Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə117/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   113   114   115   116   117   118   119   120   ...   123

369
- Xoşbəxtlik axtarışına çıxmısan? Aciz insan. Ağrıya döz-
məyi öyrənməlisən səni axmaq, həzz dalınca qaçmağı deyil. 
– dedi kişi və Mavi onun Nietzsche olduğunu anladı.
-Mənə nə etməli olduğumu demə, necə etməli olduğumu de.
Nietzsche güldükçə böyüyür və Mavi kiçilirdi.
-Yarım buraxdığın kitablarımı oxusan bəlkə bilərdin. Sadə-
cə orta əsrlərdən qalmış üç-beş dəyəri rədd edərək üstinsan ol-
duğunu sanırdın ancaq gündən-günə kiçilirsən. O qədər aciz-
sən ki az qala özünü öldürəcəksən. Üstinsan olmaq istəyirsən? 
Yaşamalısan! Bu ağrıların içində ölmədiyin hər gün daha da 
yaxınlaşacaqsan üstinsana. Yaşadığın hər can sıxıntısını içki 
ya narkotiklə doldurmayaraq yaxınlaşacaqsan üst insana. Son-
ra bir gün heç bir ağrı sənə təsir etməyəcək. Nə məsafələr nə 
keçmiş xatirələri.
-Sən çarəsizlik təsəllisindən başqa bir şey deyilsən! Ən pis 
günlərimdə sənə sığınırdım çünki pessimizmin mənə güc ve-
rirdi. Amma artıq bəsdir. Acizlərin sığınacağısan sən. Ağrıya 
alışmaqdansa  ağrını  birdəfələik  kəsəcəm  özümü  öldürərək. 
Məsələ bunların heç biri deyil! Məsələ nə nostalgia ağrısıdır 
nə xatirələr nə məsafələr. Mən sadəcə işləmək istəmirəm! Hə-
yatda qalmaq üçün çəkməmiz gərəkən o əziyyəti inkar edirəm. 
Günah məndə deyil, müasir dövlətlərin insanları nə hala saldı-
ğını görürsən. İşləmək və yenə işləmək.
Nietzsche gülür, güldükcə böyüyür və Mavi kiçilirdi.
- Özünü öldürsən də məni haqlı çıxaracaqsan, öldürməsən 
də. Günahı başqasına atmaq axmaqlıqdır. Sənin həyatın sənin 
əllərindədir! Səfeh! İnsanın nə qədər doyumsuz olduğunu ən 
az mənim qədər yaxşı bilirsən.  Onda nəyə görə həzz arxasınca 
qaçıb ağrıdan uzaqlaşırsan? Bitməz o yol. Özünü öldürmədi-
yin hər gün daha da güclənəcəksən. Tab gətirəcəksən. Dözə-
cəksən! Ölümə getdiyin bu son günlərdə belə həzzin ardınca 
qaçırdın!  Seks  və  narkotikin  qurbanı  olmusan  son  günlərin-
də belə. Bütün o post-modern bədbəxt insanlardan sadəcə bir 
başqasına  çevrilmisən!  Tarixin  iki  ən  böyük  həzz  qaynağı. 
Qadınlar və uyuşturucular. Onların ardınca qaçdığın qədər on-


370
ların yoxluğu səni narahat edəcək. Mübtəlası olduğun həzzlə-
rin  fırtınasında  itmisən.  Qaçıb  barlara  gedirsən. Tragediyanı 
özünü uyuşduraraq üstündən atır və həzzin qurbanı olursan. 
Mənim dahi olduğumu inkar edirsən amma başa düşmürsən ki, 
dahi olma səbəbim tragediya ilə baş edə bilməyimdir! O lənət 
Qodotu gözləməyi buraxdığın gün azad olacaqsan. İçində ol-
duğun bu bədbəxtliyi təkrar və təkrar yaşayacağını bildiyin və 
qəbullandığın gün azad olacaqsan. Xoş günləri gözləmədiyin 
gün və bəd günlərə tab gətirdiyin gün! Onları hiss etməyəcək 
qədər  gücləndiyin  gün  fövqəl  insan  olacaqsan  və  tragediya-
nın fırtınasında rəqs etməyi öyrənəcəksən, fırtınadan qaçmağı 
yox. İztirab həyatın ayrılmaz bir parçasıdır. Döz! Tab gətir və 
dayan! Sənə əzab verən xatirələrini unutmağa çalışma. Onla-
rı xatırla və ağrılarına dayan! Ümidlərini öldür və işgəncəni 
yox et! Mərhəmət duymuram sənə və iztirab arzu edirəm, bəd-
bəxtlik, tənhalıq, xəstəlik və işgəncə arzu edirəm! Arzulayıram 
çünki bunlara tab gətirə bilməyini diləyirəm.
Nietzsche qaranlığa qərq olub itdi və Mavi səhər bu yuxu-
nu xatırlasa da, sonra xatırlamayacağı başqa yuxular görməyə 
davam etdi.
* * *
Artıq savaşmaq istəmirəm.
Artıq savaşmaq istəmirəm.
Səhərə  doğru  yuxusunda  Laranın  dünən  oxutduğu  ölüm 
mahnısını eşidirdi Mavi.
Mən artıq savaşmaq istəmirəm.
Səsi daha da yaxından eşitməyə başladı. Sanki tam da qu-
lağının dibindən. Daha da diqqətlə fikir verdi və o anda göz-
ləri açıldı. Musiqi davam edirdi. Pəncərədən otağa dolan işıq 
dənəcikləri gözünü qamaşdırdı. Yanına baxdı. Lara orda deyil-
di. Musiqi davam edirdi. Saat axtardı gözləri otaqda. Yox idi. 
Ədyalı üstündən tullayıb sürətlə ayağa qalxdı və müvazinətini 
qoruya bilməyib yıxıldı. Şalvarını götürüb çıxdı otaqdan.
Artıq savaşmaq istəmirəm.


371
“Lara” deyə qışqıraraq çağırır və koridorla qaçırdı. Giriş 
qapısındakı  qadının  yanına  gəldi  təngnəfəs.  Saatı  soruşdu. 
Doqquz tamam idi. Qərarsız hərəkətlərlə hara gedəcəyini bil-
mədən ortada fırlandı bir an. Bara qaçdı. Boş idi bar və eyni 
musiqi  təkrar  çalmağa  başladı.  Geri  qayıdıb  evtanaziyaların 
harda yerinə yetirildiyini soruşdu qadından. Arxa binaya ge-
dən koridoru göstərdi qadın. 
Qaçmağa başladı.
Koridorun sonundakı yarı açıq qapıdan içəri girdi. “Lara” 
deyə qışqırırdı. Üst tərəfində kiçik pəncərələri olan beş ya altı 
qapının olduğu bir otağa girdi. Qapıların üstündəki kiçik pən-
cərələrdən içəri baxmağa başladı bir-bir. Otaqdakı iki həkim 
onu dayandırmağa çalışdı. Anlaşılmaz sözlər deyərək onlardan 
birini itələdi. Təkrar baxmağa başladı kiçik pəncərələrdən. 
Üçüncü pəncərə.
Dördüncü pəncərə.
Və Lara.
Hərəkətsiz bədəni boş otaqdakı yatağın üstünə uzanmışdı 
və  qollarından  venadaxili  şprislər  sallanırdı.  Qapını  açmağa 
çabaladı Mavi. Bağlıydı. Otaqdakı iki nəfərin üstünə yeriyib 
özünü  itirmiş  formada  qışqıraraq  qapını  açmalarını  istədi. 
Onu sakitləşdirməyə çalışdılar. Alınmadı. “Qapını açın!” deyə 
qışqırdı təkrar. “Xahiş edirik sakitləşin. Pasientin icazəsi olma-
dan qapını aça bilmərik. Onun yerində özünüzü təsəvvür edin. 
Kiminsə gəlib sizi dayandırmasını istəyərdinizmi?” deyib sa-
kitləşdirməyə  çalışdılar  onu.  Qapının  ağzında  dayanıb  kiçik 
pəncərədən  Laranı  izləməyə,  qapını  təpikləməyə  və  hıçqıra-
raq ağlamağa başladı. “Lara!”, “Niyə mənə yalan dedin!”, “Nə 
mənası var idi sanki!”, “Səni heç vaxt bağışlamayacam Lara!”. 
Durduq  yerdə  gah  diksinir,  gah  nəsə  pıçıldayır,  gah  da 
yumruğunu  divara  sıxırdı.  Ürəyinin  qapısı  açıq  qalmışdı  və 
çölün bütün soyuq havası içinə dolurdu. Laranı niyə bu qədər 
sevdiyini özü də bilmirdi. Ona görə ki onlar bədbəxtlik dos-
tuydular? Yoxsa sadəcə ona görə ki Lara hədsiz gözəl idi? Yox. 
Bəlkə də ona görə ki onun Laradan başqa heç kimi yox idi.


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə