«ALİ-İmran» surəSİ



Yüklə 1,23 Mb.
səhifə16/61
tarix12.10.2018
ölçüsü1,23 Mb.
#73508
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

AYƏ 50:


﴿ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُواْ اللّهَ وَأَطِيعُونِ ﴾

TƏRCÜMƏ:


«Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin.»

TƏFSİR:


Bu sözlər Həzrət İsanın (ə) kəlamının davamıdır. Həqiqətdə o bu sözlərlə öz besətinin hədəflərindən bir qismini izah edərək buyurur: “Mən gəlmişəm ki, Tövratı təsdiq edəm, onun əsasını möhkəmləndirəm, həmçinin etdiyiniz zülm və günahlarınız səbəbilə haram olunan bəzi şeyləri (dəvə ətini, heyvanların bəzi yağlı yerlərini, eləcə də bəzi quş və balıqları) sizə halal edəm.”

Sonra əlavə edir: «Mən Pərvərdigarınız tərəfindən sizin üçün bir ayə və nişanə gətirmişəm.»

Ayənin axırında belə nəticə alınır: «Buna əsasən Allahın əmr və fərmanları ilə müxalifətçilik etməkdən qorxun və mənə itaət edin.»

AYƏ 51:


﴿ إِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَـذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»

TƏFSİR:


Bu ayədə Həzrət İsanın (ə) dilindən hər növ səhvin aradan qaldırılması, müəmmanın həll edilməsi və istisna xüsusiyyətlərini əsas tutaraq onun ilahiləşdirilməsi məsələsini aradan qaldırmaq üçün deyilir: “Şübhəsiz, Allah mənim və sizin Pərvərdigarınızdır, belə isə yalnız Ona pərəstiş edin; Nə mənə, nə də başqalarına yox. Bu, düzgün yoldur.” Tövhid şirk, ikiliyə, bir neçə məbuda pərəstiş etmək yolu deyil, yeganəpərəstlik yoludur.”

Quranın başqa ayələrində də təkrar oxuyuruq ki, Həzrət İsa (ə) özünün Allah dərgahında bəndəlik məsələsinə çox təkid edirdi. Hazırkı təhrif olunmuş incillərin əksinə olaraq (onlar əksər hallarda Həzrət İsanın (ə) dilindən Allahı «ata» kəlməsi ilə ifadə edirlər), Qurani-Məcid onun dilindən Rəbb (Pərvərdigar) və sair kimi sözləri nəql edir. Bu da o Həzrətin (ə) şirklə mübarizə apardığı vaxtlar, yaxud sonradan ilahiyyat məqamına yüksəldiləcəyinə diqqət yetirdiyini göstərir. Buna görə də Həzrət İsa (ə) camaatın arasında olduğu vaxtlarda heç kəs onu Allah kimi tanıtdırmağa cürət etməmişdir. Əksər məsihi tədqiqatçılarının etiraf etdiyi kimi, təslisə (üçlüyə) sitayiş miladın üçüncü əsrində yaranmışdır.


AYƏ 52:


﴿ فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾

TƏRCÜMƏ:


«Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim? Həvarilər (onun geyimli nurani qəlbli xas dostları) dedilər: Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik şəhadət ver ki, biz təslim olanlarıq

TƏFSİR:


«Həvariyyun» kəlməsi yolu dəyişmək mənasına olan «həvari» kəlməsinin cəm formasıdır. Həvariyyun o kəslərə deyilir ki, camaatın azğın yolunu boşlayıb haqq yola yönəlmiş olsunlar.

«Səfinətul-bihar» kitabında imam Rzadan (ə) belə nəql olunur: «Onlar həm özlərini paklaşdırıb nurani etmişdilər, həm başqalarının pak olması üçün çalışırdılar.»

«Kafi» kitabında imam Sadiqdən (ə) belə nəql olunur: «Həzrət İsa peyğəmbərin şagirdləri əməl məqamında ondan ayrıldılar, lakin bizim həvarilər canlarını müxtəlif bəlalar qarşısında sipər etdilər bizə itaət etməkdən əl çəkmədilər...»

Həzrət Musanın (ə) öncədən xəbər verdiyi kimi, yəhudilər İsanın (ə) gəlişindən qabaq onun zühurunu gözləyirdilər. Lakin o, zahir olduqda Bəni-İsrailin yoldan çıxmış şəxslərindən olan bir qrupun qanunsuz mənafeyi təhlükəyə düşdükdə yalnız azsaylı bir dəstə İsanın (ə) ətrafına yığışdı. Ayədə buyurulur: «İsa (ə) onların küfr və müxalifətlərini hiss etdikdə dedi: “Allah dininin təbliğ olunması yolunda kim mənim köməkçim olar?»

Burada yalnız bir neçə adam onun çağırışına müsbət cavab verir. Quran bu kimi şəxsləri pak və həvariyyun adlandıraraq buyurmuşdur: «Həzrət İsanın (ə) xüsusi şagirdləri olan həvarilər dedilər: “Biz Allah dininin köməkçiləriyik, buna iman gətirmişik. Sən də şahid ol ki, biz İslamı qəbul edərək haqq dininə təslim oluruq.”»

Həvarilər öz ixlas və sədaqətlərini isbat etmək üçün cavabda «biz sənə kömək edəcəyik» deyil, «Biz Allahın köməkçiləriyik və Onun dininə kömək edəcəyik» dedilər.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə