«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə11/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

AYƏ 31:


﴿ قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:


«De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin günahlarınızı bağışlasın. Allah çox bağışlayan mehribandır

TƏFSİR:

AYƏNİN NAZİL OLMA SƏBƏBİ


Yuxarıdakı ayələr kitab əhlindən (Nəcran məsihilərindən) bir dəstəsinin barəsində nazil olmuşdur. Onlar deyirdilər: «Biz Allahın dostlarıyıq.» Bu ayə nazil oldu və Allah-təala Öz Rəsuluna tabe olmağı ilahi məhəbbətə nail olmağın ən bariz nümunəsi kimi qeyd edərək buyurdu: «Əgər «Allah bizi sevir»deyə etdiyiniz iddiada sadiqsinizsə, onda mənə itaət edin. Əgər Allaha itaət etsəniz, O sizi sevib dost tutar günahlarınızı bağışlayar.»

AYƏ 32:


﴿ قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:


«De: Allaha Onun peyğəmbərinə itaət edin. Beləliklə, əgər arxa çevirsələr, onda (bilsinlər ki,) həqiqətən Allah kafirləri sevmir.»

TƏFSİR:


Allahın Öz bəndəsinə məhəbbəti, ona mükafat vermək istəməsi bəndənin də Allaha məhəbbət göstərməsi, Onun qarşısında itaət və bəndəlik etməsidir. Çünki məhəbbət iradədən irəli gəlir.

Sonra bu mətləbi bir daha təkid edərək buyurur: “Ey Peyğəmbər, əgər onlar öz iddialarına uyğun olaraq Allahı sevib dost tuturlarsa, o zaman bu dostluq nişanələrini Allaha və onun Rəsuluna tabe olmaqla aşkar etsinlər. Əgər Allaha və Onun Rəsuluna itaətdən boyun qaçırsalar, deməli, kafirdirlər və Allah kafirləri sevməz, küfr etdiklərinə görə onlar üçün heç bir mükafat nəzərdə tutmaz.


AYƏ 33-34:


﴿ إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ. ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾

TƏRCÜMƏ:


33. «Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.»

34. «Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən biləndir.»

TƏFSİR:


Bu ayədən başlayaraq Həzrət Məryəm (ə) və onun əcdadları barəsində söhbət açılır. «Ali-İbrahim» dedikdə İsmail, İshaq və onların övladları, «Ali-İmran» dedikdə isə Musa, Harun və İmran İbn Yəshürün oğlanları nəzərdə tutulur.

Bu ayədəki «zürriyyə» kəlməsi «Ali-İbrahim» və «Ali-İmran» sözlərinin əvəzedicisidir. «Bəzuha min bəzin» – yəni İbrahimin və İmranın övladlarının hər ikisi bir sülalədən və bir xanədandan əmələ gəlmiş, bir-birindən yaranmışdır. Bəzi təfsirlərdə qeyd olunur ki, «Ali-İbrahim» dedikdə məqsəd «Ali-Muhəmməd», yəni o Həzrətin (s) Əhli-beyti (ə) və Əmirəl-möminin Əlidən (ə) Həzrəti Məhdiyə (ə) qədər olan imamlardır.



Allah-təala bir kəsi Öz məxluqları içərisindən yalnız o vaxt seçər ki, məsum, pak-pakizə, çirkin işlərdən, günah əməllərdən uzaq olsun. Buna əsasən Ali-İbrahim və Ali-İmrandan elə şəxslər seçilməlidir ki, məsum olsunlar – istər peyğəmbər olsunlar, istərsə də seçilmiş imamlar.

AYƏ 35-36:


﴿ إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ. فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى وَاللّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالأُنثَى وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وِإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ﴾

TƏRCÜMƏ:


35. «(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzr etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et. Çünki Sən eşidən bilənsən! (Beytül-Müqəddəsin xidmətçisi oğlan olmalı idi. İmranın zövcəsi bətnindəkinin oğlan olmasını güman edirdi.)»

36. «Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdumAllah onun doğduğunu yaxşı bilirdi (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. « mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram

TƏFSİR:


Həzrət Musanın (ə) həyat yoldaşı Həzrət Məryəmin (ə) anası və İsanın (ə) nənəsi sayılır. Onun adı Hənnə idi. Onun bacısı İyşa Həzrəti Zəkəriyyənin zövcəsi idi. Atasının adı isə Faquz idi. Deməli, Həzrət Yəhya (ə) və Həzrəti Məryəm (ə) xalaoğlu-xalaqızı sayılırlar.

«Mühərrərən» – yəni, Beytül-müqəddəsə xidmətçilik üçün azad olan şəxs. Ayədəki həmin söz bu mənadadır ki, həmin övlad azad olsun və mənim ixtiyarımda olmasın, onu öz işlərim üçün göndərməyim. İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: “Allah-təala İmrana vəhy etdi ki, Mən sənə bərəkətli bir övlad əta edəcəyəm. O, anadangəlmə korları sağaldacaq, xora xəstəliyinə düçar olanlara şəfa verəcək, Mənim iznimlə ölüləri dirildəcəkdir (və onu Bəni-İsrail üçün peyğəmbər seçəcəyəm).” O bu məsələni həyat yodaşına xəbər verdi, Hənnə Məryəmə hamilə olanda dedi: “Pərvərdigara, mən nəzir edirəm ki, bətnimdəki övladı mühərrər edəm. Bunu məndən qəbul et (yəni, mənim nəzrimi Öz razılığınla qəbul et). Həqiqətən, Sən mənim dediklərimi eşidən, qəlbimdə olanları bilənsən.”

İmranın zövcəsi istəyirdi ki, övladı oğlan olsun. Amma körpəsinin qız olduğunu gördüyü zaman xəcalət çəkdi. Xəcalətdən başını aşağı salıb dedi: «Pərvərdigara! ... Mən dünyaya qız gətirdim.»

O bu sözləri həsrət və qəm-qüssə üzündən deyirdi. Çünki o, oğul dünyaya gətirmək ümidi ilə yaşayırdı. Buna görə də nəzir etmişdi ki, onu məbədə xidmətçi qoysun.

Sonra dedi: «Pərvərdigara, Sən bilirsən ki, mənim nəzir etdiyim hədəfləri yerinə yetirməkdə qız oğlan kimi deyildir. Oğlanın yerinə yetirdiyi işləri qız görə bilməz.» Allah-təala onun dünyaya gətirdiyi uşağın əzəmətini bildirmək üçün cavabında buyurdu: «Allah (Məryəm və anasının) bilmədiyi mühüm işlərdən agahdır.»

Bu cümlədən məlum olur ki, anası tərəfindən bu körpəyə Məryəm adı verilməsi doğuş vaxtı baş vermişdir. Qeyd etmək lazımdır ki, ibrani dilində Məryəm “ibadət edən qadın” mənasınadır. Bu da həmin pak ananın öz övladını Allaha bəndəlik yolunda fəda etməsinə nə qədər eşq bəslədiyini göstərir. Buna görə də bu adqoymanın ardınca Allahdan istəyir ki, gələcəkdə dünyaya gətirəcəyi bu körpəni Öz mərhəməti ilə şeytanın vəsvəsələrindən amanda saxlasın.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə