişdi: “sənin 
üçün çox darıxıram”. Məktubun göndərildiyi qızın yanda kiçik 
bir şəkli var idi. Şəkili açdı. Şəkil böyüdü və Mavini vahimə-
li bir hiss bürüdü. Bu qızın sanki kim olduğunu bilib amma 


367
unutmuşdu. Üzündə dəhşətli bir tanışlıq hissi var idi ancaq nə 
qədər etdisə tanıya bilmədi. Qıza təkrar vuruldu. Qızı bəyən-
məsinin  səbəbi  yazarın  da  onu  sevir  olmasıydı  yoxsa  o  özü 
öz azad iradəsiylə vurulmuşdu? Cavabsız suallara qərq olub 
hiddətləndi. Ağlını itirəcək kimiydi. Onun yazarının yuxusu-
na girməsi də mi yazılmışdı yoxsa bu bir nöqsanmı idi? Əsəb 
və qorxudan titrəyən əlləriylə ekranda açıq olan başqa bir sə-
hifəni açdı, bu dəfə kimsə yazara məktub yazmışdı: “Dur gəl. 
Ya gəl, ya da mənə bir də yazma. Yazdıqların ağlıma olma-
yacaq  xəyalpərəst  alternativlər  gətirir.  Sərhədlər.  Aramızda 
neçə  ölkə  neçə  sərhəd  var.  Ancaq  günah  məsafələrdə  deyil. 
Məsafələr bizim addımlarımıza görə artıb azalır nəticədə. Bir 
neçə  addım  atsan,  sənə  bir  faninin  ayaqları  və  qolları  ara-
sında tapabiləcəyi maksimum dincliyi vəd edə bilərdim, amma 
çox açıq şəkildə qorxaq olduğunu deyirsən..”  - yazını yarım-
çıq saxlayıb ona yazılmış cavabı oxudu: “Gəlmək məni qorxu-
dur. Buranı da tərk edərək sadəcə yaralarımdan birini daha 
artıracam. Əvvəllər düşünürdümki bəlkə ölməyi qərara alsam 
okeanı keçib son dəfə gəlib orda yaşayıb elə ölərdim amma 
sonra anladım ki ölüm plan tanımır. Gəlməyin mənə köməyi 
olacağına dair şübhələrim böyükdü. Axmaqlığımmı deyirsən 
ya qorxaqlığımmı, motivasiyasızlığımmı ya tənbəlliyimmi adı 
hər nə olur olsun məni bariz istəklərimdən uzaqladşırır və istə-
diyim heçnə üçün addım atmıram. Biri xaric, onda da nə qədər 
uğurlu olacağım naməlumdu..”
Biri xaric? Nə idi son planı? İntihar? Yazarın səfil həyatına 
yazığı gəldisə də, Mavi başa düşmürdü yazar niyə özünü bu 
qədər səfil günə salıb? Niyə normal yaşaya bilmir? Onu xoş-
bəxtlikdən ayıran şey nə idi ki belə əzab çəkirdi? O gedəcəyi 
yer hər hara idisə, niyə getmirdi? Niyə mübarizə aparmırdı? 
Sonra Mavi öz həyatını xatırladı və həyatları arasındakı bən-
zərliyi gördü. Eynilə yazara irad tutduğu kimi, özünə də irad 
tutdu. Yazara o qədər yazığı gəldi ki, özünün də o qədər səfil 
və bacarıqsız olmadığını göstərmək üçün bir anlıq yaşamağı 
və mübarizə aparmağı qərar almaq istədi. Ancaq gücü çatmadı.


368
Birdən o hiss etdi ki çox vaxtı yoxdur tələm-tələsik roma-
nın yazılı olduğu səhifəni açdı. Öz sabahkı ölüm səhnəsini 
görən kimi bədənini istilik basdı. Əvvəlcə öz, sonra Laranın 
ölüm səhnəsini dəyişdirmək üçün girişirdi ki, əli masanın üs-
tündəki boş butulkaya dəydi və yerə düşən butulkanın səsi 
yazarı və onu, hər ikisini oyatdı. Bir an yazarla göz-gözə gəl-
dilər  və  oyandılar.  Oyandığı  anda  bir  anlıq  hər  şeyin  yuxu 
olduğunu görüb sakitləşdisə də, yenə də yatıb həmin yuxunu 
görmək  üçün  çabaladı.  Gözlərini  yumdu,  gözlədi,  gözlədi, 
alınmadı. Tam son anda butulka yerə düşüb səs çıxarmamış-
dan əvvəl yuxuda ekranda açıq olan faylların adlarını oxuma-
ğa çalışmışdı. Hansının kitabın adı olduğunu yadına salmağa 
çalışdı. Mavi, Evtanaziya kampları, Bəd bəxt və bir də, bir də 
T hərfiylə başlayan bir söz görmüşdü ancaq nə qədər etdisə 
xatırlaya bilmədi.
Tərləmiş və təlaşlanmışdı. Son anda göz-gözə gəldiyi ya-
zarının  gözlərini  xatlırladı.  Üzünü  xatırlamırdı.  Narahatçılıq 
və qorxu hissiylə Laranın çılpaq kürəyini qucaqladı. Şüuraltı-
sının ölümqabağı ona yaxşı oyun oynadığını düşündü. Təkrar 
yatsa eyni narahat edici yuxunu görəcəyindən çəkindi ancaq 
həm də görmək istəyirdi yenidən. Ancaq yatmasa bu gecəni 
oyaq keçirəcək qədər güclü olmadığı üçün təlaşlandı və bütün 
bu düşüncələrin qoynunda təkrar yuxuya getdi.
Əvvəlki yuxudan qalan kiçik hisslərin köməyi ilə ala-ya-
rımçıq bir yuxu gördü. Yazarının otağına girdikdən sonra Mavi 
əsərin son səhnəsini dəyişməyə müvəffəq olmuş və özünü sağ 
saxlamışdı əsərin sonunda. Səhər oyanan yazar təkrar içmiş, 
bitirdiyi əsəri oxumadan çapa göndərmiş və Mavi ölümdən xi-
las olmuşdu.
Sinəsini daha ağır vəsvəsənin bürüdüyü başqa bir yuxuya 
oyandı. Başının üstündə biri dayanmışdı, olduqca böyük idi. 
Mavi isə olduğundan olduqca kiçik idi. Üstündə dayananın 
kişi  dayanmadan  ona  istehzayla  gülürdü.  Aşağıdan  yuxarı 
baxdığı üçün kişinin üzünü görə bilmirdi, sadəcə böyük bığ-
larını görürdü.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə