Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə34/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

 
67
- Bəsdirin – dedim. - Gəlin sifarişləri verək. Acından ölürəm – əlimi qaldırıb Yelenaya bizə yaxınlaşması üçün işarə 
elədim. 
- Qəzetdə nə var nə yox? – Rəna maraqlandı. 
Sənan menyunun içkilər olan hissəsini açdı. 
- Qəzetin vəziyyətini hər gün səhifələrində görmək olur. Sizdə nə var nə yox e? Sən ondan danış. 
Qaş-qabağı yer süpürən Yelena masamıza yaxınlaşıb əsəbi əda ilə: 
- Eşidirəm, - dedi və bloknotunu açıb yazmağa hazır vəziyyətdə dayandı. 
Rəna ilə mən toyuq salatı, klub-sendviç və Kola sifariş verdik. Sənan isə beş-altı saniyəlik tərəddüddən sonra yaşıl çay 
istədi. Yelena sifarişləri yazıb gözdən itən kimi, Sənan soruşdu: 
- Nə olub buna? 
- Quduzlaşıb – dedim. – Fikir vermə. O gün Gürcüstan reportajını oxudum. Əla yazmışdın.  
Sənan siqaret yandırıb başını yırğaladı. 
- İnanırsan, əməlli-başlı Avropa qurublar gürcülər. Heç deməzsən ki, bir-neçə il əvvəl bu ölkə Qafqazın ən geridə qalmış 
ölkəsi; korrupsiya, adam oğurluğunda lider olub. İnan ki, Tiflisdə  mən ancaq utanmaqla məşğul idim. Ay kişi, bu 
Azərbaycana görə nə qədər utanmaq olar axı? Portretlərə görə utan, rüşvətə görə utan, gömrüyə görə utan, vergiyə görə 
utan, polisə görə utan, bu debil rusdillilərə görə utan. Utanmaqdan yorulmuşam vallah! 
Bayaqdan söhbətlərini bitirib jurnal vərəqləyən oğlanlar, çönüb biz tərəfə baxdılar. Bu saat nəsə deyəcəklərini, dava 
salacaqlarını düşündüm. Amma nifrət dolu olsa da gözləri, etiraz etməyə cəsarətləri çatmadı. Sənan da onların əyilən 
sifətlərini görüb özündən razı halda: 
- Bax belə - dedi. – Bir nəfər də gürcü görmədim ki, öz dilində danışmaqdan utansın.  
Mövzunu dəyişmək və yaranan gərgin havanı yumşaltmaq üçün dedim: 
- Mənim də yanıma bu gün kim gəlsə yaxşıdı? 
Rəna da, Sənan da maraqla mənə baxdılar. Hətta mənə elə gəldi ki, rusdillilər də qulaqlarını şəklədilər. 
- Kim? – Sənan soruşdu. 
- Səyavuş Orucun qızı. Bizdə müalicə olunacaq.  
Rəna: 
- Ooo. Kefdəsən ki – dedi və gözlərini qıydı. Qısqananda həmişə belə istehzalı danışır və gözlərini qıyır.  
- Nə mənada? 
- Yaxşı pul verər yəqin. 
- Əşi, tüpürüm ona da, puluna da. Özü də belələri xəsis olur. 
Yelena Sənanın çayını, bizim də salatlarımızla kolanı gətirdi, tez-tələsik çıxıb getdi. 
Rəna koladan bir qurtum içdi: 
- Niyə elə deyirsən. Pasient pasientdir. 
Üzümə yorğun ifadə qatıb sifətimi turşutdum: 
- Amma bu xəstə çox danışır e. 
- Nə deyir ki? – Sənan gözlərini bərəldib maraqlandı. 
- Mənə deyir ki, siz fərqlisiniz, mənə yaltaqlanmırsınız filan. Guya onun da bundan xoşu gəlibmiş.  
Rəna Sənana baxıb, ondan sözlərinə təsdiq gözləyirmiş kimi: 
- Ola bilər də. Burda nə var axı? Düz demirəm? – soruşdu. 
Sənan tərəddüd etmədən Rənayla razılaşdı: 
- Hə də. Niyə də olmasın. Ömür boyu çevrəsində yaltaqlar görüb, indi də sənin kimisinə rast gəlib çaşıb.  
- Yaxşı da! Öz dediklərinizə inanırsınız?  
Salatdan balaca bir tikə götürüb ağzıma qoydum. Rəna ilə Sənan israrla Səyavuş Orucun qızı haqqında danışmağımı 
tələb edirdilər. Məndən  əl çəkməyəcəklərini başa düşüb,  əhvalatı  əvvəldən sona qədər onlara nəql etdim. Şeylanın 
əynindəki paltardan, ağzının qoxusunacan. Dişlərindəki problemdən, mənimlə etdiyi söhbətlərəcən. Dodaqlarını 
boyamasından, S-Class-a minib getməsinəcən. 
Sənan çay fincanını iki ovucu ilə tutub gözlərini uzaq bir nöqtəyə zilləmişdi. 
- Həə, maraqlı tipajdır. Görək sabah nə olacaq. Danışarsan bizə. 


 
68
Rəna onunla razılaşdı: 
- Hə, hə mütləq. Bir az atası haqqında danışdır onu. Görək nə deyir. Mənə maraqlıdır, Səyavuş kimi mənasız, boş adam, 
evdə necə ərdir, atadır.  
Gülümsünüb başımı buladım: 
- Ölürsünüz də qeybət üçün.  
Sənan: 
- Qeybət niyə olur? İctimai fiqurlar haqqında danışmaq qeybət sayılmır – etiraz etdi və  Rənaya göz vurdu, - Nətəhər 
qızdı? Gözəldi? 
- Hə, gözəl demək olar – istifimi pozmadan dedim, - Amma maraqsızdır.  
- Niyə? – Sənan soruşdu. 
- Özündən çox razı, çox arxayındır. Amma bunlar üçün əsas görmürəm.  
- Yəni primitivdir?  
- Səthidir desək daha doğru olar. Əşi varlı, şıltaq qızlar necə olur? Bax elə. Onların arasından bircə nəfər normalı çıxıb 
ki? 
Sənan çayını bitirib bir siqaret yandırdı.  
- Çox çəkirsən – Rəna süni qayğıkeşliklə dedi. 
- Olsun da. Onsuzda hamı gec-tez öləcək. Nə isə  əşi. Səyavuş Oruc özü nədir ki, qızı da nə olsun. Toğrul neyniyir? 
Görüşüb eləyirsiz? 
- Görüşürük arada bir – dedim. - Son vaxtlar başı qarışıqdı.  
- Evlənmir bəs? 
Rəna ilə baxışdıq. 
- Çətin məsələdir – dedim. 
Sənan nəsə fikirləşib, təəssüflə başını endirib-qaldırdı.  
- Bəlkə bu yaxınlarda oturaq? Çoxdandır görmürəm onu. Maraqlı oğlandır.  
“Oturmaq” bizim leksikonumuzda kafelərdən birinə doluşub kabab yemək, araq içməkdir.  
- Razıyam - dedim. – Həkim kimi də gözəl həkimdir.  
- Amma ilişib qalıb da. – Rəna dedi və özü də bir siqaret yandırdı. 
Toğrulun kimə və necə ilişməsi barədə məlumatlı olan Sənan: 
- Hələ də o qızın dalınca sürünür? – soruşdu.  
- Təəssüf – dedim. 
- Nə isə. Bu günlərdə oturaq qəşəngcə vuraq. Hətta rayonlardan birinə də gedə bilərik.  
Rəna gözlərini qıyıb siqaretin külünü çırpdı: 
- Yenə pyaniskəliyə başlayırsınız? 
Sənan qaşlarını çatdı: 
- Biz pyaniskə deyilik. Pyaniskə arağı duzlu xiyarla vuran adama deyirlər. Biz isə eşşəkcən yeyirik. Araq heç təsir eləmir 
bizə. 
Rəna bərkdən güldü: 
- Onda onu içməyin mənası nədi? 
- Heç – dedim. – Elə belə. Məqsəd söhbət eləməkdi. Özü də  sən içəndə, bizdən pis içmirsən. Təklifini bəyəndim – 
Sənana baxıb dedim. – Hara gedə bilərik? 
- Şəkiyə getmək olar. Elə Toğrulun maşını ilə. Danış onunla, razıdırsa bir gün təyin edib çıxaq. 
Rəna bir Sənana baxdı, bir mənə: 
- Həç mənə təklif eləmirlər e, bunlara bax.  
Əlini ovcuma götürüb dodaqlarıma yaxınlaşdırdım: 
- Özün dedin ki, pyaniskəliyə gedirsiniz. Sənin sərxoş kişilərin patriarxal məclisində nə işin var?  
Rəna əlini dartıb çəkdi, siqaretdən bir qullab aldı. 
- Toğrul Zümrüdsüz heç yana addım atan deyil. Zümrüd gələsi olsa, mən də gələcəm! 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə