Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə118/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

372
Laranın üzünə baxdı. Üzündə olduqca dinc bir ifadə var idi. 
Rahat ölmüşdü. Təbəssüm edir kimiydi. Qulaqlığı hələ də qula-
ğındaydı. Musiqi hələ də oxuyurdu. Üzündəki ifadə sanki Ma-
viyə bir işarə idi: “Qorxma, ölüm sandığımızdan da gözəl imiş”
Lara qurtulmuş, heçliyə qovuşmuşdu və indi xilas olma sı-
rası Mavidəydi.
Yerə çökdü və dizlərini qucaqlayıb ağladı. İlk dəfə sevdiyi 
birinin ölümünü görürdü və ilk dəfə ölümü bu qədər yaxınında 
hiss etmişdi. Bir qədər hərəkətsiz oturduqdan sonra elə indicə 
ölməliydi deyə düşünərək başını qaldırıb soruşdu:
-Mənim evtanaziyam saat 12-dədir, indi edə bilərsiniz?
-Əgər istəsəniz bəli, sadəcə barmaq izinizi aparata göstər-
məyiniz lazımdır ki, məlumatlarınızı görə bilək.
Donuq baxışlarla fikirləşdi bir qədər. Üç saat gözləyə bil-
məzdi deyə düşündü. Gözləyib nə edəcəkdi sanki. Ən yaxşı-
sı indicə, burdaca işi bitirmək idi. Üstündə çox fikirləşmədən 
ölümə və heçliyə qovuşmalıydı. Ayağa durdu. Həkimin göstər-
diyi aparata doğru yeridi. Baş barmağı tərəddüdlə aparata doğ-
ru uzatdı. Şəklinin və bütün informasiyalarının olduğu səhifə 
gəldi kompyuterin ekranına. “Əgər hazır hiss edirsinizsə baş-
laya  bilərik” dedi  həkim  ekrandakı  informasiyaları yoxlaya-
raq.  “Hazıram”  deyə  mızıldandı  Mavi  çarəsiz  və  taqətsizcə. 
Nə qədər hazır ola bilərdisə, o qədər hazır idi.
“Məni izləyin zəhmət olmasa” deyib dörd nömrəli otağa 
yaxınlaşıb qapını açıb içəri girdi həkim yanındakı qızla bir-
likdə. Tərəddüdlü addımlarla düşüncəli formada onları izlədi 
Mavi. Dörd divarı ağ rəngə boyanmış dar bir otaq idi eynilə 
Laranınkı kimi. Otağın cansıxıcı aurası Mavini narahat etdi. 
Belə bir yerdə ölmək istəməzdi deyə düşündü. Ancaq artıq çox 
gecdir və ölümü bir addım uzaqlığındadır deyə fikirləşdi.
Həkim danışaraq ona bir şeylər deyir, proseduranı başa sa-
lırdı. Lənətə gələsi prosedura deyə düşündü, ölmək üçün belə 
hansısa proseduranı izləməliydi. Ölməyə belə ərindirirdilər in-
sanı. Bəlkə də qayıdıb bir-iki qədəh vodka içməliydi. Biraz ve-
csizləşərdi. Yox əşi. Hər nə isə. Bir dəqiqə sonra bunların heç 


373
bir mənası qalmayacaq. Bir dəqiqə? Bəlkə də daha az. “Oturun 
zəhmət olmasa”, “İndi arxaya doğru uzanıb rahat nəfəs alın”. 
Ölüm qabağı nə qədər rahat nəfəs ala bilərsən? Natrium pento-
tal. Ölüm mələyim. Tez ol.
Həkimin  əlindəki  iynəni  gördü  və  beynindəki  emosiya 
mərkəzi olan amiqdalasının bütün neyronları aktivləşdi. Qorxu 
sardı bütün bədəni. Ölüm cəngavərinə qarşı bədənin bütün or-
dusu ayağa qalxdı. Qorxmuşdu. Lara kimi sakit qarşılamırdı 
ölümü.  Lara  sakitmi  qarşılamışdı?  Göründüyü  qədər  güclü 
qızmı idi? Üzündəki ölüm sonrası ifadə elə deyirdi zira. Tə-
bəssüm edərək ayrılmışdı. Sanki həyata son istehzalı gülüşünü 
ataraq ondan qorxmadığını bildirirmiş kimiydi. 
-Qolunuzu uzadın zəhmət olmasa.
Laranın  natrium  pentatol  dozasını  azaldaraq  bihuş  olma 
müddətini təxminən 30 saniyəyə qaldırtdığı doğruydu görəsən? 
Necə bir cəsarət idi ilahi. Lara. Sən tanıdığım ən güclü qadın 
idin. Bəlkə də yaşasam da tanımazdım daha cəsarətlisini. 
-Bir dəqiqə oturun, indi gəlirəm – deyib çölə çıxdı həkim.
Beyninin qorxu mərkəzi amiqdala onun verdiyi intihar əm-
rinə qarşı çıxaraq bütün bədənə savaş ya qaç siqnalları göndərir. 
Savaş ya da qaç. 
Savaşmaqmı?  Ölümlə  necə  savaşa  bilərsən?  Həm,  Lara-
nın mahnısında dediyi kimi, mən artıq savaşmaq istəmirəm. 
“Qorxaq!”  deyə  içindən  tanımadığı  səslər  yüksəlir  və  onu 
cürətsiz adlandırırdılar. Qorxaq! Axmaq! Bir qədər fikir ver-
dikdən sonra gördü ki, onu ölümdən qorxduğu üçün yox, ya-
şaya bilmədiyi üçün qorxaq adlandırırdılar. Bəli, yaşaya bil-
mirəm.  Bu  qorxaqlıq  deyil  şikəstlikdir.  Bacarıqsızlıqdır.  Siz 
şikəst insanlara şikəst deyə xitab edirsiniz? Axı bu tərbiyyə-
sizlikdir.
 Kimi aldadıram? Məgər mən şikəstəm? Yoxsa bu sadəcə 
bir təsəllidir? Deyil. Axı şikəstlik sırf fiziki olmur. Mənimki də 
psixi şikəstlikdir. Məgər depressiya xəstəlik deyilmi? Xəstə-
likdir ki mənə ölüm icazəsi veriblər. Ölüm icazəsi. Necə də 
gülünc səslənir. Bədbəxtsən sən, bədbəxt.


374
Qorxurdu  və  ölmək  istəmirdi. Atasını  xatırladı.  Yanında 
olsaydı da onu qucaqlayıb ağlasaydı deyə düşündü, amma ba-
carmazdı.
Beyni ilə ürəyi arasındakı müharibənin bu dəfəki nəticəsini 
sadəcə həmişə alkoqolun yıxdığı qaraciyəri deyil, bütün bədə-
ni çəkəcəkdi. Elə ona görə də bədənində əli silah tutan bütün 
hüceyrələr  ayağa  qalxmışdı.  Başlarında  bu  ölkədəki,  bu  bə-
dəndəki indiyə qədərki bütün savaşlarını qazanmış bir sərkər-
də gedirdi. Heç bir savaşda uduzmadığı üçün bədən sakinləri 
ona yenilməz həyat eşqi adını vermişdilər. Əlində nizəsi beyinə 
doğru yol almaqdaydı. Beynin ən güclü ölüm cəngavərinə qar-
şı savaşacaqdı. Həm də ölümünə.
Ürəyinin döyüntüsü o qədər güclüydü ki, heç öz fikirlərini 
belə eşitmirdi. Qorxu anında beyin bütün gücünü bədənə ver-
diyi üçün keçici olaraq rasional şüur və düşüncələr basdırılaraq 
arxa plana keçirdi. Meşənin yırtıcı heyvanlarına qarşı müdafiə 
mexanizmi olaraq inkişaf etdirmiş olduğumuz qorxarkən bə-
dəndəki tüklərin böyüyərək bizi böyük və vahiməli göstərməsi 
xüsusiyyətinin təkamüldən qalmış qırıntısı işə düşür və tüklə-
ri biz-biz olurdu. Yenə eynilə, yırtıcı heyvan görüb qorxarkən 
diqqət çəkməməkçün tərpənmədən dayansaq heyvan bizi gör-
məyəcəyi üçün bədənimizdə inkişaf etmiş olan qorxu zama-
nı yerindəcə dayanma xüsusiyyəti işə düşür və bədəni olduğu 
yerdəcə donur, bir nöqtəyə zillənirdi gözləri. Bir tərəfdən kim-
yəvi, bir tərəfdən psixoloji olaraq bütün bədəni ona baş qaldı-
rırdı. Bədəni savaş ya qaç rejiminə girdiyi üçün gözlərinə daha 
çox işıq girsin və ətrafdakı hər şeyi görsün deyə göz bəbəkləri 
böyüyür, bu da zaman hissini yavaşladır və saniyələri uzadırdı.
İçindəki  savaşdan  bir  xəbər  gəlir,  bütün  ordusunu  yığıb 
yenə  bədəni,  dayanıb  beynin  qapısına.  Beyninə  savaş  açıb 
ürəyi,  təhdid  edir  onu,  mümkün  bir  intihar  girişiminə  qarşı. 
Ölümü  hər  təsəvvür  edişində  ürəyində  bir  gurultu  başlayır. 
Qulaqlarına qədər. Yorğun cəngavərlər ordusudunun uzaqdan 
gələn uğultusu. Damarlarda irəliləyən qan dənəcikləridir onlar. 
Savaşa hazırlaşırlar. Həm də Ölümünə! Həm də ölümünə! Ya-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə