Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə35/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   31   32   33   34   35   36   37   38   ...   84

 
69
Söhbətimizi maraqla dinləyən Sənana baxdım. Ondan reaksiya gözlədiyimi görüb dilləndi: 
- Danışdıq. Amma Zümrüd çətin ki, bizimlə yola çıxsın. Sözlərinizdən belə məlum olur ki, ifritənin biridi. Amma işdi-şayət 
gələsi olsa, hamımız qatarla gedərik. 
Hardansa peyda olan Yelena klub sendviçləri masanın üstünə qoyub, bir göz qırpımında buxarlandı. Aydındır - bizim 
yanımızda çox dayanmaq istəmir. Halbuki, bayaqdan fikir verirəm, obiri müştərilərin yanına yaxınlaşanda gülümsəyir, 
hətta onlarla söhbət də edir. Sənan da bu ayrıseçkiliyi fərq etmişdi. 
- Bunun ədasına, forsuna bax. Qancıq! 
Rəna gülüb siqaretini söndürdü. Sendviçdən dişləm alıb, çeynəyə-çeynəyə: 
- Əsəbiləşmə - dedi. – Ölkədə bu qızdan daha ciddi problemlər var.  
- Haqlısan. Hər şey kökündən dəyişməlidi. Bayaq qul bazarının yanından keçirdim. Ürəyim ağrıdı, inanırsız? Bu arvad 
hara baxır, nə işlə məşğuldur, niyə bu qədər zülm eləyir camaata? Bu suallara cavab tapa bilmirəm. 
- Qənirənin heç xəbəri var ki, ölkədə nə baş verir? – dedim. – Öz kefindədi. 
- Latın Amerikası diktatorlarından biri haqqında nə vaxtsa oxumuşdum ki, o, hər dəfə saraydan çıxanda əyanlarına sadə 
camaatı yolun üstündən yığışdırmağı tapşırırmış. Kasıb cildində insan, dilənçi görəndə onu qaşınma tuturmuş. Özü də 
elə ki, bu diktator küçəyə  çıxırmış,  ətrafda bir ins-cinsin olmaması azmış kimi, üstəlik, gözlərini də möhkəm-möhkəm 
yumurmuş. Səbəbini soruşanda da deyirmiş ki, “Ay axmaqlar, ikiqat ehtiyatlı olmağın nəyi pisdir?” 
Rəna fikirli-fikirli: 
- Hərdən öz qadınlığımdan utanıram – dedi. - Qənirənin yerinə mən utanıram! Elə sənin dediyin tipli diktatordur da bu 
arvad. Xalqı yolun üstündən yığışdırırsan, həqiqətə gözlərini yumursan, beləcə, ölkədə hər şey çox gözəl olur. İnsanlar 
xoşbəxtdir! Sanki, sən demişkən nə qul bazarları var küçələrdə, nə dilənçi ordusu. Nə şüşə silən, limon satan uşaqlar, nə 
də övladına toy etmək üçün pul tapa bilməyib intihar edən atalar. Bu Qənirə özünü elə aparır ki, elə bil hamının üzündən 
sevinc yağır, ürəklər də ona qarşı sevgi hissi ilə döyünür. 
Rusdilli oğlanlar bizim nə və kim haqda danışdığımızı başa düşüb, dərhal hesabı istədilər. Yan masada oturan saçları 
muncuqlu qız da onlar kimi edib, Yelenaya əli ilə “hesabı  gətir” işarəsini verdi. Yelena, müştərilərin bizim üzümüzdən 
belə tez çıxıb getmək istədiyini başa düşüb, nifrətlə bizə baxdı  və hesabı  gətirmək üçün mətbəxə keçdi. Sənan isə 
kafedə yaranan gərginliyi vecinə almadan davam etdi: 
- Bütün diktatorlar öz aləmində belə bir xoşbəxt ölkəyə  rəhbərlik edirlər də! Bir gün də xalq hüquqsuzluqdan, 
ədalətsizlikdən cana doyub saraylara hücum çəkəndə onların həqiqətə qarşı yumulmuş gözləri dəhşətdən bərələ qalır. 
Hər  şey o qədər anidən baş verir ki, dönüb ətrafdakılardan “bu ac, qəzəbli insanlar hardan çıxdı?” soruşmağa macal 
tapmırlar. Bu xalq da bir gün belə ayağa qalxacaq. 
Hesabı ödəyib qaçan rusdilli müştərilərdən sonra, bizimlə kafedə tək qalan Yelena mətbəxə girib qapını çırpdı. 
- Bu da bunların rusdilliliyi - deyən Rəna qəhqəhə ilə gülməyə başladı.  
-  İndi başa düşürsünüz - Şeyla, Zümrüd kimilərə niyə nifrət edirəm? – soruşdum. - Potensial Qənirə Milli olduqlarına 
görə. 
Rəna masanın üstündəki əlimi nəvazişlə balaca ovcunun içinə alıb sıxdı.  
 


 
70
Gecə 
 
 
 
 “Rənanı çox sevirəm”. 
Son zamanlar, bunu tez-tez ürəyimdə təkrarlamağımın səbəbi Rənanın mənim üçün adiləşə biləcəyindən qorxmağımdır. 
Ya da aşiq olduğumu bir daha, bir daha özümə etirafımdır.  
Bilmirəm. 
Rənanın mənim üçün adiləşməsi, maraqsızlaşması - münasibətlərimizin sonunu gətirə bilər. Mənsə ondan ayrılmaq 
istəmirəm. Onun yanında özümü geniş, isti bir qanadın altındakı körpə quş kimi hiss edirəm.  Bu  da  təbiidir. Bütün 
kişilərin, o cümlədən mənim də ehtiyacımız qadın nəfəsi, qadın qayğısıdır. Həftənin yalnız iki-üç gününü Rənanın evində 
keçirib, daha artığından çəkinməyim bu səbəbdəndir yəqin. Evinə dadanmaqdan, ondan bezməkdən qorxuram. Mənim 
eşq üçün yararsız, ümidsiz, bədbin və pinti evimə bircə dəfə ayaq basmayıb Rəna. Onu evimə dəvət etməməklə çoxmu 
xətrinə  dəyirəm görəsən? Mən olsaydım inciyərdim. Deməli o da inciyir. Bir gün ürəyimdə Sevildən başqa qadının 
olmadığını başa düşəcək, məndən bezəcək deyə qorxuram. Olacağa çarə yoxdur. 
“Mozart”da çox oturmadıq. Təxminən yarım saat sonra Sənan gəzişməyi təklif etdi. Əsəbindən donuz kimi pörtmüş 
Yelenaya hesabı ödəyib, gülüşə-gülüşə kafeni tərk edən son müştərilər olduq. Saat on birə işləyirdi. Küçələrdən yığışan 
maşınların tüstüsü çəkilir, şəhərin tozanağı aram-aram boz asfalta yatırdı. Azacıq da olsa, nəfəs almaq yüngülləşmişdi.  
Bu dəfə siyasətdən danışmadıq. Mövzumuz axırıncı Hollywood filmləri, yeni kitablar, hətta qadın  ətirləri idi. Əlindən 
tutduğum sevgilimin gülümsəyən, ağıllı üzünə arada bir nəzər salaraq, bir saat boyunca Nizami küçəsini o baş-bu baş 
arşınladıq. Sənanın əmisi oğlu Nurəddin zəng vurub Sahil metrosunun qabağında onu gözlədiyini xəbər verəndə, saat 
on ikiyə qalırdı. Sənanla metroya qədər gəlib, əmisi oğlu ilə görüşdük. Nurəddin ölkənin tanınmış sığorta şirkətlərindən 
birində avtomobil sığortası üzrə mütəxəssis işləyir. Təzə Toyota Camry-sindən düşüb bizimlə hal-əhval tutandan sonra: 
- Gəlin sizi də aparım – dedi. 
Bilirdim ki, Rəna belə tez ayrılmağımızı istəməz. Hətta gecəni bir yerdə keçirəcəyimizi düşünür bəlkə də. Mən isə çox 
yorğun olduğumdan, təcili yatağa girib “sönmək” haqda fikirləşirdim. Xəcalətimdən Rənanın üzünə baxmadan Nurəddinə: 
- Sizin üçün zəhmət olacaq – dedim. 
Nurəddin qollarını aralayıb incimiş halda: 
- Siz nə danışırsınız! Buyurun, əyləşin. – dedi. 
- Onda əvvəl xanımı düşürdək. 
- Problem deyil, buyurun. 
Rəna ilə arxa oturacağa oturub, yol boyu susduq. Rəna məndən aralı otursa da, sağ  əlimin barmaqları ilə oynayırdı. 
Sənanla Nurəddin isə bizi unudub, evlənməyə hazırlaşan qohumları haqda danışmağa başladılar. “Cehiz”, “mənzil”, 
“mebel”, “təmir”, “toy”, “qancıq qayınana” kimi rabitəsiz sözlər qırıq-qırıq çatırdı qulağıma.  İnşaatçılar metrosunun 
yanındakı doqquz mərtəbəli binalara yaxınlaşanda, Rəna: 
- Burdan sağa zəhmət olmasa – dedi və qulağıma, - Bəlkə gələsən? – pıçıldadı. 
- Yox, çox sağ ol. Evə getsəm yaxşıdır. Yorğunam. 
Rəna qürurludur, bilirəm. Təklifini bir daha təkrarlamayacaq, israr etməyəcək. Elə  də oldu. Sadəcə çiyinlərini dartıb 
gülümsədi. Dəvətini qəbul etmədiyim üçün incidiyi hiss olunurdu. Özümə nifrət etdim. Onu bərkdən qucaqlayıb öpdüm və 
qulağına: “Sabah gələcəm. Bu günsə  sənə inciməyi qadağan edirəm” dedim. Pıçıltım onu qıdıqladığı üçün yavaşca 
gülüb boynunu məndən qaçırtdı və qabaqda oturanlarla vidalaşdı. 
- Dostlar sağ olun. Görüşərik. 
Rəna bloka sarı gedir, mənsə arxadan onun heyran qaldığım yerişinə tamaşa edirəm. Bu ifadəli, aristokrat yerişi onu 
necə də fərqləndirir, cazibəli edir. 
Sənan üzünü arxaya çevirib: 
- Sən də evə gedirsən? – soruşdu. 
Gözlərimi pəncərədən ayırıb bir Sənana, bir Nurəddinə baxa-baxa: 
- Nurəddinə əziyyət olmaz ki? – soruşdum. 
Nurəddin tez-tez başını buladı. 
- Əziyyəti zadı yoxdur. O nə sözdü! Hara gedirik? 
Sənan mənim əvəzimə: 
- Bayıla sür – deyib təzədən mənə baxdı, - Yaxşısan? 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə