Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə33/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

 
65
- Burda saxlayın zəhmət olmasa.  
Pulu ödəyib  İslam Milli küçəsi ilə, Talıb Qulamov küçəsinin kəsişməsində, Qənirə Milli adına kitabxananın arxasında 
düşüb yolu keçdim. 
Dram teatrının qarşısındakı meydança skeytborçu uşaqların işğalına məruz qalıb. Qızlı-oğlanlı skeytbord sürən 
yeniyetmələrin cıvıltısı  qəribə  şəkildə  əsəblərimi sakitləşdirir. Onların sayəsində urbanistik mahiyyətə bürünən bu 
meydan, indi azadlıq adasını xatırladır. Təkərlərini az qala divarlara dırmaşdıran balaca “virtuozların”  şən, qayğısız 
gülüşlərində doğmalıq duyuram sanki. Bir yandan uşaqlara tamaşa edir, bir yandan da gözucu afişalara nəzər yetirirəm - 
“Kral Lir”, “Romeo və Culyetta”. Nə maraqlı tamaşalardır! Avropalılar bunları görsələr, elə bilərlər Azərbaycan normal 
ölkədir; xalq kütlələri teatra, operaya, baletə düşə bilmək üçün upuzun növbələrə düzülür. Halbuki teatr da, opera da, 
balet də, filarmoniyadakı konsertlər də qeyri-legitim hakimiyyətin öz cinayətlərini maskalamaqdan ötrü qurduğu; azadlığın 
yox, avtoritarizmin möhkəmlənməsinə xidmət edən anturajlardır.  Şəhərdə tikilən göydələnlər və körpülər kimi. Açılan 
bahalı butiklər və restoranlar kimi. Günü-gündən sayları çoxalan beş ulduzlu otellər kimi. 
Yenicə siqaret yandırmışdım ki, Rənanın mənə doğru yaxınlaşdığını gördüm. 
Qoynuma soxulub bərkdən qucaqladı məni. Dodaqlarından öpdüm. Çeynədiyi çiyələk saqqızının ətri dəydi burnuma. 
- Necəsən? – soruşdum. 
- Pis deyiləm. Səndə təzə xəbərlər var deyəsən. 
- ? 
- Bura xeyrola?  
- Həə, onu deyirsən. Heç. Sənan zəng eləmişdi. Gedək. 
Teatr binasına tərəf tələsmədən addımlamağa başladıq. Rəna çantasına yellədə-yellədə: 
- Deyirəm axı. Sən bura gələn deyilsən. Deməli o dəvət eləyib. 
- Əslinə qalsa, heç o da buralara gələn deyil – dedim.  
Rəna əlini belimə doladı. 
- Doğrudan e. Kafe, restoran qəhətdi bəyəm? 
- Yəqin bu gün vurmaq istəmir. Çayla yola verəcək bizi. 
Dram teatrının sağ böyründə, zirzəmidə yerləşən “Mozart” kafesinin qapısını açıb içəri girdik. On masadan yeddisinin 
boş olduğu kafedə həzin, instrumental musiqi çalınırdı. 
Səhv etmirəmsə İqor Krutoy olmalıdır. 
 
*** 
 
Kafenin  şimal divarı boyu döşəmədən tavana qədər uzanan rəflərdə yüzlərlə kitab var. Kitablardan hansınısa bəyənib 
almaq istəyən, burma pilləkənlə ikinci mərtəbədə yerləşən, kafedən iki dəfə böyük sahəsi olan mağazaya qalxmalıdır. 
Roman müsahibələrinin birində:  “Bakının  ən ağıllı,  ən savadlı adamları  gəlir bu kafeyə. Vaxtını öldürmək, özünü 
göstərmək istəyən gənclərin burda yeri yoxdur. Ziyarətçilər kitaba toxunmaq, onu hiss etmək, yeni kitablarla tanış olmaq 
istəyən təbəqədir” demişdi. Deməli biz, Rəna ilə hal-hazırda bu “ali” təbəqənin arasındayıq. 
Roman haqlıdır – “Mozart”-da, insan özünü başqa bir fəzada hiss edir. Bu fəzada, yəni “kitabla təmas etmək istəyən 
təbəqənin”  əhatəsində olmaq, kitaba nifrət yaratmasa da, ən azından insanda kitaba qarşı qeyri-ciddi münasibət 
formalaşdıra bilər, çünki buradakı kitablar ən yaxşı halda fon rolunu oynayır. Özlərini “elitar” təbəqə, “kübar” cəmiyyət 
adlandıran, ambisiyaları imkanlarından və qabiliyyətlərindən qat-qat yüksək olan, mütaliədən ziyadə kafenin Wi-Fi 
xidmətindən yararlanmaq üçün bura yığışan kafenin daimi müştəriləri, elə bil kitablardan hördükləri divarların arxasında 
gizləniblər. İntellektualizm, dərinlik və mədəniyyətin yalnız onlara məxsus olduğuna ciddi-ciddi inanırlar. Kitabdan hörülən 
bu divarların arxasındakı cəmiyyət və onun problemləri isə, onları qətiyyən maraqlandırmır. Daha doğrusu onlar bütün 
bunlardan xəbərsizdirlər. Azərbaycan reallığından uzaq, mikro dünyalarında yaşayan bu insanlar ölkədə  nələrin baş 
verdiyini bilmədikləri kimi, keçmiş  və  gələcək haqda da nəinki düşünmür, hətta bu barədə beyin yormağı axmaqlıq 
sayırlar. 
Bu kafedə Azərbaycan dilində danışmaq ayıb sayılır. 25 yaşlı ofisiant Yelena, rus dilində danışmayanlara elə sifət 
göstərir ki, yediyini içdiyini də qaytarıb qaçmaq istəyirsən. Hətta bir neçə ay əvvələ qədər, girişdəki sağ divardan asılmış 
ağ lövhəyə flomasterlə yazılmış:  “Ev heyvanlarının və azərbaycandillilərin kafeyə girməsi qadağandır”  xəbərdarlığını 
oxumaq da mümkün idi. Gülümsəyən smayliklərlə bəzədilərək, guya zarafat kimi təqdim olunan bu xəbərdarlıq, kafeyə 
təsadüfən gələn Xızı rayonunun qadın millətvəkili Natavan Həbibinin diqqətini cəlb edərək, onu qəzəbləndiribmiş. Kafedə 
əməlli-başlı dava salan, Romana ağzından çıxanı deyən Natavan, lövhəni öz əlləri ilə divardan söküb küçəyə 
vıyıldadıbmış. O gündən sonra deputat xanım “Mozart” a ayaq basmasa da, kafenin “zarafatçıl” müştəriləri 
azərbaycandillilərə sataşmağa cəsarət etmirlər. Ağ lövhəyə isə indilərdə günün menyusu, yeni salatlar və içkilər 
haqqında məlumatlar yazılır. 


 
66
“Mozart”ın rusdilli, “elitar” müştərilərini fərqləndirən cəhətlərdən biri də, dünya şöhrətli konyunktura adamı Paolo 
Koelhonun yaradıcılığı üzrə “mütəxəssis” olmaları və hamı bir nəfər kimi Əlkimyagəri oxumalarıdır. Aralarından bəziləri 
Viktor Pelevinin də bir neçə  əsərini oxuyub ki, “intellektualizmdə” bir pillə onlardan yuxarıda dayananlarla ayaqlaşa 
bilsinlər. Rəna demişkən, bütün dünyada Paolo Koelho mənasız adamların, qlamur vurğunlarının, psevdointellektual və 
latent pederastların kumiridir. Bu da bir daha “Mozart”da öz təsdiqini tapır. Koelho bura yığışanların hamısını  dəli 
eləyərək, öz müstəsnalığına, dərinliyinə  və kosmosu qavrama istedadına inandırıb. Sənan, “metro qarşısında limon 
satan qaraçının intellekti nə qədərdirsə, bu rusdillilərin də intellekti o qədərdir” deyir. Mən isə düşünürəm ki, Madonna ən 
sevdiyi yazıçının Koelho olduğunu bildirməsəydi, bəlkə də onun belə böyük oxucu ordusu olmazdı. 
Yenə də bu kafeyə toplaşanların məzəli söhbətlərini eşitmək çox əyləncəlidir. Stulun belinə yaslanıb saçlarını arxadan 
yığan Rəna mənə göz vurdu: 
- Əla söhbət gedir. Fikir ver. 
Hörüklü saçlarına sarı-qırmızı muncuqlar düzmüş fındıq burunlu qız - qısa saçlı, boynundakı zəncirdə oxatan bürcünün 
rəmzi sallanan rəfiqəsinə: 
- Руфатик с третьего подъезда İnfiniti купил. Видела? – soruşdu. 
- Да, блин. Папинкин сынок. 
- Но он такой милый. Чем-то Губина мне напоминает. 
- Андрея Губина? 
- Ну да!  
- Да лааана тебе, Губин… Фу. 
Tam qarşımızdakı masada isə iki cavan oğlan arasında qızğın mübahisə gedir.  
- Хорош пиздеть и разоряться, как баба на молоканке! 
- Чувак, чес слово я Славу уже и так и эдак продвигаю, но не зовут бля! 
- Если игру провалим, Рошка нам этого не простит. И без того в последние дни сам не свой. 
- А чё случилось-то? 
- А хуй его знает. Слухи разные ходят…  
Oğlanlardan sarışın olanını tanıdım. “Что? Где? Когда?» oyunlarının aktiv iştirakçısıdır. Söhbət də görünür komandanın 
kapitanı Rövşən Zabitoğlundan və oyuna cəlb etmək istədikləri, Slava adlı adamdan gedir. Qəfil, ikisi də üzlərini bizə 
tərəf çevirdilər. Rəna menyunu vərəqləyirdi deyə, onlarla göz-gözə gəlmək mənim payıma düşdü. Baxışlarımı üzlərindən 
ayırmadan, siqareti külqabına sərtcə basıb söndürdüm. “Tanımadıqları adamların kafeyə gəlmələri onları narahat edir, 
ona görə belə əsəbidirlər”. Mənim də onlara tərs-tərs baxdığımı və gözümü çəkmək niyyətində olmadığımı görüb, son 
dəfə Rənanı süzdülər və üzlərini çevirdilər. Sarışın oğlan qırmızı şərabdan bir qurtum içib: 
- Слушай, эти чушки уже на наш островок покушаются - dedi. - Вчера заходили двое. Блин, два часа на своем 
ебаном азибижанском пиздели.  
- Да, не говори! Прикинь, мало того, что на азибижанском пиздят, так еще и книжки рассматривают.  
Rəna başını qaldırıb təəccüblə onlara, sonra da mənə baxdı:  
- Bunlar nə gicdəyir? 
- Əşi fikir vermə, – dedim. – Onlara baş qoşanın ağlı yoxdu.  
- Azərbaycan dilində danışdıq deyə əsəbiləşdilər? 
- Hə də. Bilmirsən bunların qarın ağrısını?  
Rəna güldü və başını buladı: 
- Tay demirlər ki, rus dilindən dərs keçərəm onlara. 
- Əslində problem onların rus dilində danışmaqları deyil, rus dilində düşünmələridir. 
- Yaxşı yadıma düşdü. Rusdilli qızların azərbaycandilli qızlardan yaxşı sevişdiyini sən demirdin?  
- Düz deyil bəyəm? – sakit tərzdə soruşdum. – Rusdillilərin nəyi də olmasa, qızlarının sevişməsindən yoxdur. Bu işi əla 
bacarırlar. Texnikanı bilirlər. Ehtiraslıdırlar.  
- Yaxşı da! Sənə nə rusdilli, nə qeyri rusdilli? Şorgözün yekəsisən. 
Sənan içəri girib oyan bu yana baxdı. Bizi görüb gülümsədi. Yanımıza yaxınlaşdı.  
- Axşamınız xeyir. Nə yaxşı  Rəna da gəlib! – Sənan sevgilimin əlini sıxdı. – Son vaxtlar az-az görüşürük. Günah 
Muraddadı.  
Rəna yanındakı stulu Sənan üçün çəkib: 
- Buyur əyləş – dedi. – Muradın sifətini heç mən düz-əməlli görmürəm. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə