Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə119/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

375
yılırlar bütün bədənə. Beyinə doğru yol alır əsas hissə. Hayqı-
rışlarla! Gurultuyla! Qışqır bağırla!  
İçi qan ağlayır. Ölümünə. Qan beynə vurur. Bütün gücüylə. 
Ölümünə.
Həyəcan  telləri  çalınır  bütün  bədəndə.  Nəfəs  itiləşir.  Dil 
quruyur və göz qaralır.
Ən təpədə yer alır, kralın şəhəri. Paytaxtların ən görkəmli-
si. Qan beyin baryerasıyla qorunan, o möhtəşəm, bezmişlərin 
şəhəri. Küçələrində söyləntilər gəzir, “Kral özünü öldürəcək! 
Kral özünü öldürəcək!”. Qan su yerinə axır bugünlərdə, pay-
taxtın küçələrində və beynin dərinlərinliklərinə.
Kralın  ən  güclü  cəngavəri  dayanıb,  paytaxtın  qapısında. 
Bütün  varlığıyla.  Tərəddüdsüz!  Titrəmədən!  Qanlı  ordunu 
gözləyir,  Titrəmədən!  Gözündə  dərin  qaranlıqla,  Orcus  adlı 
ölüm tanrısı. Savaşı gözləyir, Titrəmədən!
Dizləri əsir kralın, ölmək istəmir. Həyat eşqiylə doluydu 
və doyumsuzluğa uduzdu. Sonra pıçıldadı yavaşca: “Ürəyə ən 
çox, yaşamaq ziyandı”.
-Bunu etmək istədiyinizdən əminsiniz? – həkimi gözləyən 
gənc qız soruşur.
Əlbətdəki deyiləm deyə iç səsi cavab verir. Həyatda bu qə-
dər seçim varkən atdığın hansı addımdan əmin ola bilərsən ki? 
Sadəcə axmaqlar atdıqları hər addımdan sonuna qədər əmin 
ola bilər. Və mən bir axmaq deyiləm. Yoxsa yanılıram? Əmin 
deyiləm.  Heç  nədən  əmin  deyiləm.  Əmin  olduğum  tək  şey, 
yaşama sənəti haqqında sandığımdan daha az şey bildiyimdi. 
Lənətə gələsi filosoflar, bəlkə də bizi aldadırdılar. Lənətə gələ-
si  məktəblər,  bizə  əvvəlcə  yaşamağı  öyrətməliydilər.  Lənətə 
gələsi  rejim,  məni  öldürür.  Lənətə  gələsilər  Laranı  öldürdü! 
Lənətə  gələsi  Tanrılar!  Kaş  ki  var  olsaydılar!  Lənətə  gəlsin 
məni yoxdan var edənlər!
-Sən yaşamaq istədiyindən nə qədər əminsənsə - deyə qıza 
cavab verir
Doktor ölüm otağa girir, Kevorkian ədasıyla. 
-Təəssüf ki, əlimizdə kifayət qədər kalium xlorid qalma-


376
yıb. Biraz gözləməli olacaqsınız. Birazdan gətirəcəklər. Yol-
dadırlar. Normalda saat 12də gələcəkdilər.
Sanki ölümü kifayət qədər gözlədiyim bəs deyilmiş kimi. 
Bir də bu çıxdı. Əzrailim yoldadı. Ümid edirəm tıxaca düşməz. 
Lənətə gələsi əclaflar, son kalium xloridlə Laranı öldürdülər.
Kalium xlorid. Lənətə gələsi kalium və xlorid. Həkimlər 
deyir ki kalium əksikliyi sizdə problemlərə səbəb ola bilər. Ka-
lium artıqlığı isə sizi öldürə bilər. Bu lənətə gələsi kaliumla 
diqqətli olmaq lazımdır. Kalium əksikliyi bulantıya, qusmaya, 
tərləməyə və yorğunluğa səbəb olur. Ancaq düzgün qaydada 
qəbul edilən kalium faydalıdır. Yüksək təzyiqinizin qarşısını 
alır. Kalium, xloridlə birləşərək daha da faydalı olur. Yüksək 
təzyiq problemi yaşayan xəstələr kimi süfrə duzundan təsir-
lənən insanlara bəzən süfrə duzu olan natrium xlorid əvəzinə 
dadsız duz olan kalium xlorid məsləhət görülür. Kalium xlorid 
süfərnizdəki duz olan natrium xloridin əmisioğludur. Və aşağı 
dozada zərərsizdir. Ağız yoluyla qəbulu faydalıdır və ölümcül 
dozası olduqca azdır, cəmi 2.5 qr/kq, kilonuz başına 2.5qr. Ən 
yaxındakı aptekinizə gedərək kalium xlorid tələb edin, sağlığı-
nız üçün zəruridir. Kalium xloridin həzm sistemi mərhələsinə 
girmədən venadaxili yolla qəbulu isə sizi öldürə bilər. Ürək 
tutulması yaşayıb ani ölümə yaxalanırsınız.
Mənim sevimli kalium xloridim birazdan məni əbədi heçliyə 
qovuşduracaq. Kalium xlorid və xoşbəxtlik. Heçlik. Fikirsizlik. 
Əbədi dinclik. Qaranlıq və səssizlik. Qurtuluşa bir addım! 
İndi  mən  ölüyəm  yoxsa  diri?  Heç  biri. Varlıq  və  yoxluq 
arasında yoxluğa yaxın olan bir yerlərdəyəm.
Bütün hamısı səhv çıxdı. Bütün nikbin filosoflar və onların 
fəlsəfələri. Bütün şərq fəlsəfəçiləri. Su kimi yaşayın, görəcək-
siniz asandır deyənlər və digərləri. Lənətə gələsilər. Elə deyil. 
Alınmadı. Asan  deyil.  İşləmir.  Bəlkə  də  məni  öldürən  sizin 
nikbinliyiniz idi?  Yoxsa anamın nikbinliyi? Hər şeyin yaxşı 
olacağını deyənlərin nikbinliyi. Bəlkə də bizi hər şey çox pis 
olacaq deyərək böyütməliydilər ki, heçnə gözləməyək. Göz-
ləmək. Gözləntilər. Lənətə gələsi Qodot. Gəlmədi. 


377
Gələcək səfərə, nikbinliyinizi ətrafa yaymayın. Kimlərisə 
öldürə bilərsiniz. 
Sağ cibinizdə saxlayın, sadəcə özünüz üçün.
Niyəmi  ölürəm?  Səbəbini  deməyə  utanıram  desəm?  İş-
ləmək istəmirəm. Bəli. Bu qədər sadə və acınacaqlı. Hətta uta-
nılacaq bir tərəfi də görmürəm. O dərəcə utanmazam.
Lənətə gələsi tövsiyyələri eşidir kimiyəm, “Niyə yaxşı bir 
iş tapmırsan?”, “Sevdiyin bir iş tap!”, “İş insanın cövhəridir”. 
Artıq  hətta  götümün  belə  gülməyi  gəlmir  bu  lənət  sözlərə. 
Sevdiyin işmiş. Yaxşı işmiş. Yaxşı iş deyə bir şey yoxdur, o işi 
sevirsənsə onsuzda iş olmaqdan çıxmır o şey? Bu lənət planet-
də hamı sevdiyi işi tapa bilsəydi nə var idi ki. Kapitalistlər sizə 
yalan deyəcək və əgər çalışsanız istədiyiniz şeyi edə bilərsiniz 
deyəcəklər. Elə deyil. Üç nəfər işçilik limiti olan bir işi yüz 
nəfər arzulayırsa necə? Hamısı istəyir və çalışır ancaq sonda 
sadəcə üçünə bəs edəcək yer var. Sağlam rəqabət deyə başınızı 
aldadacaqlar. Ta başdan çürük rəqabətdir halbuki. 
“Yaxşı iş tap başın açılsın”. Bəsdir. Cənablar, sizdən xahiş 
edirəm, sikdirib gedəsiniz.
Mən yoxladım. Hamısını yoxladım. Əlimdən gələn qədər. 
Yaxşı iş tapmağı da yoxladım. Həyatda qala bilmək üçün. İş-
ləməyi  də  yoxladım,  işləməməyi  də.  Kasıb  həyata  alışmağı 
yoxladım. Buddizmi yoxladım. Nikbin filosofları və fəlsəfələ-
rini yoxladım. Evsiz qalmağı yoxladım. Evli olmağı yoxladım. 
Saxta xoşbəxtliyi yoxladım. Sosializmi yoxladım. Kapitalizmi 
də. Müdürümün üzümə tüpürməsinə göz yummağı yoxladım. 
Taleyimlə qəbullanmağı yoxladım. Sağlam bədən və sağlam 
ruh üçün idmanı yoxladım. İçkini də yoxladım, içməməyi də. 
Narkotikləri də yoxladım təmiz bədənlə yaşamağı da. Səhər-
lər tez durmağı yoxladım. Axşamlar tez yatmağı. Başqa insan-
ların  xoşbəxtliyini  görməməyi  də  yoxladım.  Qısqanmamağı 
yoxladım.  Gözütox  olmağı  yoxladım.  Oxumağı  yoxladım. 
Oxumamağı  yoxladım.  Dostluqları  da  yoxladım,  yalnızlığı 
da.  Beynimə  aldanmağı  yoxladım.  Beynimi  tərbiyyə  etməyi 
yoxladım.  Hər  səhər  sanki  hər  şey  yolundaymış  kimi  durub 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə