Ali Akbar Amneziya (2010)


- Samit Osmanlının kitablarına mağazada rast gəlmişdim



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə32/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

 
64
- Samit Osmanlının kitablarına mağazada rast gəlmişdim. 
- Aha. O bizim gənc və perspektivli yazarlarımızdandır. Azərbaycan dilində nəsr yaratmağın mümkün olmadığını, bu dilin 
ədəbiyyata yatmadığını o da etiraf edir. Özünün də rus dilində yazması elə bu amillərdən irəli gəlir. Sözün düzü, Samit 
əvvəllər belə düşünmürdü – azərbaycandillilərlə oturub-dururdu. Amma bizim kafeyə gəlib-getməyə başlayandan, rusdilli 
elitar klubun üzvü olandan, bir az da qlamurlaşandan sonra, həqiqəti dərk etdi (gülür). Bütün rusdilli yazıçıların, 
tələbələrin və Bakı elitasının məbədidir bizim kafe...” 
 
Sənan zəng edib, saat yeddidən sonra “Mozart” kafesində görüşməyi təklif edəndə, üç gün əvvəl oxuduğum 
müsahibədən bu hissə yadıma düşdü
3
. Paytaxtın mərkəzində, Puşkinin məşhur poemasının adını daşıyan kitab 
mağazası  və “Mozart” ədəbiyyat kafesinin sahibi, son bir ildə naşirlik fəaliyyəti ilə  də ad çıxarmış  iş adamı Roman 
Bakinskinin, Rusiyanın məşhur “Лошади и наездники» jurnalında dərc olunmuş bu müsahibəsini internetdən oxuyanda, 
ölkədəki rusdilli-azərbaycandilli qarşıdurmasının artıq yeni bir mərhələyə, hətta təhlükəli fazaya keçməkdə olduğunu 
anlamışdım. Bakinski açıq-aşkar Azərbaycan dili və bu dilin daşıyıcıları ilə  məzələnməkdə olsun, müxalif mətbuat isə 
onu “vətənini, ölkəsini, millətini sevməməkdə” ittiham edərək, “nə üçün Roman, mağazaya ad seçərkən, bizim milli 
məhəbbət  əfsanələrimiz olan Əsli və  Kərəmə, Leyli və  Məcnuna, Fərhad və  Şirinə, yaxşı, bunları da istəmirsə heç 
olmasa Bahadır və Sonaya yox, məhz Puşkinin Ruslan və Lüdmilasına müraciət edib?” sualı ilə, ona “milli məhəbbət 
əfsanələrimizə xəyanət edən adam” ünvanını yaraşdırırdı. 
Roman isə onun haqqında yazılanlara məhəl qoymayaraq, yerli və xarici mətbuata müsahibələr verməyə, kitab 
mağazası  və  ədəbiyyat kafesi ilə yanaşı, fürsət bu fürsət özünü də reklam etməyə davam edirdi. Onun müsahibə  və 
fotosessiyaları “Cool”, “Doxsan birlər”, “Crazy”, “İntellektual libido” kimi qlamur jurnallarda çıxmaqla yanaşı “Mingəçevir 
işıqları”, “Молодежь Узбекистана”, “Sədərək” qəzetləri; “Tibb aləmi”, “Azərbaycan dünyası”, “Təbriz-Bakı”, “El qızı” və 
“Tazə bəy” jurnalları kimi, şübhəli reputasiyası olan mətbu orqanlarda da yer alırdı. Müxtəlif pozalarda çəkdirdiyi fotoları 
və müsahibələrinin dərc olunduğu qəzet, jurnal və saytların hesabını itirən Roman Bakinski, bütün müsahibələrində 
dostcanlı adam olduğunu vurğulayaraq, “işdən vaxt tapanda, dostlarla Mafiya oynayırıq”, “balıqla aram yoxdu, amma 
pivə ilə noxud əla gedir”, “saç düzümümü Türk ustası Erola etibar edirəm” tipli açıqlamalar verir. Hər gün bir televiziya 
kanalında çıxış edən, hər dəfə bir qiyafədə tamaşaçıların qarşısına çıxan bu adam qəribə, bəlkə heç özünün də başa 
düşmədiyi Azərbaycan dilində ədəbiyyatdan, mədəniyyətdən və kitaba sevgidən danışır.  
Sonuncu pasienti səkkizə beş dəqiqə işləmiş yola salandan sonra Rənaya zəng elədim.  
- Bir azdan çıxıram. Görüşə biləcəyik? 
Rənadan “yox” cavabı eşitmək qeyri-mümkündür. 
- Yarım saat sonra hara desən gələrəm. 
- Mozart necədi? 
Əvvəl səssizlik oldu. Sonra sevgilim səs tonunu dəyişib soruşdu: 
- Orda oturaq deyirsən? – özü də cavabı gözləmədən - Yaxşı gələrəm, - dedi. - Yarım saat sonra ordayam – çaşqınlıq 
hiss olunmurdu səs tonunda. Amma mənə veriləsi sualları vardı yəqin.  
- Operanın qabağında olacam. 
Otağın qapısını bağlayıb klinikadan çıxdım. Havaya boğucu kəsafət çökdürən boz buludlar insanın ovqatını təlx edir, elə 
bil evə qapanmağı, küçələrdə  gəzməməyi  əmr edirdi. Siqaret yandırıb, sağa-sola baxaraq taksi axtardım. Yüz metr 
aralıda sarı Renault müştəri gözləyirdi. Ağır-ağır maşına doğru irəlilədim.  Şeyla çıxmırdı  ağlımdan. S-Class-a minib 
gözdən itdiyi andan, onu unuda bilmədiyimi özümə etiraf etdikcə sarsılırdım. Nə olub mənə? Onun mənsub olduğu klana, 
quruluşa nifrət edirəmsə, deməli ona da nifrət etməliyəm, elə deyil? Edirəmmi? Yoxsa o qadın maraqlı göründü mənə? 
Onu bir daha görmək üçün sabahı iplə çəkirəmmi? Təbii ki, ürəyimdə Şeyla adlı bir qadın yoxdur, ola da bilməz. Bəs niyə 
çıxmır ağlımdan? Zehnimi niyə məşğul edir? 
Taksinin arxa qapısını açıb oturdum. 
- Dram teatrının yanına. 
Şeyla gözəldirmi? Toğrul demişkən “На безрыбье, и рак рыба”
4
. Rənadan gözəldirmi? Əsla. Rəna çox gözəldir. Rəna 
özəldir. Bəs Rəna Sevildən gözəldirmi? Xeyr. Bu mümkün deyil. Rəna heç vaxt Sevildən gözəl ola bilməz. Yaxşı, bəs 
Sevilin gözəlliyindən mənə nə? Şeylanın gözəlliyindən mənə nə? Hər ikisi də mənə eyni məsafədə dayanmayıblarmı? 
Yeri gəlsə, bir vaxtlar evimin qadını olan Sevil Şeyladan daha əlçatmaz deyilmi mənim üçün?  
İşdən çıxan adamlar səkilərdə, maşınlarsa yollarda tıxaclar yaradır. Hamı  tələsir. Hamı hövsələsizdir. Elə bil hamının 
planetar miqyasda vacib, təxirəsalınmaz işləri var. Bura Londondur, yoxsa Tokio? Axı bu insanlar tələskənliklərində də, 
hövsələsizliklərində də saxtadırlar. Bütün sürücülər əllərini siqnalın üstündə hazır saxlayıblar ki, yeri gəldi-gəlmədi səs-
küy yaratsınlar. Elə bizim taksi şoferi kimi. 
Sabah  Şeyla yenə  gələcək. Görəsən yenə  məndən danışacaq? Tanımadığım bir pasient ilk dəfədir ki, haqqımda fikir 
bildirir, mən isə buna icazə verirəm, etiraz etmirəm. Deməli mən də bu söhbətdə maraqlıyam. Diqqətini cəlb etmək mənə 
xoşdur. Şəxsiyyətimlə maraqlanması eqomu oxşayır.  
                                                 
3
 Murad, gündəlikləri roman janrdında işləyərkən, müsahibədən bu hissəni olduğu kimi romana daxil edib (Sevil). 
4
 Balığın olmadığı yerdə, xərçəng də balıq görünür (Murad). 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə