Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə115/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   111   112   113   114   115   116   117   118   ...   123

363
yirəm” deyə mızıldadı Lara, “özümü hazır hiss edirəm”. Seç-
diyi musiqinin növbəsi çatdı və oxumağa başladı. Mavi Laranı 
otağına  daşımağa  başladı.  Hər  ikisi  səndələyərək  yeriyir  və 
musiqinin nəqarətini oxuyurdular “Artıq savaşmaq istəmirəm. 
Artıq savaşmaq istəmirəm..”
Yaş paltarlarını çıxarıb yatağa girib bir-birlərinin çılpaq bə-
dənlərini  qucaqladılar.  Həddindən  artıq  başgicəllənməsi,  ba-
şağrısı və sərxoşluq çəkirdilər. Divarlar fırlanır, bəzən geniş-
lənir bəzən də daralırdı. Hər şey fırlanır kimi görünürdü ancaq 
diqqətlə baxdıqlarında hər şeyi yerində görürdülər. Ən pisi də 
o idi ki, qusacaqmış kimi olur amma qusa bilmirdilər. Heçnə 
də yeməmişdilər. Bir an onlara elə gəldi ki heç vaxt yata bil-
məyəcəklər ancaq bir neçə dəqiqə sonra ikisi də yuxuya getdi. 
Başını Mavinin sinəsinə qoydu Lara və ruhunu ona söykədi.
Real dünyanın ağrılarından xilas olub şüuraltı dünyasının 
bilinməzliyində itdilər. Orda bəzən qorxu tapdılar bəzən dinc-
lik. Bəzən quş olub uçdular, bəzən quş olub ovlandılar. Lara 
bir şəlalədən aşağı düşdüyünü gördü, qorxuya qapıldı, qışqır-
mağa başladı ancaq sonra necəsə başa düşdü ki bu şəlalə heç 
vaxt bitməyən sonsuz bir şəlalədir və qorxunun yerini qəribə 
bir zövq hissi aldı. Soyuq su dənəciklərinin içində bu dəfə xoş-
bəxtlikdən qışqırmağa və sonsuz axımla aşağı düşməyə baş-
ladı. Həmişə yüksək bir yerdən tullanmaq və o hissi yaşamaq 
istəmişdi,  havadaykən  yaşanılan  adrenalin  partlamasını  hiss 
etmək istəmişdi həmişə ancaq yerə çırpılmaq düşüncəsi ona 
dəhşətli  dərəcədə  qorxunc  gəlirdi.  İndi,  ölümündən  bir  gün 
əvvəl o bu hissi yuxusunda yaşayırdı. Şəlalə onu okeanın di-
binə apardı. İnsanların suyun altında yaşamağa doğru təkamül 
etdiyi bir dünyaya girdi. Hər şey normal idi, maşınlar, evlər, 
işə gedən insanlar, yollar. Normal olmayan tək şey, hər şeyin 
suyun altında olması idi. Hər şey o qədər normal görünürdü ki, 
qaranlıq okean dibinin süni işıqlarla aydınlatılması ya da arada 
bir ortalıqdan keçən balıqlar belə onun diqqətini çox da çək-
mirdi. Bir küçədə tapdı özünü, uzaqdan anasını və atasını gör-
dü, həyət evlərinin qarşısında stol qoyub oturmuşdular. Kədər-


364
li-kədərli kimisə gözləyirdilər ancaq gəlməyəcəyini bilirdilər. 
Birdən o başa düşdü ki onları tərk etmiş qızlarını, Laranı göz-
ləyirlər. Ağlamağa başladı. Gözyaşları okeanın suyuna qarışdı 
və o gözyaşı axıtmadan ağlayan heyvanları xatırladırdı. Suyun 
altında boğulurmuş kimi hiss etdi, sonra kədərli atasının boy-
nunda qalxıb enən bir şey diqqətini çəkdi. Əlini öz boynuna 
atdı, qəlsəmə, qəlsəmələri var idi. Olduqca real görünürdülər. 
Bu düşüncə ilk başda onu narahat etdi. Sonra alışdı, hər şey 
kimi. Qaçıb ya da üzüb anasını qucaqlamaq istədi, ancaq bə-
dəninin əks istiqamətdə hərəkət edib onu anasından uzaqlaş-
dırdığını gördü, həmişəki kimi. İnsan nə istəyir istəsin, xisləti-
nin onu başqa istiqamətə aparacağının bir sübutu kimi. Sanki 
determinist bir dalğaya tutulmuş kədərli bir su pərisi kimiydi. 
Başqa insanların yanlarından keçib, onların söhbətlərinə mi-
safir oldu. Yeniyetmə bir qız ağlayırdı və yanındakı dostuna 
dərdlənirdi  “bezmişəm,  üzüb  buralardan  getmək  istəyirəm, 
uzaqlara, lap uzaqlara, bəlkə Atlantik okeanına, deyirlər orda 
insanlar daha çox xoşbəxtdirlər”. Qızda gəncliyini gördü, ona 
acıdı. Nə qədər yaxınlaşıb “getmək hər şeyi dəyişmir” demək 
istədisə də, yaxınlaşa bilmədi. 
Birdən onu nə olduğu bilinməz bir dəhşət bürüdü və bədə-
nini Maviyə doğru sıxdı. Çılpaq və isti döşü Mavinin sinəsinə 
yayıldı. Mavi bu kiçik tərpənməni yuxusunda hiss etdi və bu 
kiçik hərəkət yuxusuna kəpənək effekti kimi təsir edərək onu 
yeraltı bir otaqda bir qoca ilə dialoqda olduğu yuxudan qapını 
açaraq onuncu mərtəbədə penisi olan bir qadının olduğu otağa 
keçirdi. Sarışın qadının çılpaq oturub bir kişi ilə söhbət etdiyi-
ni və qucağındakı uşağı döşləri ilə deyil, penisi ilə qidalandır-
dığını gördü. Başqa bir kainatda olduğunu anladı. Orda belə 
qidalandırırdılar uşaqları və qadınların penisi var idi. Qadının 
sərt, qalın, uzun və dik penisi və döşləri Mavinin ağlını başın-
dan  aldı.  Onun  bədəninə  baxdıqca  baxır  və  doymurdu.  Ona 
yaxınlşamaq istəyir, ancaq alınmırdı. 
Yatdıqları otağın çölündən uzun bir səs eşidildi, bir bayquş 
səsi. Sonra bütün digər bayquşlar ilk bayquşa qoşuldu. Kam-


365
pın  dörd  bir  tərəfini  sarmış  bayquşların  səsləri  binanın  pən-
cərələrindən ölü canların otaqlarına dolub onları narahat etdi. 
Bəlkə  də  bayquşlarla  bağlı  rəvayətlər  doğruydu  və  onların 
ölümünün xəbərçisiydi ətrafı bürüyən vahiməli səslər bütünü. 
Səslər Mavinin yuxusuna təsir etdi və o penisli qadının oldu-
ğu onuncu mərtəbədən başqa bir otağa, mərtəbəyə, şəhərə və 
kainata keçdi. 
Bir yazarın romanındakı əsas obraz olduğunu hiss etdiyi 
bir yuxuya keçdi. Girdiyi otaq yazarının otağıydı. Səfil yazar 
yazısını yarım qoyub yerə yıxılıb yuxuya getmişdi. Bədbəxt 
birinə  oxşayırdı.  Sanki  yaşamaq  istədiyi  həyatdan  uzaqda 
olduğu üçün onu yazılarında yaşatmağa çalışırdı. Yalnız idi. 
Dar və dağınıq bir otağın küncündə yıxılıb qalmışdı. Üst başı 
çirkliydi, sanki həftələrdir çimmirdi və sanki bunların heç bir 
əhəmiyyəti  yox  kimiydi.  Sanki  yazmaq  istəmirdi  və  nifrət 
edirdi yazdığı anlara çünki bu danışacaq heç kəsinin olmaması 
demək idi. İşgəncəsindən zövq almağı öyrənə bilməmiş insan-
ları xatırladırdı.
 Mavi yuxuda olub olmadığından əmin ola bilmir və bu fi-
kir onu dəhşətə gətirirdi. Sadəcə bir əsər qəhramanıymış kimi 
və  sadəcə  yazılanları  etmək  məcburiyyətində  olduğunu  hiss 
edirdi.  Sanki  yazarının  qələmi  onun  determinizm  sopasıydı. 
Özünü bunun yuxu olduğuna inandırmağa çalışırdı ancaq alın-
mırdı. Oyana bilmirdi.
  Mavi onu burdaca öldürsə heç kimin xəbəri olmayacaq-
dı. Bəlkə də onu burdaca öldürməliyəm deyə düşündü. On-
suz da istədiyi bu idi, belə bir əsər yazdığına görə. Ancaq bir 
anlıq iç-içə keçmiş qorxu və yazıqlıq hissi onu fikrindən da-
şındırdı. Otağa nəzər saldı, kitablar və cırıq səhifələr. Tütün 
və sarma kağızlar. Boş butulkalar və boş ümidlər. Sönük bir 
işıq. Yerdəki cırıq kitab səhifələrindən birini götürüb oxuma-
ğa çalışdı. Hansısa yazarın kitabının cırılmış və paramparça 
edilmiş səhifələri var idi bir tərəfdə. Divardakı notlara göz 
gəzdirdi. Yarımçıq şeirlər və silinmiş cümlələr. Birini oxu-
mağa çalışdı:


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə